Məhkəmə qərarları › İş №2(103)-190/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-190/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-190/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi Vəkil2 iştirakları ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4020/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci ıl tarixli qətnaməsindən iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "Azərbaycan Beynəlxalq Bankı” ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29.07.2013-cü il tarixli, 01167 nömrəli kredit müqaviləsi üzrə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə əsas borc üzrə 4748.99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800.64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495.35 ABŞ dolları, cərimə borcu üzrə 949.80 ABŞ dolları, cəmi 6994.77 ABŞ dolları kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 qəpik bank xidmət haqqının tutululması, tutmanın 29.07.2013-cü il tarixli, 1167 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti olan cavabdehə məxsus Hyundai İ-20, minik markalı, tip-xetçbek, buraxılış ili 2013, BAN-MALBB51CBDM518957, 90SD476 qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və əldə olunacaq vəsaitin borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4020/2020 nömrəli iş üzrə qəbul etdiyi 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 4748,99 ABŞ dolları, müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu üzrə 800,64 ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra illik 5% hesablanmaqla faiz borcu üzrə 495,35 ABŞ dolları və 20 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 6064,98 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində pul "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus «Hyundai İ-20 minik» markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilə (tip-xetçbek, buraxılış ili 2013, ban MALBB51CBDM518957) yönəldilməsi, ipoteka predmeti olan «Hyundai İ-20 minik» markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiyməti 17852 (on yeddi min səkkiz yüz əlli iki) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) müəyyən edilməsi, avtomobilin açıq hərracdan satılsın və avtomobilin satışından əldə edilən pul vəsaiti hesabına 6064,98 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) borc "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin, qalan vəsait Cavabdeh qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddianın qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat məbləğində pul Cavabdeh "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun qalan 4 manat hissəsi isə iddiaçı "Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edəsiniz, Cavabdeh 20 ABŞ dolları cərimə borcunun İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edib, həmin hissədə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edəsiniz və qətnaməni, ipoteka predmeti olan “Hyundai İ-20” minik markalı, **-SD-*** dövlət nömrə nişanlı avtomobilin ilkin satış qiymətinin 17852 ABŞ dolları (ödəniş günü üçün AR Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq, Azərbaycan manatı ilə) müəyyən edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək iddiadan imtina etdiklərini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1, 370.1 -ci maddəsinə əsasən iddiadan imtinanın qəbul edilməsini və İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iddia tələbi üzrə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda Cavabdeh ərizə ilə müraciət edərək, İddiaçı ASC-nin ona qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi ilə qaldırdığı iddia üzrə Suraxanı rayon məhkəməsinin 19.10.2020-ci il tarixli 2(010)-4020\2020 saylı qətnaməsi üzrə verdiyi apellyasiya şikayətindən imtina edir. Belə ki, şikayəti ilə əlaqədar iş üzrə apellyasiya məhkəməsində baxış zamanı İddiaçı ASC-nin nümayəndəsi Nicat Məmmədovla birlikdə 14.02.2022-ci il tarixdə apardıqları araşdırma zamanı müəyyən edildi ki, onun həmin banka cəmi 2297.12 ABŞ dolları, yəni 3877 manat borcu vardır. Həmin borcu 15.02.2022ci il tarixdə BPM**********29 nömrəli qəbzlə İddiaçı ASC-nin kassasına ödəmiş və hazırda onun bank arasında heç bir mübahisəli məsələ qalmamışdır.Ona görə də həmin iş üzrə verdiyi apellyasiya şikayətindən imtinanı qəbul edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tərəflər barışdıqlarını bildirmiş, iddiadan və apellyasiya şikayətindən imtinanın qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.1, 52.5, 191.1, 191.2, 261.0.4, 262-ci maddələrinə uyğun ərizələri nəzərdən keçirib və etirazın daxil olmadığını nəzərə alaraq hesab edir ki, tərəfin iddiadan imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, habelə imtinanın qəbul edilməməsi üçün əsaslar olmadığından mülki işin icraatına xitam verilməli, Mülki Prosesual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmələrə müraciətlərlə bağlı ödənilmiş dövlət rüsumları onları ödəyən şəxslərə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, iddiadan imtina edilməsi və bunların qəbul edilməsi, bütövlükdə mübahisəyə son qoyaraq işin icraatına xitam verilməsinə səbəb olduğundan apellyasiya şikayətinə qiymət verilməsinə zərurət qalmır. Şərh olunanlara əsasən və Mülki Prosesual Məcəllənin 370, 377, 384.0.5, 402-406ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4020/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı "kredit borcu və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsindən imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Ekspertiza xərci olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti tərəflərdən– iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən və Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar