Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-190/2023 30.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və sair” tələbinə; ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə; müstəqil tələb irəli sürməyən 3-cü şəxs X22 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (“pul tələbi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X31 və X9 ibarət tərkibdə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı və onun vəkili X16, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun vəkili və nümayəndəsi X11 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı alarkən pulu çatmadığı üçün, bir hissəsini Cavabdeh almış, razılaşma əsasında qeyri-yaşayış sahəsi sonuncunun adına rəsmiləşdirilmişdir. Babaşov X26 Arif Akif oğlunun ona olan borcunun əvəzində obyekti Tacəddin adlı şəxsə satmışdır. Həmçinin Babaşov X26 Arif Akif oğluna borc pul verməsi, sonuncu tərəfindən borcun qaytarılmadığını bildirir. 2.Bundan sonra tərəflər arasında mübahisə yaranmış, tərəflər iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə və müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “pul və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun xeyrinə 82.000,00 manat pul vəsaitinin tutularaq ona verilməsi, Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini X13 almaq məqsədi ilə əvvəlcədən tanıdığı Suraxanı rayonu 32-ci polis Bölməsində çalışan Cavabdeh ayrı-ayrı şəxslərə faizlə pul verdiyini bilərək ondan 38.000,00 manat on beş ay müddətinə faizə pul götürmüşdür. Faizlərlə birlikdə ona 45.000,00 manat qaytarmalı idi. Cavabdeh etibarını daha da möhkəmləndirmək və ona qarşı yarana biləcək risklərin qarşısının alınması məqsədi ilə həmin qeyri-yaşayış sahəsinin alğısatqı müqaviləsində alıcı qismində Cavabdeh göstərmişdir. Cavabdeh guya onun etibarını möhkəmləndirmək üçün iddiaçıya həmin obyektlə bağlı etibarnamə vermişdir. Bundan sonra Cavabdeh həmin qeyri-yaşayış sahəsini başqa bir səxsə satmış və iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Şəfayətdən faizlə pul götürməyinə dair səs yazısı, həmçinin şahidlər vardır. Cavabdeh borc aldığı 38.000 manat pul məbləği müqabilində, borcun beş aya faizi ilə birlikdə, yəni 45.000 manat ona ödəniləcəyi razılaşdırılsa da, Cavabdeh dələduz məqsədləri üçün onu aldadaraq Azadlıq pr-ti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Tacəddin İmanova satmışdır. Bakı Şəhər Baş Polis İdarəsinə etdiyi şikayətdə 32-ci PB-də çalışan Cavabdeh Məhəmməd oğlunun cinayət əməli ilə bağlı topladığı səs yazılarını göndərsə də, qurum 05.02.21-ci il tarixdə ona cavab məktubu ünvanlayaraq Babaşov Şəfavət Məhəmməd oğlunun əməllərində cinayət əməlləri olmadığı, lakin rəhbərlik tərəfindən müvafiq əmrlə onun intizam məsuliyyətinə cəlb edildiyi bildirilmişdir. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq, Cavabdeh barədə rəsmi intizam qərarı ona təqdim olunmamışdır. Daha sonra, anası X33 xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə teleqramla müraciət edərək, Cavabdeh onu aldadaraq, etibarından sui-istifadə edərək əmlakını ələ keçirdiyini bildirmişdir. Həmin şikayət əsasında Bakı Şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X34, apardığı araşdırma zamanı, iddiaçı öz izahatında bildirmişdir ki, X35 onun anasıdır. Anası Mariya cavabdehi 2015-ci ildən tanıyır, 2018-ci ildə cavabdehə qızıl girov qoyaraq 17.000 manat faizə pul götürmüşdür. Daha sonra, həmin qızıllar cavabdehdə girovda olduğu üçün, ona hər ay 800 manat faizlə pul ödəmişdir. Bir neçə ay faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün cavabdehdə olan həmin 17.000 manat borcu qoyduğu girov qızıllarla əvəzləşdirmişdir. Bundan sonra, 2019-cu ildə Füzuli adlı şəxsdən Binəqədi rayonu Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət obyekti 120.000 manat müqabilində almağa razılığı olmuşdur. Füzuli ilə razılaşaraq həmin obyektin pulunu ödəmək üçün əvəzində özünə məxsus olan Xırdalan şəhərində yerləşən mənzilini 65.000 manat pulun əvəzində vermiş qalan pulu ödəmək üçün isə cavabdehdən 38.000 manat faizlə pul götürmüşdür. İddiaçı ilə cavabdehin razılaşmalarına əsasən, alınacaq obyekt sonuncunun adına rəsmiləşəcək, çünki cavabdehin iddiaçıya verdiyi pula görə özünü sığortaladı ki, iddiaçı tərəfindən pulun verilmədiyi halda obyekt ona qala bilsin. Daha sonra Şəfayət onu bildirmişdir ki, bir ay ərzində ona əlavə pul verəcəkdir, əvəzində isə aldığı obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. İddiaçı Şəfayətə razılığını bildirmişdir, eyni zamanda aldığı obyektin çay evi kimi fəaliyyət göstərməsinə başlamışdır. Bir ay sonra, Cavabdeh obyekti alası olmadığını bildirərək, ona vermiş olduğu 38.000 manat pulu qaytarmağını istəmiş və təklif etmişdir ki, birdəfəlik ödəyə bilmirsə aylıq 1500 ABŞ dollar faiz ödəsin. İddiaçı cavabdehin təklifi ilə razılaşmışdır. Lakin, sonradan pandemiya ilə bağlı kafe və çay evləri bağlandıqda obyekt işləməmiş və fəaliyyəti dayanmışdır. Bu səbəbdən də cavabdehə faizi ödəyə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəfayət ona olan 38.000 manat borcunun əvəzində obyektin 49 kv/m sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X36, apardığı araşdırması zamanı izahatı alınmış Babaşov Şəfavət Məmməd oğlu göstərmişdir ki, hazırki iş üzrə İddiaçı təxminən 2015-ci ildən tanımışdır. Belə ki, onunla yaxşı münasibətləri olmuşdur. Bildirmişdir ki, İddiaçı 2018-ci ildə borca 18.000 manat (qızıllarla bağlı) istədikdə ona etiraz etməmişdir. İddiaçı 18.000 manat deyil 17.000 manatı 2015-ci ildə cavabdehdən faizə götürmüşdür və ödəyə bilmədiyi üçün girov qoyduğu qızıl zinyət əşyaları cavabdehin mülkiyyətinə keçmişdir. Cavabdeh Binəqədi RPİ-nə verdiyi izahatının davamı olaraq bildirmişdir ki, 2019-cu ilin aprel ayında iddiaçı ona müraciət edərək, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən 110 kv/m sahədən ibarət qeyri-yaşayış sahəsini aldığını və pulu çatmadığı üçün ona 40.000 manat pul lazım olduğunu və bununla bağlı ona borc verə bilcəyini soruşduqda, cavabdeh etiraz etməmişdir. Həmçinin iddiaçı, ona pulu qaytara bilməyəcəyi təqdirdə, pulun əvəzinə həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etdikdə, cavabdeh etiraz etməmişdir. xx.xx.2019-cu il tarixdə 24 saylı Notariat X5 ilə iddiaçı arasında qeyri-yaşayın sahəsinə dair alqı-satqı olunmuş və daha sonra həmin obyekt onun adına sənədləşdirilmişdir. Bundan sonra, həmin qeyri-yaşayış sahəsindən iddiaçı özü istifadə elmişdir. Daha sonra, Cavabdeh iddiaçıdan verdiyi pulu tələb etməyə başlamış, iddiaçı isə öz növbəsində aldığı borcun pandemiyadan dəyən iqtisadi zərərlərə görə işlədə bilmədiyini bildirmiş, bir az gözləməyini xahiş etmişdir. İddiaçı cavabdehə maddi vəziyyətinin çətinliyinə görə verə bilmədiyi üçün, təklif etmişdir ki, qeyd olunan obyekti satsın və cavabdehə düşən pulu qaytarsın. Lakin, cavabdeh iddiaçının xəbəri, razılığı olmadan mübahisəli obyekti 25.000 manata vətəndaş X3 iddiaçının etibarından suiistifadə etmişdir. 5.İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi və qarşılıqlı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı ona qarşı “pul” tələbinə dair ilkin iddianın rədd edilməsi İddiaçı onun xeyrinə maddi ziyan qismində 39500,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Bakı şəhəri Binəqədi rayonu, Azadlıq pr-ti, 14/166 ünvanında yerləşən zirzəminin 49.2 kv.m sahəsi İddiaçı ondan borc adı ilə aldığı 57.000 manat pul müqabilində həmin zirzəminin mülkiyyətçisi X17 tərəfindən obyekt onun adına rəsmiləşdirilmişdir. İddiaçı aldığı borcu uzun müddət müxtəlif bəhanələr ilə qaytarmaqdan imtina etmiş, onun telefon zənglərinə cavab verməmişdir. O, 1 il gözlədikdən sonra İddiaçı axtarmaq məqsədi ilə həmin zirzəmiyə gəlmiş və görmüş ki, həmin zirzəminin giriş qapısı qaynaq edilərək bağlanmışdır. Həmin zirzəmi binanın altında 3 metr dərinlikdə yerləşir. Pəncərələri yox və anbar tiplidir. O, qapını açdırdıqda zirzəminin içərisinin tam bərbad halda olduğunu, içəridə olan otaqlarının qapıları sökülərək götürüldüyünü, divarların söküldüyünü, işıq sisteminin və bütün əşyaların və avadanlıqların götürüldüyünü görmüşdür. Daha sonra yaxınlıqda yerləşən ev alğısatqısı ilə məşğul olan şirkətə yaxınlaşıb, həmin zirzəminin satış qiymətini soruşduqda onlar ona bildirmişlər ki, təmirli halda olan zirzəminin qiyməti 30.000 manat təşkil edir. O isə İddiaçı tərəfindən aldanıldığını öyrənmişdir. Başa düşmüşdür ki, iddiaçının ondan borc almaqda məqsədi həmin zirzəmini ona satmaq olmuşdur. O zirzəminin təmirsiz və bərbad halda olduğunu nəzərə alıb 22000 manat pul məbləğində hazırki mülkiyyətçi X4, X18 həmin zirzəmini video çəkiliş apararaq ondan təhvil almışdır. Hazırda həmin zirzəmi mülkiyyətçi tərəfindən təmir edilmiş, avadanlıqda təmin edilmişdir, havalandırma sistemi çəkilmişdir. Ona görə də İddiaçı onun xeyrinə 35000,00 manat miqdarında pulun, borc verdiyi müddətdə itirilmiş mənfəət üçün əlavə 20.000,00 manat və 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Daha sonra Cavabdeh oğu qarşılıqlı iddia tələbini dəqiqləşdirərək, İddiaçı onu aldadaraq etibarından sui-istifadə etməsi səbəbindən 38000,00 manatın üzərinə əlavə bank depozit faizi və dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat pul məbləğinin və Sabirabad şəhərində onun mülkiyyətində olan obyektin satışından əldə edilmiş 10000 (on min) dollar, yəni 17000 (on yeddi min) manat iddiaçının ondan aldığı borc cəmi 62000 (altmış iki min) manatdan zirzəminin satışından əldə edilmiş 22500 (iyirmi iki min beş yüz) manat məbləği çıxmaqla yerdə 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyanın tutulmasını xahiş etmişdir. 8.Dəqiqləşdirmə barədə ərizə onunla əsaslandırılar ki, İddiaçı 2015-ci ildən tanımasını, aralarında normal tanışlıq münasibətləri olmasını, təxminən 2019-cu ildə İddiaçı onun yanına gəlməsini bildirmişdir. O, Arifə bildirmişdir ki, Ukraynadan gəlmiş dostu Maqsudov Yaqub 2 gündən sonra Ukraynaya getməlidir, 38000 (otuz səkkiz min) manat pulu var, ondan xahiş edir ki, öz adına Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirsin. İddiaçı ona bildirmişdir ki, ona vacib pul lazımdır, həmin 38000 (otuz səkkiz min) manat pulu ona borc versin əvəzində azadlıq prospekti 14/166 ünvanında yerləşən 49.2 kv.m zirzəmini onun adına sənədləşdirsin. Məqsudov Yaquba 38000 (otuz səkkiz min) manat əlavə olaraq 1 illik depozit faizi ilə və alğı-satqı zamanı ödənilən təxmini 1650 manat dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat qaytaracaqdır. Çünki alğı-satqı zamanı 1650 manat rüsumu o ödəmişdir. O, razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X29 tərəfindən həmin zirzəmi onun adına sənədləşdirilsin. Məhz iddia ərizəsində öz əksini tapan 45000 (qırx beş min) manat pul məbləği oradan yaranmışdır. O, İddiaçı bildirdiyi kimi Azadlıq prospektində yerləşən zirzəmi ilə bağlı deyil, daha əvvəl İddiaçı Sabirabad şəhərində yerləşən ona məxsus yarımtikili obyektin satılması üçün etibarnamə vermişdir. İddiaçı həmin obyekti satıb ona çatası olan məbləğdən 10000 (on min) dollar məbləğində pulu ona vacib lazım olduğu üçün borc kimi ona verməyini xahiş etmiş və işlərini həll etdikdən sonra qaytaracağını bildirmişdir. İddiaçı anası X35 polisə verdiyi ifadəsində bildirdiyi 17000 (on yeddi min) manat guya qızıl girov müqabilində götürdüyü 17000 (on yeddi min) manat məhz ondan götürüyü həmin 10000 (on min) dollar məbləğində olan puldur. Həmin borcu qaytarmamaq məqsədi ilə bu cür iftiralara və yalanlara əl atmışlar. Binəqədi rayon RPİ-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda göstərilən 58000 (əlli səkkiz min) manat yox 38000 (otuz səkkiz min) manat və əlavə olaraq Sabirabad rayonunda onun əmlakının satışından əldə oluna məbləğdən borc kimi verdiyi 10000 (on min) dolların Azərbaycan Manatına çevrildiyini nəzərə alsaq 57000 (əlli yeddi min) manatdır. Məhz 57000 (əl!i yeddi min) manat oradan yaranmışdır. Nə onun, nə də Maqsudov Yaqubun obyekti almaq məqsədi olmamışdır. İddiaçılə onun arasında şifahi razılaşmalarında iddia ərizəsində də göstərildiyi kimi o bildirmişdir ki, o pulu qaytara bilməsə obyekt onun olacaqdır, istədiyin vaxt satıb pulunu götürə bilər. O, 1 il müddətində Arifi gözləmiş, o isə onu aldadaraq müxtəlif bəhanələrlə vaxtı uzatmağa başlamış və o öyrənmişdir ki, icarəçi X19 60000 (altmış min) manat ona vermək adı ilə pul almış və obyekti ona satacağını bildirmişdir. Ancaq həmin 60000 (altmış min) manat pulu özünün başqa məqsədləri üçün istifadə edib. O, məcbur olub Maqsudov Yaqubun pulunu qaytarmaq üçün ev alğı-satqısı ilə məşğul olan firmaya müraciət etmiş, onların əməkdaşları ilə birlikdə zirzəmiyə baxış keçirdikdə zirzəminin çöl giriş qapısı qaynaq edilmiş və onlar z qapını açıb içəri girdikdə şahidi olmuşlar ki, zirzəminin içərisi İddiaçı tərəfindən tam sökülmüş, içəridə olan otaqların qapısına qədər sökülüb aparılmış və heç bir əşya yoxdur. Həmin vəziyyətdə o zirzəmini X12 22500 (iyirmi iki min beş yüz) manat pul məbləğində satmışdır. Çünki artıq 1 il keçmiş və Maqsudov Yaqubun pulunu qaytarmalı idi. O, İmanov Tacəddin aldığı 22500 (iyirmi iki min beş yüz) manat pul məbləğinin üzərinə öz büdcəsindən əlavə olaraq 22500 (iyirmi iki min beş yüz) manat da əlavə edib cəmi 45000 (qırx beş min) manat pulu qaytarmışdır. İddiaçı ona dəyən ziyanın ödənilməsini tələb etdikdə boyun qaçıraraq ondan şikayət etməyə başlamışdır. İddiaçı tərəfindən həmin zirzəminin 120000 (yüz iyirmi min) manat qiymətə alınmasına dair aralarında heç vaxt söhbət olmamışdır. Beləliklə İddiaçı onu aldadaraq etibarından sui-istifadə etməsi səbəbindən 38000,00 manatın üzərinə əlavə bank depozit faizi və dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat pul məbləğinin və Sabirabad şəhərində onun mülkiyyətində olan obyektin satışından əldə edilmiş 10000 (on min) dollar, yəni 17000 (on yeddi min) manat iddiaçının ondan aldığı borc cəmi 62000 (altmış iki min) manatdan zirzəminin satışından əldə edilmiş 22500 (iyirmi iki min beş yüz) manat məbləği çıxmaqla yerdə 39500 (otuz doqquz min beş yüz) manat məbləğində maddi ziyana düşmüşdür. 9.Bundan əlavə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.İş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs iddia tələbini onunla əsaslandırılmışdır ki, 2019-cu ilin iyul ayında tanışın İddiaçı hazırda mübahisə predmeti olan Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən zirzəmini çay evi kimi aramızda olan şifahi razılaşmaya əsasən ona icarəyə vermişdir. Təxminən 15-20 gün işlədikdən sonra İddiaçı ona bildirmişdir ki, həmin obyekti onun üçün 140 min manata ala bilər. Bu şərtlə ki, əvvəlcə obyektin sahibi Cavabdeh 57 min manat pul ödənildikdən sonra obyektin mülkiyyət sənədlərini onun adına sənədləşdirəcəkdir. Bununla bağlı Arif onu Şəfayətlə tanış etmişdir. Şəfayət də 57 min manatı ödəyəndən sonra çay evini işlətməyini bildirdi. Aralarında olan razılığa əsasən Arif müəllimə 60 min manat pul vermiş, qalan 80 min manat pul borcunu isə 2020-ci ilin yanvar ayına kimi ödəməliydi. Aralarında olan razılığa görə Arif ev tikintisi ilə məşğul olduğu üçün həmin pul əvəzinə ona tikinti materialları, çınqıl, qum verməli idi. Qısa müddətdən sonra ictimai iaşə obyektləri pandemiya ilə əlaqədar fəaliyyətini dayandırdı. O da çınqıl, qum satışı ilə məşğul olduğu üçün heçnədən şübhələnmədən öz işinə qayıtmışdır. Həmin dövrdə aralarında olan razılaşmaya əsasən İddiaçı tikintisinə üç min manatlıq çınqıl, qum göndərmişdir. Bu barədə qəbzləri var. Sonra ona məlum oldu ki, İddiaçı onui aldadıb, həmin verdiyi pulu Cavabdeh verməyərək özü üçün diş kabineti açmışdır. Dəfələrlə İddiaçı zəng edib onu axtarsa da telefon zənglərinə cavab verməyərək onunla görüşməkdən yayınmağa başlamışdır. Cavabdeh öz növbəsində qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmışdır. Obyektin hazırki mülkiyyətçisi X20 qeyri-yaşayış sahəsindən çıxarılmağı ilə bağlı ona bildirdikdə o, Arifə 60 min pul ödədiyini bildirib çıxmaq istəməmişdir. O da ondan əvvəlcə polisə, sonra məhkəməyə şikayət verərək onu qeyriyaşayış sahəsindən çıxartmışdır. Bu haqda o, polisə və məhkəməyə verdiyi ifadələrində və izahatlarında bildirmişdir. Məhkəmədə ona məlum olmuşdur ki, həmin qeyri-yaşayış sahəsinin real qiyməti elə 60 min manat imiş. Çünki məhkəmədə İmanov Tacəddin bildirdi ki, o obyekti 60 min manat məbləğində almış, işlədə bilmədiyi üçün 60 min manata satır. Ona istəyirsə Arifdən pulunu almasını,onun adına alqı-satqı etməsini bildirmişdir. Ona görə də İddiaçı verdiyi 60 min (altmış min) manat pul vəsait tutularaq ona verilməsi dair qətnamə çıxarılmalıdır. 11.Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddia ərizəsinin və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin o bildirdi ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı 3-cü şəxsin iddiası ilə bağlı bildirdi ki, X52 oglunun İddiaçı 60.000 (altmış min) manat pul borcunun olduğunu bildirmişdir. Şahmar Həsənovla 2019-cu ilin iyul ayında tanış olmuş, ilkin iddiaçının “DAF” markalı qum daşıyan maşını olmuş və onu satmaq üçün elan saytına qoymuşdur. Şahmar Həsənov ona zəng edərək, maşını icarəyə götürmək istədiyini bildirmişdi. Daha sonra, onunla icarə müqaviləsi bağlamışdır. O zamanlar, ilkin iddiaçı Bakı şəhəri, Azadlıq prospekti 14/166 ünvanında yerləşən mübahisəli qeyri-yaşayış sahəsini, yəni kafeni işlədirdi. Şahmar Həsənov “DAF” maşının birinci icarə haqqını ödəmək üçün ona zəng etmiş və onlar həmin kafedə görüşmüşlər. Söhbət əsnasında o, kafeni satmaq istədiyini bildirmişdir. Şahmar kafeni almaq istədiyi üçün o, onunla xx.xx.2019-cu il tarixli akt (razılaşma) bağlamışdır. Kafenin qiymətinin 150.000 (yüz əlli min) manat olduğunu bildirmişdir. Razılaşmaya görə, Şahmar hər ay 10.000 (on min) manat olmaqla 70.000 (yetmiş min) manat ödəməli, qalan 80.000 (səksən min) manatın əvəzinə isə, ona Mehdiabad qəsəbəsində olan evini verməli idi. O, Şahmarı Şəfayətlə tanış etmiş və ondan hər ay 10.000 (on min) manat olmaqla, 5 ay müddətində Şəfayətə 50.000 (əlli min) manat ödəməsini xahiş etmişdir. Çünki kafe Şəfayətin xeyrinə 38.000 (otuz səkkiz min) manat pul məbləğində faizlə girov qoyulmuşdur. Şahmar onun aralarında bağlanmış 150.000 (yüz əlli min) manatlıq razılaşmanın 50.000 (əlli min) manatını Şəfayətə ödəməli idi. Şahmar Həsənov ona qarşı olan iddia ərizəsində Cavabdeh 57.000 (əlli yeddi min) manat pul verdiyini, Binəqədi RPİ-nin 03 mart 2021-ci il tarixli qərarında Şahmar Həsənov ona 32.000 manat pul verdiyini, Binəqədi RPİ-nin 03 noyabr 2020-ci il tarixli qərarında isə Şahmar Həsənov ona 42.000 (qırx iki min) manat pul verdiyini izahatında bildirmiş, Binəqədi RPİ-nin 08 fevral 2021-ci il tarixli qərarında isə, Şahmar Həsənov mənə 53.000 (əlli üç min) manat verdiyini qeyd etmişdir. X50 rayon Məhkəməsinə ünvanladığı hal-hazırki iddiasında isə ona 60.000 (altmış min) manat verdiyini vurğulamışdır. Hesab edir ki, RPİ-də verilən izahatlarla, məhkəməyə verilmiş iddiada kobud şəkildə ziddiyytələr vardır. Buna əsas, əldə olunmuş istintaq materiallarında olan Şahmar Həsənovun izahatlarıdır. Sual yaranır: Əgər Şahmar ona 60.000 (altmış min) manat pul vermişdirsə, onda Şəfayətə 57.000 (əlli yeddi min) manatı niyə vermişdir? Şahmar niyə ondan yazdığı şikayətlərdə 60.000 manatı qeyd etməmişdir. Deməli, Cavabdeh Şahmar Həsənovdan 57 000 manat pul almışdır. Lakin mübahisəli əmlakı girovdan çıxararaq ona qaytarmaq əvəzinə Tacəddin İmanova satmışdır. Şahmar öz ərizəsində ona qum, çınqıl verdiyini və dəyərinin 3.000 (üç min) manat olduğunu, bu barədə qəbzlərinin olduğunu qeyd edir, lakin, onda 60.000 (altmış min) manat ona verməsinə dair qəbzləri, əsaslı sübutları, şahidləri yoxdur. O bildirdi ki, Şahmar Həsənovla qum-çınqıl məsələsi hazırki obyektlə deyil onun Xirdalanda almaq istədiyi evlə bağlı olmuşdur. Digər tərəfdən Şahmar Həsənov yazdığı iddia ərizəsi ilə Cavabdeh mübahisəli əmlaka görə pulu ödənildikdən sonra əmlakını ona qaytarmaq əvəzinə, onu qanunsuz olaraq başqasına satdığını öz ərizəsində təsdiq edir. xx.xx.2019-cu il tarixli Akta əsasən, o ilkin iddiaçıya 80.000 (səksən min) manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməli idi. X57 verdiyi vəddən boyun qaçırdı, onun etibarından sui-istifadə etdi. Nəticədə ona külli miqdarda zərər dəydi. Yuxarıda qeyd etdiyi 70.000 (yetmiş min) manatda ilkin iddiaçıya 10.000 (on min) manat vermiş, iddia ərizəsində özünün təsdiq etdiyi kimi 70.000 manatın 57.000 manatını Cavabdeh vermişdir. Bundan əlavə o bildirdi ki, obyektin rəsmi sahəsi 49.20 kv.m sənəddə, 64.10 kv.m isə əlavə tikilidir. Obyektin hazırki bazar dəyəri qiymətləndiricinin qoyduğu dəyərdən də yüksəkdir. İçində əşyalarda var, 130000 manat olar. X6 adına olsa da əslində həqiqi sahibi Fizuli idi. Obyekti 120 min manata Fizuli adlı şəxsdən almışdır. Ona görə 90 min manatlıq evini vermiş və əlavə olaraq Fizuliyə bir də əməliyyat olunması üçün 22000 manat pul vermişdir. Obyekti aldıqdan sonra obyektin təmirinə və avadanlığına 20 min manat vəsait xərcləmişdir. Faizə götürdüyü pula görə Şəfayətə 3 ayının faizini də hər ay ***-**** manat vermişdir. Obyektin açarı hazırda Şəfayətdədir. Obyekti Şahmar 8-9 ay işlətmiş, o, aylıq 900 manatlıq kirayə haqqını verməmiş, sonra onun məhkəmə ilə həmin obyektdən çıxartmışdırlar. Onun obyektindən əşyaları götürmüş, oranı dağıtmışlar. Şahmar Xırdalandakı evə görə ona 10.000 (on min) manat ödəmişdir. Evin qalan puluna görə ona hər ay 4000 manatlı qum çınqıl verməli idi. O, həmin10.000 (on min) manat puluxx.xx.2020-ci il tarixdə DİN-in İstintaq və Təhqiqat İdarəsinin Ağir Cinayətlərin İsltintaqı Şöbəsinin baş müstəntiqi, cənab X14 Şahmar Həsənova çatdırılması üçün vermiş və bu barədə xx.xx.2020-ci il tarixli Protokol tərtib olunmuşdur. Şahmar evə görə bir maşının dəyəri 1200 manat olan 3 dəfə 3600 manat qum-çınqıl gətirmişdir. Şahmara icarəyə verdiyi maşına xərc qoymuş, maşına qoyduğu xərclə bağlı ustanı şahid kimi gətirə bilər. Qumun abyektə aidiyyata yox idi. O, obyektə görə Mehdiabaddakı evini verməli qalan borcu isə 10000-10000 manat olmaqla pul verəcəyini vəd etmiş, lakin hər dəfə pul istəyəndə verməmiş, bundan sonra isə evini beton zavoda vermiş, ona isə 10000-10000 manat pul verəcəyini vəd etmiş, lakin hər dəfə pul istəyəndə pul verməmişdir. 10.000 (on min) manat pulu ona sırf Xırdalandakı evə görə qaytarmış, bu barədə məlumat qeyd etdiyi kimi, xx.xx.2020-ci il tarixli Binəqədi RPİ-nin Qərarında və xx.xx.2020-ci il tarixli protokolda öz əksini tapmışdır. O, Şahmara “DAF” markalı avtomobilini icarəyə vermiş, o isə öz növbəsində 1 (bir) aylıq icarə haqqını ödəmişdir. Qeyd olunan avtomobili, aylarla işlətmiş, sonra isə korlanmış, dağılmış vəziyyətdə ona qaytarmışdır. 12.Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən zirzəminin 49,2 kv.m sahəsi İddiaçı ondan borc adı ilə aldığı 57 min manat pul müqabilində həmin zirzəminin mülkiyyətçisi X17 tərəfindən onun adına rəsmiləşdirilmişdir. Əslində obyekti dostu Maqsudov Yaqub almaq istəmiş, lakin Ukrayna vətəndaşı olduğu üçün alğı-satqı onun adına aparılmışdır. Həmin yer obyekt deyil, 5 metr düşürsən aşağıda yerləşir. Obyekt Tacəddinin obyektidir. Həmin yerdə hər şeyi Arif sökmüşdür. İddiaçı aldığı borcu uzun müddət müxtəlif bəhanələr ilə qaytarmaqdan imtina etmiş onun telefon zənglərinə cavab verməmişdir. O, bir il gözlədikdən sonra İddiaçı axtarmaq məqsədilə həmin obyektə gəlmiş və görmüşdür ki, həmin zirzəminin giriş qapısı qaynaq edilərək bağlanmışdır. O, qapını açdırdıqda obyektin içərisinin tam bərbad halda olduğunu və divarların sökülmüş halda olduğunu görmüş və yaxınlıqda yerləşən alğı-satqı ilə məşğul olan şirkətə yaxınlaşıb və həmin obyektin satış qiymətini soruşduqda ona bildirmişlər ki, həmin zirzəmini təmirli halda 30000 manata sata bilərlər. O, həmin zaman aldandığını bilmişdir. İddiaçının borc almaqda məqsədi həmin zirzəmini ona satmaq olub. O da zirzəminin təmirsiz və bərbad halda olduğunu nəzərə alıb 22 min manat pul məbləğində obyekti hazır ki, mülkiyyətçi X1. Binəqədi Rayon MKTB-nin 102 saylı Mənzil Kommunal İstismar İdarəsinin verdiyi arayışdan da məlum olur ki, 110 kv.m ərazinin 60,8 kv.m sahəsi dövlətə məxsusdur. 13.Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil3 qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, obyekt Arifə yox X23 məxsus olmuşdur. Tərəflər arasında obyektin 120000 manata olması ilə bağlı söhbət olmamaşdır. Əgər obyekt 120000 manata idi isə, onda Arifin onu 38000 manata görə girov qoyması ağlabatan deyil. Orda 38000-dən yox, 62000 manat olub. Şəfayət Arifə mübahisəli obyeklə bağlı deyil Sabirabaddakı qeyri-yaşayış sahəsini satmaq üçün vermişdir. Polisdə izahatında da var. 10000 dollar satışdan Arifə borc verib. Ona görə də onlar arasında 57000 manatın üstünə bank depozitini də gələndə cəmi 62000 manat edir. Arifin obyekti 30000 manat olduğu halda onlar 80000 manat həbs qoyulub. Obyektin 49.2 kvm sahəsi Tacəddinə, 60.8 kvm hissəsi isə dövlətə məxsusdur. Mübahisəli obyektin hazırki iddia tələbi ilə əlaqəsi yoxdur. Həmin obyekt iddiaçıya məxsus deyildir. 14.Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, Arifdən Xirdalanda ev alımış, evə qarşılıq qum-çınqılnan barter etmişdir. Sonra Arif ona kafesi olmasını ona icarəyə vermək istəməsin, 15 gün sonra isə kafeni satmaq istədiyini bildirmişdir. O, kafeni nağd qaydada 140000 manata, 150000 manataisə barter şəklində satmasını bildirmişdir. 70000 manat nağd verərsə qalanın qum-çınqılnan barter etmələrini təklif etmişdir. Obyektə görə 57000 borcu var. Arifə Mehdiabad qəsəbəsində evinin olmasını 70000 manata görə onu verə biləcəyini bildirmişdir. Ariflə razılaşmadığı üçün həmin evi 60000 manata sataraq dostunun yanında Arifə vermişdir. Onun ağlına gəlməzdi ki, Arif onu aldada bilər. Arifin dostunun beton zavodu var idi. O, qumu ora aparıb tökürdü buna görə Arif ordan nəğd pul alırdı. Onu aldadaraq Arif özü sənədləşdirməyi müxtəlif bəhanələrlə yubatmışdır. O, 3000 manatlıq qum tökdukdən sonra pandemiya düşmüşdür. Tacədin adlı şəxs, obyektə gələrək obyektin ona məxsus olmasını, obyekti Arifədən almasını bildirəndə Arifə məsələ ilə bağlı ora gəlməsini xahiş etmiş, lakin o gəlməmişdir. Tacəddin isə obyektə polis çağıraraq onu polisə vermişdir ki, obyektdən çıxsın. Arifə 60000 manat vermiş aralarında etibar olduğuna görə rəsmiləşdirməmişdir. Arif obyektə görə 80000 qaldığını deyirdi. O, obyektə görə 60000 manat vermiş, Arif ona saxta sənəd vermişdir. O, obyekti təmir etmişdir. Arif onun obyektində olan əşyaların hamsını yığıb aparmış, açarı dəyişmişdir. O, kafeni 8 ay işlətmiş, Arifə cəmi 62000 manat versə də istintaqda Arif 10000 manatı ona görə qaytarmışdır ki, onu tutmasınlar. O, da istintaqda sübuta yetirmişdir ki, Arif ona obyektə görə saxta sənəd vermişdir. 62000 manatın 60000 manatı sırf evə görə verilmişdir. O, maşına ona görə çek almışdır ki, çek almasa maşınla malı apara bilmirdi. 80 min manatın əlyazması var şəklini də çəkmişdir 15.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Həqiqət Əhmədova) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 72.400,00 manat vəsaitin tutulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı “39500,00 manat vəsaitin tutulması” barədə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X22 İddiaçı qarşı “60.000,00 manat vəsaitin tutulması” barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə əmlakın qiymətləndirilməsi ilə bağlı Cavabdeh və İddiaçı tərəfindən hər biri tərəfindən ayrı-ayrılıqda çəkilmiş 300 manat qiymətləndirilmə xərci və ödənilmiş 30 manat dövlət rüsumunun onlara aid edilməsi, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun onlara aid edilməsi, X19 10 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. 16.İş materiallarında olan X29 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh 20.000,00 manata satılmışdır. 17.İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi Cavabdeh adına xx.xx.2019-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 18.İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi X10 adına xx.xx.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. 19.İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5176/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 X27 qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X22 iddiaçı X10 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49,2 kv.m sahədən çıxarılması qət edilmişdir. 20.İş materiallarına olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021ci il tarixli qərarının sürətindən görünür ki, vətəndaş X24 müraciətinə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində izahatı alınmış Cavabdeh 2018-ci ildə İddiaçı 18000,00 manat verməsini, bundan sonra Arifin Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini almaq istəməsi, lakin pulunun çatmamasını, ona yenidən 40.000,00 manat lazım olmasını, Arifə etiraz etməməsini, Arifin ona ümumilikdə 58000,00 manat vəsaiti qaytara bilməyəcəyi təqdirdə pulun əvəzində həmin qeyri-yaşayış sahəsinin onun adına sənədləşdirilməsini təklif etməsi, Arifin isə buna etiraz etməməsini, bundan sonra 40.000,00 manat vəsaiti Arifə verməsini, obyektin onun adına sənədləşdirilməsini, bundan sonra obyekti Arifin özünün istifadə etməsini, bir müddət sonra Arifdən 58.000,00 manat vəsaiti istədikdə onun pulunun olmamasını bildirməsini və Arifin obyekti satıb pulunu götürməsini ona təklif etməsini, obyekti 25000 manata X2, obyektin dəyərini Arifə bildirməsini, Arifin ona hələ də 33000,00 manat borclu olmasını və həmin pulu ödəməsini tələb etməsini bildirmişdir. Həmçinin həmin qərarın təsviri hissəsində izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018-ci ildə Şəfayətə qızıl girov qoyaraq 17000,00 manat pul götürmüş, bir neçə ay 800 manatdan faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün 17000,00 manat borc Şəfayətə girov qoyduğu qızıllarla əvəzləmişlər. Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Fizuli adlı şəxsdən 120000,00 manata almağa razılığa gəlmiş, 65 min manatlıq Xirdalandakı evini vermiş 38000,00 manat vəsaiti Şəfayətdən faizlə borc almışdır. Şəfayətlə razılaşmalarına görə o özünü sığortalamaq üçün obyekt Şəfayətin adına rəsmiləşdirilməsini istəmişdir. Daha sonra Şəfayət ona bildirmişdir ki 1 ay ərzində ona əlavə vəsait verəcək, əvəzində isə onun adına rəsmiləşdirilmiş obyekt onun adında qalmaqla ona məxsus olacaqdır. Şəfayətə razılığını bildirmiş, eyni zamanda obyekt çay evi kimi fəaliyyətə başlamışdır. Bir ay sonra Şəfayət obyekti alası olmadığını bildirmiş, ona vermiş olduğu 38000,00 manat vəsaitin qaytarılmağını istəmiş və təklif etmişdir ki, borcu birdəfəlik ödəyə bilmirsə hər ay 1500 ABŞ dolları faiz ödəsin. O da Şəfayətlə razılaşmışdır. Pandemiya ilə əlaqədar kafe və çay evlərinin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən də Şəfayətə faizlərini ödəyə bilməmişdir. Sonra ona məlum olmuşdur ki, Şəfayət ona olan 38000,00 borcun əvəzində obyektin 49kv.m sahəsini Tacəddin adlı şəxsin adına rəsmiləşdirmişdir. Lakin bu barədə ona heç bir məlumat verməmişdir. 21.İş materiallarında olan Azərbaycan Respublikası “Bakı Tikinti” Layihə Smeta Bürosunun Memarlıq və Planlaşdırma bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli layihədən görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hüquq subyekti İddiaçıdur. 22.İş materiallarına olan “X42 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsini 2019-cu il tarixə bazar dəyəri 54.100,00 manat qiymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.m olmaqla 2019-cu il tarixə bazar dəyəri 50.600,00 manat qiymətləndirilmə tarixinə 53.400 manat müəyyən edilmişdir. 23.İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının sürətindən görünür ki, X8 Arif Akif oğlu barəsində onun pullarını ələ keçirməsi barədə müraciəti üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarın təsviri hissəsində X43 izahatında bildirmişdir ki, Arifin Xırdalan şəhərində yeni tikilmiş evinin 62000 manata satılması ilə bağlı aralarında razılıq əldə olunmuş, razılaşmaya mənzilə görə o, hissə-hissə pul və qum və şebel malları ilə barter edəcəklərdi. Halbukİ, arifin belə bir mənzili olmamış, o qum və şebel alıb əvəzində "xxxx" MTK-da olan mənzili götürmək istəmişdir. bir ay ərzində arifə 3000 manat dəyərində qum vermişdir. 24.İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı 30 manat, Cavabdeh qarşılıqlı iddia ərizəsinə görə 30 manat və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 iddia tələbinə görə 20 manat dövlət rüsumu ödənilmişdir. 25.Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı 120.000,00 manata almışdır. Həmin vəsaitin 38000,00 manat hissəsi çatmadığı üçün həmin məbləğdə Cavabdeh faizə pul götürmüşdür. Şəfayətlə razılaşmalarına görə obyekt Şəfayətin adına rəsmiləşdirilmişdir. Şəfayət İddiaçı ona olan borcunun əvəzində obyekti Tacəddin adlı şəxsə satmışdır. Hazırda ilkin İddiaçı Cavabdeh 120000 manata aldığı obyektə görə sonuncuya borclu olduğu 38.000,00 manat nəzərə alınmaqla yerdə qalan 82.000,00 manat vəsaitin cavabdehdən onun xeyrinə tutulması, eyni zamanda Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması, Cavabdeh isə İddiaçı onun xeyrinə 39000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi, bundan əlavə iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 26.Məhkəmə hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiası üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “pul və sair” tələbinə dair iddiasının “pul” tələbi tərəflərin polis orqanında verdikləri izahatları və məhkəmədə vermiş olduqları izahatları, iş üzrə digər materiallarla birlikdə qiymətləndirilərək məhkəmə qərardadına əsasən mübahisəli obyektin hazırki bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici tərəfindən bazar qiyməti olan 110.400,00 manat əsas götürülməklə 72.400,00 (110.400,00-38000) hissədə əsaslı olduğundan qismən təmin edilməli, ilkin iddia tələbi qalan hissədə təmin edilməməlidir. 27.Məhkəmə qeyd etmişdir ki, bazar dəyəri 110.400,00 manat olan obyektin 22500 manata satılması real deyildir. Babaşov X26 Arif Akif oğlu arasında yaranan borcla bağlı sonuncunun ağır vəziyyətə düşməsindən yararlanaraq ona formal verilmiş hüquqlarından sui-istifadə edərək İddiaçı əmlakını sataraq onun hesabına əsassız varlanmışdır. Ona görə də İddiaçı Cavabdeh ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə qismən haqqlı olmuşdur. 28.Məhkəmə ilkin iddia tələbinin “Cavabdeh əməllərində cinayət tərkibli əlamətləri olduğu üçün onun barəsində xüsusi qərardad çıxarılması” hissəsi ilə bağlı bildirmişdir ki, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarının sürətindən görünür ki, vətəndaş X24 müraciətinə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmamasına görə aparılmış araşdırma üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Belə olan halda ilkin iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. 29.Məhkəmə Cavabdeh İddiaçı qarşı maddi ziyan qismində 395000,00 (45000+17000-22500) manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə tələbini əsassız sayaraq hesab etmişdir ki, qarşılıqlı iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddiaçı Cavabdeh qarşı iddia qaldırarkən 38000,00 vəsaiti nəzərə almış, sonuncu həmin vəsaitin Ukraynadan gəlmiş dostu Maqsudov Yaqubova məxsus olması, bu vəsaiti Milli Bankın 15 faiz dərəcəsi ilə 1 illik banka depozitə yerləşdirmək istəməsini, 17.000,00 manat vəsaitin onun Sabirabad şəhərində yerləşən yarımtikili obyektinin etibarnamə əsasında İddiaçı tərəfindən satılaraq həmin vəsaiti götürməsini və həmin vəsaitin İddiaçı mərhum anası Mariya Nuriyeva tərəfindən polisə verilmiş ifadəsindəki qızılların girov qoyulması ilə götürülən və qızıllarla əvəzləşdirilmiş vəsaitlə bağlı olmamasını əsaslandırıla bilməmişdir. Digər tərəfdən Cavabdeh mübahisəli obyekti 22500 manata satılmasını bildirsə də həmin obyektin real bazar dəyərinin 110400,00 manat olması mütəxəssis rəyi ilə təsdiq olunmuşdur. Belə olan halda məhkəmə hesab etmişdir ki, Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı maddi ziyan qismində 395000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməməlidir. 30.Həmçinin, məhkəmə hesab etmişdir ki, iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X37 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 60.000,00 manat vəsait tutularaq ona verilməsi barədə iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, X7 Arif Akif oğluna Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti, 14/166 ünvanında yerləşən qeyriyaşayış sahəsinə görə 60000,00 manat verməsini bildirsə də bu fakt məhkəmədə və onun müraciəti əsasında polis orqanında aparılmış araşdırılma zamanı öz təsdiqini tapmamışdır. Bundan əlavə iddiaçı mübahisəli obyektə görə iddia ərizəsndə İddiaçı 3000 manatadək qum-çınqıl verməsi bildirilsə də, məhkəmə iclasında qumçınqılın Arifə məxsus Xırdalandakı evin alınmasına görə verməsinə dair təzadlı izahat vermişdir. Digər tərəfdən iş materialları ilə təsdiq olunur ki, həqiqətəndə İddiaçı ilə X37 arasında xx.xx.2019cu il tarixli Akta əsasən, o, Arifə 80.000 (səksən min) manat pulun əvəzinə Mehdiabad qəsəbəsində yerləşən 5 sot torpaq sahəsini və orada yerləşən evini verməyi öhdəsinə götürsə də həmin məbləğdən 10000 manat vəsait vermiş, tərəflərin sövdələşməsi baş tutmaması səbəbi ilə həmin vəsait İddiaçı tərəfindən ona geri qaytarılmışdır. 31.Məhkəmə istinad etdiyi maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab etmişdir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Babaşov X26 Arif Akif oğlunun əmlakını ona xəbər vermədən satması ilə onun hesabına əsassız olaraq varlanmış, ona görə də həmin əmlakın bazar dəyərinə münasib olaraq ondan İddiaçı xeyrinə 72.400,00 manat vəsaiti tutulmalıdır. 32.Beləliklə, məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 72.400,00 manat vəsaiti tutulmalı ilkin iddia tələbi qalan hissələrdə təmin edilməməli, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “maddi ziyan qismində 395000,00 manat məbləğində vəsaitin tutularaq ona ödənilməsi” barədə qarşılıqlı iddia tələbi və iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X22 ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “İddiaçı onun xeyrinə 60.000,00 manat vəsait tutulması” barədə iddia tələbi təmin edilməməlidir. 33.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.1, 135.2, 157.2, 560.1, 739.1, 739.2, 1091.1, 1092.1-cı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 265.4, 216-220-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri. a) Apellyasiya şikayətinin dəlilləri 34.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddianın rədd edilməsini və qarşılıqlı iddianın isə tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 35.Apellyasiya şikayəti qarşılıqlı iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə işdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında olan izahatlara, ilkin iddia üzrə iddiaçının iddia ərizəsində göstərdiyi hallara, məhkəmə iclasında verdiyi izahatına, buna qədər isə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi və digər hüquq müəyyən edici sübutlar üzrə heç bir araşdırma aparmadan və ya bunlara hüquqi münasibət bildirmədən işi yekunlaşdırmışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 36.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 37.Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun vəkili və nümayəndəsi X25 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatlarında əlavə olaraq qeyd etdilər ki, iddiaçı iddia ərizəsində də qeyd etmişdir ki, qeyri-yaşayış sahəsinə görə ona 45000 manat borc qaytarmalı idi. Bundan əlavə iddiaçı ondan 17000 manat borc almış, ona qaytarmamışdır. İddiaçının qızılların əvəzləşdirilməsi ilə bağlı qeyd etdikləri həqiqətə uyğun deyildir. İddiaçının onda heç bir qızılı yoxdur. 38.Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili X30 apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İzahatlarında və onlara verilən suallara cavab olaraq bildirdilər ki, Cavabdeh iddiaçının qızıllarını qaytarmışdır. 39.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq müstəqil tələb irəli sürən 3-cü şəxs X37 məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 40.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 41.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 42.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 43.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 44.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 45.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 46.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 47.Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 48.Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 49.Maddə 560.1.Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 50.Maddə 739.1.Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 51.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 52.Maddə 1091.1.Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsaolmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 53.Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 54.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 55.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 56.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdəştirak edən şəxslərə aid edilir. 57.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 58.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 59.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 60.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 61.Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadının 59-cu bəndinə əsasən məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvini tələb edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Həmin qərardadın 62-ci bəndinə əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlamalıdır. 62.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını, Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəlləsinin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki və Kommersiya Kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli, 04/2020 saylı qərardadını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində qətnaməni ilkin iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində mübahisələndirdiyindən, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin edilən və qarşılıqlı iddianın təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 63.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarının tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilməli, qarşılıqlı iddianın 17000 manat borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. 64.Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini İddiaçı alarkən onun pulu çatışmadığı üçün, pulun bir hissəsi olan 38000 manatı Cavabdeh borc olaraq istəmişdir. Razılaşmaya əsasən iddiaçı 45000 manatı cavabdehə qaytarmalı idi. Həmçinin borca görə qeyri-yaşayış sahəsi iddiaçının deyil, cavabdehin adına rəsmiləşdirilmişdir. 65.Qeyd olunanlar işin faktiki halları Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021ci il tarixli qərarı ilə təsdiq olunur. 66.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. 67.Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; -əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; -əqdin formasına dair şərtlər. 68.Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). 69.Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). 70.Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1- ci maddələri). 71.Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). 72.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2022-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. 73.Plenumun qərarında həmçinin qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021ci il 17 sentyabr tarixli Qərarlar). 74.Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. 75.Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. 76.Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; -gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. 77.Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. 78.Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 79.Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. 80.Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. 81.Beləliklə, hazırki iş üzrə işin araşdırılmış hallarından müəyyən edilir ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsini əslində faktiki olaraq alan İddiaçı olmasına baxmayaraq, o, həmin obyekti almağa pulu çatmadığı üçün Cavabdeh faizlə 38000 manat borc almış, 45000 manat qaytarmasına razılaşmışlar. Razılaşmışlar ki, İddiaçı adına rəsmiləşdirilməli olan qeyri-yaşayış sahəsi pulun müqabilində cavabdeh X15 adına rəsmiləşdirilsin. 82.Göründüyü kimi, X29 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış, AN-İ seryalı ******* saylı alğı-satqı müqaviləsi tərəflərin əsl həqiqi niyyətlərini, iradə ifadələrini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək, görüntü üçün bağladıqları əqdlə X29 ilə İddiaçı arasında bağlanmalı olan müqaviləni pərdələmişlər. 83.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, X29 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsi əhəmiyyətsiz əqddir. 84.Cavabdeh X28 İddiaçı əmlakını sataraq onun hesabına əsassız varlanmış, buna görə də məhkəmə düzgün olaraq belə qənaətə gəlmişdir ki, İddiaçı Cavabdeh ona məxsus olan obyektin satışından əldə olunmuş vəsaiti tələb etməkdə haqlı olmuşdur. 85.Lakin, kollegiya hesab edir ki, qətnamə Cavabdeh İddiaçı xeyrinə tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. 86.Belə ki, iş üzrə apellyasiya mərhələsində alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 fevral 2023-cü il tarixli, №10/6233 saylı ekspert rəyinə əsasən -Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeydiyyatdan keçmiş 49,2 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsinin (49,2x1700) hazırkı orta bazar qiyməti təqribən 83,650 manat məbləğində müəyyən edilir. -Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (83650-10%) 75300,0 manat məbləğində müəyyən edilir. -Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 79,4 kv.m olduğunu nəzərə alaraq 30,2 kv.m (79,4-49.2) əlavə tikililərin sahəsinin olduğu müəyyən edilir. -Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin əlavə tikililərinin 30,2 kv.m sahədən ibarət olduğu nəzərə alaraq (30,2x1700) hazırki orata bazar qiyməti təqribən 51300,0 manat məbləğində müəyyən edilir. -Yuxarıda göstərilənləri nəzərə alaraq, 10% azalma əmsalı tətbiq edilməklə həmin mənzilin orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən (51340-10%) 46200,0 manat məbləğində müəyyən edilir. 87.Kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinin qeyd olunan ekspert rəyi ilə müəyyən edilən dəyəri (1 kv.m-1700 manat) yüksək məbləğdə müəyyən edildiyindən, həmçinin iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilmədiyindən mübahisələndirilən qeyri-yaşayış sahəsinin dəyəri “X42 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatı ilə müəyyən edilmiş məbləğ əsas götürülməklə hesablanmalıdır. 88.“X42 Mərkəzi” MMC-nin xx.xx.2022-ci il tarixli hesabatından görünür ki, Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsinin 2019-cu il tarixə bazar dəyəri 54.100,00 manat, qiymətləndirilmə tarixinə 57.000 manat, əlavə tikilisinin sahəsi 64.10 kv.m olmaqla 2019-cu il tarixə bazar dəyəri 50.600,00 manat, qiymətləndirilmə tarixinə isə 53.400 manat müəyyən edilmişdir. 89.Kollegiya qeyd edir ki, qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsinin 2019-cu il qiymətləndirilmə tarixinə dəyəri 57000 manat müəyyən edildiyindən həmin sahənin 1 kv.m-nin dəyəri 1158 manat (57000 : 49,20=1158) olmaqla, əlavə tikilisinin sahəsi 64.10 kv.m olmaqla 2019-cu il tarixə qiymətləndirilmə tarixinə dəyəri 53400 manat müəyyən edildiyindən həmin sahənin 1 kv.m-nin dəyəri 833 manat (53400 : 64.10=833) məbləğində müəyyən edilməlidir. 90.Həmçinin, işə baxılmanın apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2023-cü il tarixli, №10/2822 saylı əlavə ekspert rəyinə əsasən Bakı şəhəri Binəqədi rayonu, Azadlıq prospekti 14/166 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin tikililərin ümumi sahəsinin (faktiki istifadədə olan sahə) 112,2 kv.m təşkil etdiyi müəyyən edilir. 91.Qeyd olunan ekspert rəyini nəzərə almaqla kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsinin ümumi sahəsi 112,2 kv.m olmaqla, qeydiyyatdan keçmiş sahəsi 49,20 kv.m, qeydiyyatdan keçməmiş sahə 63 kv.m müəyyən edilir. (112,2-49,20=63) Qeydiyyatdan keçmiş sahə ilə qeydiyyatdan keçməmiş sahə vahid əmlak kimi vəhtət təşkil edir və həmin əmlak vahid əmlak kimi satılmışdır. 92.Belə olan halda həmin qeyri-yaşayış sahəsinin dəyəri - qeydiyyatdan keçmiş 49,20 kv.m sahəsi üçün 56973,6 manat (49,2x1158=56973,6), qeydiyyatdan keçməmiş 63 kv.m sahəsi üçün 52479 manat (63x833=52479) olmaqla, ümumi dəyəri 109452,6 manat (yüz doqquz min, dörd yüz əlli iki manat, altmış qəpik) məbləğində müəyyən edilir. 93.Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki Cavabdeh qarşılıqlı iddia ərizəsinə daqiqləşdirmə barədə ərizəsində qeyd etmişdir ki, “İddiaçı ona bildirmişdir ki, ona vacib pul lazımdır, həmin 38000 (otuz səkkiz min) manat pulu ona borc versin əvəzində Azadlıq prospekti 14/166 ünvanında yerləşən 49.2 kv.m zirzəmini onun adına sənədləşdirsin. Məqsudov Yaquba 38000 (otuz səkkiz min) manat əlavə olaraq 1 illik depozit faizi ilə və alğı-satqı zamanı ödənilən təxmini 1650 manat dövlət rüsumu ilə birlikdə 45000 (qırx beş min) manat qaytaracaqdır.Çünki alqı-satqı zamanı 1650 manat rüsumu o ödəmişdir. O razılaşmışdır ki, həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi X29 tərəfindən həmin zirzəmi onun adına sənədləşdirilsin. Məhz iddia ərizəsində öz əksini tapan 45000 (qırx beş min) manat pul məbləği oradan yaranmışdır” 94.Həmçinin, bunu İddiaçı iddia ərizəsində də təsdiq edərək qeyd etmişdir ki, Cavabdeh 38.000,00 manat on beş ay müddətinə faizə pul götürmüşdür. Faizlərlə birlikdə ona 45.000,00 manat qaytarmalı idi. 95.Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında razılaşmaya əsasən İddiaçı sonuncuya 45000 manat qaytarmalı olduğundan və bu məbləğ hər iki tərəfin iddia ərizəsi ilə təsdiq edildiyindən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərindən-109452,6 manatdan 45000 manat çıxılmaqla yerdə qalan əsassız varlanmağa görə məbləğ 64452,6 manat (109452,6-4500=64452,6) Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. 96.Buna görədə məhkəmə kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən ilkin iddia tələbinin qismən təmin edilən hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə 64452,6 manat (altmış dörd min, dörd yüz əlli iki manat, altmış qəpik) vəsait tutulmalıdır. 97.Məhkəmə kollegiyası məhkəmənin Cavabdeh İddiaçı qarşı olan qarşılıqlı iddia tələbinin 17000 manat pulun tutulması hissəsində əsassız hesab edilərək təmin edilməməsi ilə bağlı mövqeyi ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun gəlmir. Buna görə də qətnamə qeyd olunan hissədə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməlidir. 98.Kollegiya ilk öncə qeyd edir ki, qarşılıqlı iddia tələbinin 45000 manat hissəsinə ilkin iddia tələbinin qismən təmin edilməsi ilə hüquqi qiymət verilmişdir. 99.Belə ki, ilkin iddia tələbi qismən təmin edilərkən mübahisələndirilən qeyri-yaşayış sahəsinin müəyyən edilmiş dəyərindən- 109452,6 manatdan İddiaçı Cavabdeh olan borcu-45000 manat çıxılmaqla ilkin iddia tələbinin qismən təmin edilməsi qət edilmişdir. 100.Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarınından görünür ki, qərarın təsviri hissəsində izahatı alınmış İddiaçı bildirmişdir ki, 2018-ci ildə Şəfayətə qızıl girov qoyaraq 17000,00 manat pul götürmüş, bir neçə ay 800 manatdan faiz ödəməsinə baxmayaraq əsas borcu ödəyə bilmədiyi üçün 17000,00 manat borc Şəfayətə girov qoyduğu qızıllarla əvəzləmişlər. 101.Göründüyü kimi, İddiaçı Cavabdeh 17000 manat borc aldığını etiraf etmiş, daha sonra həmin borcu qaytara bilmədiyi üçün borca görə girov qoyduğu qızıllarla əvəzləşdirdiyini bildirmişdir. 102.Kollegiya qeyd edir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya istinad edirsə fərqli qayda tətbiq edilir. 103.Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. 104.Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). 105.Hazırki işdən göründüyü kimi, Cavabdeh İddiaçı 17000 manat borc verdiyini bildirmiş, tələb İddiaçı öz etirafı ilə təsdiq edilmişdir. Lakin, İddiaçı 17000 manatı girov qoyduğu qızıllarla əvəzləşdirdiyi bildirərək etdiyi etirazı təsdiq edən heç bir mötəbər sübut təqdim etməmiş, iş materiallarının araşdırlması zamanı qeyd olunan hal öz əksini tapmamışdır. 106.Belə ki, tərəflərin səs yazısının əks olunduğu CD diskdəki Cavabdeh və İddiaçı telefon danışığından müəyyən edilir ki, İddiaçı 1-ci gün rayona gedəcəyini bildirmiş, Cavabdeh isə “pulu (1000-i) ver get” deyərək cavab vermiş, İddiaçı isə “danışaq da, həm faiz verim, həm ordan 17000-i verim” deyərək etiraz etmiş, Cavabdeh isə “qardaş bir aylığı deyirəm də, verirsən fso, sonra demirsən olacan 15 günə bir aya,,,” demiş, İddiaçı isə “15 günə bir aya olmadı nətəri, yenə faiz verim, yəni ordan 17 mini verim deyə cavab vermiş, Cavabdeh isə “1 aya qaytar” demiş, İddiaçı isə “bir aya necə qaytarım?” deyə cavab vermişdir. 107.CD diskdə əks olunmuş Cavabdehlə İddiaçı mərhum anası Mariya Nuriyeva arasında baş tutmuş daha bir danşığın səs yazısından müəyyən edilir ki, Mariya Nuriyeva götürülmüş borca görə Cavabdeh qızıl-50 qram sep və brilliant qaşlı saat göndərəcəyini bildirmiş, götürülmüş borca görə girov kimi qəbul etməsini bildirmişdir. 108.Göründüyü kimi səs yazılarından da aydın olur ki, Cavabdeh tərəfindən İddiaçı 17000 manat borc verilməsi İddiaçı öz etirafı ilə təsdiq edilməsinə baxmayaraq həmin borcun girov qoyulmuş qızıllarla əvəzləşdirilməsi öz təsdiqini tapmamış, qızılların Cavabdeh göndərilməsi barədə dialoq aparılsa da, onların Cavabdeh tərəfindən qəbul edilməsi barədə səs yazılarından hər hansı bir mötəbər məlumat əldə etmək mümkün olmamışdır. 109.Həmçinin məhkəmə kollegiyasının iclasında İddiaçı özü etiraf etmişdir ki, Cavabdeh verdiyi qızılları sonuncu qaytarmışdır. Onun Cavabdeh qızılları yoxdur. 110.Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi üzrə Cavabdeh tərəfindən İddiaçı 17000 manatın borc verilməsi İddiaçı öz etirafı ilə öz təsdiqini tapdığından, həmçinin həmin borcun qaytarılmasına və ya girov qoyulmuş qızıllarla əvəzləşdirilməsinə dair İddiaçı etirazının əsasını təşkil edən mötəbər sübutlar təqdim edilmədiyindən, qarşılıqlı iddia tələbi 17000 manat borcun tutulması hissəsində təmin edilməlidir. 111.MPM-nin qeyd olunan normalarını rəhbər tutaraq kollegiya həmçinin hesab edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 114 manatı Cavabdeh, 86 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 112.Beləliklə qeyd olunan xüsusatları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilməli, Cavabdeh İddiaçı xeyrinə 64.452,6 manat (altmış dörd min, dörd yüz əlli iki manat, altmış qəpik) vəsait tutulmalı, qətnamə qarşılıqlı iddianın 17000 manat borcun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı Cavabdeh xeyrinə 17000 manat (on yeddi min) pul tutulmalı, həmçinin aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 114 manatı Cavabdeh, 86 manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 113.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 2(007)-122/2022 saylı qətnaməsi ilkin iddianın qismən təmin edilən hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 64.452,6 manat (altmış dörd min, dörd yüz əlli iki manat, altmış qəpik) vəsait tutulsun. Qətnamə qarşılıqlı iddianın 17000 manat borcun tutulmasının təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilsin. İddiaçı Cavabdeh xeyrinə 17000 manat (on yeddi min) pul tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 114 (yüz on dörd) manatı Cavabdeh, 86 (səksən altı) manatı isə İddiaçı tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-190/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-190/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver