Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1900/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-341/2011 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı "kreditin, faizlərin və cərimənin ödənilməsi, girov predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 iddiaçının xeyrinə 7015 manat 07 qəpik məbləğində əsas borc, 1139 manat 63 qəpik faiz, 3128 manat 85 qəpik cərimə, ödənilmiş 20 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsi üçün tələbin Cavabdeh2 məxsus “Daihatsu Materia” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-341/2011 saylı, xx xxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçının xeyrinə 7015 manat 07 qəpik məbləğində əsas borc, 1139 manat 63 qəpik faiz, 500 manat cərimə və 15 manat 30 qəpik dövlət rüsumu olmaqla, cəmi 8670 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması, Cavabdeh2 məxsus “Daihatsu Materia” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ixtisaslaşdırılmış açıq hərracdan satılması və satışdan əldə olunmuş 8670 manat pulun iddiaçıya ödənilməsi, həmin vəsait kifayət etmədikdə qalıq borcun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulması, avtomobilin satışından əldə edilmiş məbləğ iddiaçının tələbindən artıq olarsa, qalan məbləğin Cavabdeh2 qaytarılması qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-341/2011 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə müddətin bərpasından imtina olunmuşdur. Həmin qərardaddan cavabdeh tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi Cavabdeh2 tərəfindən xx.xx.2011-ci il tarixdə xəbərnaməyə imza edilməklə alınmış, cavabdehin buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi və ona əlavə edilmiş apellyasiya şikayəti məhkəməyə xx.xx.2020-ci il tarixdə (9 il, 02 ay, 27 gün sonra) daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsininə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda müəyyən olunur ki, cavabdeh tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, cavabdeh qətnamədən xəbərdar olduğu halda müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» xx xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının..., işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403,,402,405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-341/2011 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı onun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1900/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1900/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver