Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1900/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-13300/2015 saylı, 15 noyabr 2022ci il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)- 13300/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 299416,06 manat, faiz borcu 113206,51 manat, cərimə 1000 manat, ümumilikdə 412632,57 manatın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı ASC-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğin Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borclarının ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Etibar Nəbiyev, Raqib Qurbanov) 2(103)-1822/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və Nümayəndə tərəfindən birgə verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-13300/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılması, cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 299416,06 manat, faiz borcu 113206,51 manat, cərimə 1000 manat, ümumilikdə 412632,57 manat və məhkəmədə iddia qaldırılması üçün ödənildmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə verilməsi, cavabdehlərdən tutulmalı olan məbləğ Cavabdeh2 məxsus olan ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, ünvan 1 ünvanında yerləşən 18A saylı evin 10 nömrəli mənzilinin ilkin satış qiyməti 300000 manat məbləğində müəyyənləşdirilməsi, həmin əmlak satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması və əmlakın açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına cavabdehlərin İddiaçı ASC-yə olan borcları ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aslan Kalbalıyev - sədrlik edən və məruzəçi, Vəfaddin İbayev, Ələsgər Əliyev) 2(102)-3004/2019 saylı, 03 may 2019-cu il tarixli qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Nümayəndə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Azad İmanov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 02 oktyabr 2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1822/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsindən Həsənova (Xankişiyev) Validə Zakir qızı tərəfindən verilmiş kassasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Əhməd Nurməmmədov - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, Gündüz Quliyev) 2(102)- 916/2020 saylı, 10 fevral 2020-ci il tarixli qərarı ilə cavabdeh Həsənova (Xankişiyev) Validə Zakir qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1822/2018 saylı, 02 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)-13300/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(001)- 13300/2015 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs nümayəndəsi və vəkili Nümayəndə şikayət verərək ləğv edilməsini və qətnamədən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim Səadət Səlimova) 2(001)- 13300/2015 saylı, 23 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qənaətini bununla əsaslandırmışdır ki, Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1822/2018 saylı, 24 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə ləğv edilən Binəqədi Rayon Məhkəməsinin (hakim Kamran Əsədov) 2(001)-13300/2015 saylı, 01 dekabr 2015-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və ləğv edilmiş qətnamə ilə Maraqlı şəxs maraqlarına toxunulması mümkün olmadığından apellyasiya şikayəti geri qaytarılmalıdır. Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, apellyasiya şikayəti mövcud olmayan qətnamədən verilmişdir. Yəni, apellyasiya şikayəti verilən qətnamə ləğv edilmişdirsə apellyasiyanın icraatı nə olmalıdır. Əlbətdə ki, bu ritorik sual olsa da şikayət verən şəxsin vəkili bu cür şikayət verməzdən əvvəl bu məsələni özü üçün aydınlaşdırmalı idi. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-13300/2015 saylı, 15 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəmənin 2(001)-13300/2015 saylı, 15 noyabr 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1900/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1900/2023
15.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver