Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1903/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 Samsonovna və Datikoşvili (İfraimova) Anna Cumberovna tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 206.285,79 ABŞ dolları, faiz üzrə 13.368,83 ABŞ dolları olmaqla, cəmi 219.654,62 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi zrə 219.654,62 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinin ilkin satış qiymətinin 246.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri X1, X5, Datikaşvili (İfraimova) Anna Cumberovnanın və X4 çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” KB ASC ilə borclu Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2014-cü il tarixədək illik 21% ödəmək şərtilə 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi “xxxx” Kommersiya Bankı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli Əlavə Razılaşmaya və həmin Əlavə Razılaşmaya edilmiş xx.xx.2014-cü il tarixli dəyişikliyə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Əlavə kredit müqaviləsinə 1 saylı Əlavədə nəzərdə ödəniş qrafiki üzrə dövri olaraq “xxxx” Kommersiya Ваnkına ödənilməli olan kredit və faiz borclarının həmin qrafıkə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2016-cı il tarixə xx.xx.2011ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 206.285,79 ABŞ dolları, faiz üzrə 13.368,83 ABŞ dolları olmaqla, cəmi 219.654,62 ABŞ dolları təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinin ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2011-ci il tarixli 251 saylı ekspert rəyinə əsasən 246.000 manat məbləğində qiymətləndirilmişdir. İddiaçının ipoteka predmeti kimi çıxış edən mənzildən cavabdehlərin çıxarılması onunla əlaqəlidir ki, əmlak hərraca çıxarıldığı zaman əmlak boş olmalıdır, eyni zamanda orada yaşayan şəxslərin və mənzilin mülkiyyətçisinin hüquqlarından azad olmalıdır. Əks təqdirdə həmin əmlakın hərrac yolu ilə realizə olunması qeyri-mümkün olacaq. Qeyd olunanlara əsasən borclu kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları borcludan iddiaçının xeyrinə tutulmalı, öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına borclunun iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları, həmçinin hazırkı iddianın qaldırılması ilə əlaqədar çəkilmiş məhkəmə xərcləri ödənilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 206.285,79 ABŞ dolları əsas borc, 13.368,83 ABŞ dolları faiz borcu, cəmi 219.654,62 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, idddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi, tələbin ilkin satış qiyməti 351.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyəti hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 219.654,62 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manat və iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş cəmi 30 manat “xxxx” KB ASCnin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1, X6, X10, Datikaşvili (İfraimova) Anna Cumberovna və X4 Bakı şəhəri, Nəsimi rayonu, Bül- Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilindən çıxarılmaları, məhkəmə tikintitexniki ekspertizasının tədqiqat dəyəri olan 150 manat Cavabdeh1 alınaraq “X16” MMC-yə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 Samsonovna və Datikaşvili (İfraimova) Anna Cumberovna ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-40/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, o cümlədən də kobud prosessual pozuntulara yol verilmişdir. Eyni zamanda iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabehlərə məlumat verməmiş və bununla da mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə tərəfindən bildiriş gec göndərilmiş və həmin bildiriş məhkəmə prosesi keçirilən tarixdən sonra cavabdehlərə təqdim edilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi işin faktiki haları tam şəkildə araşdırmamışdır. Belə ki, məhkəmə əsas kredit müqaviləsi bağlanan tarixdən, yəni xx xxx 2010-cu il tarixdən etibarən cavabdeh tərəfindən nə qədər vəsait ödənilməsini, xx xxxxxx 2011-ci il tarixli əlavə kredit müqaviləsi üzrə həqiqətən də caväbdehə pul verilibverilməməsini araşdırmamışdır. Məhkəmə cavabdeh tərəfindən ödənilmiş məbləğlərin bank tərəfindən hansı şəkildə faizlərə və əsas borca hesablamasını araşdırmayaraq və hesabdan çıxarışları tədqiq etməyərək, yalnız iddiaçı tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışa istinad etmiş və borc məbləğini də məhz bu arayışa uyğun olaraq hesablamışdır. Halbuki, xx xxx 2016-cı il tarixli arayışda əsas borc məbləği 206.285,79 ABŞ dolları göstərilməsinə baxmayaraq, bank tərəfindən hələ xx xxxxxxx 2015-ci il tarixdə məhkəməyə təqdim edilmiş və sonradan baxılmamış saxlanılmış iddia ərizəsində əsas borc məbləği 191.937,32 ABŞ dolları kimi göstərilmişdir. Bu müddət ərzində isə tərəflər arasında yalnız xx xxxxxx 2015-ci il tarixli saziş imzalanmışdır ki, bu sazişlə də yalnız güzəşt müdəti və faiz dərəcəsinə dəyişiklik edilmiş, əlavə kredit məbləğinin verilməsi nəzərdə tutulmamışdır. Sadalanan hallar bank tərəfindən təqdim edilmiş maliyyə arayışında göstərilən məbləğin həqiqətə uyğun olmamasına dəlalət edir. Belə olan halda məhkəmə yalnız maliyyə arayışına istinad etməklə kifayətlənməməli, hesabdan çıxarışları tədqiq edərək, məhkəmə mühasibatlıq ekspertizası təyin etməli idi. Digər tərəfdən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qətnamə ilə tutma yönəldilən əmlak hələ 2004-cü ildə bank qarşısında ipoteka ilə yüklü edilmiş və xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka müqaviləsinin bağlanmasına əsas olan kredit məbləği 12 və 18 ay müddətinə verilmişdir. Birinci instansiya məhkəməsi həmin kredit müqavilələrinə 24 "may 2010-cu il tarixinə qədər, yəni xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma bağlanana qədər xitam verilib-verilməməsini də aydınlaşdırmamışdır. Halbuki, əgər xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən xx xxx 2010-cu ilə qədər yerinə yetirilmişdirsə, bu həm 2004-cü il tarixli kredit müqavilələrinin, həm də müvafiq olaraq xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin xitamı deməkdir. Başqa sözlərlə xx xxx 2010-cu il tarixdə xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsi artıq mövcud deyildi və həmin müqaviləyə xitam verilmişdi. Mövcud olmayan müqaviləyə isə hər-hansı bir əlavə razılaşma bağlamaq tamami ilə qanunvericiliyin tələblərinə ziddir. xx xxx 2010-cu il tarixli əlavə razılaşmanın 8-ci bəndinə əsasən bu razılaşma xx xxxxxx 2004cü il tarixli İpoteka müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X15 48.1.2-ci maddəsinın tələbinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Xitam olunmuş müqaviləyə isə hər hansı bir dəyişklik və ya əlavə etmək mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, ipoteka predmeti qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmədiyindən və ümumiyyətlə ipoteka müqaviləsi mövcud olmadığından mübahisə premeti olan mənzillərə tutma yönəldilə bilməz. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual və maddi hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış və məhkəmənin gəldiyi nəticələr ziddiyyətli olmaqla işin hallarına uyğun deyildir. Nəticə etibarı ilə hesab edir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-40/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh3 Samsonovna apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, o cümlədən də kobud prosessual pozuntulara yol verilmişdir. Eyni zamanda iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verməmiş və mülki prosessual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, məhkəmə tərəfindən bildiriş gec göndərilmiş və həmin bildiriş məhkəmə prosesi keçirilən tarixdən sonra cavabdehlərə təqdim edilmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qətnamə ilə tutma yönəldilən əmlak hələ 2004-cü ildə bank qarşısında ipoteka ilə yüklü edilmiş və xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka müqaviləsinin bağlanmasına əsas olan kredit məbləği 12 və 18 ay müddətinə verilmişdir. Birinci instansiya məhkəməsi həmin kredit müqavilələrinə xx xxx 2010-cu il tarixinə qədər, yəni xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma bağlanana qədər xitam verilib-verilməməsini də aydınlaşdırmamışdır. Halbuki, əgər xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən xx xxx 2010-cu ilə qədər yerinə yetirilmişdirsə, bu həm 2004-cü il tarixli kredit müqavilələrinin, həm də müvafiq olaraq xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin xitamı deməkdir. Başqa sözlərlə xx xxx 2010-cu il tarixdə xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsi artıq mövcud deyildi və həmin müqaviləyə xitam verilmişdi. Mövcud olmayan müqaviləyə isə hər-hansı bir əlavə razılaşma bağlamaq tamamilə qanunvericiliyin tələblərinə ziddir. xx xxx 2010-cu il tarixli əlavə razılaşmanın 8-ci bəndinə əsasən bu razılaşma xx xxxxxx 2004-cü il tarixli İpoteka müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X15 48.1.2-ci maddəsinin tələbinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Xitam olunmuş müqaviləyə isə hər hansı bir dəyişklik və ya əlavə etmək mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, ipoteka predmeti qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmədiyindən və ümumiyyətlə ipoteka müqaviləsi mövcud olmadığından mübahisə premeti olan mənzillərə tutma yönəldilə bilməz. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən bir sıra prosessual və maddi hüquq normaları pozulmuş, iş üçün mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış və məhkəmənin gəldiyi nəticələr ziddiyyətli olmaqla işin hallarına uyğun deyildir. Hesab edir ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-40/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələblərinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Cavabdeh Datikaşvili (İfraimova) Anna Cumberovna apellyasiya şikayətini Cavabdeh3 Samsonovnanın apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərini əsassız hesab edərək təmin olunmamasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apellyasiya şikayətlərinin dəllillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə borcun məbləği hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İş materiallarında olan xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsindən görünür ki, “xxxx” KB ASC tərəfindən Cavabdeh1 250.000 manat məbləğində 60 ay müddətinə, xx.xx.2015-ci il tarixinədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanılmaqla kredit verir. Müqavilənin 1.2-ci bəndinə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə kredit müqavilələri ilə tənzimlənir. İş materiallarında olan “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi və müqaviləyə 1 saylı əlavədən görünür ki, “xxxx” KB ASC Cavabdeh1 36 ay müddətinə, xx xxxxxx 2014-cü il tarixinədək illik 21% ödəmək şərtilə 250.500 ABŞ dolları məbləğində kredit verməyi, borc alan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən bu müqavilə 11UMC/10 saylı xx.xx.2010-cu il tarixində bağlanılan əsas müqavilənin ayrılmaz tərkib hissəsidir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə xx.xx.2014cü il tarixli Sazişdən (müqaviləyə əlavələr edilməsi haqqında) və həmin Sazişə 2 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlamış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində qeyd olunan əlavə kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2019-cu il tarixə kimi, faizi illik 20 % müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Sazişdən və həmin Sazişə 1 saylı Əlavədən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə 7 ay güzəşt müddəti verilməsi və illik faiz dərəcəsi 18 % müəyyən edilmiş, digər şərtləri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan ipoteka saxlayan “xxxx” KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2004-cü il tarixli 269b/4 və 270b/4 saylı kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İş materiallarında olan ipoteka saxlayan “xxxx” KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə xx xxx 2010-cu il tarixli əlavə razılaşmanın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur. İş materiallarında olan xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmaya dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsinin müddəti xx xxx 2024-cü il tarixinədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 109208 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, BülBül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 01 saylı reyestr kitabında 82-ci səhifəsində 30/7014 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 03/25885 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən R.Datikoşviliyə məxsus Bakı şəhəri, Bül-bül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair tərəflərindən 1 saylı reyestr kitabının 82-ci səhifəsində ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli **********99 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair ipotekanın əlavə qeydiyyatı aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayonu «xxxx» MMC Mənzil- Kommunal Təsərrüfatı Birliyi Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2010-cu il tarixli 12 saylı arayışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili sahibi X2, həmin mənzildə X7, X11, X12 (1995-ci il təvəllüdlü) və X8 (2001-ci il təvəllüdlü) qeydiyyatdadırlar. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən xx xxxxxx 1990-cı il tarixdə verilmiş V-JQ seriyalı, 409821 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X13 14 noyabr 1990-cı il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxxx 1990-cı il tarixdə 3243 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Datikoşvili, arvada Datikoşvili soyadı verilmişdir. İş materiallarında olan X6 tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül- Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. Həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Daşınmaz Əmlakın qiymətləndirilməsi barədə xx.xx.2011-ci il tarixli 251 saylı ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilin bir ay müddətində satış qiyməti 246.000 manat təyin edilmişdir. İş materiallarında olan xx xxx 2016-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 117BC/11 saylı kredit müqaviləsi üzrə xx xxx 2016-cı il tarixə “xxxx” KB ASCyə 206.285,79 ABŞ dolları əsas borcu, 13.368,83 ABŞ dolları faiz borcu, cəmi 219.654,62 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli pretenziya məktubundan, xx.xx.2015-ci il tarixli bildirişdən, “xxxx” KB ASC tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2015-ci il tarixli ərizədən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2015-ci il tarixli **********75 №-li məktubundan görünür ki, Cavabdeh1 tələbin ipoteka predmetinə tutmanın yönəldiləcəyi barədə “xxxx” KB ASC tərəfindən xəbərdar edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsində xx.xx.2015-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, “xxxx” KB ASC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, “xxxx” KB ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişlərin qeydə alınması ilə əlaqədar 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, cəmi 30 manat ödənilmişdir. İş materiallarında olan “X16” MMC-nin xx xxxx 2018-ci il tarixli, ƏEM/F 89-221/18 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospektində yerləşən 65 “a” saylı evin 13/14 saylı mənzilinin xx xxxx 2018-ci il tarixinə real bazar qiyməti 351.000 manat təşkil edir. Xidmət haqqı “X16” MMC-nin tarif cədvəlinə uyğun olaraq 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 39.1-ci maddəsinin görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Birinci instansiya məhkəməsinin baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə əsasən bank (borcverən) tərəfindən Cavabdeh1 (borcalan) illik 21% hesablanmaqla 36 ay müddətinə 250.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli Sazişə əsasən xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2019-cu il tarixə kimi, faizi illik 20 % müəyyən edilmişdir. “xxxx” KB ASC ilə Cavabdeh1 xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli Sazişə əsasən xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə 7 ay güzəşt müddəti verilməsi və illik faiz dərəcəsi 18 % müəyyən edilmişdir. Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə ona iddiaçı tərəfindən əsas borc üzrə 206.285,79 ABŞ dolları, faiz borcu üzrə 13.368,83 ABŞ dolları, cəmi 219.654,62 ABŞ dolları məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmetinə yönəldilməli, ipoteka predmeti ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, qalan məbləğ Cavabdeh1 qaytarılmalı, mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər çıxarılmalıdırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipotekaqoyanla ipotekasaxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Lakin Bakı Apellyasiya məhkəməsi zamanı təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası üzrə xx xxxxxxx 2018-ci il tarixli, 2(103)-10822/2018 saylı qərardadının icra olunması ilə bağlı tərtib olunmuş xx xxxxxx 2019-cu il tarixli, 28718 saylı ekspertiza rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı “xxxx” X17 Səhmdar Cəmiyyətinə xx xxx 2015-ci il tarixə olan cəmi borcu 179.716,02 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən:əsas borc üzrə 172095,67 ABŞ dolları, faiz borcu üzrə 7620,35 ABŞ dolları. Bundan əlavə iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx xxx 2015-ci il tarixdən sonra da, ayrı-ayrı tarixlərdə ümumilikdə 20.435,00 ABŞ dolları məbləğində ödəniş etdiyi müəyyən olunur. Lakin xx.xx.2010-cu il tarixədək hesablanması qeyd olunduğundan həmin ödənişlər hazırki borcun müddəti 21 m ödənişlər hazırki hesablama zamanı nəzərə alınmadı, o cümlədən: xx.xx.2015 2500, xx.xx.2015 2000, xx.xx.2015 500, xx.xx.2015 1500, xx.xx.2015 1000, xx.xx.2015 10000 xx.xx.2015 316 xx.xx.2015 619, xx.xx.2016 1000, xx.xx.2016 500, xx.xx.2016 500 cəmi 20435,00 ABŞ dolları. Ekspert müəyyən edir ki, həmin ödənişlər də məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh1 iddiaçı bank “xxxx” X17 Səhmdar Cəmiyyətinə olan borcu 159.281,02 ABŞ dolları (179.716,02 ABŞ dolları - 20.435,00 ABŞ dolları) məbləğində müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2011-ci tarixli, 117BC/11 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Həmçinin, Bakı Apellyasiya məhkəməsi zamanı təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası üzrə xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-1573/2019 saylı qərardadının icra olunması ilə bağlı tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixli, 27590 saylı ekspertiza rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2011-ci il tarixli, 117BC/11 saylı əlavə kredit müqaviləsi və həmin müqavilənin əsasında imzalanmış xx.xx.2014-cü il tarixli sazişin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı “xxxx” X17 Səhmdar Cəmiyyətinə xx.xx.2011-ci il tarixli əlavə kredit müqaviləsinin 8.2. bəndində qeyd edilən xx xxx 2015-ci il tarixinə olan cəmi borcu 179.716,02 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə------------------------------------ 172095,67 ABŞ dolları, faiz borcu üzrə------------------------------------7620,35 ABŞ dolları. Bundan əlavə iş materiallarında olan hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən xx xxx 2015-ci il tarixdən sonra da, ayrı-ayrı tarixlərdə ümumilikdə 20.435,00 ABŞ dolları məbləğində ödəniş etdiyi müəyyən olunur.Lakin yuxarıda göstərildiyi kimi, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsində borcun müddəti xx xxx 2015-ci il tarixədək hesablanılması qeyd olunduğundan həmin ödənişlər hazırki hesablama zamanı nəzərə alınmadı. Təqdim edilmiş iş materiallarında olan, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsinin 1.1. bəndində qeyd edilən şərtləri, yəni müqavilənin müddətinin xx.xx.2015- ci il tarixdə bitməsini nəzərə alaraq həmin ödənişləri cavabdehin xx.xx.2015-ci il tarixə yaranmış ümumi borcundan silərək sualda soruşulan xx.xx.2016-cı il tarixə Cavabdeh1 iddiaçı bank “xxxx” X17 Səhmdar Cəmiyyətinə olan borcu 159.281,02 ABŞ dolları (179.716,02 ABŞ dolları - 20.435,00 ABŞ dolları) məbləğində müəyyən olunur.Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxxxx 2011-ci tarixli, 117BC/11 saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da faiz dərəcəsi ( illik 72% - 360% ) dəqiq göstərilmədiyindən, eləcə də iddiaçı bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün borc hesablanılan tarixə Cavabdeh1 cərimə borcu hesablanmadı. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmçinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə müvafiq olaraq ödənilməli olduğu halda Cavabdeh1 vaxtında ödəniş etməmiş, bununlada kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımı qaydada və vaxtında yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Lakin yuxarıda qeyd edilən eyni məzmunlu ekspertiza rəyilərində müəyyən olunan borc məbləğini şübhə altına alacaq dəlillər olmadığından Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsi Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilməli, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Həmçinin, cavabdehlərin apellyasiya şikayətlərinin digər dəlilləri ondan ibarətdir ki, qətnamə ilə tutma yönəldilən əmlak hələ 2004-cü ildə bank qarşısında ipoteka ilə yüklü edilmiş və xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsindən də göründüyü kimi ipoteka müqaviləsinin bağlanmasına əsas olan kredit məbləği 12 və 18 ay müddətinə verilmişdir.Birinci instansiya məhkəməsi həmin kredit müqavilələrinə 24 "may 2010-cu il tarixinə qədər, yəni xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinə əlavə razılaşma bağlanana qədər xitam verilib-verilməməsini də aydınlaşdırmamışdır. Halbuki, əgər xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqavilələri üzrə öhdəliklər cavabdeh tərəfindən xx xxx 2010-cu ilə qədər yerinə yetirilmişdirsə, bu həm 2004-cü il tarixli kredit müqavilələrinin, həm də müvafiq olaraq xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsinin xitamı deməkdir. Başqa sözlərlə xx xxx 2010-cu il tarixdə xx xxxxxx 2004-cü il tarixli ipoteka müqaviləsi artıq mövcud deyildi və həmin müqaviləyə xitam verilmişdi. Mövcud olmayan müqaviləyə isə hər-hansı bir əlavə razılaşma bağlamaq tamamilə qanunvericiliyin tələblərinə ziddir. xx xxx 2010-cu il tarixli əlavə razılaşmanın 8-ci bəndinə əsasən bu razılaşma xx xxxxxx 2004-cü il tarixli İpoteka müqaviləsinin ayrılmaz tərkib hissəsidir. X15 48.1.2-ci maddəsinın tələbinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Xitam olunmuş müqaviləyə isə hər hansı bir dəyişklik və ya əlavə etmək mümkün deyildir. Bu səbəbdən də hesab edir ki, ipoteka predmeti qanunvericiliyə uyğun olaraq rəsmiləşdirilmədiyindən və ümumiyyətlə ipoteka müqaviləsi mövcud olmadığından mübahisə premeti olan mənzillərə tutma yönəldilə bilməz. Cavabdehlərin yuxarıda göstərilən dəlilləri ilə bağlı Kollegiya qeyd etməyi vacib sayır ki, iş materialları ilə müəyyən olunur ki, ipoteka saxlayan “xxxx” KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2004cü il tarixli 269b/4 və 270b/4 saylı kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur.İpoteka saxlayan “xxxx” KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə xx xxx 2010-cu il tarixli əlavə razılaşmanın təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur.xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmaya dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsinin müddəti xx xxx 2024-cü il tarixinədək uzadılmışdır.Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 109208 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 01 saylı reyestr kitabında 82-ci səhifəsində 30/7014 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 03/25885 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən R.Datikoşviliyə məxsus Bakı şəhəri, Bül-bül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair tərəflərindən 1 saylı reyestr kitabının 82-ci səhifəsində ipotekanın əlavə qeydiyyatı aparılmışdır.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli **********99 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair ipotekanın əlavə qeydiyyatı aparılmışdır.Cavabdeh1 arvadı X6 tərəfindən notariat kontoruna ünvanlanmış ərizənin surətindən görünür ki, o, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzilin ipoteka qoyulmasına etiraz etməmişdir. Həmin mənzilə tutma yönəldikdə və o satıldıqda onu tərk etməyi öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 404.5. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Kollegiya apellyasiya şikayətində qeyd olunan dəlilləri əsassız sayarkən nəzərə alır ki, İpoteka saxlayan “xxxx” KB ASC ilə borcalan və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə xx xxx 2010-cu il tarixli əlavə razılaşmaya əsasən xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsindən və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələrindən irəli gələn borcalanın öhdəliklərinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili “xxxx” KB ASC-yə ipotekaya qoyulmuşdur.xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmaya dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsi və ona edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş əsas kredit müqaviləsinin müddəti xx xxx 2024-cü il tarixinədək uzadılmışdır.Bakı şəhəri, Nəsimi rayonu, Bül-Bül prospekti, 65 “a” saylı evin 13/14 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 01 saylı reyestr kitabında 82-ci səhifəsində 30/7014 qeydəalma nömrəsi ilə xx.xx.2002-ci il tarixində qeydiyyat aparılmışdır.Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2010-cu il tarixli 03/25885 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən R.Datikoşviliyə məxsus Bakı şəhəri, Bül-bül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair tərəflərindən 1 saylı reyestr kitabının 82-ci səhifəsində ipotekanın əlavə qeydiyyatı aparılmışdır.Həmçinin, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli **********99 №-li məktubunun surətindən görünür ki, “xxxx” KB ASC ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinə əlavəyə əsasən Cavabdeh1 məxsus Bakı şəhəri, Bülbül prospekti, 65A saylı evin 13/14 saylı mənzilinə dair ipotekanın əlavə qeydiyyatı aparılmışdır. Həmçinin, Kollegiya nəzərə alır ki, cavabdehlər 10 ilə yaxın müddətdə və hal-hazırda xx xxxxxx 2004-cü il tarixli 269bi/4 və 270bi/4 saylı ipoteka müqaviləsinə edilmiş xx.xx.2010-cu il tarixli əlavə razılaşmanı və bu razılaşmaya dəyişikliklər edilməsi haqqında xx.xx.2014-cü il tarixli Sazişi mübahisələndirməmiş, qeyd edilən ipoteka ilə təmin edilmiş kredit məbləğindən istifadə etmişlər. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsi Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilməli, xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011-ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Cavabdehlərin apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(006)-40/2018 nömrəli qətnaməsi Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilməli borcun məbləği hissəsində dəyişdirilsin. xx.xx.2010-cu il tarixli 11UMC/10 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2011ci il tarixli 117BC/11 saylı əlavə kredit müqaviləsi üzrə 159.281,02 ABŞ dolları məbləğində pul ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə Cavabdeh1 alınaraq iddiaçı “xxxx” KB ASC-yə ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertiza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat Cavabdeh1, 145 (bir yüz qırx beş) manat isə iddiaçı “xxxx” KB ASC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1903/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1903/2021
19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver