Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1904/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X11 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılov Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5978/2024 saylı 18 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında bağlanmış və 25 iyun 2002-ci il tarixdə 323 nömrə ilə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X5 anaları X2 yanında qalması, Cavabdeh 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir.
2. AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2011-ci il tarixli 414 nömrəli sərəncamı ilə ailə tərkibi dörd nəfər (özü, həyat yoldaşı (keçmiş) Bünyatova (Rzayeva) Ramilə Rza qızı, qızı – X4, oğlu - X9) olmaqla ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Cavabdeh 21 iyul 2020-ci il tarixində iki nəfər ailə üzvü (qızı – X4, oğlu - X9) nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzillə təmin edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6047/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X8 ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 1 saylı “ASAN xidməti” mərkəzinin Qeydiyyat şöbəsində 1496 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.
4. Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində 19 sentyabr 2011-ci il tarixdən mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən aşağıda adı qeyd olunan Cavabdeh ev 376 ünvanında 31 nömrəli mənzil verilmiş, mənzillə təminat Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən reallaşdırılmışdır.
5. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X17 Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Vəkil2 verilmiş məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yaşayan İddiaçı (abonent kodu: **********000) 2013-2024-cü illərdə su sərfiyyatı ilə əlaqədar ödənişləri olmuşdur.
6. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanlanmış 20 ay 2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1, 31 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. ünvan 6,376, 31 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 376, M7, m1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adına qeydiyyatdan keçmişdir.
7. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 14 mart 2025-ci il tarixli məktubdan görünür ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətində 19 sentyabr 2011-d il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində 21 iyul 2020-d il tarixində Nazirlik tərəfindən ünvan 6 ünvanında ikiotaqlı 31 nömrəli mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu Azərbaycan Respublikası Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixindən sonra vətəndaşlara həmin Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunmuş mənzillər Mənzil Məcəlləsinin 97.1-ci və 97.2-cı maddələrinə uyğun olaraq vətəndaşların yaşaması üçün verilir.
Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və övladları - X4 və X5 birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən ikiotaqlı 31 nömrəli mənzildən istifadə qaydalarının müəyyən edilməsi və onların həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə nikaha daxil olmuş və birgə nikahdan X4 və X9 dünyaya gəlmişdir. Əvvəllər münasibətləri yaxşı olsa da, daha sonra münasibətləri pisləşmiş, heç bir formatda həll yolunu tapa bilməmişdir. Cavabdeh nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hal-hazırda iş Mediasiya Təşkilatındadır. Qeyd etmək lazımdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh birinci Qarabağ döyüşlərinin iştirakçısı olduğundan dövlət tərəfindən ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzil ilə təmin edilmiş və ailənin dörd üzvü - İddiaçı, X4 və X5 mənzildə yaşayışları nəzərə alınmışdır. Birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzilində yaşamışlar. İddiaçı və övladları da həmin mənzildə pasport qeydiyyatındadır. Hazırda övladları ilə pasport qeydiyyatında olduğu mənzilə istifadə qaydalarının müəyyyən edilməsi, ora köçürülməsini istəyirlər. Həmin mənzildən qarşı tərəf onu və övladlarını qovmuşdur və yaşamağa imkan vermir. İddiaçının başqa yaşayış yeri olmadığından birgə nikah dövründə əldə olunan mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsi zəruridir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh iddiaçı X8 ilə rəsmi nikaha girərək, 12 oktyabr 2020-ci il tarixində Bakı şəhəri 1 saylı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Nikahlarını nikahın bağlanması haqqında akt qeydləri kitabında 1496 nömrə ilə qeydə alınmışdır. Birgə nikahdan X6 və X10 adlı övladları dünyaya gəlmişdir. Birgə nikah dövründə biri Xətai rayonu, İ.İsmayılov küçəsi, ev 376 ünvanında yerləşən 31 nömrəli iki otaqlı mənzil, digəri Binəqədi rayonu, 1-ci mədən, 238-ci korpus ünvanında yerləşən iki mərtəbəli, fərdi yaşayış evi olmaqla iki mənzil əldə etmişlər. Əvvəllər birinci mənzildə yaşasalar da, ikinci evi tikdikdən sonra həmin evə köçüb orada yaşamışlar. Ailə həyatı qurandan sonra bir müddət iddiaçı ilə münasibətləri yaxşı olmuşdur. Sonralar iddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır. Son vaxtlar cavabdeh ilə aralarında tez-tez münaqişələr və söz-söhbətlər olmuşdur. Sonuncu münaqişədən sonra Ramilə Bünyatova uşaqlarla birlikdə cavabdehin onlar üçün tikdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında nömrəsiz evdə qalmışlar, cavabdeh isə ünvan 9 ünvanında yerləşən mənzildə tək yaşamışdır. Cavabdeh nikahın pozulması üçün Xətai Rayon Məhkəməsinə müraciət etmiş və hazırda həmin iş məhkəmənin icraatındadır. Ramilə Bünyatova mediasiya prosesində cavabdehin nikaha xitam vermək istədiyini bildiyi üçün cavabdehdən əvəz çıxmaq niyyəti ilə bu iddianı qaldırmışdır. Tərəflər yaşadıqları son dövrlərdə hər gün aralarında münaqişə olmuş və bu münaqişələrin bir gün daha pis nəticə verməməsi üçün cavabdeh min bir əziyyətlə tikdirdiyi fərdi yaşayış evindən çıxıb getmişdir. Digər tərəfdən tərəflər birgə nikah dövründə iki mənzil əldə etmişdir. Bunların birində cavabdeh qalır, digərində və daha böyüyündə iddiaçı qalır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5978/2024 nömrəli, 18 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev cavabdehə 20 iyun 2014-cü il tarixdə verildiyindən mübahisəyə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi tətbiq edilməlidir.
13. Məhkəmə nəzərə almışdır ki, İddiaçı ilə Cavabdeh arasında 25 iyun 2002-ci il tarixdə nikah bağlanmış, həmin nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsi ilə pozulmuşdur. xx.xx.2020-ci il tarixdə tərəflər yenidən nikah bağlamışdır. Mübahisəli ünvan 1 ünvanında yerləşən ikiotaqlı, 31 nömrəli mənzil Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətində 19 sentyabr 2011-ci il tarixdən mənzil növbəsinə dayanmış Cavabdeh 20 iyun 2014-cü il tarixdə verilmişdir. Bununla yanaşı tərəflərin birgə nikah dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yerləşən 2 mərtəbəli, 8 otaqlı fərdi yaşayış evləri olmuş, həmin fərdi yaşayış evinə dair kommunal xidmətlər iddiaçının adına rəsmiləşdirilmişdir. Hazırda tərəflər arasında ailə münasibətləri pozulduğundan, Cavabdeh İddiaçı qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir və həmin mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatındadır. İddiaçı hazırda övladı X9 ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1-ci mədən, korpus 238 ünvanında yerləşən 2 mərtəbəli fərdi yaşayış evində yaşayır. Bu hal iddiaçının nümayəndəsinin izahatı ilə təsdiq edilmiş, eyni zamanda nümayəndə iddiaçının hər iki mənzildə yaşamaq istədiyini bildirmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçı başqa yaşayış yeri olmadığına görə birgə nikah dövründə əldə olunan mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı qeyd olunan hallar təsdiq edilmədiyindən, iddiaçının daha yaxşı şəraitli və daha geniş evdə yaşaması iddiaçının nümayəndəsi tərəfindən təsdiq edildiyindən iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 25 və 43-cü maddələri; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.1 və 11.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
16. Həmin qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5978/2024 saylı, 18 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, iş üzrə sübutlara hüquqi qiymət verilməmişdir. Belə ki, iddia ərizəsində qeyd edildiyi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilmiş arayışa əsasən, Cavabdeh Birinci Qarabağ döyüşlərinin iştirakçısı olduğundan dövlət tərəfindən ünvan 1 ünvanında yerləşən ikiotaqlı 31 nömrəli mənzil ilə təmin edilmiş və ailənin dörd üzvü - o, X4 və X5 mənzildə yaşayışları nəzərə alınmışdır. Birgə nikah dövründə əldə olunan ünvan 1 ünvanında yerləşən ikiotaqlı 31 nömrəli mənzilində o və övladları yaşamışdır. Hal-hazırda o və övladları da həmin mənzildə pasport qeydiyyatındadır. Həmin mənzildən qarşı tərəf onu və övladlarını qovmuşdur və yaşamağa imkan vermir. Onun qeyd edilən mənzildən başqa yaşayış yeri olmadığından birgə nikah dövründə əldə olunan mənzildən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülməsi zəruridir. Lakin məhkəmə işə qərəzli yanaşaraq faktiki halları araşdırmamış və nəzərə almamışdır. Əvvəla qeyd edilən mənzil tərəflərin nikah dövründə əldə edilmişdir. Ailə və Mülki Məcəllələrə əsasən nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət sayılır. Digər bir məqam o və övladları qeyd edilən mənzilin hal-hazırda da pasport qeydiyyatındadırlar və cavabdehlə münasibətləri pozulana qədər iddiaçı və övladları qeyd edilən mənzildə yaşamışdır, yəni faktiki istifadəsində olmuşdur. Odur ki, Mənzil Məcəlləsinin 30.1 və 30.2 maddələrinin, Ailə Məcəlləsinin 37-ci vəMülki Məcəllənin əmlak bölgüsünə dair müvafiq maddələrini rəhbər tutaraq qeyd edilən mübahisəli mənzildə onun və övladı üçün istifadə pay haqqı müəyyən edilməlidir və iş üzrə obyektiv qərar qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 22.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 23.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 24.Məhkəmə kollegiyası qeyd edir ki, qətnamədən iddiaçı şikayət verərək ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
25.“İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26.152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) özistədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 27.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
28.31.1-ci və 31.2-ci maddələrinə əsasən, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir 29.32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
30. 32.2-ci madəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə - onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 31.32.3-cü maddəsinə əsasən, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 32.36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 33.36.8-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 34.37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 35.Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci və 3.1-ci bəndlərinə görə Azərbaycan Ordusunun 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün komissiyaya, siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddəti, döyüş əməliyyatlarında iştirakı, hərbi rütbəsi, tutduğu vəzifənin xüsusiyyətləri, ailə üzvlərinin sayı və yaşayış şəraitinin nəzərə alınması tapşırılmışdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:
36.68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 37.68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 38.68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 39.91.1-ci maddəsinə əsasən, xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. 40.97-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il № 1/2024 saylı Qərarının
41.3.1-ci və 3.2-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsinə və Ailə Məcəlləsinin 7-ci fəslinə (31-37-ci maddələr) əsasən ər-arvadın nikah dövründə əldə etdikləri əmlak (əgər nikah müqaviləsində və ya onlar arasındakı digər razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa) onların ümumi birgə mülkiyyəti sayılır. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 42.4.8-cü bəndinə əsasən, birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:
43.4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
44. 14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
45.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
46. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi X8 ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Onların birgə nikahlarından 2 uşağı – xx.xx.2001-ci il tarixdə X4 və xx.xx.2002-ci il tarixdə X9 anadan olmuşdur. Tərəflərin ailə münasibətlərində gərginlik yaranmış, X2 məhkəməyə müraciətinə əsasən nikahları məhkəmə qaydasında pozulmuşdur.
47. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və aliment” tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə X8 arasında bağlanmış və 25 iyun 2002-ci il tarixdə 323 nömrə ilə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması, birgə nikahdan anadan olmuş 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X5 anaları X2 yanında qalması, Cavabdeh 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X3 verilməsi qət edilmişdir.
48. Tərəflərin nikahları rəsmi qaydada pozulsa da, onlar yenidən bir araya gələrək münasibətlərini xx.xx.2020-ci il tarixdə rəsmiləşdirmişlər. Buna baxmayaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6047/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 1 saylı “ASAN xidməti” mərkəzinin Qeydiyyat şöbəsində 1496 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir.
49. Hazırda iddiaçı, Birinci Qarabağ müharibəsinin iştirakçısı olması əsası ilə dövlət tərəfindən Cavabdeh verilmiş ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzilə onun övladları ilə birlikdə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələblərini onunla əsaslandırır ki, mübahisəli mənzil tərəflərin nikah dövründə əldə edilmişdir. Ailə və Mülki Məcəllələrə əsasən nikah dövründə əldə edilən əmlak birgə mülkiyyət sayılır. O və övladları da mübahisəli mənzildə pasport qeydiyyatındadırlar, həmin mənzildən qarşı tərəf onu və övladlarını qovmuşdur. Qeyd edilən mənzil onların yeganə yaşayış yeridir.
50. İddianı rədd edən birinci instansiya məhkəməsi mübahisəyə 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsininin 30-cu maddəsini tətbiq etmiş, məhkəmə araşdırması zamanı iddiaçının başqa yaşayış yerinin olmadığı barədə halların təsdiq edilmədiyini, əksinə onun daha yaxşı şəraitli və daha geniş evdə yaşaması halının nümayəndəsi tərəfindən təsdiq edildiyini qeyd edərək, iddianı əsassız olduğu üçün təmin etməmişdir.
51. İddiaçının apelyasiya şikayətində istinad etdiyi dəlillərlə əlaqədar kollegiya aşağıdakıları qeyd etməyi zəruri sayır.
52. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il № 1/2024 saylı Qərarının 4.8-ci bəndinə görə birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.
53. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il № 1/2024 saylı Qərarının istinad olunan bəndinə görə bu kateqoriyadan olan işlərə baxılarkən, iş üzrə ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasına dair hallar araşdırılmalı, bu halların mövcudluğundan asılı olaraq, mübahisəli əmlakın ər-arvadın ümumi mülkiyyəti hesab edilməsi mümkünlüyü nəzərdən keçirilməlidir.
54. Lakin birinci instansiya məhkəməsi tərəfindən yuxarıda sadalanan hallar üzrə məhkəmə araşdırması aparılmamış, cavabdehin mənzil əldə etmək güzəştini nə vaxt əldə etdiyi (nəzərə alınmalıdır ki, mənzil verilməsinə dair müvafiq orqanın əmri (sərəncamı) əvvəlcə verilə və faktiki olaraq mənzil isə müəyyənləşdirilmiş sıraya uyğun daha sonrakı tarixdə verilə bilər), həmin güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikah dövrünə düşdüyü, cavabdehin mənzil əldə etməyə əsas verən xidmət illərinin onun xidmətinin hansı illərini ehtiva etdiyi araşdırılmamışdır.
55. Halbuki müvafiq güzəştin əldə edilməsi üçün tələb olunan dövrün bütün hissəsinin birgə nikah dövrünə düşməsi ilə, həmin dövrün müəyyən hissəsinin birgə nikah dövrünə düşdüyü və ya ümumiyyətlə düşmədiyi hallar fərqləndirilməlidir. Eləcə də, məhkəmə tərəfindən cavabdehə xidmət illərinə görə mənzil verilərkən ailə üzvünün sayının nəzərə alınıb-alınması məsələsi prosessual hüquq normalarının tələbinə uyğun araşdırılıb hüquqi qiymət verilməlidir.
56. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Cavabdeh Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs qismində Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən 19 sentyabr 2011-ci il tarixindən mənzil növbəsinə uçota alınmış və Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində 21 iyul 2020-ci il tarixində Nazirlik tərəfindən ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzillə təmin olunmuşdur.
57. İş materiallarına əlavə edilmiş AR ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2021-ci il tarixli cavabından görünür ki, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2011-ci il tarixli 414 nömrəli sərəncamı ilə ailə tərkibi dörd nəfər (özü, həyat yoldaşı (keçmiş) Bünyatova (Rzayeva) Ramilə Rza qızı, qızı – X4, oğlu - X9) olmaqla ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamının icrası çərçivəsində Cavabdeh 21 iyul 2020-ci il tarixində iki nəfər ailə üzvü (qızı – X4, oğlu - X9) nəzərə alınmaqla ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzillə təmin edilmişdir.
58. Göründüyü kimi, cavabdehə müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün, habelə ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzilin verildiyi dövrün tərəflərin birgə nikaha düşmədiyi müəyyən edilir. Həmçinin müəyyən edilir ki, cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının 19 sentyabr 2011-ci il tarixli 414 nömrəli sərəncamı ilə ailə tərkibi dörd nəfər (özü, həyat yoldaşı (keçmiş) Bünyatova (Rzayeva) Ramilə Rza qızı, qızı – X4, oğlu - X9) olmaqla ikinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil növbəsinə qəbul edilmiş olsa da, mübahisəli mənzil verilərkən onun cəmi iki nəfər ailə üzvünün olması (qızı – X4, oğlu - X9) nəzərə alınmışdır.
59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, X8 ilə Cavabdeh xx.xx.2002-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-654/2016 saylı 11 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən onların 25 iyun 2002-ci il tarixdə 323 nömrə ilə Bakı şəhəri Nərimanov rayonu Qeydiyyat şöbəsində qeydə alınmış nikahları pozulmuşdur. Tərəflər münasibətlərini təkrarən xx.xx.2020-ci il tarixdə (mübahisəli mənzil 21 iyul 2020-ci il tarixində verildiyi halda) rəsmiləşdirsələr də, nikahları yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 6047/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur.
60. Göründüyü kimi iş üzrə müəyyən edilmiş hallara görə iddiaçının istinad etdiyi əsasla mübahisəli mənzilə köçürülməsinin mümkünlüyü müəyyən edilməmişdir. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun olması halı da müəyyən edilməmişdir.
61. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu).
62. Məhkəmə kollegiyası, mübahisəli mənzilin cavabdehin istifadəsinə 21 iyul 2020-ci il tarixində verildiyini, tərəflərin təkrarən xx.xx.2020-ci il tarixdə bir araya gəldiyini, hazırda da ailə münasibətlərinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6047/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xitam verildiyini, ünvan 1 ünvanında yerləşən iki otaqlı 31 nömrəli mənzilin AR ƏƏSMN-nin balansında olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mübahisə qüvvədə olan Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən həll edilməlidir.
63. Belə ki, AR ƏƏSMN-nin məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2025-ci il tarixli cavabından müəyyən edilmişdir ki, Nazirlik tərəfindən imtiyazlı şəxslərə təqdim olunmuş mənzillər Mənzil Məcəlləsinin 97.1-ci və 97.2-ci maddələrinə uyğun olaraq onların yaşaması üçün verilmişdir.
64. Mənzil Məcəllənin 68.1, 68.2 və 68.4-cü maddələrinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
65. Göründüyü kimi, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə ilə bağlı münasibətləri tənzimləyən normalara əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri (kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri) ilə yanaşı, kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüş və onunla birgə təsərrüfat aparan şəxslərin də kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qanunda nəzərdə tutulmuşdur.
66. Bu halda, iddiaçının qeyd olunan normaların dispozisiya şərtlərinə əsasən mübahisəli yaşayış sahəsindən istifadə etmək hüququnun yaranıb-yaranmadığına, belə hüquq yaranmışsa, onun qanuni əsaslarla aradan qalxıb-qalxmadığına hüquqi qiymət verilməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edir.
67. Baxılan işdə, tərəflər arasında ailə münasibətlərinə xitam verildiyi, iddiaçının yetkinlik yaşına çatmış övladları ilə birlikdə başqa ünvanda yaşadığı, yaşayış sahəsinə olan tələbatını həmin ünvandakı mənzil hesabına ödədiyi, mübahisəli mənzilin kirayəçisi ilə ümumi təsərrüfat aparmadığı, hazırkı yaşayış yerinə iradəsi daxilində köçdüyü müəyyən edilmişdir. İddiaçının mübahisəli mənzilə qayıtmaq niyyəti yoxdur, əsl məqsədi birgə nikah dövründə əldə olunmuş əmlak olaraq bu mənzilin üzərində özünün hüquqlu şəxs olaraq tanınmasıdır.
68. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir neçə qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.
69. Beləliklə, iddiaçının daimi yaşamaq üçün köçüb bаşqа yerə getməsi habelə yаşаyış sаhəsinə ehtiyаcı аrtıq köçüb yаşаdığı yerdə təmin оlunduğu məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir. Bu hal onu göstərir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmış olsa da, o, uzun müddət və davamlı olaraq yaşayış sahəsinə ehtiyacını könüllü olaraq başqa yerdə qarşıladığı üçün onun mübahisə predmeti olan mənzildə yaşamaqla bağlı qanuni mənafeyi aradan qalxmış, o, bu mənzillə bütün əlaqələri kəsməklə və mənzilə sahibliyin həyata keçirilməsinə dair hərəkətlər etməməklə həmin mənzildə yaşayış sahəsindən istifadə hüququnu itirmişdir.
70. Məhkəmə kollegiyası iddiaçının birgə nikahdan olan övladlarının köçürülmələri barədə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri sayır ki, 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X9 məhkəməyə müraciət edilən zaman yetkinlik yaşına çatmış şəxs olmuşlar. Mülki prosessual qanunvericiliyin mənasına görə isə, fiziki şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə məxsusdur. Yalnız qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün digər şəxsin ərizəsinə əsasən iş başlana bilər.
71. Hazırkı halda da iddiaçının yetkinlik yaşına çatmış övladlarının adından məhkəməyə müraciət etməsi, barələrində qətnamə qəbul edilməsini xahiş etməsini mümkün edən halların mövcudluğunun müəyyən edilməsi mümkün olmamışdır. 24 yanvar 2001-ci il təvəllüdlü X4 və 31 mart 2003-cü il təvəllüdlü X9 mülki prosessual fəaliyyət qabiliyyətlidirlər, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək iqtidarındadırlar.
72. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
73. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.
74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5978/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev