Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1908/2023 27.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)-3802/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyana görə ******* rubl və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul məbləğinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, sonradan tələbinin həcmini azaldaraq, məhkəmə baxışı gedən dövrdə cavabdeh tərəfindən ona 300.000 rubl məbləğində pul ödənildiyini bildirərək, cavabdehdən ******* rubl və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(001)- 3802/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 3.096.440 rubl məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatına nisbətən məzənnəsi nəzərə alınmaqla manatla tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1672/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, iddia rədd edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qərar, apellyasiya məhkəməsinin hakimi İ.Kərimli barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5600/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1672/2022 nömrəli iş üzrə 14 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun vəkili izahatlarında bildirdilər ki, mübahisəyə dair iddiaçı tərəflə razılığa gəlinmiş və bu barədə barışıq sazişi də bağlanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili izahatlarında bildirdilər ki, cavabdeh tərəflə aralarında razılıq əldə olunaraq barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin təsdiq edilməsini və iş üzrə xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə kollegiyasına təqdim olunmuş barışıq sazişi aşağıdakı şərtlərlə imzalanmışdır:
1. İddiaçı iddiasından imtina edir.
2. Cavabdeh 27 aprel 2023-cü il tarixdə İddiaçı 20000 manat pul ödəməyi, 05 iyun 2023-cü il tarixdə isə əlavə olaraq 20000 manat pul ödəməyi öhdəsinə götürür.
3. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli 2(001)- 3802/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İddiaçı iddiasından imtina edir.
2. Cavabdeh 27 aprel 2023-cü il tarixdə İddiaçı 20000 manat pul ödəməyi, 05 iyun 2023-cü il tarixdə isə əlavə olaraq 20000 manat pul ödəməyi öhdəsinə götürür.
3. Bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minir. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhramzadə