Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-193/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, Tutmanın ipoteka predmetinə yönəldiməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə tutma yönəldiməsi tələbinə dair iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(001)- 126/2022 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli kredit xətti müqaviləsinə əsasən bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün kredit alana 100000 ABŞ dolları məbləğdə kredit xəttini açır. Kreditlər tərəflər arasında kredit razılaşması, bank qarantiya verilməsi haqqında müqavilə və akkredit açılması üçün razılaşma formasında bağlanacaq ayrıca razılaşma əsasında veriləcək. Bu müqavilə bankın kredit vermək vədini ifadə etmir. Müqavilənin 1.2-ci bəndinə əsasən istənilən məbləğ 120 ay, 14 oktyabr 2023-cü il tarixindən gec olmayaraq verilməlidir. Kredit alan isə hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında göstərilmiş və onun ayrılmaz hissəsi olan ödəniş planına uyğun banka qaytarmağı öhdəsinə götümüşdür.
2. İddiaçı ilə Cavabdeh1 arasında 12 mart 2015-ci il tarixində 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1, 1.2 və 1.3-cü bəndlərində aşağıdakı dəyişiklik və əlavə edilməsi barədə 27L000001140S nömrəli saziş imzalanmışdır. Saziş nəticəsində kredit müqaviləsinin 1.1-ci bəndində dəyişiklik edilmiş və kredit alana 300000 ABŞ dolları məbləğdə uzunmüddətli kredit müqaviləsi açılmışdır.
3. Kredit razılaşması: İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanan 23 avqust 2017-ci il tarixli, №027R********** nömrəli kredit razılaşmasından və 1 saylı əlavədən görünür ki, bank məbləği 45000 manat olan krediti aylıq faiz dərəcəsi 2 % olmaqla, 18 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 25 sentyabr 2017-ci il, sonuncu ödəniş tarixi 25 fevral 2019-cu il olaraq müəyyən edilmişdir.
4. İddiaçı tərəfindən verilmiş 23 avqust 2017-ci il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 45000 manat məbləğində kredit verilmiş, 450 manat komissiya haqqı tutulmuşdur.
5. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 aprel 2019-cu il tarixli, № 027R**********S nömrəli sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 avqust 2017-ci il tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 aprel 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
6. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 2 % olmaqla, aylıq ödəniş məbləği 593 manat, ilkin ödəniş tarixi 23 may 2019-cu il, sonuncu ödəniş tarixi isə 23 aprel 2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir.
7. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 oktyabr 2019-cu il tarixli, № 027R**********SA nömrəli sazişdən görünür ki, Bank ilə kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli “Uzunmüddətli Kredit Xətti Müqaviləsi” üzrə 23 avqust 2017-ci il tarixdə bağlanmış 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan, kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 oktyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
8. 29 oktyabr 2019-cı il tarixli ödəniş planından görünür ki, aylıq faiz dərəcəsi 2 %, aylıq ödəniş məbləği 593 manat olmaqla, ilkin ödəniş tarixi 25 noyabr 2019-cu il sonuncu ödəniş tarixi 27 aprel 2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir.
9. İİ kredit razılaşması: İddiaçı ilə Cavabdeh1 arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli kredit xətti müqaviləsi üzrə bağlanan 23 avqust 2018-ci il tarixli, №027R********** nömrəli kredit razılaşmasından və 1 saylı əlavədən görünür ki, bank məbləği 40000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, aylıq ödəniş 2080 manat olmaqla, 24 ay müddətinə kredit alana verməyi, kredit alan isə bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 23 avqust 2018-ci il, sonuncu ödəniş tarixi 25 fevral 2020-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir.
10. İddiaçı tərəfindən verilən 23 fevral 2018-ci il tarixli məxaric orderindən görünür ki, bank tərəfindən Cavabdeh1 40000 manat məbləğində kredit verilmiş, 400 manat komissiya haqqı tutulmuşdur.
11. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 30 aprel 2019-cu il tarixli, № 027R**********S nömrəli sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 fevral 2018-ci il tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 30 aprel 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
12. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 1,8333 % olmaqla, aylıq ödəniş məbləği 1506 manat, ilkin ödəniş tarixi 23 may 2019-cu il, sonuncu ödəniş tarixi isə 23 aprel 2021-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir.
13. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 29 oktyabr 2019-cu il tarixli, № 027R**********SA nömrəli sazişdən görünür ki, Bank ilə Kredit alan arasında 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli uzunmüddətli kredit xətti müqaviləsi üzrə 23 fevral 2018-ci il tarixində bağlanmış 027R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə üzərinə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 29 oktyabr 2019-cu il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir.
14. Ödəniş planına əsasən aylıq faiz dərəcəsi 1,25 % olmaqla, aylıq ödəniş məbləği 890 manat, ilkin ödəniş tarixi 25 noyabr 2019-cu il, sonuncu ödəniş tarixi isə 25 oktyabr 2022-ci il olaraq müəyyən edilmişdir. Ödəniş cədvəli digər Cavabdeh2 tərəfindən 29 noyabr 2019-cu il tarixində imzalanmış və ödəniş qaydasına razılıq verilmişdir.
15. İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanan 29 yanvar 2014-cü il tarixli, 27S000002784 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 Cavabdeh1 kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
16. İddiaçı ilə zamin Cavabdeh2 arasında bağlanan zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 19 mart 2015-ci il tarixli, 27S000002784SA nömrəli sazişdən görünür ki, uzunmüddətli kredit müqaviləsinin məbləği 300000 ABŞ dolları, uzunmüddətli kredit müqaviləsinin müddəti 120 ay müəyyən edilmişdir.
17. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 18 mart 2015-ci il tarixli, 02M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünəməxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 139 nömrəli, 9 mərtəbəli binada, 64,73 kv.m ümumi, 46,73 kv,m yaşayış sahəsindən ibarət 3 otaqlı, 43 nömrəli mənzili ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 70000 ABŞ dolları (73416 manat ekvivalentində) təşkil edir.
18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, 139 saylı evin, 43 nömrəli mənzili İddiaçı-nin Lökbatan filialının adına yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 14684 nömrəli vərəqində qeydiyyata alınmışdır.
19. X2 tərəfindən Bakı şəhəri 32 saylı notariat kontorunda yazılan 12 mart 2015-ci il tarixli ərizədən görünür ki, O, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin, 43 saylı mənzilinin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə ötürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və ya məhkəməyə müraciət etmədən qeydşərtsiz tərk edəcək.
20. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 23 fevral 2018-ci il tarxli, 027R********** nömrəli kredit razılaşması üzrə 05 noyabr 2020-ci il tarixinə əsas məbləğ üzrə borcu 22672,74 manat, faiz üzrə borcu 336,79 manat, cərimə borcu 11058,93 manat olmaqla ümumilikdə 36768,46 manat borcu vardır.
21. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən maliyyə arayışından görünür ki, Cavabdeh1 23 avqust 2017-ci il tarxli, 027R********** nömrəli kredit razılaşması üzrə 05 noyabr 2020-ci il tarixinə əsas məbləğ üzrə borcu 8896,73 manat, faiz üzrə borcu 2294,6 manat, cərimə borcu 4480 manat olmaqla ümumilikdə 15671 manat borcu vardır.
22. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan bildirişin surətindən görünür ki, borcluya ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı ilə Cavabdeh1 arasında bağlanan 18 avqust 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, borclu Cavabdeh1 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli “Kredit Xətti Müqaviləsi” üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə özünəməxsus Abşeron rayonu, Hökməli qəsəbəsində xüsusi mülkiyyətdə olan yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində xüsusi mülkiyyətdə olan 154.2 kv.m üumi sahədən ibarət olan fərdi yaşayış evi ipoteka ilə yüklü edir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 32500 manat (19108 abş dolları ekvivalentində) təşkil edir.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi, FYE-154 kv.m İddiaçı-nin Lökbatan filialının adına yüklü edilmiş və daşınmaz əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 103 nömrəli reyestr kitabının 55 nömrəli vərəqində qeydiyyata alınmışdır.
25. X2 tərəfindən Bakı şəhəri 32 saylı notariat kontorunda yazılan 18 avqust 2017ci il tarixli ərizədən görünür ki, O, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsinin, ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayş evinin ipoteka (girov) qoyulmasına etiraz etmədiyini, ipoteka qoyulmuş əmlaka ödəniş yönəldiyi halda öhdəsinə ötürür ki, onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və ya məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcək.
26. İddiaçı tərəfindən Cavabdeh1 ünvanlanan bildirişin surətindən görünür ki, borcluya ipoteka predmetinə məhkəmə qaydasında tutma yönəldiləcəyi barədə xəbərdarlıq edilmişdir.
27. İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə 13 oktyabr 2020-ci il tarixində ipoteka predmetinə tutmanın yönəldiməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ünvanlanmış və ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0334 ha torpaq sahəsinə və ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh1 göndərilmiş bildirişin ipotekaqoyanın ünvanına çatdırlmasını nəzərə alaraq, qeydə alınması xahiş edilmişdir.
28. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xəbərdarlıq məktublarının surətinə əsasən cavabdehlərdənn kredit müqaviləsi üzrə öhdəliyin yerinə yetirilməsi tələb edilmiş, əks halda müqavilənin qiymətinin tam ödənilməsi barədə məhkəmədə iddia qaldıracağı barədə cavabdehlərə xəbardarlıq edilmişdir.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 iyul 2021-ci il tarixli, 09/4421 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan kreditin status vərəqəsi, maliyyə arayışı, hesabdan çıxarış məlumatları və İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 027R********** nömrəli razılaşmanın qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı "xxxx" QSC-yə maliyyə arayışının tarixinə yəni, 05 noyabr 2020-ci il tarixə borcu 23633,29 manat məbləğində müəyyən edilir. Həmin borcdan 23515,71 manat əsas borc, 117,58 manat faiz borcu olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir.
30. "xxxx" MMC tərəfindən təqdim edilən 09 avqust 2021-ci il tarixli, LP-133; LP134/21 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinin real bazar dəyəri 95000, likvid dəyəri 90000 manat müəyyən edilmişdir.
31. Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin real bazar dəyəri 49000 manat, likvid dəyəri isə 46000 manat müəyyən edilmişdir.
32. Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 9/6988 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 23 avqust 2017ci il tarixli, 027R********** nömrəli kredit razılaşmasının, əlavə sazişlərin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu ümumilikdə 6666,12 manatdır. Həmin borcdan 6284,84 manat əsas borc, 381,28 manat faiz borcu kimi müəyyən edilmişdir.
33. Cavabdeh1 kredit üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşmasının, əlavə sazişlərinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu 26203,30 manat məbləğində müəyyən edilir. Həmin borcdan 24243,30 manat əsas borc, 1960 manat cərimə borcu olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 200 manat müəyyən edilmişdir.
34. Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 dekabr 2021-ci il tarixli, 9/6988 nömrəli ekspert rəyi ilə Cavabdeh1 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə rəy verilən günə yəni 15 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu ümumilikdə 6666,12 manat olmaqla, ondan 6284,84 manat əsas borc, 381,28 manat faiz borcu kimi müəyyən edilmişdir, halbuki iddiaçı borcalandan həmin kredit müqaviləsi üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, ümumilikdə 6556,32 manat tələb edir.
35. 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə isə ekspert müəyyən etmişdir ki, borcalanın 15 dekabr 2021-ci il tarixə banka olan əsas və faiz borcu cəmi 26203,30 manat olmaqla, ondan 24243,30 manat əsas borc, 1960 manat faiz borcudur. Halbuki iddiaçı həmin kredit müqaviləsi üzrə borcalandan əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036.79 manat olmaqla, ümumilikdə 24159,53 manat tələb edir.
36. Kredit müqavilələri üzrə ödəniş planına bir neçə dəfə dəyişiklik edilmiş və plan üzrə ödənişlərdən faiz və əsas borcun tutulması ekspertin hesablamasından fərqli qaydada müəyyən edilmişdir. Misal üçün 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə ilk dəfə tərtib edilən ödəniş qrafikində sentyabr, oktyabr, noyabr, dekabr, yanvar, fevral aylarında aparılmalı olan ödənişlər yalnız faiz borcundan silinməli olduğu halda, ekspert tədqiqat apararkən həmin dövrdə aparılan ödənişləri fərqli qaydada hesablamışdır.
37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/2397, 9/2567 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0,0334 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin bazar dəyəri təqribən 134500 manat, likvid dəyəri isə təqribən 121000 manat məbləğində müəyyən olunmuşdur.
38. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6506 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşmasının, əlavə sazişlərin şərtləri (güzəşt müddətləri) nəzərə alınmaqla Cavabdeh1 31 avqust 2021 -ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 8090,31 manat məbləğdə müəyyən olunur: o cümlədən; avqust 2021-ci il tarixə əsas borc üzrə: 7076,08 manat, faiz borcu üzrə: 1014,24 manat, həmçinin Cavabdeh1 krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşmasının, əlavə sazişlərin şərtləri (güzəşt müddətləri) nəzərə alınmaqla Cavabdeh1 31 avqust 2021-ci il tarixə (sualda göstərilən tarix) banka olan əsas və faiz borcu 25142,65 manat məbləğində müəyyən olunur: o cümlədən; 31 avqust 2021-ci il tarixə əsas borc üzrə: 24243,30 manat, faiz borcu üzrə: 899,35 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
39. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə 027R********** nömrəli kredit razılaşması üzrə 8896,73 manat kredit borcu, 2294,59 manat faiz borcu və 4480,05 manat cərimə borcu olmaqla, cəmi 15671,37 manat, 027R********** nömrəli kredit razılaşması üzrə 22672,74 manat kredit borcu, 3036,79 manat faiz borcu və 11058,93 manat cərimə borcu olmaqla, cəmi 36768,46 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 52439,83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın X3 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 52439,83 manat borcun, 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 , Cavabdeh2 müştərək qaydada İddiaçı-nin xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 nömrəli evin 43 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nətiələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində, 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlkadan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
40. İddiaçı iddia tələbini həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada İddiaçınin xeyrinə 027R********** nömrəli kredit razılaşması üzrə 4261,73 manat kredit borcu, 2294,59 manat faiz borcu və 4480,05 manat cərimə borcu olmaqla, cəmi 11036,37 manat, 027R********** nömrəli kredit razılaşması üzrə 21122,74 manat kredit borcu, 3036,79 manat faiz borcu və 11058,93 manat cərimə borcu olmaqla, cəmi 35218,46 manat, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 46254,83 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, Tutmanın Cavabdeh1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 139 saylı evin 43 saylıl mənzilinə və Abşeron rayonu Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldiməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 52439,83 manat borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 20 manat rüsumun və 40 manat xidmət haqqının bankın xeyrinə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh2 müştrək qaydada İddiaçı-nin xeyrinə tutulması, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi 139 evin 43 nömrəli mənzilinə tutma yönəldildikdən sonra və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,03334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evin tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
41. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 14 oktyabr 2013-cü il tarixli, 27L000001140 nömrəli kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur.Tərəflər arasında bağlanmış 12 mart 2015-ci il tarixli, 27L000001140S nömrəli sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 45000 manat məbləğdə kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30 aprel 2019-cu il tarixli, 027R**********S nömrəli, 29 oktyabr 2019-cu il tarixli, 027R**********SA nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25 mart 2020-ci il tarixdən banka qaytarmamışdır.
42. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 30 aprel 2019-cu il tarixli, 027R**********S nömrəli, 29 oktyabr 2019-cu il tarixli, 027R**********SA nömrəli sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 27 aprel 2020-ci il tarixdən banka qaytarmamışdır. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı 18 mart 2015-ci il tarixli, 027M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 nömrəli evin 43 nömrəli mənzilini İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 149 №-li reyestr kitabının 14684 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 nömrəli evin 43 nömrəli mənzilinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 05 oktyabr 2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka haqqında Qanunun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Binəqədi rayonu Mir Cəlal küçəsi 139 nömrəli evin 43 nömrəli mənzili İddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 İddiaçı ilə bağladığı 18 avqust 2017-ci il tarixli, 3M-1284 reyestr nömrəli ipoteka müqaviləsi əsasında Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsini və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evini İddiaçınin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 103 №-li reyestr xitabının 55 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsi və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasının təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı tərəfindən cavabdehipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 05 oktyabr 2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 13 oktyabr 2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı ərazi idarəsində İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Abşeron rayonu Hökməli qəsəbəsində 0.0334 ha torpaq sahəsi və üzərində yerləşən 154.2 m2 ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı X2 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür.
43. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(001)- 126/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, cərimə borcuna görə 426,17 manat, xx.xx.2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036,79 manat, cərimə borcuna görə 2112,27 manat olmaqla, hər iki müqavilə üzrə cəmi 33254,29 manat məbləğində pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinin ilkin satış qiyməti 90000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti 46000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 saylı evin 43 saylı mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdə və onlar satıldıqda Cavabdeh1 1 ay ərzində mənzildən (ev, torpaq sahəsi) çıxarılması və iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının, ümumilikdə 90 manat xərcin 50 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməsi, qalan hissəsinin iddiaçıya aid edilməsi, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində vəsaitin 140 manat hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 60 manat hissəsinin isə İddiaçı-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
44. Qətnamənin əsaslarına görə, ekspert rəyi ilə iddiaçının tələbi üzrə əsas və faiz borcu arasında bu cür fərqin yaranması hesablama metodikası ilə bağlı olmuşdur. Məhkəmə ekspertin rəyi ilə razılaşmayaraq, kredit müqavilələri üzrə əsas və faiz borcunun məbləğinin iddia tələbi həcmində müəyyən edilməsi qənaətinə gəlmişdir. Cavabdeh1 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 4261,73 manat, faiz borcuna görə 2294,59 manat, 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə əsas borca görə 21122,74 manat, faiz borcuna görə 3036,79 manat məbləğində pul vəsaiti bankın xeyrinə tutulmalıdır. Cərimə borcuna münasibətdə məhkəmə qeyd etmişdir ki, 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə və 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 23 avqust 2017-ci il tarixli, №027R********** nömrəli kredit razılaşması üzrə hesablanmış 4480,05 manat, 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə hesablanmış 11058,93 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlmişdir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və əsas borc məbləği nəzərə alınmaqla 23 avqust 2017-ci il tarixli, №027R********** nömrəli kredit razılaşması üzrə 426,17 manat, №027R********** nömrəli, 23 fevral 2018-ci il tarixli kredit razılaşması üzrə 2112,27 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə müəyyən edilmiş borcun eyni zamanda cavabdeh - zamin Cavabdeh2 tutulması hissəsində iddianı əsaslı hesab etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinə, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə yönəldilməli, həmin mənzillər açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd etmişdir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana, yəni Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda, ipoteka predmetinin satışından əldə edilən vəsait borcun ödənilməsinə kifayət etmədikdə, çatışmayan məbləğ “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı-yə ödənilməlidir. Məhkəmə həmçinin, hesab etmişdir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən olunmuş məbləğdə müəyyən edilməlidir. Yəni, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinin ilkin satış qiyməti 90000 manat, Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinin ilkin satış qiyməti isə 46000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, iddia tələbi Cavabdeh1 Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən 139 nömrəli evin 43 nömrəli mənzilinə və Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 154.2 kv.m olan fərdi yaşayış evinə tutma yönəldildikdən və onlar satıldıqdan 1 ay sonra həmin mənzillərdən çıxarılması, mənzillərin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi hissəsində də yuxarıda qeyd edilən normalara uyğun olaraq əsaslı olduğundan təmin edilməlidir.
45. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.4, 269.7, 295, 317.1, 319.1, 319.6, 385.1, 386.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 463.1, 465.2, 467, 472.1, 472.2, 739-cu maddələri, “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 34.1, 36.1, 36.3, 39.3, 47.4, 59.3.1, 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
46. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, keçiriləcək təkrar məhkəmə-mühasibatlıq və tutmanın yönəldiləcəyi əmlakın qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizalarının müvafiq rəyləri əsasında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
47. Şikayətin dəlillərinə görə, məhkəmə 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə və 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hər iki kredit razılaşması üzrə vermiş olduğu ekspert rəyi ilə razılaşmamış, ekspert rəyi ilə iddiaçının tələbi üzrə əsas və faiz borcu arasında bu cür fərqin yaranmasının hesblama metodikası ilə bağlı olduğunu qeyd etmişdir. Lakin, bu halda bela məhkəmə yaranmış ziddiyətin aradan qaldırılması, tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh tərəfindən ödənilən məbləğin əsas hissəsinin əsas borcdan, qalan hissəsinin isə faiz borcundan silinməsi metodikasının tətbiqi ilə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir. Məhkəmə yalnız eksert rəyini sübut kimi nəzərə almamaqla kifayətlənmişdir. Halbuki, təkrar mühasibatlıq ekspertizası təyin edilməli və tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh tərəfindən ödənilən məbləğin əsas hissəsinin əsas borcdan, qalan hissəsinin isə faiz borcundan silinməsi metodikasının tətbiqi ilə yeni rəy alınmalı idi ki, bu da iddia tələbində göstərilən məbləğin xeyli azalmasına dəlalət edəcəkdi. Həmçinin, "xxxx" MMC tərəfindən təqdim edilən 09 avqust 2021-ci il tarixli, LP-133; LP-134/21 nömrəli mütəxəssis rəyinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin real bazar dəyəri 49000, likvid dəyəri isə 46000 manat müəyyən edilmişdir. Məhkəmə qətnamədə cavabdehin evinin qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi ilə razı olmasada, bu barədə təkrar qiymətləndirmə ekspertizasının keçirilməsi ilə bağlı hər hansı vəsatət vermədiyini qeyd etmişdir. Əvvəla, qeyd olunan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətində olan 4 sot torpaq sahəsində yerləşir və fərdi yaşayış evi 154,2 kv.m təşkil edir. Cavabdeh1 məhkəməiclasında çıxışında da bildirmişdir ki, mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evini o, 110000 manata almışdır. Almış olduğu qiymətin yarısı dəyərinə aparılmış qiymətləndirilmənin absurd olduğunu qeyd edən cavabdeh şifai vəsatətlə bu rəylə razı olmadığını və düzgün qiymətləndirmənin aparılmasını tələb etmişdir. Vəkilə təmsil olunmayan cavabdeh yazılı vəsatəti məhkəməyə təqdim etməsə də şifahi olaraq yenidən düzgün qiymətləndirmənin keçirilməsini tələb etsə də təkrar qiymətləndirmə həyata keçirilməmişdir. Bu isə, borcun yönəldiləcəyi ipoteka predmetinin real dəyərinin daha yükək olduğuna dair yeni qiymətləndirici rəyinin alınmasına səbəb olacaqdı. Məhkəmə dəbbə pulunun tutlması hissəsinə münasibətdə belə nəticəyə gəlmişdir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və əsas borc məbləği nəzərə alınmaqla 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə 416,17 manat, 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə isə 2112,27 manat məbləğində müəyyən edilməlidir. Halbuki, əvvəla ödənişin həyata keçirilməməsi səbəbi fors-major halla bağlı olmuşdur. Beləki, ölkədəki pandemiyya vəziyyəti və sərt karantin rejimi səbəbindən sahibkarlıq fəaliyyəti üçün götürülmüş olan bu məbləğ üzrə ödənişlərin həyata keçirilməsi obyektiv səbəbdən mümkünsüz olmuşdur. Belə olan şəraitdə dəbbə pulunun nəinki tənasüblük baxımından, hətta onun hesablanması belə yolverilməzdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
48. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
49. Cavabdehin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
50. İddiaçının nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
51. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur; Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; Maddə 269.7. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; Maddə 295. Girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır; Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir; Maddə 319.6. Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə vəya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
52. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; Maddə 33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Maddə 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər; Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar; Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar.
53. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli Qərardadı: “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər; Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Apellyasiya baxışının hədləri
56. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
57. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc və faiz borcunun məbləğləri və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə düzgün nəticəyə gəlməmişdir.
58. Qeyd olunmalıdır ki, borcun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir.
59. Belə ki, cavabdehin iddiaçıya borclu olması işdə olan mötəbər sübutlarla təsdiq olunmaqla, eyni zamanda işin mübahisəsiz halıdır.
60. Tərəflər arasındakı birinci mübahisəli məqam əsas və faiz borcunun məbləği ilə bağlıdır.
61. Belə ki, cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə 23 avqust 2017-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə və 23 fevral 2018-ci il tarixli, 027R********** nömrəli kredit razılaşması üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hər iki kredit razılaşması üzrə vermiş olduğu ekspert rəyi ilə razılaşmamış, ekspert rəyi ilə iddiaçının tələbi üzrə əsas və faiz borcu arasında bu cür fərqin yaranmasının hesblama metodikası ilə bağlı olduğunu qeyd etmişdir. Lakin, bu halda bela məhkəmə yaranmış ziddiyətin aradan qaldırılması, tərəflər arasındakı razılaşmaya əsasən cavabdeh tərəfindən ödənilən məbləğin əsas hissəsinin əsas borcdan, qalan hissəsinin isə faiz borcundan silinməsi metodikasının tətbiqi ilə təkrar ekspertizanın keçirilməsini təmin etməmişdir.
62. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, əsas və faiz borcunun məbləği barədə tərəflər arasında mübahisə olduğundan işə baxan məhkəmə də haqlı olaraq bu borcun məbləğinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının rəyini almışdır. Bunun əksi, sadəcə iddiaçının təqdim etdiyi sübutlar (maliyyə arayışı, ödəniş cədvəlləri və s.) əsasında bu borcun məbləğinin müəyyənləşdirilməsi cavabdehə münasibətdə ədalətsiz yanaşma olmaqla, onun ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb ola bilərdi. Bununla belə, həmin ekspert rəyində borc məbləğinin iddiaçının tələb etdiyindən də çox müəyyən olunması, cavabdehin borc məbləğinin daha az olduğu barədə dəlillərinin də dəqiq cavablandırılması üçün bu nüansın yenidən araşdırılmasını tələb edirdi. Həmin dəlilin araşdırılması məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2022-ci il tarixli, 9/6506 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 23 avqust 2017-ci il tarixli razılaşma üzrə 31 avqust 2021-ci il tarixə əsas borc üzrə 7076,08 manat, faiz borcu üzrə 1014,24 manat, 23 fevral 2018-ci il tarixli razılaşma üzrə isə 31 avqust 2021-ci il tarixə əsas borc üzrə 24243,39 manat, faiz borcu üzrə 899,35 manat borc mövcuddur.
63. Göründüyü kimi, sonuncu ekspert rəyi ilə iddiaçının tələb etdiyi və əvvəlki ekspert rəyi ilə müəyyən edilmiş borc məbləğlərindən fərqli məbləğ müəyyən edilmişdir. Bu ekspert rəyinin mötəbər sübut kimi qəbul edilməməsi üçün hər hansı hal aşkar edilməmişdir. Odur ki, kollegiya kredit razılaşmaları üzrə əsas və faiz borcunun məbləğinin sonuncu ekspert rəyinə uyğun dəyişdirilməli olması qənaətinə gəlir. 23 avqust 2017-ci il tarixli razılaşma üzrə iddiaçının tələbi əsas borc 4261,73 manat, faiz borcu 2294,59 manat, 23 fevral 2018-ci il tarixli razılaşma üzrə əsas borc 21122,74 manat, faiz borcu 3036,79 manat müəyyən edilir. Ekspert rəyndə isə bu rəqəmlər 23 avqust 2017-ci il tarixli razılaşma üzrə 31 avqust 2021-ci il tarixə əsas borc üzrə 7076,08 manat, faiz borcu üzrə 1014,24 manat, 23 fevral 2018-ci il tarixli razılaşma üzrə isə 31 avqust 2021-ci il tarixə əsas borc üzrə 24243,39 manat, faiz borcu üzrə 899,35 manat borc mövcuddur.
64. MPM-nin 218.3-cü maddəsinin tələbini (Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.) nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, 23 avqust 2017-ci il tarixli razılaşma üzrə əsas borc 4261,73 manat, faiz borcu 1014,24 manat olmaqla cəmi 5275,97 manat, 23 fevral 2018-ci il tarixli razılaşma üzrə əsas borc 21122,74 manat, faiz borcu 899,35 cəmi ümumilikdə 22022,09 manat, hər 2 razılaşma üzrə ümumilikdə tutulmalı olan məbləğ 27298,06 manat müəyyən olunmalıdır.
65. Cavabdehin şikayətinin növbəti dəlili olaraq isə ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin real bazar dəyəri və likvid dəyərini mübahisələndirmişdir ki, kollegiya tərəfindən bu xüsusat da təkrar araşdırılmış və ekspert rəyi aılnımşdır.
66. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2023-cü il tarixli, 10/2397, 9/2567 nömrəli rəyi ilə Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin bazar dəyərinin 134500 manat, likvid dəyərinin isə 121000 manat olduğu müəyyən edilmişdir. Kollegiya bu ekspert rəyini də mötəbər sübut qismində qəbul edir və hesab edir ki, bu ipoteka predmetinin likvid dəyəri ekspert rəyində göstərilmiş məbləğlərə uyğun dəyişdirilməlidir.
67. Cavabdehin apellyasiya şikayətində dəbbə pulunun tutulması ilə bağlı hissə də mübahisələndirilsə də, məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə müəyyən olunmuş 416,17 manat və 2112,27 manat cərimə məbləğləri həm Mülki Məcəllənin 467-ci maddəsinin tələbləri, həm də kreditorun əmlak mənafeləri və formalaşmış məhkəmə təcrübəsi baxımından qanuni, əsaslı və ədalətlidir.
68. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə müqavilələr üzrə əsas və faiz borcunun məbləği, həmçinin, ipoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiymətinin (likvid dəyərinin) müəyyən edilməsi hissələrdə düzgün olmamışdır, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə yoxlanılan hissədə müzakirə olunan qaydada dəyişdirilməlidir.
69. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iş üzrə alınmış ekspert rəylərinin alınmasına sərf olunan vəsait mütənasib olaraq tərəflərdən tutulmalıdır.
70. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(001)- 126/2022 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(001)- 126/2022 nömrəli qətnaməsi əsas və faiz borcunun məbləğləri, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrdə dəyişdirilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 23 avqust 2017-ci il tarixli razılaşma üzrə əsas borc 4261,73 manat, faiz borcu 1014,24 manat olmaqla cəmi 5275,97 manat, 23 fevral 2018-ci il tarixli razılaşma üzrə əsas borc 21122,74 manat, faiz borcu 899,35 olmaqla cəmi 22022,09 manat, hər 2 razılaşma üzrə ümumilikdə tutulmalı olan məbləğ 27298,06 manat müəyyən edilsin. İpoteka predmeti olan Abşeron rayonu, Hökməli qəsəbəsində 0,0334 ha torpaq sahəsi və üzərində yerləşən 154,2 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin ilkin satış qiyməti 121000 manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Əlavə məhkəmə-mühasibatlıq ekspertizası və ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı ekspertiza tədqiqatlarının keçirilməsinə sərf olunmuş 300 manat məbləğdə pul vəsaitinin 150 manat məbləğində hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 manat məbləğində hissəsi Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev