Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1931/2023 07.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4538/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı cavabdehlərdən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəyən 50491 manat pulun maddi zərərə görə, 10000 manat pulun isə mənəvi zərərə görə ümumilikdə 60491 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MMC-dən müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə iddiasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4538/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 27200 manat məbləğində pul vəsaitinin, mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının dəyəri olaraq 100 manat məbləğində pul vəsaitinin, dövlət rüsumunun əvəzi olaraq 173 manat pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 1108.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il Qərarına; ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1; 2-ci bəndlərinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadən qeyd edilmişdir ki, xx.xx.2022ci il tarixində “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1 və 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, nəticədə yol-nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı istifadəsi və sahibliyində olan “BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 27200 manat məbləğində ziyan dəymişdir. Məhkəmə iddiaya, cavabdehdən vurulan maddi ziyana görə 50491 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə qismən əsaslı hesab edilərək məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizası nəticəsində avtomobilə dəymiş ziyanın müəyyən edilmiş məbləği – 27200 manat məbləğində pul vəsaiti Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Cavabdeh tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş yol qəzasına görə iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı keçirdiyi stress vəziyyəti ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 173,1 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər – ekspertiza tədqiqatının dəyəri də Cavabdeh2 tutulmalıdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 MMC-nin mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olsa da, baş vermiş yol nəqliyyatı hadisəsi nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıya bilməz.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, “BMW” markalı avtomobilin təmiri üçün tələb olunan məbləğ 50141 manat təşkil edir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli 65394-1222 nömrəli məktubundan məlum olur ki, “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən "xxxx"MMC-nin adında qeydiyyatdadır; - xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar”ın surətindən məlum olur ki, X3 və X5 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti yol-nəqliyyat hadisəsini törətmiş Cavabdeh2 Azərbaycan Respublikası İXM-in 327.1 və 330.0.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Yasamal RPİ-nin DYPŞ-nə həvalə edilmişdir; - TP seriyalı ******* saylı qərarın surətindən məlum olur ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixində, saat 21:00-da “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulması, nizamlanmayan piyada keçidinə daxil olunması, piyadaya yol verilməməsinə görə Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1 və 330.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir və buna görə barəsində 50 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir; - ******* saylı X6 Protokolun surətindən məlum olur ki, Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1 və 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli 68330-1222 nömrəli məktubundan məlum olur ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X2 məxsus “SCACMAN SX3254DT404 YÜK” markalı AZ **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 istifadəsinə verilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6171 nömrəli ekspertiza rəyindən məlum olur ki, 2011-ci il buraxılışlı ““BMW” markalı, AZ **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 27200 (34000 m-20%) manat müəyyən edilir. 2011-ci il buraxılışlı “BMW” markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 34000 manat müəyyən edilir (iş.səh. 50, 52, 54, 75, 76, 58, 89). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli 2(011)-4538/2022 saylı qətnaməsinin ləğv edilərək, iddianın işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdırılaraq iddianın tam təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099, 1108.2, 1108.3; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1, 88, 106.1, 372.6, 372.7, 387ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qanunvericiliyi düzgün tətbiq etməmiş, işin hallarına nəinki düzgün qiymət vermişdir, əksinə işdə olan sübutları öz istədiyi kimi qətnamədə qeyd etməklə ədaləti yanıltmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı (bundan sonra Qərar) ilə yanaşı, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun normaları da pozulmuşdur. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli iddiaya etirazda qeyd edilənlər bir daha təsdiq edir ki, mülkiyyətçi olaraq Lizinq şirkəti həmin avtomobili icarəyə verməklə gəlir əldə edir. Bu hal isə Plenum qərarında qeyd edilən hallar baxımından lizinq şirkətinin də məhz cavabdeh kimi işə cəlb edilib, müştərək qaydada dəyən zərərdə iştirakını şərtləndirdiyi halda məhkəmə buna əhəmiyyət verməmişdir. Elektron qaydada məhkəməyə təqdim edilən sübutlar sədrlik edən hakim tərəfindən düzgün qiymətləndirilməmişdir. Məhkəmə qətnaməni çıxararkən istinad etdiyi qanunu göstərməli və müstəsnalığı izah etməli olsa da Cavabdeh1 MMC-yə aid hissədə iddianın təmin edilməməsini məhkəmə araşdırmamışdır. Məhkəmə sübutları tam araşdırmadığından **-JU-*** d.n.n avtomobillə, **-UN-*** d.n.n avtomobili fərqləndirə bilməmişdir. İş materiallarına əlavə olunmuş Baş X9 idarəsinin məktubundan göründüyü kimi “Shacman” markalı AZ **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx"MMC-nin mülkiyyətində olsa da Cavabdeh2 tərəfindən idarə edilmişdir və vurulan zərər onun təqsiri ucbatından yaranmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi “nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə avtomobilin mülkiyyətçisi "Meqalizinq” MMC məsuliyyət daşımamalıdır” qeyd etməklə kifayətlənmiş, bu qənaətini qanunvericiliklə əsaslandıra bilməmişdir. Təəssüflər olsun ki, hakim öz qətnaməsində bu hissəni qeyd edərək yazdıqları ilə MM-in 1108-ci maddəsinin tələblərini pozduğuna ümumiyyətlə fikir verməmiş, əsaslandığı normalarla, istinad etdiyi daxili inamının bir-birini təkzib etdiyini nəzərə almamışdır.
5. Cavabdeh2 apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4538/2022 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın qismən təmin edilməsi, dəymiş ziyana görə 11 333 (on bir min üç yüz otuz üç) manat pul vəsaitinin Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-in 101.3, 103.1 və 206.1-ci maddələrinə; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 3.3-cü bəndinə istinadən qeyd edilmişdir ki, vurulmuş zərərin məbləği "Start Group Service” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/617ekspertiza rəyinə əsasən müəyyən edilmişdir. Avtonəqliyyat vasitəsinin markasından, ilindən (2013-cü il) və vurulmuş zərəri müəyyən edən təşkilatdan görünür ki, həmin zərər hədsiz dərəcədə şişirdilmişdir. Ekspert rəyi yalnız nəzəri hesablamalara əsaslanmışdır. MPM-in 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə tərəfindən göstərilən prosessual hüquq normasının tələbi pozulmuşdur. Məhkəmə tərəfindən işin hərtərfli, tam obyektiv araşdırılması aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6171 nömrəli ekspertiza rəyindən görünür ki, 2011-ci il buraxılışlı ““BMW" markalı, AZ- **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1 əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 27200,0 müəyyən edilir. 2011-ci il buraxılışlı “BMW” markalı avtomobilin istismar müddəti nəzərə alınaraq hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 34000,0 (otuz dörd min) manat müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6171 nömrəli ekspertiza rəyi mötəbər, inandırıcı hesab edilə bilməz. Çünki qərardadda göstərilməsinə baxmayaraq ekspertiza mərkəzi tərəfindən avtomobilə baxış keçirilməmiş, avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyəti nəzərə alınaraq 2022-ci il tarixə olan bazar qiyməti lazımi qaydada əsaslandırılmadan 34 000 manat müəyyən edilmiş və avtomobilin hazırda yararlı vəziyyəti olan hissələrinin qiyməti (20%) həmin məbləğdən çıxılaraq avtomobilə dəymiş ziyanın məbləği 27 220 manat müəyyən edilmişdir. Belə olan halda və avtomobilə baxış keçirilmədən verilmiş ekspert rəyinin əsaslılığı şübhə altına alınır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, iddiaçıya zərərin dəyməsinin işin mübahisəsiz halı olduğunu, təqdim edilən sübutdan da sığorta ödənişini alanın da iddiaçı olduğunun göründüyünü, hadisə baş verən zaman Cavabdeh2 etibarnaməsinin olmadığını, iddiaçıya dəyən zərərin birinci instansiya məhəməsində araşdırıldığını, bununla bağlı ekspertizanın keçirildiyini bildirmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, mülkiyyətçinin tamamilə başqa şəxs olduğunu, İddiaçı hazırkı iş üzrə iddiaçı ola bilməyəcəyini, bu hissədə prosessual əsaslarla iddianın ümumiyyətlə rədd edilməli olduğunu, Cavabdeh2 sürücülük fəaliyyəti ilə məşğul olduğunu, Cavabdeh1 MMC-nin razılığı ilə həmin avtomobili idarə etdiyini, bütün zərərin Cavabdeh2 tələb olunmasının qəbul edilən olmadığını, zərərin hədsiz dərəcədə yüksək olduğunu bildirmişdir.
8. "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli sığorta aktından məlum olur ki, İddiaçı 5000 (beş min) manat ödəniş edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qəraradadı ilə təyin olunmuş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində qeyd edilmişdir ki, tədqiq edilən 2011-ci il buraxılışlı “BMW 520” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat yararlı hissələrin dəyərini çıxmaqla təxminən 27200,0 (34000,0 m-20%) manat müəyyən edilir. 2011-ci il buraxılışlı “BMW 520” markalı avtomobilin istismar müddəti nəzərə alınaraq, hadisə baş verən tarixə normal vəziyyətdə respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 34000,0 manat müəyyən edilir. Qeyd edilir ki, nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizalarının aparılması məqsədə müvafiq hesab olunduğundan, 2011-ci il buraxılışlı “BMW 520” markalı, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(103)-1931/2023 №-li mülki iş materiallarında olan xx.xx.2022-ci il tarixli qüsur aktı əsasında hesablanır.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil1 ekspert rəyindən avtomobilin təmir edilməsinin mümkünsüzlüyünün müəyyən edildiyini, Cavabdeh2 lizinqə götürən şəxsin sürücüsü olduğunu, iş materiallarından Cavabdeh1 MMC-nin nəqliyyat vasitəsinə etibarnamə vermədiyi halda BDYPİ-nə avtomobilin onların nəzarətindən çıxmasına dair heç bir məktub göndərmədiyini bildirmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 ekspert rəyi ilə razı olmadığını, hazırkı ekspert rəyinin əvvəlki rəylə eyni olduğunu, cavabdehdən tələb edilən məbləğin yüksək olduğunu bildirmiş, Cavabdeh2 mülki hüquqi müqavilə əsasında Cavabdeh1 MMC-nin işçisi olduğundan, zərərin Cavabdeh1 MMC tərəfindən ödənilməli olduğunu qeyd etmişdir.
12. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər Cavabdeh1 MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir.
13. Birinci instansiya məhkəməsində icraat zamanı sübutların tədqiqi zamanı səhvə yol verilmişdir. Belə ki mülki işin 14-cü vərəqində fərqli qeydə alınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin xx.xx.2022-ci il tarixli 68330-1222 nömrəli məktubundan məlum olur ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh2 adında nəqliyyat vasitəsi qeydiyyatdan keçmir. X2 məxsus “SHACMAN SX3254DT404 YÜK” markalı AZ **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh2 istifadəsinə verilmişdir. Apellyasiya baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya insyansiya məhkəməsinin mövqeyi:
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıda qeyd edilmiş müddəaları nəzərə alınmalıdır: 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən: “1. Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. 2. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.”
17. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarının, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76.1, 77.1, 80-82, 119, 217.4, 385-390-cı maddələrinə istinadən hesab edir ki, sığorta şirkəti tərəfindən müəyyən edilmiş, mübahisə edilməmiş və iddiaçıya ödənilmiş 5000 manat məbləğində pul vəsaitinin çıxılaraq, 22200 manat məbləğində pul vəsaitinin hər iki cavabdehdən tutularaq iddiaçıya ödənilməsi təmin edilməli, hər iki apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, rəsmi səlahiyyəti olmadan nəqliyyat vasitəsini idarə edən Cavabdeh2 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və yüksək təhlükə mənbəyinin sahibi Cavabdeh1 MMC digər şəxslərin hüquqazidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirməmiş, bununla da (əksi sübuta yetirilmədiyindən) həmin mənbənin onun sahibliyindən hüquqazidd götürülməsində təqsirli olduğu (mülki məsuliyyət daşımalı olduğu) müəyyən edilmişdir. Buna görə də məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyi ilə hüquqazidd hərəkətlər etmiş şəxsin üzərinə qoyulmalıdır.
18. Apellyasiya şikayətlərinin qismən təmin edildiyini nəzərə alaraq, kollegiya şikayətlərin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərcinin onu ödəyən şəxsə aid edilməsini və ekspertiza xərclərinin cavabdehlərdən tutulmasını əsaslı hesab edir.
19. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: İddiaçı və Cavabdeh2 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4538/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Maddi zərərə görə 22200 manat məbləğində pul vəsaiti və mənəvi zərərə görə 500 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İş üzrə birinci instansiya məhkəməsində icraat zamanı təyin olunmuş ekspert tədqiqatının dəyəri olan 100 manat, apellyasiya icraatı zamanı təyin edilmiş ekspert tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.