Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1943/2025 12.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı işi üzrə Açar sözlər:(“pul") hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, İddiaçının vəkili Nümayəndə2, iddiaçının nümayəndəsi Miriyev Mirbaba Qəfər oğlu, cavabdehin nümayəndəsi vəkil Nümayəndə1, şahid qismində iştirak etmiş X10 və X7 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 716/2024 saylı işi üzrə 02 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 25000 ABŞ dolları və 50500 manat olmaqla, ümumilikdə 93000 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Rusiya Federasiyası vətəndaşıdır. Cavabdeh iddiaçının yaxın qohumudur. Tərəflər arasında münasibətlər əvvəllər yaxşı olmuş və aralarında heç bir mübahisə olmamışdır. Tərəflər hər zaman mehriban olmuşlar və iddiaçının cavabdehə inamı olmuşdur, aralarında qohumluqdan əlavə qarşılıqlı dostluq münasibətləri də olmuşdur. İddiaçı Azərbaycanda özünə ev almaq məqsədilə qohumu Eyvazla məsləhətləşən zaman Eyvaz əgər iddiaçı ona pul göndərərsə, onun adına ev alacağını bildirmişdir. İddiaçı Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Həmin pulun bir hissəsini 25000 ABŞ dolları, bir hissəsini isə 50500 manat şəklində vermişdir. İddiaçı həmin pulun bir hissəsini Eyvazın həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu vasitəsi ilə Cavabdeh göndərmişdir. X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dollarını iddiaçıdan alaraq Cavabdeh verdiklərini bildirmişlər. Eyvaz iddiaçıya bildirmişdir ki, 93000 manata Qaradağ rayonu Ələt qəsəbəsində iki ədəd ev ala bilər. Cavabdeh həmçinin bildirmişdir ki, iddiaçı Rusiyada olduğu üçün həmin evləri iddiaçının adına ala bilməz, lakin iddiaçı razılıq versə, evləri öz adına alar və gələcəkdə iddiaçı Azərbaycana gəlsə, evləri dərhal onun adına keçirər. İddiaçı cavabdehə inanmış və evlərin onun adına alınmasına razılıq vermişdir. Təxminən bir həftə sonra Eyvaz iddiaçıya zəng edərək bildirmişdir ki, iddiaçının göndərdiyi 93000 manata 2 ədəd ev almışdır. 2022-ci ilin mart ayında iddiaçı Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və iddiaçı işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. İddiaçı Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onun iddiaçını aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri iddiaçı Azərbaycana gələndə satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. İddiaçı isə bununla razılaşmış və xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə iddiaçının ona pul verdiyini danmış və boynuna almamışdır. Eyni zamanda bununla bağlı istənilən yerə şikayət edə biləcəklərini bildirmişdir. İddiaçı dəfələrlə qohumları vasitəsilə 93000 manat pulu geri verməsini tələb etsə də, cavabdeh pulu qaytarmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdeh iddiaçının ona olan etibarından sui-istifadə edərək iddiaçıya qarşı dələduzluq etmişdir. Aradan 2 il keçməsinə baxmayaraq, Cavabdeh nəinki 93000 manat pulu ödəmir, hətta telefon zənglərinə belə cavab vermir. Bu səbəbdən iddiaçı Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsinə şikayət etmiş və Cavabdeh şöbəyə dəvət olunaraq izahatı alınmışdır. İzahatında Cavabdeh qeyd etmişdir ki, guya İddiaçı ona hissə-hissə olmaqla ümumilikdə 42000 manat pul vermişdir, geri qalan 51000 manatın ona verilməsini boynuna almamışdır. Əlavə olaraq, Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci Polis Şöbəsində ayrı-ayrı izahatları alınmış, Cavabdeh həyat yoldaşı X4 və Eyvazın qonşusu Əsgərov Hicran Xeybər oğlu izahat verərək bildirmişlər ki, İddiaçı X3 5000 ABŞ dolları və cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğluna 20000 ABŞ dolları göndərmişdir. Onlar isə həmin 25000 ABŞ dolları məbləğində pulu Cavabdeh vermişlər. Beləliklə, 42000 manat pulun cavabdehdə olması barədə kifayət qədər sübut vardır. Bundan əlavə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubundan görünür ki, cavabdehin həyat yoldaşı X2 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə ünvan 4 qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Rusiyadan iddiaçının həyat yoldaşı və uşaqları gələndə həmin evdə yaşamışlar. Bu hallar isə bir daha təsdiq edir ki, qeyd olunan mənzil iddiaçının 2018-ci ilə qədər göndərdiyi pul vəsaiti hesabına alınmışdır.
2. Cavabdeh iddiaya etiraz təqdim etmiş və qeyd etmişdir ki, həqiqətən iddiaçı ilə cavabdeh arasında həm qohumluq, həm də dostluq münasibətləri olmuş, aralarında heç bir mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında iddiaçı cavabdehə zəng edərək ona pul göndərəcəyini və həmin pulu həyat yoldaşı Çinarəyə verməli olduğunu bildirmişdir. 2021-ci ilin 27-29 dekabr ayında hissə-hissə olmaqla iddiaçı ümumilikdə 42000 manat pulu cavabdehə göndərmiş, həmin pulun 5000 ABŞ dolları hissəsi cavabdehin həyat yoldaşının adına, 20000 ABŞ dolları hissəsi isə cavabdehin qonşusunun adına göndərilmiş, cavabdeh də həmin pulu aldıqdan sonra qəbzləri ilə birlikdə iddiaçının həyat yoldaşı Çinarəyə vermişdir. Tərəflər arasında bundan başqa pul münasibəti olmamışdır. Cavabdeh hal-hazırda İddiaçı heç bir borcu yoxdur və həm polis orqanında, həm də məhkəmədə tədqiq olunan bütün sübutlar bunu təsdiq edir. İddiaçı tərəf cavabdehin 42000 manatla bağlı polis orqanında verdiyi izahatını borcun etirafı kimi qələmə verir, halbuki cavabdeh öz izahatında həmin pulu aldıqdan sonra iddiaçının həyat yoldaşına verdiyini bildirmiş, iddiaçının həyat yoldaşı da öz izahatında bunu təsdiq etmişdir. Ona görə də iddiaçı tərəfin guya 42000 manata dair kifayət qədər sübutun olması barədə dəlili həqiqətə uyğun deyildir. Qalan məbləğlə bağlı isə iddiaçı tərəfin ümumiyyətlə hər hansı sübutu yoxdur. Belə ki, cavabdehin həyat yoldaşının adına 2018-ci ilin yanvar ayında qeydiyyata alınmış mənzilin guya iddiaçının vəsaiti hesabına alınması tamamilə yalandır. Nə polis orqanında verilən izahatlarda, nə də iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı pul vəsaitinin göndərilməsi ümumiyyətlə qeyd olunmamışdır. Həmçinin, iddiaçının həyat yoldaşı Rusiyadan gələndə yaşadığı mənzilin cavabdehin ailəsinə məxsus olduğunu, iddiaçıya heç bir aidiyyətinin olmadığını özü də təsdiq etmişdir. Hesab etmişdir ki, iddia tələbi həqiqətə uyğun olmadığından və hər hansı mötəbər sübuta əsaslanmadığından əsassızdır. Qeyd olunanlara əsasən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki: - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəsinin surətinə əsasən, o, qohumu Cavabdeh ev alması üçün ümumilikdə 93000 manat pul vermiş, həmin pulun 12000 manatını 2022-ci ilin mart ayında Eyvazın evində vermişdir. Eyvaz onu aldadıb, həmin pula bir ev öz adına, bir ev həyat yoldaşının adına olmaqla iki ev almışdır. Hazırda nə evi, nə də pulu qaytarmadığına görə qanuni tədbir görülməsini xahiş edir; - İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatına əsasən, o, qohumu Eyvaza inandığı və tam etibar etdiyi üçün 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə olmaqla ümumilikdə 93000 manat pulu Eyvaza göndərmişdir. Daha sonra Eyvaz ona zəng edərək göndərdiyi 93000 manata 2 ədəd ev aldığını bildirmişdir. 2022-ci il mart ayında Azərbaycana gəlmiş və Eyvazdan həmin evlərin öz adına keçirilməsini tələb etmişdir. Lakin Eyvaz iddiaçının ölkəyə qısamüddətli gəlməsindən istifadə edərək, sənədləşmə işini bilərəkdən uzatmış və o, işləri ilə əlaqədar Rusiyaya qayıtmaq məcburiyyətində qalmışdır. Rusiyaya qayıtdıqdan sonra Eyvaza zəng edərək onu aldatdığını anladığını bildirmiş və həmin evlərin satılıb pulunun ona qaytarılmasını tələb etmişdir. Eyvaz isə həmin anda etiraz etməmiş, evləri satıb 93000 manatı ona qaytaracağını, amma alqı-satqı üçün çəkilmiş xərcləri həmin puldan çıxacağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycana qayıdarkən atası, anası və bacısı ilə birlikdə Eyvazgilə gedərək evlərin satılmasını və 93000 manatın geri qaytarılmasını Eyvazdan tələb etmişdir. Lakin Eyvaz müxtəlif bəhanələr qətirərək evləri satmaqdan imtina etmiş, ümumiyyətlə ona pul verildiyini danmış və boynuna almamışdır; - Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatınına əsasən, İddiaçı onun qohumudur. Əvvəllər münasibətləri yaxşı olmuş, aralarında hər-hansı mübahisə olmamışdır. 2021-ci ilin dekabr ayının sonlarında Qafar ona zəng edərək, rus pulunun məzənnəsinin düşdüyünü, ona pul göndərəcəyini bildirmiş və göndərəcəyi pulları Qafarın həyat yoldaşına çatdırmasını tələb etmişdir. 2021-ci ilin dekabr ayının 27-29 tarixlərində Qafar ona hissə-hissə olmaqla, ümumilikdə 42000 manat pul göndərmiş, o isə həmin pulu Qafarın həyat yoldaşı Salahova Çinarəyə vermişdir. O, İddiaçı yalnız 42000 manat pul almışdır, həmin pulu da Qafarın həyat yoldaşı Çinarə xanıma vermişdir. bundan əlavə aralarında pul məsələsi olmamışdır. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, həyat yoldaşı Cavabdeh və İddiaçı arasında olan danışıqlara qarışmamış, xəbəri olmamışdır. Təxminən 2021-ci ilin dekabr ayında Qafar onun adına 5000 ABŞ dolları göndərmiş, daha sonra göndərilən pulu Eyvazla bankdan götürdükdən sonra Eyvaza təhvil vermişdir. Əsgərov Hicran Xeybər oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, Cavabdeh onun qonşusudur. İddiaçı xx.xx.2021-ci il tarixdə onun adına 10000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə isə yenidən 10000 ABŞ dolları məbləğində pul göndərmişdir. Ümumilikdə göndərilən 20000 ABŞ dolları məbləğində pulu Eyvaza təhvil vermişdir. X7 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli yazılı izahatının surətindən görünür ki, o, 2014-cü ildə İddiaçı ilə ailə qurmuşdur və birgə nikahdan üç azyaşlı övladları vardır. Onlar ailə həyatı qurduqdan sonra Qafar RF-nin Yakutiya şəhərində işləyib yaşadığından onlar oraya yaşamağa getmişlər. 2017-ci ildə o, Azərbaycana qayıtmaqla 1 il Azərbaycanda yaşamış və yenidən həyat yoldaşının yanına qayıtmışdır. O, ikinci dəfə Yakutiyaya qayıtdıqda Qafarın orada başqa qadınla yaşadığını bilmişdir. Bir neçə il birtəhər dözüb, Qafarın ailəsinə qarşı diqqətsizliyini görüb 2021-ci ildə yenidən Azərbaycana qayıtmışdır. Qafar onu yola salanda hissə-hissə pul göndərəcəyini, həmin pulu toplayaraq ev alacaqlarını və birgə yaşayacaqlarını demişdir. O, həmin pulu müxtəlif adamların adından və öz adından qohumu olan Cavabdeh adına yollayırdı. Qafar pulu göndərən kimi ona zəng edərək hansı məbləğdə pul göndərdiyini deyirdi. Həmin gün, yaxud bir gün sonra Eyvaz da pulu götürüb qəbzi ilə birlikdə ona verirdi. Bildirir ki, onun 2021-ci ildə RF-dan Azərbaycana qayıtmağına səbəb o olmuşdur ki, Qafar orada saxladığı qadını artıq gətirib onunla bir evə salmışdır. O, qayıtdıqdan sonra boşanmaya ərizə verdi. Lakin həmin ərəfədə qohumlar onları boşanmağa qoymadı və onları barışdırdılar. Bir müddət sonra o, Qafarın artıq tüfeyli həyat sürüb yenidən öz əməllərinə davam etdiyindən bezmiş və ona son xəbərdarlığını etmişdir. 2023-cü ilin mart ayında baldızı Mirvari onların yaşadıqları Ələt qəsəbəsinə gəlmiş və evdə münaqişə yaratmışdır. Həmin vaxt o, bilmişdir ki, Qafar Bakıda bacısının adına ev almışdır. Qeyd edir ki, Qafar iki dəfə Bakıya gəlib və həmin pulları onun əlindən alıb özü ilə aparmışdır. Qafarın göndərdiyi bütün pulları Eyvaz ona gətirib çatdırmış və sonra həmin pulları Qafar ondan almışdır. Qafar Azərbaycana gəldikdə Eyvazın bacısı qızı olan, boşanan qadınla ailə həyatı qurmaq və onunla bir evdə saxlamaq istəyirdi. Buna görə Qafarla mübahisə etmiş, Qafar onu döymüş və demişdir ki, Eyvazın da, onun da başına oyun açacaq; - Qaradağ RPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovniki A.Mahmudovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda həmçinin qeyd olunmuşdur ki, İddiaçı müraciətində göstərdiyi fakt öz təsdiqini tapmamışdır; - "zolotaya korona” pul köçürmə sistemi ilə X7 adına göndərilmiş pul qəbzlərinin surətlərindən görünür ki, Rusiya Federasiyasından X8 xx.xx.2023cü il tarixdə 725 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 700 manat, xx.xx.2023-cü il tarixdə 724 manat, xx.xx.2023-cü il tarixdə 702 manat, xx.xx.2023-cü il tarixdə 710 manat pul göndərilmişdir; - İ-CH seriyalı, 668234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə İddiaçı 02 iyun 2014-cü il tarixində rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 7 nömrəsi ilə qeydiyyat aparılmışdır; - Neftçala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(053)-928/2023 saylı qərardadının surətindən görünür ki, iddiaçı X7 cavabdeh İddiaçı qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır; - Azərbaycan Respublikasının Mərkəzi Bankının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, qanunvericiliyə əsasən qeyri-bank hüquqi şəxslərə və fiziki şəxslərə Mərkəzi Bank tərəfindən bank xidmətləri göstərilmir və onların maliyyə əməliyyatları barədə məlumatlar Mərkəzi Bankda toplanmır; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı ünvan 3 ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatın verilməsi barədə məktubundan görünür ki, X2 adına ümumi sahəsi 51.55 kv.m, yaşayış sahəsi 30.15 kv.m təşkil edən, reyestr nömrəsi **********11-05101- 093022 olan ünvan 4 ünvanı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir; - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məlumatın təqdim edilməsi barədə məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən, Cavabdeh adına xx.xx.2017-ci il tarixindən hal-hazıradək dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir; - "zolotaya korona” və "contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlunun və X2 adına göndərilmiş pul qəbzlərindən görünür ki, Rusiya Federasiyasından Əsgərov Hicran Xeybər oğluna xx.xx.2021 -ci il tarixdə 5000 ABŞ dolları, 5000 ABŞ dolları, xx.xx.2021-ci il tarixdə 5000 ABŞ dolları, 4990 ABŞ dolları, X3 xx.xx.2022-ci il tarixdə 5000 ABŞ dolları məbləğində pul göndərilmişdir; - Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, İddiaçı onun qardaşı, Cavabdeh isə atasının bibisi oğludur. Qardaşı 17 yaşından Rusiya Federasiyasında yaşayır və həmin ölkənin vətəndaşıdır. Qardaşı 2014-cü ildə X12 ilə ailə qurmuş və elə həmin il onlar birlikdə Rusiya Federasiyasına getmişlər, orada 3 övladları dünyaya gəlmişdir. Qafar Rusiyada yaşadığı dövrdə həmişə Azərbaycana gəlib ev alacağını deyirdi. Lakin ata-anasına, bacısına xəbər vermədən özünə ev almaq məqsədilə Cavabdeh 2017-ci ildən etibarən hissə-hissə olmaqla 93000 manat məbləğində pul göndərmişdir. X22 etibarından sui-istifadə edərək biri öz adına, digəri həyat yoldaşı X2 adına olmaqla iki ev almışdır. O, atası və anası bu hadisədən sonradan xəbər tutmuşlar. Hətta atası Eyvaza təşəkkür etmişdir. X1 3 uşağı ilə birlikdə həmin evdə yaşamağa başlamış, qardaşı Qafar isə işlə əlaqədar Rusiya Federasiyasına qayıtmışdır. Qafar Rusiyaya qayıtdıqdan sonra 2021-ci ilin dekabr ayının sonuna kimi hissə-hissə pul göndərməyə davam etmiş və Eyvaz 2022-ci ildə ikinci evi almışdır. Hətta Eyvaz həmin evə ləvazimatların alınıb evin kirayə verilməsi üçün əlavə 3000 manat da almışdır. Amma sonradan kirayə pulunu Qafara göndərməmişdir. 2022-ci il mart ayında Qafar gələndə Eyvaz evlərin hər ikisini onun adına keçirəcəyi barədə verdiyi sözlərdən yayınmağa başlamışdır. Qafar həmin evlərin satılıb 93000 manatın geri qaytarılmasını tələb etmişdir. Buna əməl etmədiyi üçün o, atası, anası və Qafar Eyvazın evinə getmişlər. Orada onların arasında mübahisə yaranmış, Eyvaz onları 102 qaynar xəttinə zəng edəcəyi ilə hədələmiş və evi tərk etmələrini tələb etmişdir. Onlar mübahisə böyüməsin deyə Eyvazın evini tərk etmişlər. Qafar atasına Eyvazdan borcunu tələb edə bilməsi üçün etibarnamə verib Rusiyaya qayıtmışdır. Hesab edir ki, qardaşı Qafar böyük səhv etmiş, Eyvaza həddən artıq etibar etmiş, öz yaxınlarına belə demədən ona ev alması üçün pul göndərmişdir. Hətta uşaqlarını bağçaya aparıb-gətirməyi belə Eyvaza etibar etmişdir. Bu məqsədlə Eyvazın avtomobil alması üçün ona 3000 manat kömək etmişdir. Bir müddət sonra qardaşı X21 arasında münasibət yaranmasından şübhə etmiş və bundan sonra Eyvazdan evlərin sənədlərini, pulunu tələb etməyə başlamışdır. Eyvaz ikinci evi satmış, lakin Qafarın pulunu yenə də qaytarmamışdır. Pulların Qafar tərəfindən Eyvaza göndərilməsində və verilməsində şəxsən iştirak etməsə də, həmin məbləğin Eyvaza verilməsinə tam əmindir. Hesab edir ki, həmin 93000 manat pul Eyvazdan alınaraq Qafara verilməlidir; - Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Miriyev Mirbaba Qəfər oğlu ifadə verərək bildirdi ki, İddiaçı onun oğlu, Cavabdeh isə bibisi oğludur. Əvvəllər münasibətləri yaxşı olmuşdur. Oğlu Rusiyada yaşayır, oğlunun hissə-hissə olmaqla 93000 manat pulu Eyvaza göndərdiyini və Eyvazın onun üçün iki ev aldığını 2022-ci ildə öyrənmişdir. Hətta bunu eşidəndən sonra Eyvaza təşəkkür etmişdir. Bir müddət sonra Qafar televizor, soyuducu, mətbəx mebeli alınması və 2-ci evin kirayəyə verilməsi məqsədilə yenə pul göndərmişdir. Hətta bəxşiş kimi Eyvazın özünə avtomobil alması üçün pul da vermişdir. Lakin sonradan münasibətlər pisləşdiyi üçün Qafar evlərin satılaraq verdiyi 93000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. Hətta o, qızı, yoldaşı və Qafarla birgə Eyvazın evinə getmişlər. Bir az söhbət edəndən sonra mübahisə yaranmış və Eyvaz polisə zəng edəcəyi ilə hədələyib onları evdən qovmuşdur. Evlərin alınması üçün Qafar pulu Eyvaza onun iştirakı ilə verməmişdir. Qafarın evləri almasından 2022-ci ildə xəbərdar olmuşdur. Oğlu Qafarın dediyinə görə, oğlu ona sürpriz etmək istəmişdir; - Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, İddiaçı ailəsi ilə 25 ildir ki, yaxın ailə dostudur, Eyvazı isə onların xeyir-şər məclislərində görmüş, şəxsən bir dəfə toyda üz-üzə gəlmişdir. Onun bildiyinə görə, tərəflər arasında münasibətlər çox yaxşı olmuşdur. 2022-ci ilin iyul ayında oğlu üçün ev almaq istədiyini Mirvariyə bildirmişdir. Mirvari isə qardaşı Qafarın ev satdığını demiş və məlumat üçün Qafarın telefon nömrəsini ona vermişdir. Qafarla telefon danışığı zamanı Qafar Eyvaza müraciət etməsini məsləhət görmüşdür. Eyvaza zəng edib evin qiymətinin 50000 manat olduğunu öyrənəndə bu məbləğin Ələt qəsəbəsi üçün çox yüksək olduğunu bildirmişdir. O isə cavabında evin Qafara məxsus olduğunu, qiyməti də onun müəyyən etdiyini demişdir. Növbəti gün Eyvaza telefon vasitəsilə zəng vuranda onun telefon nömrəsinə artıq zəng çatmamışdır. O, Qafar ilə Eyvaz arasında hər hansı pul məbləğinin alınıb-verilməsində iştirak etməmiş və bunun şahidi olmamışdır. Sadəcə Qafarla telefon danışıqları zamanı Qafar ona məxsus iki evinin olduğunu, birində ailəsinin yaşadığını, digər evi isə satmaq istədiyini bildirmişdir; - Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Əsgərov Hicran Xeybər oğlu ifadə verərək bildirdi ki, Cavabdeh onun qonşusudur, İddiaçı isə Eyvaza görə tanımışdır. O, Eyvazla Qafarı bir dəfə öz maşını ilə Şirvan şəhərinə aparmışdır. Onlar arasında münasibətlər yaxşı olmuşdur. 2021-ci ilin dekabr ayında Eyvaz Rusiyada rus rublunun inflyasiyası səbəbindən Qafarın pul göndərəcəyini bildirmişdir. Eyvaz pandemiya dövründə peyvənd vurdurmadığı üçün evdən çölə çıxa bimirdi deyə, Qafar 27 və 29 dekabr 2021-ci il tarixlərində hissə-hissə olmaqla ümumilikdə 20000 ABŞ dolları məbləğində pulu onun adına göndərmişdir. O, həmin pulu Eyvaza təhvil vermişdir. Eyvaz isə həmin pulu Qafarın ailəsinə, yəni həyat yoldaşına çatdıracağını bildirmişdir; - Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, İddiaçı onun həyat yoldaşıdır. 2014-cü ildə ailə qurduqdan sonra Rusiyaya köçüb orada yaşamışlar. 2021-ci ilin avqust ayında Qafar onu və uşaqları Azərbaycana göndərmişdir. Qafarın Bakıda ev almaq fikri var idi, uşağı balaca olduğu üçün banka gedə bilmədiyindən Qafar telefonla ona Eyvaz əmi vasitəsilə pul göndərəcəyini demişdi. Onun uşağı həmin vaxt balaca olduğu üçün Qafar pulu Eyvaz əmiyə göndərir, Eyvaz əmi isə pulu qəbzləri ilə birlikdə ona təhvil verirdi. Dəqiq vaxtlarını deyə bilər, çünki qəbzlər hal- hazırda ondadır və qəbzləri məhkəməyə təqdim edir. xx.xx.2021-ci ildə 10000 dollar, xx.xx.2021-ci ildə 9990 dollar, xx.xx.2022-ci ildə 5000 dollar pulu Qafar Eyvaz əmiyə göndərmiş, Eyvaz əmi də ona təhvil vermişdir. Bunlardan başqa Qafar tərəfindən Eyvaz əmiyə hər hansı pul göndərilməmişdir. O, gündəlik xərclərini həmin pulla ödəyir, qalan məbləği isə saxlayırdı. 2022-ci ilin sentyabr ayında Azərbaycana gələn Qafar ondan 37000 manat məbləğində pulu götürüb Bakıda ev almışdır. Qalan məbləği Eyvaz əmiyə məxsus evdə kirayədə yaşadığı üçün hər ay 200 manat kirayə pulu vermiş, uşaqların bağça və sağlamlıq problemlərinə xərcləmişdir. Qafarın əslində ondan boşanmaq fikri yox idi. Ailəsi ona təzyiqlər göstərdikdən sonra münasibətləri bir qədər pozulmuşdur. Həmin vaxtlarda, daha dəqiq 2023cü ildə Qafar onlara bir müddət ayda 700 manat pul göndərmişdir. Artıq uşaq bir qədər böyümüşdü və o, sərbəst surətdə özü banka gedib pulu qəbul edə bilirdi. O, 2021-ci ilə kimi bir neçə dəfə Azərbaycana gəlib yenidən Rusiyaya qayıtmış, o cümlədən 2018-ci ildə gəlib bir il qaldıqdan sonra Rusiyaya qayıtmış, 2021-ci ildən sonra isə getməmişdir. Əgər Qafar 2018-ci ildə Eyvazın vasitəsilə Bakıda ev alsaydı, onun bu hadisədən mütləq xəbəri olardı. O, Rusiyadan qayıtdıqdan sonra Eyvaza məxsus evdə kirayədə yaşamışdır. Qafarla Eyvazın münasibətlərinin pisləşməsinin səbəbi pul məsələsi deyil, şəxsi zəmində mübahisədir. Belə ki, Qafar onunla nikahı pozulmadan Eyvazın qohumu olan qadınla ailə qurmaq istəyirdi. Bu niyyətinin alınmaması səbəbindən onlar arasında münasibət kəskinləşmişdir. O, hal-hazırda ünvan 5 ünvanında yerləşən, Eyvazın ailəsinə məxsus evdə kirayədə yaşayır. Qafarın Eyvaza ev almaq məqsədilə guya 93000 manat pul göndərməsi və həmin pula Eyvaz tərəfindən ev alınması həqiqətə uyğun deyildir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-716/2024 saylı işi üzrə 02 may 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 324.6, 385.1, 394; Mülki-Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 80, 88, 217.4-cü maddələrinə istinad edilməklə qeyd edilmişdir ki, iddiaçı tərəfin cavabdeh tərəfə Rusiya Federasiyasından “zolotaya korona” və “contact” pul köçürmə sistemləri ilə Əsgərov Hicran Xeybər oğlu və X4 vasitəsilə 42000 manat pul göndərdiyi tərəflər arasında mübahisə doğurmasa da, həmin pul vəsaitinin cavabdeh tərəfindən iddiaçının həyat yoldaşı Ç.Salahovaya təqdim edildiyi iş materiallarında olan yazılı sübutlar (o cümlədən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surəti, yazılı izahatların surətləri), şahid H.Əsgərovun ifadəsi, habelə iddiaçının həyat yoldaşı olan şahid Ç.Salahovanın ifadəsi və pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə birmənalı olaraq öz təsdiqini tapmaqdadır. Ona görə də 42000 manata dair hissədə iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. Bundan əlavə, məhkəmə müəyyən edir ki, iddia tələbinin qalan 51000 manata dair hissəsi ilə bağlı məhkəməyə ümumiyyətlə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu barədə iddiaçının atası şahid M.Miriyevin, bacısı şahid M.Miriyevanın, ailə dostu Ş.Hüseynovanın ifadələri onların iddiaçı tərəfə yaxınlığı və onlardan heç birinin tərəflər arasında hər hansı pul məbləğinin verilməsində bilavasitə iştirak etməməsi səbəbindən mötəbər sübut kimi qiymətləndirilə bilməz. Həmçinin, iddiaçının hər hansı yazılı əqd bağlamadan, hər hansı pul köçürmə qəbzini qoruyub saxlamadan, uzun müddət ərzində yaxın ailə üzvlərinə belə bildirmədən cavabdehin vasitəsilə daşınmaz əmlaklar əldə etməsi barədə ifadələr inandırıcı və ağlabatan görünmür. İddia tələbinin əsaslandığı digər hallar (o cümlədən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaiti hesabına iki evin alınması, cavabdeh tərəfindən həmin daşınmaz əmlaklarla bağlı öhdəliyin götürülməsi) barədə iddiaçı tərəfin dəlilləri də mülki qanunvericiliyə uyğun hər hansı mötəbər sübuta əsaslanmamaqla yanaşı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubları, eyni zamanda iddiaçının həyat yoldaşı Ç.Salahovanın ifadəsi ilə təkzib olunur. Həmçinin, iddiaçının polis orqanına verdiyi ərizəsində, yazılı izahatında, habelə məhkəməyə təqdim etdiyi iddia ərizəsində 2018-ci ilə qədər cavabdehə hər hansı konkret pul məbləğinin göndərilməsi və məhz 2018-ci ilin yanvarında mənzilin alınmasına dair heç bir məlumat əks olunmamış, bu barədə hər hansı mötəbər sübuta istinad olunmamışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
5. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, iş üzrə hərtərəfli araşdırma aparmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bundan başqa iddiaçı işə baxmış birinci instansiya məhkəməsinə bildirmişdir ki, onun anası cavabdeh ilə telefon vasitəsi ilə danışan zaman cavabdeh etiraf etmişdir ki, iddiaçı ona 40.000 manatdan çox pul vermişdir. İddiaçı həmin telefon danışığını özündə əks etdirən diski birinci instansiya məhkəməsinə təqdim etsə də, məhkəmə diski sübut kimi qəbul etməmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 avqust 2024-cü il tarixli, 2(103)- 4256/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-102/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2024-cü il tarixli 2(103)-4256/2024 nömrəli qətnaməsi ləğv edilmiş, işin yeni apelyasiya baxışına qaytarılması qət edilmişdir. Qərarda Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.2, 778.3, 779.1; Mülki Prosessual Məcəlləsi 14.2, 76.1, 76.2, 77.1, 88, 95.2, 106.3, 194.1, 217.1 -ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı araşdırma apararaq aşağıdakılara əsasən hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilməlidir. Mülki məhkəmə icraatında işə baxan məhkəmənin ən əsas vəzifələrindən biri iddia tələbinin hüquqi əsasının düzgün müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bu tələb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qətnaməsinin qanuni və əsaslı olması prinsipindən də irəli gəlir. Eyni zamanda MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Tələbin hüquqi əsasının müəyyən edilməsi eyni zamanda mülki hüquq münasibətinin hər bir tərəfinin sübutetmə yükünün, tələbin təmin edilməsinə hüquqi maneənin (kəsici müddətlərin keçməsi və s) mövcud olub-olmamasının müəyyənləşdirilməsi baxımından da zəruridir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halıdır ki, iddiaçı Rusiya Federasiyasında olarkən cavabdehin qonşusu Əsgərov Hicran Xeybər oğlu və həyat yoldaşı X4 vasitəsilə cavabdehə xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə ümumilikdə 42000 manat pul göndərmişdir. İddiaçının bu məbləğdən artıq vəsait göndərdiyi cavabdeh tərəfindən qəbul edilməmiş və iddiaçı bu barədə yazılı sübutlar təqdim edilməmişdir. Cavabdeh iddiaçının ona 42000 manat pul göndərdiyini qəbul etdiyindən məhkəmə tərəfindən izahatlara əsasən onlar arasında hansı mülki hüquq münasibətinin yarandığı və hazırda pul tələbinin qanuni əsası müəyyən edilməli idi. Məhkəmə tələbin əsaslı olmasının iddiaçı tərəfindən sübut edilməməsinə istinad edərək iddianı rədd edərkən iş üzrə gəldiyi nəticəni həm MM-nin 324.6-cı, həm də MM-nin 385.1-ci maddələri ilə əsaslandırmış, tərəflər arasında öhdəlik münasibətinin mövcud olub-olmadığı, mövcuddursa hansı öhdəlik münasibətinin mövcudluğunun müəyyən edildiyi qətnamədə göstərilməmişdir. Məhkəmənin istinad etdiyi MM-nin 324.6-cı maddəsində qeyd edilir ki, əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Bu normaya o zaman istinad edilə bilərdi ki, məhkəmə tərəflərin əqd bağlayarkən iradə ifadələrinin nədən ibarət olduğunu müəyyənləşdirə bilməsin. Qətnamədə istinad edilmiş MM-nin 385.1-ci maddəsi isə tərəflər arasında öhdəlik münasibətinin mövcudluğu müəyyən edildiyi halda tətbiq edilə bilərdi. Əgər məhkəmə tərəfindən tərəflər arasında hər hansı öhdəlik münasibəti yaranmadığı müəyyən edilmişdisə, iddiaçının pul tələbinə əsassız varlanma ilə bağlı normalar tətbiq edilməklə baxılmalı idi. Kollegiya hesab edir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə etdiyinə mübahisəyə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməklə baxılmalı idi. Belə ki, cavabdeh iddiaçı tərəfindən ona müəyyən tapşırıq verildiyini və bu tapşırıqla bağlı 42000 manat məbləğində pul göndərildiyini qəbul etdiyindən MPM-nin 106.3-cü maddəsinə əsasən iddiaçı bu halı sübut etmək vəzifəsindən azaddır. İşdən görünür ki, tərəflər arasındakı mübahisəli məsələ verilmiş tapşırığın məzmunu ilə bağlıdır. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia etmiş, cavabdeh isə pulun ona iddiaçının həyat yoldaşına təqdim edilməsi üçün göndərildiyini bildirmişdir. MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. İddiaçı tapşırığın iddia ərizəsində qeyd edilən məzmunda verildiyini təsdiq etmək üçün məhkəməyə şahid ifadələri və xx.xx.2024-cü il tarixdə vəfat etmiş anası ilə cavabdehə aid olduğu iddia edilən səs yazısı təqdim etmişdir. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının təqdim etdiyi səs yazısını sübut qismində qəbul etməməsi MPM-nin 95.2-ci maddəsinin tələbinə və “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə uyğundur. Həmin qərarda qeyd edilmişdir ki, “şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Hazırkı halda sübut kimi təqdim edilmiş səs yazısındakı danışıq iddiaçı ilə deyil, onun anası ilə aparıldığından məhkəmə tərəfindən sübut kimi qəbul edilməməsi prosessual pozuntu hesab edilə bilməz. Məhkəmə iddiaçının təqdim etdiyi şahidlərin (atası M.Miriyev, bacısı M.Miriyeva, tanışları Ş.Hüseynova) ifadələrini iddiaçı tərəfə yaxın olduqlarından və pul məbləğinin verilməsində bilavasitə iştirak etmədiklərindən mötəbər sübut hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 76.2-ci maddəsinə əsasən şahid ifadələri ilə müəyyən edilən məlumatlar mülki prosesdə əsas sübut növlərindən biridir. Digər sübutlar kimi şahid ifadələrinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Lakin MPM-in 88-ci maddəsinə əsasən əgər məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmirsə, bununla bağlı mövqeyini əsaslandırmalıdır. Çünki bəzən tərəf işin müəyyən hallarını yalnız ona yaxın və ya qohum olan şəxslərin şahid ifadələri əsasında sübut etmək imkanına malik ola, yaxud ona yaxın insanlar (qohumlar) da işin halları ilə bağlı mötəbər məlumatlar verə bilərlər (məsələn, ailə üzvləri, qohumlar və ya yaxın dostlar arasındakı mülki hüquq münasibətlərində, ər-arvad arasındakı əmlak mübahisəsində və sair). Hazırkı halda da tərəflər arasında qohumluq münasibəti olduğundan onlar arasındakı razılaşma ilə bağlı digər qohumların məlumatlı olması mümkündür. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərdən birinin yaxını və ya qohumu olsa da, məhkəmə iclasında şahid qismində ifadə verməyə razılıq vermiş şəxslər MPM-in 194.1-ci maddəsinə əsasən digər şahidlər kimi bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdar edilirlər və onlardan bu barədə iltizam alınır. Bu baxımdan iş üzrə şahidlərin xeyrinə ifadə verdiyi tərəflə yaxın münasibətləri, o cümlədən, qohumluğu onların ifadəsinin mötəbər olmadığı barədə qənaətə gəlmək üçün yeganə əsas kimi çıxış edə bilməz. Hakimin şahid ifadəsinin mötəbər sübut hesab edilməməsi ilə bağlı mövqeyi şahid ifadələrinin işə aid olmaması, işdə olan digər sübutlarla ziddiyyət təşkil etməsi, şahidin ifadə verdiyi şəxslə münasibətinin yaxşı olmaması, işdə marağı olması, qərəzli olması və sair hallarla əsaslandırıla bilər. İşə baxmış məhkəmə cavabdeh tərəfindən şahid qismində təqdim edilmiş, Ç.Salahovanın ifadəsini cavabdehin etirazında istinad etdiyi halları təsdiq edən mötəbər sübut kimi qəbul etmiş və göstərmişdir ki, onun ifadəsi pul köçürmə qəbzlərinin əsillərinin sonuncu tərəfindən məhkəməyə təqdim edilməsi ilə təsdiq edilir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Ç.Salahovanın ifadəsinin mötəbərliyinə (həqiqətə uyğun olubolmadığına) qiymət verərkən işin hallarını, onunla iddiaçı arasındakı münasibətlərin 2021-ci ildən pozulmasının şahidin özünün Qaradağ RPİ TŞ-nə verdiyi, iş materiallarına əlavə edilmiş yazılı ifadə ilə təsdiq edildiyini, 2023-cü ilin avqust ayında nikahın pozulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə dair iş materiallarında sübut olduğunu (Neftçala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı), şahidin birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının vəkilinin sualına cavab olaraq hazırda cavabdehin ailəsinə məxsus evdə yaşadığını təsdiq etdiyini, bu səbəbdən cavabdehlə şahidin maraqlarının üst-üstə düşdüyünü nəzərə almamış, bununla da MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Kollegiya göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilərək yenidən apellyasiya baxışına qaytarılmalıdır. Apellyasiya icraatı zamanı müəyyən edilən hallar
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etmiş, şikayətin məzmununa uyğun izahat verərək iddiaçının cavabdehə onun üçün 2 ev alması məqsədilə hissə-hissə 93000 manat pul verdiyini, həmin pulun bir qismini əlbəəl, bir qismini isə müxtəlif şəxslərin adına göndərməklə verdiyini bildirmiş, cavabdehin 42000 manat pulu aldığını Polis Bölməsində izahatında etiraf etdiyini, Eyvazın həmin pulu kimə verməsinin iddiaçıya aidiyyətinin olmadığını, pulu Eyvaza verdiyindən Eyvazdan tələb etdiyini qeyd etmiş, qeyd edilənlərə əsasən iddia tələbinin əsaslı olduğunu bildirmiş və şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Miriyev Mirbaba Qəfər oğlu iddiaçı ilə şahid Salahova Çinarənin münasibətlərinin 2021-ci ildə pozulduğunu, belə olan halda iddiaçının Salahova Çinarəyə vermək məqsədi ilə pul göndərməsinin mümkün olmadığını, həmin pulun Eyvaza ev almaq məqsədilə göndərildiyini, hətta Eyvazın həmin pula 2 ev aldığını, evlərin birini öz adına, digərini isə həyat yoldaşının adına rəsmiləşdirdiyini, daha sonra isə evlərdən birini satdığını, digər evdə isə hal-hazırda Çinarə Salahovanın yaşadığını qeyd etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz etmiş və cavabdehin iddiaçıdan 42000 manat pul aldığını, lakin həmin pul ev almaq məqsədi ilə deyil, iddiaçının keçmiş həyat yoldaşı Çinarə Salahovaya vermək məqsədi ilə göndərildiyini və cavabdehin də həmin pulları qəbzləri ilə birlikdə Çinarə Salahovaya təqdim etdiyini qeyd etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehə 93000 manat pul verdiyini qeyd etsə də, pulu nə vaxt, hansı vasitələrlə verdiyini sübut edəcək dəlillər təqdim edə bilmir. Eyni zamanda məhkəmə araşdırması zamanı cavabdehin adına hər hansı mənzilin qeydiyyata alınmadığının, onun həyata yoldaşının adına olan mənzilin isə 2018-ci ildə qeydiyyata alındığını, iddiaçının isə pulu 2021-ci ildə verdiyini bildirdiyini qeyd etmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətini əsassız hesab etdiyini və təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X10 pulun verilməsində və alınmasına şəxsən iştirak etmədiyini bildirmiş, lakin pulun cavabdehə ev almaq məqsədilə verildiyini, cavabdeh tərəfindən iki ev alındığını, həmin evlərdən birində hal-hazırda Çinarə Salahovanın yaşadığını qeyd etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X12 iddiaçı tərəfindən 42000 manat pulun 27 dekabr 2021, 29 dekabr 2021 və 07 yanvar 2022-ci il tarixlərində üç dəfəyə cavabdehə göndərildiyini, cavabdeh isə həmin pulları gətirib ona verdiyini qeyd etmiş, həmin puldan özünün 5000 manatı xərclədiyini, 2022-ci ilin sentyabr ayında Qafarın Azərbaycana gəldiyini, dava salaraq ondan pulları istədiyini, Qafarın həmin pula ev alacağını inandığından qalan pulu Qafara verdiyini, daha sonra isə Qafarın zəng vuraraq həmin pula bacısının adına ev aldığını dediyini bildirmişdir. Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Hazırki halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 418-1-420-ci maddələrinə, Kassasiya instansiya məhkəməsinin qərarının müəyyən etdiyi əsaslarla qətnamənin yoxlanılması müəyyən edildiyindən, yalnız bu hədlərdə apellyasiya icraatında araşdırılmanın mümkünlüyü nəzərə alınmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 5.3. mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən : 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1.Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 104.2. Məhkəmənin tələbi ilə şahid öz ifadəsini yazılı tərtib edə bilər. 104.3. Alınma mənbəyini göstərə bilməyən şahid tərəfindən verilən məlumatlar sübut hesab edilmir. 104.4. Aşağıdakılar şahid qismində dindirilə bilməzlər: 104.4.1. azyaşlı olduğuna görə, fiziki və ya psixi pozuntuları üzündən faktları düzgün qavraya bilməyən və ya faktlar barədə düzgün ifadə verə bilməyən şəxslər; 104.4.2. vəzifələrini icra etməklə əlaqədar olaraq onlara məlum olan hallar barədə—mülki işlər üzrə nümayəndələr və cinayət işləri üzrə müdafiəçilər; 104.4.3. ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məsələlər üzrə— hakim; 104.4.4. dini etiqad ilə əlaqədar olaraq onlara məlum olan məsələlər üzrə—din xadimləri; 104.4.5. peşə borcunu həyata keçirməklə əlaqədar onlara məlum olan hallar barədə—vəkillər; 104.4.6. mediasiya zamanı məlum olan məlumatlar barədə - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna olmaqla, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər; 104.4.7. arbitraj icraatı zamanı məlum olan hallar barədə – arbitrlər. 104.5. Aşağıdakılar məhkəmədə ifadə verməkdən imtina edə bilərlər: 105.5.1. şəxs özünə qarşı; 105.5.2. ər-arvad bir-birinə qarşı, uşaqlar valideynlərinə, valideynlər uşaqlarına qarşı; 104.5.3. qardaş və bacılar bir-birinə qarşı, nənə-baba nəvələrinə, nəvələr baba və nənələrinə qarşı.
17. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, iddiaçının dəlilləri və kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə 42000 manat pulun cavabdehə verilməsi təsdiq edilsə də, iddiaçının pulun ondan cavabdeh tərəfindən ev alınması məqsədi ilə qəbul edilməsi təkrar araşdırma zamanı sübut edilmir. Ümumiyyətlə pul vəsaitlərinin dövriyyəsi ciddi və mötəbər olan sübutlarla təsdiq edilə bilər ki, tərəflər arasında bilavasitə belə sübutlar mövcud olmamış, bilavasitə olaraq qeyd edilən münasibətlərdə 42000 manat pul vəsaitinin verilməsi öz təsdiqini tapsa da, bu məbləğin iddiaçının arvadına verildiyi sonuncunun öz ifadəsi (etirafı) ilə öz təsdiqini tapır və bu hallar şahidin (X7) təkrar dinlənilməsi ilə bir daha təsdiq edilr, onun ifadəsinin şübhə altına alan mülahizələr sübuta yetirilmir. Qeyd edilməlidir ki, 42000 manat məbləğində pul vəsaitinin verilməsindən irəli gələn məsələlər ailə-hüquq münasibətlərinə (hüquq-vəzifələrə) dəlalət edir ki, iddiaçı “nədənsə” bu müstəvidə tələb irəli sürməkdən (müzakirələrdən) yayınır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının arvadı (X12) ilə ailə münasibətləri pozulmuş və bu münasibətlərdən dünyaya gəlmiş üç övladı qarşısında müvafiq vəzifələri vardır, habelə birgə nikah dövründə əldə edilmiş əmlak rejimi hökm sürür. Qeyd edilənlərə müvafiq, məhkəmə kollegiyası müəyyən edilmiş hallara fərqli qiymət verilməsini hüquq və vəzifələrdən sui-istifadəyə şərait yaradan hal kimi mümkün hesab etmir. Bundan əlavə, digər dəlilə münasibətdə qeyd edilməlidir ki, cavabdehin arvadı X2 adına xx.xx.2018-ci il tarixli çıxarış ilə ünvan 4 qeydiyyata alınması və Rusiyadan iddiaçının arvadının və uşaqlarının gələndə həmin evdə yaşaması, mənzilin iddiaçının göndərdiyi pul vəsaiti hesabına alınmasını sübut etmir və bunun müzakirəsi üçün əsaslar (sübutlar) mövcud deyildir. Belə ki, 2018-ci ilə qədər pul vəsaitlərinin iddiaçı tərəfindən cavabdehə verilməsi (göndərilməsi) və hansı həcmdə olması təsdiq edilmir və bunlar xəyali ehtimallardır.
19. Hazırkı mübahisədə iddia tələbinin əsaslandığı halları sübut etmək vəzifəsi iddiaçının üzərindədir. Lakin iddiaçı tələbinin əsaslı olmasına (yəni əmlak alınması məqsədi ilə pulun verilməsinə) dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında yaranmış hüquq münasibəti tapşırıq müqaviləsinin ünsürlərini əhatə edir. İddiaçı bu pulun cavabdehə sonradan onun adına keçirilməsi şərti ilə ev alınması üçün göndərildiyini iddia edir, cavabdeh isə pulun ona iddiaçının arvadına təqdim edilməsi üçün göndərildiyini bildirir. Tapşırığın məzmununun nədən ibarət olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür ki, iddiaçı bununla bağlı dəlilini məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərinə müvafiq şərait yaradılmasına baxmayaraq, tələbin istinad edilən faktiki və hüquqi əsaslarla əsaslı olmasının sübut edilməsi vəzifəsinə yönəlik tərəflər arasında öhdəlik münasibətinin mövcud olmadığı qənaətinə gəlir, tələbdə müəyyən edilən öhdəlik münasibətinin mövcudluğu sübut edilməsə də, iddiaçının arvadına göndərdiyi pul vəsaitinin çatdırılması barədə tapşırıq müəyyən edilir ki, onun da icra edildiyi X7 etirafı ilə öz təsdiqini tapır.
20. Beləliklə, Rayon Məhkəməsinin iddianın rədd edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
21. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-716/2024 saylı işi üzrə 02 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.