Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1944/2024 14.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin azaldılması və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Açar sözlər: (alimentin artırılması, alimenrin azaldılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Elşən Cələddin oğlu Kazımov və X6 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(001)-6333/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X24 analarının, xx.xx.2007-ci il təvəllüdlü X25 atasının himayəsində yaşayır, Cavabdeh himayəsində faktiki nikah münasibətlərindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X29 da vardır. 2.Hazırda İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmasını, Cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək onun himayəsində olan uşağa görə cavabdehdən aliment tutulmasını və ondan tutulan alimentin azaldılmasını xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X15 və xx.xx.2018-ci il təvəllüdlü X4 üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1755/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh tutulmalı olan alimentin miqdarının artırılaraq hər ay hər uşaq üçün 500 manat olmaqla, cəmi 1000 manat alimentin, mediasiya təşkilatına ödənilmiş 55 manat mediasiya xərcinin, hüquqi yardım üçün vəkilə ödənilmiş 70 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılır. 4.İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh R.A. Paşayevin xx.xx.2007-ci il tarixli rəsmi nikahından xx.xx.2007-ci il təvəllüdlü X25, xx.xx.2009-cu il təvəllüdlü X23 anadan olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(010)- 3091/2011 saylı qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, birgə nikahlarından olan xx.xx.2007-ci il təvəllüdlü X16 və xx.xx.2009-cu il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanması qət edilmişdir. Nikah pozulandan sonra tərəflər yenidən barışmış və ailə kimi birlikdə yaşamış, həmin vaxt xx.xx.2018-ci il təvəllüdlü X19 anadan olmuşdur. 2020-ci ildə iddiaçının cavabdehlə münasibətləri yenə pozulmuş və cavabdeh iddiaçıya şiddət göstərdiyi üçün iddiaçı uşaqlarını götürüb valideyinlərinə sığınmışdır. Daha sonra cavabdeh görüşmək adı ilə X20 və X17 apararaq geri qaytarmamışdır. Bundan sonra biz tərəflər bir-birinə qarşı uşaq, aliment tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddiaqismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X16 atası Cavabdeh yanında, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanması, X16 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulması, X10 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə Cavabdeh tutulması, alimentin tutulma vaxtının X21 görə xx.xx.2020-ci il tarixdən, X11 görə xx.xx.2020-ci il tarixdən, X18 görə xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-1004/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayyətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1755/2021 saylı qətnaməsi apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5650/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayyəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 1004/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi İddiaçı Cavabdeh xeyrinə oğlu İlham Paşayevin saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutulmasına dair hissədə ləğv edilmişdir. Övladlarının ehtiyaclarının təmin edilməsi cavabdehin birbaşa vəzifəsidir. Belə ki, hər il ölkədə miniumum yaşayış meyarı artırılır, bununla belə qiymətlərdə qalxır və xərclər artır. İddiaçı uşaqların təhsil və saxlanması ehtiyaclarını qarşılaya bilmir. Cavabdeh iş adamı olmaqla çox yüksək gəliri vardır. Buna görədə iddiaçı hesab edir ki, məhkəmənin qərarları ilə təyin edilmiş alimentin miqdarı artırılmalıdır. 5.Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı alimentin azaldılmasına və aliment tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1755/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarının azaldılaraq iki uşağa görə hər ay onun əmək haqqının üçdə bir hissəsindən tutulması, o cümlədən Cavabdeh yanında qalan xx.xx.2007-ci il təvəllüdlü X5 üçün İddiaçı hər ay onun əmək haqqının dördə bir hissəsində alimentin tutularaq Cavabdeh Adi oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. 6.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arsında uşaq və aliment tələbinə dair mübahisə üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1004/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1755/2021 saylı qətnaməsi apellyasiya şikayətləri üzrə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5650/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1004/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi İlham Paşayevin saxlanılması üçün hər ay 175 manat məbləğində alimentin tutulmasına dair hissədə ləğv edilmişdir. Ali Məhkəmənin sözügedən qərarı kobud pozuntularla qəbul edilmişdir. Belə ki, Ali Məhkəmə şikayət tələbindən kənara çıxmış, səlahiyyətlərinə aid olmayan, yəni araşdırılması tələb olunmayan hissəyə dair qərar qəbul etmişdir. Nəzərə alınmalıdır ki, aliment tələbinə dair iddialar davam edən münasibətlərə daxil olduğundan həmin məsələ üzrə iddia vermək hüququnu kimsə məhdudlaşdıra bilməz, yəni Ali Məhkəmənin qeyd edilən qərarı qarşılıqlı iddia üzrə iddiaçını övladının saxlanması üçün aliment tələb etmək hüququndan məhrum etmir. Əks yanaşma qanunvericiliyin tələblərinin, eləcə də bərabərlik hüququnun, validenlik vəzifələrinin ədalətli şəkildə bölgüsünün pozulmasıdır. Övladının, yəni İlham Paşayevin saxlanması üçün maddi köməkliyin edilməsi, yəni onun ehtiyaclarının ödənilməsi, qanunvericiliklə təsbitini tapan alimentin ödənilməsində bir valideyn olaraq iştirak etmək cavabdeh İddiaçı da vəzifəsidir. Cavabdeh bu günə kimi oğlunun tələbatları üçün bir manat belə xərcləməmiş, o cümlədən uşağın yaşamı ilə maraqlanmamışdır. Bu günə kimi qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı çətinliklə, öz atamın dəstəyi ilə oğlunun maddi ehtiyaclarını ödəməyə, eləcə də cavabdehin yanında qalan iki qız övladının saxlanması üçün müəyyənləşdirilmiş xərcləri ödəməyə çalışır. Əldə etdiyi məlumata görə cavabdeh özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olur və gəliri də çox yaxşıdır. Qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının yanında qalan oğlan övladının yaşı nəzərə alınsa onun tələbatlarının daha çox olduğu müəyyən olunur. Odur ki, o, hər iki uşaq üçün aliment ödəməklə yanaşı yanındakı oğlu İlhamın tələbatlarını ödəməkdə çətinlik çəkir. İşin hallarına, qanunvericiliyin tələblərinə əsasən bildirir ki, uşağı saxlamaq hər iki valideynin borcu olduğundan cavabdeh İddiaçı aliment ödəməyə borcludur. O, müvəqqəti aliment tələbi barədə ərizə ilə məhkəməyə müraciət etsə də, məhkəmənin e-16(001)-445/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı işəgötürən X12 ilə bağladığı əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 384 manat olmaqla pedikürçü işləyir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Qarant Beton-1 MMC-də aylıq əmək haqqı 500 manat olmaqla baş mühəndis vəzifəsində işləyir. Ərizəni və ərizənin əlaqəli olduğu mülki işin sənələrini araşdırıb, valideynlərin öz övladlarına münasibətdə bərabər hüquq vəzifələrə malik olmalarını nəzərə alıb, himayəsində bir övladı olan müvəqqəti təminat tədbirinin seçilməsini xahiş edən ərizəçi tərəflərin birgə nikahlarından olan iki övladını saxlayan və təyin olunmuş alimentin artırılmasını xahiş edən iddiaçının ona aliment ödəmək üçün maddi imkanın olmasına dair ilkin sübutlarını ərizəsinə əlavə etmədiyindən ərizənin təmin edilməsi qeyri-mümkün hesab edilmişdir. Qərardadda məhkəmənin əks edilmiş mövqeyini rəhbər tutaraq bildirir ki, İddiaçı rəsmi qaydada işlədiyi halda onun tərəfindən cavabdehin maddi imkanının olmasına dair ilkin sübutları ərizəyə əlavə etmədiyi əsas tutaraq heç bir manat da aliment təyin edilməmiş, yəni İddiaçı maaş aldığı halda bunu nəzərə alınmamışdır. Ona görə də hesab edir ki, onun yanında qalan iki qız övladının üçün də təyin edilmiş alimentin məbləği azaldılmalı, qanunvericiliyin tələblərinə müvafiq olaraq onun əmək haqqı nəzərə alınmalı və aliment əmək haqqının iki uşaq üçün 1/3 hissəsi miqdarında təyin edilməlidir. Bununla yanaşı qeyd edir ki, uşaqları saxlamaq valideynlərin vəzifəsi olduğundan onun yanında qalan oğlu üçün alimentin məbləği ən azı İddiaçı əmək haqqısının 1/4 hissəsi həcmində müəyyənləşdirilməlidir. Əks yanaşma valideynlər arasında göz görə-görə bərabərliyin pozulması, onun əmək haqqının məbləğinin, yanında oğlan övladının olmasını, şəxsi tələbatlarının nəzərə alınmaması deməkdir. Məhkəmənin qərardadı ilə qanunvericiliyin əmək haqqı üzrə müəyyənləşdirilmiş aliment təyini ilə bağlı norması pozularaq İddiaçı üçün əsassız humanistlik yaradılmış, birmənalı olaraq nəzərə alınmalıdır ki, valideyn hətta valideynlik hüquqlarından məhrum olduqda belə övladını saxlamaq üzrə müəyyənləşmiş vəzifələrindən azad olunmur. Qanunvericilikdə valideynlərin hüquq və vəzifələrinin bərabər olması, yəni hər iki valideyn övladının saxlanma xərclərini təmin etməli olması birbaşa təsbitini tapmışdır. İddiaçı işləməsi göstərir ki, onun yanında qalan iki uşağın ana qayğısına ehtiyacı yoxdur, o işdə olduğu müddətdə uşaqlar özləri özlərini idarə edirlər. İddiaçı yanında qalan iki qız övladının yaşları onun daha yüksək maaşlı işdə işləməsinə şərait yaradır, yəni onun qeyd edilən məbləğdə əmək haqqından başqa gəlirinin olmaması qeyri-mümkündür. Çünki, işin mahiyyətinə baxıldıqda pedikür işi üzrə ayrıca, hətta evdə fəaliyyət göstərən insanların gəlirinin təxminən 1000 manat həcmində olduğu bilinəndir. Odur ki, hazırda geniş yayılmış, müştəri axını çox olan bir sahədə İddiaçı, yalnız 384 manata qane olması absurdur. Cavabdeh əmək qabiliyyətli olmaqla daha yüksək gəlirli işdə işləyərək uşaqlara baxmaq iqtidarındadır. Valideyn vəzifələri, uşağın tələbatını ödəmək deyildikdə bu yalnız atanın üzərinə öhdəlik kimi qoyulmalı deyildir. Hər bir valideyn uşağın tələblatlarının ödənilməsində iştirak etməlidir. Odur ki, uşaqların yaşını, qarşı tərəfin də əmək qabiliyyətliliyini, işləməyinə hansısa maneənin olmamasını nəzərə alınsa onun da uşaqların maddi tələbatlarının ödənilməsində iştirakını tam mümkün edir. Necə ki, o, əmək haqqının az olduğu halda valideyninin dəstəyi ilə övladını saxlamaqdan yayınmır, anası da uşaqların təminat öhdəliklərini dərk edərək bunun üçün çalışmalıdır. Cavabdehin hər dəfə alimentin miqdarını yüksəldərək, əmək haqqının məbləğini bildiyi halda iki dəfə artıq absurd məbləğdə aliment istəyərək, onun yanında qalan oğlan övladı üçün heç bir manat da xərc çəkməyərək onun vəziyyətini kəskin şəkildə ağırlaşdırmaq niyyəti, valideynlərin vəzifələrinin bərabərliyini diqqətə almaması, hüquqlarından sui-istifadə etməsi, onun yanında qalan övladının hüquqlarını, eləcə də qanunvericiliyin tələblərini kobud şəkildə pozur. İddiaçı da bildiyi kimi oğlunun gözləri zəifdir, o, oğlunun müalicəsi üçün borclara girir, atasından daim dəstək alır. İddiaçı oğlu ilə maraqlanmır, öz güzəranı üçün hər dəfə uşaqları bəhanə edərək əsassız şəkildə alimentin məbləğini artırmaq niyyətindədir. 7.Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə ilkin iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyib, ilkin iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, ilkin iddia ərizəsi üzrə cavabdehin kifayət qədər gəliri vardır. O, dəyəri 150000 manat olan avtomaobil idarə edir. Onun mülkiyyətində və istifadəsində bir neçə bahalı nəqliyyat vasitələri vardır. Cavabdehin himayəsində yaşayan övladı illik təhsil haqqı 97000 manat olan məktəbdə təhsil alır. Cavabdeh aylıq gəlirini 500 manat göstərsə də, əslində böyük beton zavodunun rəhbəridir. Cavabdehin idarə etdiyi nəqliyyat vasitəsinin istifadə etdiyi aylıq yanacağın xərci 2000 manat təşkil edir. Cavabdehdən iki uşağa görə aliment tutulsa da, o, bir uşağa görə aliment ödəməmşdir. Səbəb isə Ali Məhkəmə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin qətnaməsini ləğv edildikdən sonra Nərimanov Rayon Məhkəməsi tərəfindən yeni icra vərəqəsinin icra şöbəsinə göndərilməməsidir. İcra məmuru onlara icra vərəqəsinin gəlmədiyini deyib alimenti icra etmir. Cavabdeh qızları iləgörüşmür, himayəsində olan uşağa anası ilə görüşməyə icazə vermir. Ona görə də ilkin iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş edir. 8.Cavabdeh vəkili və nümayəndəsi Vəkil ilkin iddia ərizəsini qəbul etməyib, qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, nəqliyyat vasitələrinin siyahısı Bakı Apellyasiya Məhkəməsində təqdim olunmuş, maşınlar cavabdehin adına olsa da, əslində sürücüləri başqa adamlardır, həmin maşınlar gəlir obyekti kimi qiymətləndirilə bilməz, maşınların gəlir obyekti olması sübuta yetirilməmişdir. Uşağın təhsil haqqını babası ödəyir. Tərəflərin münasibətləri yaxşı olduğu dövrdə onların ortancıl qızı da ödənişli məktəbdə oxumuş, onun da təhsil haqqını babası ödəmişdir. Cavabdeh atası imkanlı şəxsdir. Qız uşağının anasına qaçması ilə bağlı onu deyə bilər ki, ata uşağının təhsili ilə maraqlanırdı, Nərimanov Rayon Məhkəməsində qız yaxşı oxumadığı üçün atasının ona əsəbləşməsi səbəbindən getməsini demişdir. Ortancıl qızı yenidən atasına qayıtmaq istəyir, ona görə də onlar yenidən məhkəmədə iddia qaldırmağa hazırlaşırlar. Müvəqqəti ünsiyyət təyin olunsa da icra olunmamışdır. Zavodun direktoru Sənandır. Cavabdeh zavoda işçi kimi işə götürülmüşdür. Əgər tərəflər maaş alırsa, onda aliment əmək haqqına yönəlməlidir. Hal-hazırda İddiaçı 384 manat, Cavabdeh 500 manat maaş alır. Ona görə də qanunvericiliyin tələbini əsas tutaraq, Cavabdeh ödəniləcək alimentin məbləği 1/3 hissədə qəbul olunmalıdır. Cavabdeh özünün də yaşayış minumumu da nəzərə alınmalıdır. Belə ki, 500 manat maaşla heç bir yaşayış minimumu təmin olunmur. İddiaçı də əmək qabiliyyətli olması və uşaqların yaşı da nəzərə alınaraq, daha yaxşı işdə işləyib uşaqlarını saxlamaq vəzifəsi vardır. Ona görə də alimentin təyin olunması hissəsi Ailə Məcəlləsinin 76-cı maddəsinin tələblərininin nəzərə alınmaqla 1/3 və 1/4 hissədə təyin olunmalıdır. Cavabdeh adına digər əmlaklar yoxdur, hər hansı şirkətin, zavodun təsisçisi deyildir, adına olan nəqliyyat vasitəsini onun atası almış, onun atasının kifayət qədər gəliri vardır. İlham Paşayev gözü zəif uşaqdı, onun gözünün xaricdə müalicəsi üçün anadan icazə istənilsə də ana icazə verməmiş, Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə uşağın ölkədən kənara çıxışına icazə verilmişdir. Cavabdeh ikinci nikahından da bir uşağı vardır. Ona görə də ilkin iddia ərizəsinin təmin edilməməsini, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş edir. 9.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 12 dekabr 2023-cü il tarixli, 2(001)-6333/2023 saylı qətnaməsi ilə (sədrlik edən-Səadət Səlimova) ilkin iddia ərizəsiin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1755/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarının artırılması, hazırki qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2009-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat alimentin İddiaçı xeyrinə tutulması, hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 27,5 manat, hüquqi xidmətə görə 35 manat olmaqla cəmi 62,5 manatın İddiaçı xeyrinə tutulması, Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 10.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1755/2021 saylı qətnaməsindən müəyyən olunur ki, ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X16 atası Cavabdeh yanında, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması, X16 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulması, X10 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə Cavabdeh tutulması, alimentin tutulma vaxtının X21 görə xx.xx.2020-ci il tarixdən, X11 görə xx.xx.2020-ci il tarixdən və X18 görə xx.xx.2021-ci il tarixdən hesablanması, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 müvəqqəti alimentin tutulmasına xitam verilməsi, aliment məbləğinin tutulması hesablanarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 X2 üçün hər aya görə ödənilməli olan 175 manat sabit pul məbləğindən müvəqqəti alimentin xx.xx.2021-ci il tarixdən bu qətnamənin qəbul edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixədək ümumi icra edilmiş məbləği nəzərə alınması qət edilmişdir. 11.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-1004/2022 saylı qətnaməsindən müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1755/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 12.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-5650/2022 saylı qərarından müəyyən olunur ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 1004/2022 saylı qətnaməsi İddiaçı Cavabdeh xeyrinə oğlu İlham Paşayevin saxlanması üçün hər ay 175 manat məbləğində alimentin tutulmasına dair hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirlmədən saxlanması qərara alınmışdır. 13.Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı işəgötürən X12 ilə bağladığı əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 384 manat olmaqla pedikürçü işləyir. 14.Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Qarant Beton-1 MMC-də aylıq əmək haqqı 500 manat olmaqla baş mühəndis vəzifəsində işləyir. 15.Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı qızının birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X25, xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X24 anadan olmuşdur. 16.Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, xx.xx.2018-ci il təvəllüdlü X22 atası Cavabdehdur. 17.Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X41 İdarəsinin xx.xx.2023-cü il tarixli 3- 13-16/2-135033/2023 saylı məktubundan müəyyən olunur ki, DİN BDYPİ Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına əsasən Cavabdeh adında xx.xx.2021-ci il tarixdə, buraxılış ili 2019-ci il olan Mercedes Benz G63 markalı ** OP *** qeydiyyat nişanlı, xx.xx.2020-ci il tarixdə, buraxılış ili 1996-cı il olan Mercedes Benz 320 markalı ** GM *** qeydiyyat nişanlı, xx.xx.2019-cu il tarixdə, buraxılış ili 2011-ci il olan VAZ 21074 markalı ** FU *** qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixdə, buraxılış ili 1993-cü il olan Mercedes Benz 320 markalı ** OV *** qeydiyyat nişanlı, xx.xx.2014-cü il tarixdə, buraxılış ili 2014-cü il olan Mercedes Benz S63 markalı ** VR *** qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixdə, buraxılış ili 2021-ci il olan Lamborghini Upus markalı ** OD *** qeydiyyat nişanlı, xx.xx.2017-ci il tarixdə, buraxılış ili 1998-ci il olan Mercedes Benz CL 500 markalı ** OC *** qeydiyyat nişanlı, xx.xx.2011- ci il tarixdə, buraxılış ili 1987-ci il olan Kamaz 55111 yük markalı ** KM *** qeydiyyat nişanlı nəqliyyat vasitələri qeydə alınmış, xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək Lexus LX 570 markalı ** LK *** qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixdən – xx.xx.2024-cü il tarixədək X37 markalı ** SZ *** qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixdən – xx.xx.2029-cu il tarixədək Porsche Taycan markalı ** BZ *** qeydiyyat nişanlı, xx.xx.2022-ci il tarixdən – xx.xx.2028-ci il tarixədək Mercedes Benz 190 markalı ** NC *** qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixdən – xx.xx.2028-ci il tarixədək Volkswagen Amarok markalı ** GG *** qeydiyyat nişanlı, xx.xx.2023-cü il tarixdən – xx.xx.2028-cü il tarixədək X42 Rover markalı ** FP *** qeydiyyat nişanlı nəqliyyat vasitələri etibarnamə ilə istifadəsinə verilmişdir. 18.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyənolunur ki, xx.xx.2023-cü il tarixinə olan uçot məlumatlarına əsasən, Cavabdeh vergi ödəyicisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda Paşayev X27 MMC-nin 50% pay hüququ ilə, Qarantdağ MMC-nin 100% pay hüququ ilə təsisçisidir, qeyd olunan hüquqi şəxslər tərəfindən müvafiq dövrlər üzrə vergi orqanına vergi bəyannamələri təqdim edilmədiyindən dövriyyə məbləğləri müəyyən edilməmişdir. Cavabdeh adına rəhbəri olduğu kommersiya hüquqi şəxsi aşkar edilməmişdir. 19.Kaspi Liseyi Ümumtəhsil Məktəbi MMC-nin xx.xx.2022-ci il tarixli 150-KV-22 saylı məktubundan müəyyən olunur ki, X25 hazırda X40 Şəhər filialının Vİİİ sinif şagirdidir və o, məktəbdə tədrisə xx.xx.2021-ci il tarixdən başlamışdır. Ümumi qaydaya əsasən məktəbin təhsil haqları nəğdsiz qaydada məktəbin bank hesabına, eləcə də onlayn ödəniş və ödəmə terminalları vasitəsi ilə həyata keçirildiyindən X16 təhsil haqqının fiziki olaraq kim tərəfindən ödənilməsi ilə bağlı məlumatın təqdim eilməsi mümkün deyildir. 20.X26 ilə fərdi qaydada fəaliyyət göstərən Nümayəndə arasında bağlanmış xx.xx.2023-cü il tarixli 83 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilədən və Kapital Bank ASC-nin xx.xx.20223-cü il tarixli 25260 saylı ödəniş qəbzindən müəyyən olunur ki, X26 ona göstərilən hüquqi xidmətə görə 70 manat ödəniş etmişdir. 21.Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞM/3/2023-00979 saylı arayışından müəyyən olunur ki, X26 İMS xərcinə görə 55 manat ödəniş etmişdir. 22.Məhkəmə işin faktiki halları kimi müəyyən etmişdir ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X24 analarının, xx.xx.2007-ci il təvəllüdlü X25 atasının himayəsində yaşayır, Cavabdeh himayəsində faktiki nikah münasibətlərindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X29 da vardır. 23.Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, aylıq gəlirlərinin 500 manat olmasını qeyd edən Cavabdeh məhkəmə qətnaməsi ilə ondan övladlarının saxlanması üçün yaşayış minimumu həddində aliment təyin edildikdən sonra xx.xx.2023-cü il tarixdə, buraxılış ili 2021-ci il olan Lamborghini Upus markalı ** OD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmiş, Lexus LX 570 markalı ** LK *** qeydiyyat nişanlı, X37 markalı ** SZ *** qeydiyyat nişanlı, Porsche Taycan markalı ** BZ *** qeydiyyat nişanlı, X42 Rover markalı ** FP *** qeydiyyat nişanlı nəqliyyat vasitələrini müvafiq etibarnamələrə əsasən istifadəsinə qəbul etmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, ilkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh özünün hələ də valideyninin himayəsində olması, ahıl yaşda olan valideyninin vəsaiti ilə zəngin həyat tərzi yaşaması görüntüsü yaratmağa cəhd etsə də, məhkəmə bu halı Cavabdeh övladlarının saxlanılması vəzifəsindən azad edilə bilinməsi üçün əsas olaraq qəbul etmir. Belə ki, nəqliyyat vasitələrindən gəlir əldə edilməməsi buna ehtiyacın olmamasını, həmin nəqliyyat vasitələrinin əldə edilməsi və istifadə edilməsi isə başqa mənbədən gəlirin olması halını, nəticədə isə Cavabdeh maddi vəziyyətində artıma doğru dəyişiklik olmasını təsdiq edir. Bundan başqa himayəsində yaşayan uşağın saxlanması üçün aliment tələb edən Cavabdeh İddiaçı ona aliment ödəmək üçün kifayət qədər vəsaitə malik olmasını təsdiq edə biləcək hər hansı bir sübutunu da məhkəməyə təqdim edə bilməmişdir. 25.Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı Ailə Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilməli olduğundan, araşdırma zamanı tərəflərin hər birinin himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində artıma doğru dəyişikliyin olması, İddiaçı isə az təminatlı olması öz təsdiqini tapdığından ilkin iddia ərizəsi qismən təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1755/2021 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hazırkı qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmaqla hər ay hər uşağa görə 250 manat olmaqla hər ay cəmi 500 manat müəyyən edilməli, ilkin iddia ərizəsi qalan hissədə, qarşılıqlı iddia ərizəsi isə tam olaraq təmin edilməməlidir. 26.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab etmişdir ki, ilkin iddiaçının ödədiyi məhkəmə xərcləri bərabər hissələrdə tərəflər aid edilməli, ilkin iddia ərizəsi üzrə ödənilməli olan dövlət rüsumu isə Cavabdeh dövlət nəfinə tutulmalıdır. 27.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 59.1, 75.1, 75.4, 76.1, 76.1.1, 76.1.2, 78.1, 78.3, 112.1; BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq hüquqları bəyannaməsinə; Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına; Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri 28.Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsini, ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 29.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,mülki işin materiallarından da göründüyü kimi o, 500 manat məbləğində əmək haqqı aldığı barədə əmək müqaviləsi bildirişini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən də qanunvericiliyin tələblərinə müvafiq olaraq ondan tutulacaq alimentin məbləği iki uşaq üçün əmək haqqının üçdəbir hissəsi şəklində təyin edilməli olduğu halda əmək haqqı ilə bağlı rəsmi sənəd təqdim etməyinə sözügedən məhkəmə aktında qanuni hüquqi qiymət verilməmişdir. Rəsmi qaydada işi ilə və əmək haqqı ilə bağlı bildirişin təqdim edilməsinə baxmayaraq nəzərə alınmaması, qanunvericiliyin əmək haqqı üzrə aliment tutulmasına dair müddəasının tələbinin pozularaq, hazırda 4 uşağa baxmağı, öz yaşayış minimumu nəzərə alınmadan həddindən artıq sabit pul məbləğində alimentin təyin edilməsi qanuni və ədalətli deyil. Məhkəmə prosesi zamanı cavabdeh İddiaçı vəkili İddiaçı işləməməsini qeyd etsə də, məhkəmənin özünün araşdırması nəticəsində təsdiqini tapmışdır ki, o pedikür kimi fəaliyyət göstərir və qüvvədə olan əmək müqaviləsinə əsasən onun əmək haqqısı 384 manat qeyd edilmişdir. Yəni İddiaçı tam əmək qabiliyyətli olmaqla işlədiyi halda bunu iddia verən zaman məqsədli şəkildə gizlətməsi nəzərə alınmamışdır. Uşaqları saxlamaq hər iki valideynin vəzifəsi olduğu halda nədənsə bu vəzifə təkcə cavabdehin üzərinə qoyulmuş, hakim bu absurd yaşamasını guya cavabdehin İddiaçı kifayət qədər gəlirinin olduğunu sübut etməməyi ilə əsaslandırmış və eləcə də onun gəliri, yaşayışı barədə qanunvericiliyə, hər hansı sübuta əsaslanmayan özünün və qarşı tərəfin formal mülahizələrinə əsasən fikirlər irəli sürmüşdür. Bu hal isə hakimin əsassız şəkildə işə işdəki sübutlarla baxmadığını, qanunvericiliyin tələbini bir tərəfin xeyrinə pozduğunu göstərir. Nəzərə alınmalıdır ki, İddiaçı da iddiasında əks olunan və əlavə edilən məhkəmə aktlarında qeyd edildiyi, yəni təsbitini və təsdiqini tapdığı kimi onun maddi imkanı yoxdur. İşin hallarından görünür ki, eyni əsaslarla əlavə edilmiş keçmiş məhkəmə proseslərində İddiaçı hər uşaq üçün ayrılıqda 1000 manat aliment istəmiş, lakin məhkəmə aktları ilə təsdiqini tapmışdır ki, cavabdehin heç bir əlavə gəliri, imkanı yoxdur. Bu səbədən də onun iddiası təmin edilməmiş və uşaqlar üçün yalnız yaşayış minimumuna uyğun sabit pul məbləğində aliment təyin edilmişdir. Onu da xüsusilə qeyd edir ki, qarşılıqlı iddia ərizəsində də bildirdiyi kimi cavabdehin atası övladlarının yaşamında bir baba kimi misilsiz rol oyanır. Cavabdehin imkansızlığı, maddi vəziyyətinin aşağı olması səbəbindən İddiaçı ödənilən alimenti də çox vaxt atası ödəyir. İddiaçı iddiasında cavabdehin iş adamı olduğunu, yüksək gəlirinin olduğunu qeyd etsə də heç bir sübut təqdim edə bilməmişdir. Çünki, onun özü çox yaxşı bilir ki, cavabdehin onun dediyi kimi imkanı, gəliri yoxdur. Odur ki, onun iddiasının əsassız olması, yəni təsdiq edəcək sübutları təqdim etməməsi tələbi əsasında məhkəmənin müəyyən etdiyi alimentin tərəfindən ödənilməsini qeyri-mümkün edir. İddiaçı işəgötürən X9 ilə bağladığı əmək müqaviləsinə əsasən aylıq əmək haqqı 384 manat olmaqla pedikürçü işləyir. Elektron sistemdən çıxarışdan müəyyən olunur ki, Cavabdeh Qarant Beton-1 MMC-də aylıq əmək haqqı 500 manat olmaqla baş mühəndis vəzifəsində işləyir. Birinci instansiya məhkəməsinin hakimi xanım Səadət Səlimova tərəfindən qəbul edilmiş qətnamə qanunvericiliyin əmək haqqı üzrə müəyyənləşdirilmiş aliment təyini ilə bağlı normasını pozaraq İddiaçı aztəminatlı kimi göstərərək onun üçün əsassız humanistlik yaratsa da, birmənalı olaraq qəbul edilməlidir ki, iş materiallarında onun aztəminatlı olmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Qanunvericilikdə birbaşa təsbitini tapıb ki, valideyn valideynlik hüquqlarından məhrum olduqda belə övladını saxlamaq üzrə müəyyənləşmiş vəzifələrindən azad olmur. Qanunvericilikdə əks olunur ki, valideynlərin hüquq və vəzifələri bərabərdir, yəni hər iki valideyn övladın saxlanma xərclərini təmin etməlidirlər. İddiaçı işləməsi göstərir ki, onun yanında qalan iki uşağının ana qayğısına ehtiyacı yoxdur, o işdə olduğu müddətdə uşaqlar özləri özlərini idarə edirlər. Onu da bir daha qeyd edir ki, İddiaçı yanında qalan iki qız övladının yaşları onun daha yüksək maaşlı işdə işləməsinə şərait yaradır, yəni onun qeyd edilən məbləğdə əmək haqqından başqa gəlirinin olmaması qeyri-mümkündür. Çünki, işin mahiyyətinə baxıldıqda pedikür işi üzrə ayrıca, evdə fəaliyyət göstərən insanların gəlirinin təxminən 1000 manat həcmində olduğu bilinəndir. Odur ki, hazırda geniş yayılmış, müştəri axını çox olan bir sahədə İddiaçı yalnız 384 manata qane olması absurdur. Cavabdeh əmək qabiliyyətli olmaqla daha yüksək gəlirli işdə işləyərək övladlarına baxmaq iqtidarındadır. Valideyn vəzifələri, uşağın tələbatını ödəmək deyildikdə bu yalnız atanın üzərinə öhdəlik kimi qoyulmalı deyil. Hər bir valideyn uşağın tələblatlarının ödənilməsində iştirak etməlidir. Odur ki, uşaqların yaşını, qarşı tərəfin də əmək qabiliyyətliliyini, işləməyinə hansısa maneənin olmamasını nəzərə alsaq onun da uşaqların maddi tələbatlarının ödənilməsində iştirakını tam mümkün edir. Necə ki, cavabdeh əmək haqqı az olduğu halda valideyninin dəstəyi ilə övladını saxlamaqdan yayınmırsa anası da uşaqların təminat öhdəliklərini dərk edərək bunun üçün çalışmalıdır. Cavabdehin hər dəfə alimentin miqdarını yüksəldərək, əmək haqqımın məbləğini bildiyi halda iki dəfə artıq absurd məbləğdə aliment istəyərək, özü də yanında qalan oğlan övladı üçün heç bir manat da xərc çəkməyərək cavabdehin vəziyyətini kəskin şəkildə ağırlaşdırmaq niyyəti, hakimin də qanunvericiliyin tələblərini pozaraq onun tələbini təmin etməsi, valideynlərin vəzifələrinin bərabərliyinin diqqətə almaması, hüquqlarından sui-istifadə etməsi, cavabdehin yanında qalan övladının hüquqlarını və eləcə də qanunvericiliyin tələblərini kobud şəkildə pozur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən prosessual normaların da tələbləri pozulmuş, obyektiv araşdırma aparılmamışdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi tərəfindən əmək haqqı müqaviləsini rəsmi sənəd təqdim etsə də, eləcə də məhkəmənin özü tərəfindən İddiaçı əmək müqaviləsi ilə işlədiyinə dair sübutları müəyyən edilsə də, məhkəmə prosesləri zamanı bu barədə məlumatlar qeyd edilsə də, məhkəmə qətnamədə sübutlar təqdim edilməməsini qeyd etməklə, heç bir sübut olmadan onun aztəminatlı olması, cavabdehinsə kifayət qədər yaxşı yaşam sürməyi qənaətinəgəlməklə təqdim edilmiş sübutları yanlış tədqiq etmişdir. İş materiallarına rəsmi qaydada gəlirlər barədə sənədlərin təqdim edilməsinə baxmayaraq bu halın nəzərə alınmaması, tərəflər arasında ayrı-seçkiliyin edilməsi nə dərəcədə düzgündür? Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi alimentin məbləğinin müəyyən edilməsi ilə bağlı nəticəyə gələrkən təqdim edilmiş əmək haqqı ilə bağlı sənədləri tədqiq etməmişdir. Belə ki, məhkəmə tərəfindən əmək haqqına adekvat olmayan alimentin təyin edilməsi, yəni qanunvericiliyin əmək haqqına əsasən tutulmalı olan alimentlə bağlı tələbinin kobud şəkildə pozulması, eləcə də yanında qalan övladı üçün İddiaçı alimentin tutulmaması qənaətinə gəlinməsi göstərir ki, hakim bu hissədə düzgün araşdırma aparmayaraq, obyektiv və əsaslı nəticəyə gəlməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi əmək haqqı ilə bağlı bildirişləri, hər iki tərəfin də əmək müqaviləsi ilə işlədiyinə, yaşayış minimumu, cavabdehin və yanında qalan övladlarının tələbatlarına, İddiaçı da gəlir əldə etməsinə, imkanının yaxşı olmasına, maddi vəziyyətlərindəki dəyişiklikliyə, başqa nikahdan əlavə bir övladının da olmasına, diqqətəlayiq hallara münasibət bildirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 31.Məhkmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 32.Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, ilkin iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 33.Maddə 112.1.Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 34.Maddələr 75.1, 75.2, 75.3, 75.4.Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər; Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər; Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 35.Maddə 76.1.Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 76.1.1. 1. uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 76.1.2. 2. uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi. 36.Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 37.Maddə 78.2.Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 38.Maddə 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 39.Maddə 13.Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 40.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdənibarətdir. 42.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 43.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınmasıhaqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. 44.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 45.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 46.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin ilkin iddianın qismən təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissələrində qanunililiyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni qeyd olunan hissələrdə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 47.Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(001)- 6333/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 48.Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1755/2021 saylı qətnaməsi ilə ilkin iddia və qarşılıqlı iddia qismən təmin edilərək xx.xx.2007-ci il təvəllüdlü X16 atası Cavabdeh yanında, xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X8 anaları İddiaçı yanında saxlanılması, X16 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin İddiaçı alınaraq Cavabdeh xeyrinə tutulması, X10 və X8 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə Cavabdeh tutulması, alimentin tutulma vaxtının X21 görə xx.xx.2020-ci il tarixdən, X11 görə xx.xx.2020-ci il tarixdən və X18 görə xx.xx.2021-ci il tarixdən hesablanması, ilkin və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi, qətnamə alimentin tutulması hissəsində dərhal icra olunması, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 müvəqqəti alimentin tutulmasına xitam verilməsi, aliment məbləğinin tutulması hesablanarkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1755/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X14 X2 üçünhər aya görə ödənilməli olan 175 manat sabit pul məbləğindən müvəqqəti alimentin xx.xx.2021-ci il tarixdən bu qətnamənin qəbul edildiyi tarixə, yəni xx.xx.2021-ci il tarixədək ümumi icra edilmiş məbləği nəzərə alınması qət edilmişdir. 49.Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-1004/2022 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1755/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5650/2022 saylı qərarı ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)- 1004/2022 saylı qətnaməsi İddiaçı Cavabdeh xeyrinə oğlu İlham Paşayevin saxlanması üçün hər ay 175 manat məbləğində alimentin tutulmasına dair hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirlmədən saxlanması qərara alınmışdır. 50.Beləliklə hazırkı iddia tələbləri, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından və azaldılmasından ibarətdir. 51.Alimentin miqdarının dəyişdirilməsi növündə iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. 52.Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. 53.Hazırkı mübahisə üzrə iddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin yetərli olmaması, ölkədə minimum yaşayış meyarının artması, bununla belə qiymətlərin qalxması və xərclər artması iddiaçının uşaqların təhsil və saxlanması ehtiyaclarını qarşılaya bilməməsinə əsaslanmaqla tələb etmişdir. 54.İşin araşdırılmış halları ilə müəyyən olunur ki, tərəflərin birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X23 və xx.xx.2018-ci il təvəllüdlü X24 analarının, xx.xx.2007-ci il təvəllüdlü X25 atasının himayəsində yaşayır, Cavabdeh himayəsində faktiki nikah münasibətlərindən doğulan xx.xx.2018-ci il təvəllüdlü X29 da vardır. İşdə olan sübutlardan aydın olur ki, iddiaçının uşağın saxlanması üçün artan tələbatı ödəməyə maddi imkanı çatmır. 55.Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1755/2021 saylı qətnaməsi ilə onun xeyrinə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X3 üçün hər ay 175 manat aliment tutulması qət edilərkən həmin dövrün həyat standartları əsas götürülmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. 2023-cü ildə isə bu məbləğ 220 manat təşkil edir. 56.Kollegiya qeyd edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. 57.Məhkəmə kollegiyası apellyatorun gəlirinin az olması, rəsmi maaşının 500 manat olması ilə bağlı dəlillərini əsassız hesab edərək qeyd edir ki, aylıq gəlirlərinin 500 manat olmasını qeyd edən Cavabdeh məhkəmə qətnaməsi ilə ondan övladlarının saxlanması üçün yaşayış minimumu həddində aliment təyin edildikdən sonra xx.xx.2023-cü il tarixdə, buraxılış ili 2021-ci il olan Lamborghini Upus markalı ** OD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi əldə etmiş, Lexus LX 570 markalı ** LK *** qeydiyyat nişanlı, X37 markalı ** SZ *** qeydiyyat nişanlı, Porsche Taycan markalı ** BZ *** qeydiyyat nişanlı, X42 Rover markalı ** FP *** qeydiyyat nişanlı nəqliyyat vasitələrini müvafiq etibarnamələrə əsasən istifadəsinə qəbul etmişdir. 58.Kollegiyası məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Cavabdeh özünün hələ də valideyninin himayəsində olması, ahıl yaşda olan valideyninin vəsaiti ilə zəngin həyat tərzi yaşaması görüntüsü yaratmağa cəhd etsə də, bu hal Cavabdeh övladlarının saxlanılması vəzifəsindən azad edilə bilinməsi üçün əsas ola bilməz. Belə ki, nəqliyyat vasitələrindən gəlir əldə edilməməsi buna ehtiyacın olmamasını, həmin nəqliyyat vasitələrinin əldə edilməsi və istifadə edilməsi isə başqa mənbədən gəlirin olması halını, nəticədə isə Cavabdeh maddi vəziyyətində artıma doğru dəyişiklik olmasını təsdiq edir. Bundan başqa himayəsində yaşayan uşağın saxlanması üçün aliment tələb edən Cavabdeh İddiaçı ona aliment ödəmək üçün kifayət qədər vəsaitə malik olmasını təsdiq edə biləcək hər hansı bir sübutunu da məhkəməyə təqdim edə bilməmişdir. 59.Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. 60.Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək ilkin iddianın təmin edilərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin artırılaraq hər uşağa görə 250 manat məbləğində müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. 61.Buna görə də, kollegiya hesab edir ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı Ailə Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilməli olduğundan, araşdırma zamanı tərəflərin hər birinin himayəsində iki yetkinlik yaşına çatmayan övladlarının olması, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh maddi vəziyyətində artıma doğru dəyişikliyin olması, İddiaçı isə az təminatlı olması öz təsdiqini tapdığından ilkin iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməlidir. 62.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 63.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 64.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 65.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 66.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabadeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli, 2(001)-6333/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şıkayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1944/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1944/2024
14.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver