Məhkəmə qərarları › İş №2(103)-1947/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1947/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1947/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2021-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı ictraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 qarşı borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 kredit üzrə yaranmış 227,186 ABŞ dolları borcun iddiaçı "xxxx" ASCnin xeyrinə tutulması, ipoteka predmeti olan Bakı şəhəri Nizami rayonu, Nobel pr.,23 nömrəli binanın 1-ci mərtəbəsinə qeyri-yaşayış sahəsi 174 saylı mağazaya yönəldilməsi, qeyri-yaşayış sahəsinin boşaldılaraq açıq hərracdan satılması, əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəlidilməsi, işin məhkəmədə baxılması, qeyri-yaşayış sahəsinin satılması və borcun qaytarılması üçün aparılan əməliyyatlarla bağlı digər bütün xərclər cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2008ci il tarixli qiyabi qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 kredit üzrə yaranmış 227,186 ABŞ dolları və dövlət rüsumu üçün ödənilmiş 20 manat məbləğində pul tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qeyd edilən məbləğin Cavabdeh1 məxsus Bakı şəhəri Nizami rayonu, Nobel pr., 23 saylı qeyri-yaşayış binasının 1-ci mərtəbəsinə 174 saylı mağazanın açıq hərracdan satılaraq əldə edilmiş vəsait hesabına ödənilməsi qət edilmişdir. Hazırda Cavabdeh1 qiyabi qətnamənin ləğvi barədə yazılı ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2021ci il tarixli qərardadı ilə Cavabdeh1 Qaradağ Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə ərizəsi və ötürülmüş prosessual müdətin bərpası barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan Cavabdeh1 şikayət verərək qərardadın ləğv edilməsini, ərizənin yenidən baxılması üçün iş materialları ilə birlikdə həmin rayon məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 13 yanvar 2022ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 244-cü maddəsinə görə cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, mübahisəyə baxılarkən məhkəmə baxışının yeri və vaxtı barədə cavabdehə dəfələrlə rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclaslarına gəlməmişdir. Həmçinin, cavabdeh tərəfindən indiki halda məhkəməyə gəlməməsinin üzrülü səbəbdən baş verməsi halına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh öz izahatında və şikayətində məhkəmə iclaslarının barədə bildirişin onun tərəfindən alınmadığını, ona çatdırılmadığını bildirsə də, bu iş materialları ilə təkzib olunur. Həmçinin cavabdehin vermiş olduğu izahatdan müəyyən edilir ki, o hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsi bardə 2009-cu ildə məlumatlı olmuş, bunnla bağlı məhkəməyə müraciət edilməsini vəkili həvalə etmiş, vəkilin müraciət etmədiyi barədə sonradan ona məlum olmuşdur. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən, cavabdeh qiyabi qətnamə ləğvi barədə ona verilməsindən 10 gün müddətinə ərizə verməyə haqlıdır. Cavabdeh həmin prosessual müddətin üzrül səbəbdən ötürülməsi halına istinad etsə də, həmin hallara dair bir sübutu məhkəmə təqdim etməmiş, həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin yuxarıda sadalanan hallarını nəzərə almaqla və müddətin bərpa olunmasına əsaslar olmadığından prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə düzgün qənaətə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin üzürlü səbəblərə görə buraxılmasını müəyyən edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə iclasında müddətin üzürlü səbəblərə görə buraxılmasını əsaslandıra bilməmişdir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1057/2008 saylı 16 dekabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar