Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1948/2022 31.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Müstaqim oğlu, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı ASC - cavabdehlər Cavabdeh1 Vitalyeviç, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada İddiaçı ASC-nin xeyrinə 3741,11 manat əsas borc, 3236,02 manat faiz borcu, 5242,11 manat cərimə və gecikdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 452,40 manat məbləğində əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
2. Səbail Rayon Məhkəməsinin 2(009)-436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 3741,11 manat əsas borc, 3236,02 manat faiz borcu, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 452,40 manat əldən çıxmış fayda və 500 manat dəbbə pulu olmaqla, ümumilikdə 7929,53 manat pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin 20 manat məbləğində hissəsinin Cavabdeh1 Vitalyeviç, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulub İddiaçı ASC-yə ödənilməsi qərara alınmışdır.
3. Qətnamədən Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3984/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apelyasiya şikayəti qismən təmin olunmuş, Səbail Rayon Məhkəməsinin 2(009)-436/2021 nömrəli mülki iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 borc tutulması hissədə) ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
5. Hazırda qətnamədən Cavabdeh1 apellyasiya şikayət verib və şikayətinin dəlili kimi qeyd etmişdir ki, işə onun iştirakı olmadan baxılmış, qətnamədən icra mərhələsinə xəbər tutmuşdur. Borc məbləği ilə razı deyil, yenidən ekspertiza keçirilməsini xahiş edir. Bu səbəbdən, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh1 vəkili iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclaında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq əsassız olduğunu bildirmiş, iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı isə qeyd etmişdir ki, iddia müddəti ötürülməmişdir, müqavilə xx.xx.2014-cü ildə 4 illik müddətə bağlanmış, müavilənin müddəti 2018-ci ildə bitmiş, bundan sonra iddiaçı üç illik iddia müddəti dövründə xx.xx.2020-ci tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa Cavabdeh1 nümayəndəsinin etibarnaməsi xx.xx.2022-ci il tarixdə bitmişdir, onun cavabdehin adından ərizə vemək, onun adından imza etmək səlahiyyəti yoxdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
8. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Sübutların tədqiqi: Mülkin iş materiallarında olan:
9. İddiaçı ASC ilə Cavabdeh1 Vitalyeviç arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Kredit Müqaviləsi»ndən görünür ki, Bank Borc alana 4,200 manat məbləğində kredit verməyi, Kredit alan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə kreditdən istifadəyə görə Banka illik 24 faiz ödəməyi öhdəsinə götürür. Kredit 48 ay müddətinə verilmişdir.
10. İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli «Zaminlik Müqavilələri»ndən görünür ki, zaminlər bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh1 Vitalyeviç ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür.
11. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixinə İddiaçı ASC qarşısında 3741,11 manat əsas borc, 3236,02 manat faiz borcu, 5242,11 manat cərimə borcu və gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış 452,40 manat əldən çıxmış fayda olaraq borcu vardır.
12. Cavabdehə borcunun ödənilməsi barədə bank tərəfindən pretenziya göndərilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1948/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 4026 NF saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən müqavilənin qüvvədə olduğu müddət ərzində yaranmış əsas, faiz və cərimə borcunun məbləğinin müəyyən edilməsi sualı qoyulmuşdur.
14. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2528 saylı ekspert rəyinə əsasən, 4026 NF saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Vitalyeviçin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 3741,11 manat, faiz borcu üzrə 3236,02 manat təşkil edir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
25. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
27. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
28. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 şikayətinə əsasən iddia tələbinin Cavabdeh1 aid hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
30. Cavabdeh1 apellyasiya şikayətinin borc məbləğinin hesablanması ilə bağlı dəlili üzrə qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2528 saylı ekspert rəyinə əsasən, 4026 NF saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 Vitalyeviçin İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 3741,11 manat, faiz borcu üzrə 3236,02 manat təşkil edir.
31. Bununla cavabdehin apellyasiya şikayətinin borc məbləği barədə dəlili əsassız olmuşdur.
32. Cavabdehin apellyasiya şikayətinin digər bir dəlili işə onun iştirakı olmadan baxılması, onun polis idarəsində qeydiyyatda olduğu üçün lazımi qaydada məlumatlandırılmaması ilə bağlıdır.
33. Bununla bağlı Kollegiya qeyd edir ki, MPM-in 147-ci maddəsinə əsaəsn, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
34. Mülki iş materiallarında olan birinci instansiya məhkəmə bildirişlərindən məlum olur ki, Cavabdeh1 göndərilmiş bildiriş Bakı şəhəri, Səbail rayonu, Q.Abbasov küçəsi, ev 58, mənzil 30 ünvanına göndərilmiş, həmin bildirşlər zərfin üzərində “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır (i/v 8, i/v 30). Cavabdeh1 apellyasiya şikayətində də onun faktiki yaşadığı ünvan kimi “ünvan 1dir. Göründüyü kimi Cavabdeh1 apellyasiya şikayətinin işə baxılarkən ona lazımi qaydada məlumat verilməməsi barədə dəlili də tamamilə əsassızdır.
35. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili iddia müdətinin tətbiqi barədə ərizə vermişdir. İşin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanılmış 4026 nömrəli, xx.xx.2014-cü il tarixli kredit müddətinin icra müddəti müqavilənin 4.1-ci bəndinə əsasən 48 ay olmaqla xx.xx.2018-ci ildə bitmiş, iddia ərizəsi isə qanunvericiliklə müəyyən edilmiş üç illik iddia müddəti ərzində yəni xx.xx.2020-ci ildə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə olan halda məlum olur ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.
36. Bundan əlavə, iddia müddətinin tətbiqi barədə ərizəyə etirazında həm də qeyd etmişdir ki, cavabdehin vəkilinə verilən etibarnamənin müddəti xx.xx.2022-ci il tarixdə bitdiyindən onun cavabdehin adından ərizə vermək və imzalamaq səlahiyyəti də yoxdur.
37. Kollegiya bununla bağlı qeyd edir ki, iddia müddətinin tətbiqi barədə elektron kabinet vasitəsi ilə verilmiş xx.xx.2022-ci il tarixli ərizəni Cavabdeh1 da imzalamışdır.
38. Beləliklə, Məhkəmə kollegiyasının araşdırmaları nəticəsində Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri təsdiqini tapmadığından apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:
39. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş Cavabdeh1 özünə aid edilməli, ekspertiza tədqiqatının dəyəri də ondan tutulmalıdır.
41. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
Cavabdeh1 Vitalyeviç tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-436/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu Cavabdeh1 Vitalyeviçin özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli) manat isə dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına Cavabdeh1 Vitalyeviçdən tutularaq ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev