Məhkəmə qərarları › İş №2(103)-195/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-195/2020

08.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-195/2020 08.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Əzizov Sahib Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh5 qarşı «borcun, bu borcun əvəzinin ipoteka predmetinə yönəldilməsi və s.» tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-216/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X5, Cavabdeh5 qarşı ərizəsi, sonradan isə iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək (sonuncu dəqiqləşmə ilə), Cavabdeh1 49130 (qırx doqquz min bir yüz otuz) manat məbləğində əsas borcun, xx.xx.2017-ci il tarixə olan 38229 (otuz səkkiz min iki yüz iyirmi doqquz) manat faiz borcunun, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə olan və illik 5 (beş) faiz dərəcəsi ilə hesablanmış 2614 (iki min altı yüz on dörd) manat faiz borcunun, ümumilikdə 89973 (səksən doqquz min doqquz yüz yetmiş üç) manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanm yönəldilməsinə dair bildirişin daşmmaz əmlakm dövlət reyestrində qeydə almması üçün ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun, kredit, ipoteka müqavilələrinin, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 26 (iyirmi altı) manat rüsum məbləğinin tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ödəmənin Cavabdeh2 xüsusi mülkiyyət hüququ əsasında məxsus, ünvan 1 ünvanmda yerləşən 22 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra Bakı şəhəri, Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, 19 saylı evin 22 nömrəli mənzilində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X4, Cavabdeh5 ipoteka predmetindən əşyaları ilə birlikdə 1 ay ərzində çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-216/19 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən cavabdehlər apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər, apellyasiya şikayətini bank tərəfindən faiz borcu məbləğinin düzgün hesablanmadığı arqumenti ilə əsaslandırmışılar. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırda cavabdehlər apellyasiya şiakyətində qətnamənin ləğvini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, onlar yalnız borc məbləğlərini mübahisələndirmişlər. Buna görə də kollegiya qeyd edir ki, hazırda qətnamənin qanuniliyi və əsaslılığı cavabdehlərdən tutulan borcun məbləği hissəsində yoxlanır. İşin mübahisələndirilməyən hallarından görünür ki, “İddiaçı» ASC (borc verən) ilə Cavabdeh1 (borc alan) arasında bağlanmış xx xxxxxxx 2013-cü il tarixli 4506F nömrəli Kredit Müqaviləsinə əsasən borc verən illik 20 faizlə 48 ay müddətinə borc alana 60.000 (altmış min) manat məbləğində kredit verməyi, borc alan isə ona verilmiş krediti ödəniş cədvəlinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə borc öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,9 kv.m ümumi sahəsi, 42,7 kv.m yaşayış, 18,2 kv.m yardımcı sahəsi olan 22 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışa əsasən Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli 4506F nömrəli “Kredit müqaviləsinə əsasən banka 49130 manat məbləğində əsas borcu, xx.xx.2017-ci il tarixə 38229 manat faiz borcu, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixə illik 5 faiz dərəcəsi ilə hesablanmış 2614 manat faiz borcu, ümumilikdə 89973 manat kredit borcu vardır. Birinci instansiya məhkəməsi maliyyə arayışına uyğun olaraq cavabdehlərdən borcun tutulmasını qət etmiş və iddianı tam təmin etmişdir. Kollegiya aşağıdakılara əsasən məhkəmənin borcun tutulması tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinəəsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyn borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinəəsasən fıziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İşin mübahisələndirilməyən faktiki hallarından məlum olur ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi əsasında bankdan kredit alaraq üzərinə həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq öhdəliyi götürmüşdür. İddiaçı bank müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini icra etmiş, müqavilədə nəzərdə tutulmuş kredit məbləğini cavabdehə ödəmişdir. Cavabdeh isə kredit müqaviləsi üzrə öhdəliklərini qismən icra etmiş, sonra isə Bankın dəfələrlə xəbərdar etməsinə baxmayaraq, müqavilədə nəzərdə tutulan öhdəliyi lazımınca yerinə yetirməmiş, iddiaçı banka əsas, faiz və dəbbu pulu üzrə borcu yaranmışdır. İşin mübahisələndirilən halı kredit müqaviləsi üzrə yaranmış borcun məbləği ilə bağlıdır. Belə ki, birinci instansiya məhkəməsi borcu hesablayarkən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına istinad etmiş, apellyator isə apellyasiya şikayətində borcun şişirdildiyini və düzgün hesablanmadığını olduğunu iddia etmişdir. Yaranmış vəziyyətdə sözügedən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 15706 saylı ekspert rəyi ilə Cavabdeh1 kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixə Banka olan əsas borcu 49194,06 manat, faiz borcu 24969,83 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış faiz borcu məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən faiz borcundan azdır. Ekspert rəyinin nəticə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Belə olan halda, əsas və faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həcmdə müəyyən edilməlidir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasi Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdiqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarina müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi faiz borcunun müəyyən edilməsi hissəsində dəyişdirilməli, faiz borcu 24969,83 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehlərin özünə aid edilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏT E T D İ: Cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-216/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə - faiz borcunun tutulması, cəmi borun məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 tutulmalı faiz borcu 24969,83 manat, cəmi borcun məbləği 76713,83 manat müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsum cavabdehlərin özünə aid edilsin. İşin apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 120 manat pulun 60 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, 60 manatı isə İddiaçı ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Şeyda Məhərrəmova Hakimlər: Məmməd Məmmədov Rəşad Həsənov Əsli ilə düzdür: Hakim: Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar