Məhkəmə qərarları › İş №2(103)-1950/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1950/2021

25.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1950/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3009/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbi təmin edilməmişdir İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 40.000 (qırx min) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun kürəkənidir, o, qızı ilə ailə qurmuş, bu yaxınlarda qızı vəfat etmişdir. Qonşuluqda Bakı şəhəri, Təbriz küçəsi 66 saylı evin 2 otaqlı 22-ci mənzilində yaşayan tənha qadın X3 2006-cı ildən müntəzəm olaraq baxmış, faktiki olaraq o, tam onun himayəsi altında yaşamışdır. O, onun bütün maddi və mənəvi ehtiyaclarının ödənilməsində yardımçı olmuşdur. X5 bundan sonra özünə məxsus Bakı şəhəri, Təbriz küçəsi 66 saylı evin 2 otaqlı 22-ci mənzilini ona bağışlamaq istəyirdi. Həmin ərəfədə mənzilin Qeydiyyat Vəsiqəsi (Çıxarışı) itdiyindən onlar həmin müqaviləni rəsmiləşdirə bilmədi. Bu məqsədlə xx.xx.2014-cü il tarixdə X5 Bakı şəhəri, 9 saylı Notariat Kontorunda mənə 10 il müddətində Baş Etibarnamə verdi. Bundan sonra qəzetdə Qeydiyyat Vəsiqəsinin itməsi barədə elan verdi və mənzilin Qeydiyyat Vəsiqəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsindən alıb Ninaya verdi. Həmin ərəfədə Ninanın səhhəti qəflətən pisləşdi və bağışlama və ya Renta müqaviləsi bağlamağa imkan olmadı. Rayonda olarkən X8 yardımla 5 saylı Xəstəxanaya aparılmış, orada onun yaxın qohumlarını axtardıqda o, onun adını vermiş və təcili rayondan gəlib Ninaya baş çəkmiş ona ən zəruri köməkliyi etmişdir. Qızı Tahirə tibb bacısı olduğundan o Ninaya tibbi yardım göstərirdi, sonradan qzının da səhhəti getdikcə pisləşirdi və 2014-cü ilin dekabrın 30-da o, kəskin ürək çatışmamazlığından vəfat etdi. Bununla da Ninanın mənzili ilə əlaqədar heç bir sənədləşmə apara bilmədi. Belə olduqda qızının əri hazrkı iş üzrə cavabdeh Ninanın qohumu adı ilə mənzili vərəsəlik yolu ilə öz mülkiyyətinə keçirdi. Həmin vaxt Emilə etirazını bildirdikdə onu arxayın etdi ki, Ninanın evini tezliklə satıb illər boyu xərclədiyin vəsaiti və çəkdiyin əziyyəti dəyərləndirəcək. 8 ildən çox Ninaya qulluq etmiş və 40 minə yaxın pul xərcəlmişdir, bunu Emil də bilirdi. Cavabdeh qızının vəfatına kimi ev satıb onun çəkdiyi xərcləri ödəyəcəyinə söz vermişdi, qızının vəfatından sonra isə o, açıqca bundan imtina etmişdir. Qeyd olunanları nəzərə alıb, iddiaçı iddia tələblərinin təmin olunmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin olunmamışdır. İş üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin hallarını ətraflı,obyektiv və tam araşdıraraq,cavabdehin cinayətkar xarakterli əməlləri barədə qanuni tədbirlər görülməsini, iddia tələbimin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, eyni zamanda cavabdeh X1 X4 məxsus mənzili saxta yolla ələ keçirməsi ilə əlaqədar məsələnin qanuni qaydada araşdırılması üçün sənədlərin hüquq mühafizə orqanlarlna göndərilməsi barədə xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, işin hallarını tam və obyektiv araşdırmamışdır,işdə olan sübutlara düzgün və qanuni qiymət verməmişdir,nəticədə qətnamə qəbul edilərkən bizim qarşılıqlı münasibətlərimiz üzrə yanlış nəticəyə gəlmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçının, şikayəti qəbul etməyərək, rədd olunmasını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından aydın olur ki, iddiaçı və cavabdeh arasında hər hansı borc münasibətləri olmamış, eyni zamanda iddiaçı cavabdehə 40(qırx min) min manata yaxın vəsait xərcləməsini və cavabdehə bu məbləğləri verməsini sübut edə bilməmiş və həmin pulun hansı hüquqi əsasla cavabdehdən tələb etməsini göstərə bilməmişdir. İddiaçı tərəfin istinad etdiyi hallar hər hansı sübut növü ilə öz təsdiqini tapmır. İddiaçı öz iddiasının əsaslığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələblərinin təmin olunması üçün əsaslar olmadığından, birinci instansiya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsinin ləğv edilməsinə heç bir hüquqi əsas vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar