Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1953/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının vəkili Vəkil2, Cavabdeh2 MMC-nin vəkili Vəkil1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli yaşayış sahəsi, M.Hadi küçəsi, ev 82 korpus 5, giriş C-də yerləşən 32 saylı mənzilə dair yerləşən mənzilə bağlanmış xx.xx.2016-cı il tarixdə, 4Ə/399 reyestr ilə rəsmiləşən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4236/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermiş, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin vəkili Vəkil1 bildirdi ki, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X1 və X5 qarşı “müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin qəbul etdiyi 2(011)- 1507/2019 saylı xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə 2(103)-388/2020 saylı iş hazırkı işlə əlaqəlidir, belə ki, həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi X.Cəmilovanın icraatındadır və həmin iş üzrə məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə hazırkı mülki işə baxılıb yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər iş üzrə icraat dayandırılmışdır. Hesab edir ki, həmin işlə hazırkı iş bir-biri ilə əlaqəli olduğu üçün bir icraatda birləşdirilərək baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil2 mülki işlərin baxılması üçün bir icraatda birləşdirilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə kollegiyası proses iştirakçılarının fikrini dinləyib, vəsatəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, hazırkı iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X1 və X5 qarşı “müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işlə bir icraatda baxılması üçün birləşdirilməlidir. Belə ki, işə apelyasiya qaydasında baxılarkən məlum olmuşdur ki, iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X3 və X5 qarşı “müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1507/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamədən cavabdeh X3 tərəfindən apellyasiya şikayəti verilmişdir və qeyd edilən 2(103)-388/2020 saylı mülki iş Bakı Apelyasiya Məhkəməsinin digər hakiminin (X.Cəmilova) icraatına verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda Məhkəmə hesab edir ki, hazırkı mülki iş əlaqəli olan “iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X3 və X5 qarşı “müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(103)-388/2020 saylı mülki iş”lə bir icraatda baxılması üçün birləşdirilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş, onunla əlaqəli olan iddiaçı Cavabdeh2 MMC-nin cavabdehlər X1 və X5 qarşı “müqaviləyə xitam verilməsi, borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2(103)-388/2020 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilsin. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1953/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1953/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver