Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-196/2025 14.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ("mənzilə su axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Məmmədov Məmməd Allahverdi oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-236/2024 saylı işi üzrə xx.xx.2024- cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-236/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, İddiaçı cavabdeh X4 (sonradan ərizə ilə müraciət edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilmişdir) qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 2190 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 41,90 manat hissəsinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, 1812,30 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38,13 manat hissəsinin Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 1,47 manat hissəsinin iddiaçının özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının 50 manat dəyərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
2. İddia tələbi onunla əsaslandırlmışdır ki, aprel ayının 22, 23 və 24 tarixlərində mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov kücəsi, bina 28A, mənzil 37-də mənzilin üst qonşusu - X4 məxsus olan 40 saylı mənzilində yaşayan şəxs tərəfindən bilərəkdən sanitar qovşağında su acıq saxlanılaraq, su trubasının axıntı yaratdığını bildiyi halda ona edilmiş xəbərdarlığa əhəmiyyət verməyərək iddiaçının təmirdən yeni çıxmış mənzilini zədələməklə ona qəsdən zərər vurmuşdur. Baş verənlərlə əlaqədar olaraq 102 xidmətinə edilmiş zəng nəticəsində polis əməkdaşları iddiaçı ilə əlaqə saxlasalar da, əsaslı tədbirlər görülməmişdir. Nərimanov rayon 35 saylı MKİS–in rəisi İ.Sadiqov, mühəndisi Şahid3, sahə nəzarətcisi Y.Ataşov tərəfindən tərtib edilmiş aktdan da məlum olur ki, baş verən su axıntısı nəticəsində mənzilimin tavan hissəsində çökmələr yaranmış ,divarların islanması nəticəsində elektrik xəttində qısa qapanmalar yaranaraq sıradan çıxmış, mətbəx mebelinin üzərinə su axmaları və dəhlizin yan divarların islanması nəticəsində qopmalar əmələ gəlmişdir. "xxxx" MMC-nin sertifikatlı mütəxəssisi, AQC-nin sertifikatlı üzvü, ali təhsilli, daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə Qiymətləndirici-mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28a ünvanında yerləşən, 37 saylı mənzilə su axıdılma nəticəsində dəymiş ziyanın məbləği hesablanmışdır. Aparılan hesablamaların nəticəsi olaraq həmin məbləğ 2210 manat təşkil etmişdir. Nərimanov rayon 35 saylı MKİS –in verdiyi arayışdan da göründüyü kimi mənzilin mülkiyyət hüququ ilə X4 məxsusdur. Qeyd olunanlara əsasən cavabdeh X1 mənzilinə su axıdılma nəticəsində iddiaçıya dəymiş 2210 manat ziyanın alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən cavabdeh X3 nümayəndəsi X8 məhkəməyə bildirdi ki, həyat yoldaşı X6 ona məxsus olmuş mənzili 2018-ci ildə satmış, hal-hazırda mənzil həyat yoldaşının deyil, Cavabdeh2 mülkiyyətindədir. Həmçinin Cavabdeh1 həmin mənzildə xx.xx.2023-cü il tarixli kirayə müqaviləsi əsasında yaşayır. Mənzil vaxtilə elə həmin şəxsdən alınmışdır. Sızıntı şaxtadan yaranmış sızıntıdır. Bundan sonra iddiaçı məhkəməyə ərizələrlə müraciət edərək cavabdehin əsl cavabdehlərlə əvəz edilməsini, Cavabdeh2 2210 manat, Cavabdeh1 isə 1812,30 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdeh X6 əsl cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 ilə əvəz edilmişdir.
3. Cavabdeh2 mülahizəsi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə daxil olmuş və mülahizə onunla əsaslandırılmışdır ki, iddiaçı ona zərər vurulduğunu sübut etməmişdir. Belə ki, 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli akt da iddiaçıya cavabdehin mənzilindən su axıdılması nəticəsində zərər vurulduğunu təsdiq etmir. Çünki həmin şəxslərin heç biri 40 nömrəli mənzilə baxış keçirtməmiş, mənzildə hər hansı bir su axıntısını müşahidə etməmişdir ki, 37 nömrəli mənzilə su axıdılmasının 40 nömrəli mənzilin təsirindən baş verdiyi qənaətinə gələ bilsin. Digər tərəfdən, həmin aktdan belə görünmür ki, 40 nömrəli mənzildə nöqsan və ya qüsur nədən ibarətdir. Çünki akta əsasən sanitar qovşağından su krantını açan zaman su borusundan aşağıya axan su aşkar edilmişdir. Qeyd edilənlər həqiqət olsaydı belə, bu cavabdehin təqsirli sayılmasına əsas ola bilməzdi. Çünki su krantını açdıqda təbii ki, su borusundan su axıntısı baş verməlidir və bu təbii baş verən haldır. Həmin hal isə nə krantda, nə də boruda hansısa nöqsan və ya qüsurun olmasına, habelə həmin avadanlıqların nasaz olmasına işarə etmir. Bu baxımdan xx.xx.2023-cü il tarixli akt həm mülahizə xarakteri daşıyır və ehtimallara əsaslanır, həm də əsassızdır. Bu baxımdan həmin sənəd qətnaməyə əsas olan sənəd kimi qəbul edilə bilməz. Çünki Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini ehtimallara əsasən deyil, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ekspertizasının rəyində tədqiqatın metodu göstərilməmiş və həmin rəy obyektiv olmamaqla mülahizə xarakteri daşıyır. Hətta zərər vurulduğu təsdiqini tapsaydı belə, məhkəmə mühəndistexniki və tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-xx-xx/5691 nömrəli rəyi ilə müəyyən edilən təmirin smeta xərci kimi 2190 manat əsassızdır. Çünki həmin rəydən görünmür ki, hansı mənbələrdən əldə edilmiş məlumat əsasında və hansı metodika əsasında təmir xərclərinin 2190 manat olması müəyyən edilmişdir. İddiaçı cavabdehin təqsirli əməlinin törədilməsini və həmin əməlin ona real zərər vurulmasına səbəb olmasını sübut etməmişdir. İddiaçı ona zərər vurulduğunu iddia etsə də, cavabdehin təqsirli əməlini, bu əməllə ona vurulmuş zərər arasında səbəbli əlaqənin mövcudluğunu sübut etməmişdir. Şaxtada olan nöqsan və ya qüsurlara görə mənzil mülkiyyətçisi məsuliyyət daşımır. Şaxtada olan nöqsan və qüsurlara görə mülkiyyətçi deyil, Mənzil Kommunal İstismar Sahəsi cavabdehdir. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən şaxtalar ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Göründüyü kimi, şaxtalar ümumi paylı mülkiyyət hesab edildiyindən, binanın həmin hissəsi şəxsin ayrıca mülkiyyətində olmadığından onun məsuliyyət dairəsindən kənara çıxır. Bu səbəbdən şaxtada baş verən nöqsana görə mülkiyyətçinin təqsiri müəyyən edilə bilməz.
4. Cavabdeh1 məhkəməyə iddiaya etirazla müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28a, mənzil 40 onun şəxsi mülkiyyətində olub, o, həmin mənzili oğlu X9 bağışlamışdır. O, X5 məcburiyyət qarşısında 150000 manat dəyərində olan həmin mənzili 80000 manata satmış, X7 isə həmin mənzili Cavabdeh2 bağışlamışdır. O, həmin mənzildə xx.xx.2023- cü il tarixdən xx.xx.2024-cü il tarixədək kirayədə yaşamağı ilə əlaqədar Cavabdeh2 ilə kirayə müqaviləsi imzalamış, həmin mənzildə 2024-cü ilin yanvar ayının 10- na kimi yaşamış və ayda müqavilədə 250 manat göstərilməsinə baxmayaraq, 400 manat Cavabdeh2 nağd pul ödəmişdir. O, 10 dekabr, 11 dekabr və 12 dekabr 2023-cü il tarixlərdə kirayədə yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 28a, 40 saylı mənzildən iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, bina 28a mənzil 37-ə su axıtmamış və bu hər hansı bir sənədlə və ekspert rəyi ilə də sübut edilmir. Digər tərəfdən həmin mənzil Cavabdeh2 şəxsi mülkiyyətində olduğundan bütün maddi məsuliyyət ona aiddir. Bu baxımdan o, həmin işdə iddiaya cavab verməli şəxs deyil. O, kirayə müqaviləsi müddətindən 6 ay əvvəl həmin müqavilənin Notariat Kontorunda ləğv edilməsinə dair ərizə ilə müraciət etmiş və bu barədə kirayədə qaldığı mənzlin iülkiyyətçisinə məlumat vermiş, hazırda Bakı şəhərinin Zabrat qəsəbəsində kirayədə yaşayır. 5.Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 170.2, 1096, 1097.1, 1111.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 185.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1. aprel ayının 22-24 tarixlərində baş vermiş su axıdılma ilə; 2. dekabr ayının 10-12 tarixlərində baş vermiş su axıdılma ilə bağlı hissələr. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hər iki tərəfə məxsus olan mənzillər beş mərtəbəli binada yerləşir, iddiaçının mənzili dördüncü mərtəbədə, Cavabdeh2 mənzili isə həmin mənzilin üstündə olan sonuncu – beşinci mərtəbədə yerləşir. İddiaçının mənzilinə su axıdılmış və əmlakına ziyan dəymişdir. Suyun axıdılması iddia edilən Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, ev 28 A, mənzil 40 xx.xx.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir. Yəni hər iki su axıdılma faktı baş verdiyi zaman 40 saylı mənzilin mülkiyyətçisi Zərbəyib Zəkili olmuş, lakin dekabr ayında su axıdılan zaman həmin mənzil kirayə müqaviləsinə əsasən Cavabdeh1 istifadəsində olmuş və iddiaçıya ziyan onun hərəkət/hərəkətsizliyi nəticəsində dəymişdir. Belə olan halda, iddia ərizəsi qismən təmin edilməli, 2190 manat məbləğində pul Cavabdeh2 tutularaq İddiaçı ödənilməli; 1812,30 manat məbləğində pul Cavabdeh1 tutularaq İddiaçı ödənilməlidir.
6. İşin icraatı zamanı müəyyən edilmişdir ki:- xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ... baxış zamanı üst mərtəbədə X4 məxsus olan 40 saylı mənzilin sanitar qovşağından su kantını açan zaman su trubasından aşağıya axan suyun aşkar edilməsi ... neçə gündün baş verən bu su axıntısı nəticəsində 37 saylı mənzilin mətbəxinin tavan hissəsində çökmələrin yaranması, divarların islanması nəticəsində elektrik xəttində qısı qapanmanın yaranaraq sıradan çıxması, mətbəx mebellərinin üzərinə suyun axıdılması, mənzilin dəhlizində yan divarların islanması nəticəsində divarda qopmaların əmələ gəlməsi aktlaşdırılmış və akt 35 saylı MKİS-in rəisi Şahid1, mühəndisi Şahid3 və sahə nəzarətçisi Şahid2 tərəfindən imzalanmışdır; - xx.xx.2023cü il tarixli aktdan görünür ki, ... baxış zamanı üst mərtəbədə X4 məxsus olan 40 saylı mənzilin sanitar qovşağından su axıntısının baş verməsi, baş verən su axıntısı nəticəsində 37 saylı mənzilin yataq otağının divar kağızlarının qopması, yan divarlarda nəmlənmə nəticəsində qopmaların əmələ gəlməsi, axıntının dəhlizdə və mətbəxdə də bax verməsi, qısa qapanma nəticəsində elektrik xətlərinin sıradan çıxması, otağın və dəhlizin tavan hissəsində ləkələrin əmələ gəlməsi, bu hadisənin əvvəllər dəfələrlə baş verməsi, lakin nə ev sahibi tərəfindən, nə də həmin mənzildə kirayədə yaşayanlar tərəfindən bir tədbirin görülmədiyi aktlaşdırılmış və akt 35 saylı MKİS-in rəisi Şahid1, mühəndisi Şahid3 və sahə nəzarətçisi Şahid2 tərəfindən imzalanmışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5691 saylı ekspert rəyində göstərilmişdir ki, ... tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 37 saylı mənzilin 5 mərtəbəli binanın 4-cü mərtəbəsində, cavabdehə məxsus 40 saylı mənzilin isə 37 saylı mənzilin üstündə 5-ci mərtəbədə yerləşdiyini, 37 saylı mənzilin sanitar qovşaq, dəhliz və mətbəx tikililərində qüsurların əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, eləcə də 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın məlumatları nəzərə alınaraq, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin, 37 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 40 saylı mənzildən su axıdıldığı və nəticədə 37 saylı mənzilin tikililərinə ziyan vurulduğu müəyyən edilmişdir. ... Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin 37 saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması ilə əlaqədar yerinə yetiriləcək təmir işlərinin bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 2190 manat məbləğində müəyyən edilmişdir; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02-208/23 saylı mütəxəssis rəyindən görünür ki, mənzilə xx.xx.2023-cü il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28A nömrəli evin 37 saylı mənzilinə su axıdılma nəticəsində 1812,30 manat məbləğində ziyan dəymişdir; - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, b. 28A, mənzil 40 xx.xx.2018-ci il tarixdən Cavabdeh2 xüsusi mülkiyyətindədir; - xx.xx.2023-cü il tarixli, reyestrdə 3M-1617 № ilə qeyd edilmiş Kirayə müqaviləsindən görünür ki, həmin müqavilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, X13 prospekti, b. 28A, mənzil 40 aylıq 250 manat kirayə haqqı ödəmək şərtilə 1 il müddətinə sonuncuya kirayə verilmişdir; - xx.xx.2024-cü il tarixli, reyestrdə 3M-251 № ilə qeyd edilmiş Müqavilənin ləğvinə dair müqavilədən görünür ki, həmin müqavilə Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış və müqaviləyə əsasən xx.xx.2023-cü il tarixli, reyestrdə 3M- 1617 № ilə qeyd edilmiş Kirayə müqaviləsinə xitam verilmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
7. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, Binəqədi rayon Məhkəməsinin e- 2(001)-236/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən “1812.30 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 38,13 manat hissəsi Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi” hissəsinin ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1, 77.1, 88, 106.1, 202.1, 202.2, 387.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, xx.xx.2023,xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsindəki 28a saylı evin 40 saylı mənzilində kirayədə qalmış və həmin tarixlərdə onun tərəfındən iddiaçının mənzilinə su axıdılmamışdır. Ümumiyyətlə, tərəfindən iddiaçının mənzilinə su axıdılmayıb, bu onun kimi ziyalıya yaraşmayan bir hərəkətdir. O, yuxarıda qeyd etdiyi tarixlərdə kirayədə yaşayan zaman Nərimanov rayon 35 saylı MKİS-nin rəisi Şahid1, mühəndisi Şahid3, sahə nəzarətçisi Y.Ataş həmin mənzilə gəlməmiş və həmin mənzildə akt tərtib etməmişlər. Əgər həmin mənzilə su axıdılması ilə əlaqədar akt tərtib edilmiş olsaydı, onda həmin akta ya mənzilin mülkiyyətçisi və ya da kirayə qalan şəxs tərəfındən imzalanardı, yaxud həmin akta imza etməkdən imtina olunardı. Bunların hec biri olmadığına görə, həmin akt saxtadır. Bundan əlavə "xxxx"MMC-nin mütəxəssisi həmin mənzilə gəlib baxış kecirməmiş, belə bir hadisənin olub-olmamasını yoxlamadan ona 1812,3 manat məbləğində dəymiş olmayan zərər yazmışdır. Onun tərəfindən iddiaçının mənzilinə su axıdılması nəticəsində ziyan vurulması halı iddiaçı tərəfindən sübut edilməmişdir. Digər tərəfdən 1-ci instansiya məhkəməsinin qərarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 28 A, mənzil 40-ın mülkiyyətçiləri X7 və Cavabdeh2 bildirirlər ki, “sızıntı şaxtadan yaranmış sızıntıdır”. Əlavə olaraq, həmin bina 60-cı ildən tikilmiş binadır, “xruşşovkadır” istismar müddəti bitmişdir, həmin binanın sökülməsi də planlaşdırılmışdır. Mənzildə olan sızma onun təqsiri ucbatından deyil, binanın köhnə olması səbəbindən yaranmışdır. 1-ci instansiya məhkəməsi qeyd etdiyi prosessual normanın tələblərini pozmuş, ərazi üzrə MKİS-ninaktını və ekspert rəyini əsas götürmüşdür. 1-ci instansiya məhkəməsi onun tərəfindən məhkəməyə verilmiş iddia ərizəsinə etirazı, etiraza əlavə olunmuş iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir.
8. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-236/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 35.1, 1111.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 101.7, 217.4-ci maddələrinə istinadən qeyd edilmişdir ki, şaxtada olan nöqsan və qüsurlara görə mülkiyyətçi deyil, Mənzil Kommunal İstismar Sahəsi cavabdehdir. Şaxtalar ümumi paylı mülkiyyət hesab edildiyindən, binanın həmin hissəsi şəxsin ayrıca mülkiyyətində olmadığından onun məsuliyyət dairəsindən kənara çıxır. Bu səbəbdən şaxtada baş verən nöqsana görə mülkiyyətçinin təqsiri müəyyən edilə bilməz. Bundan əlavə, iş materiallarına əlavə edilmiş və vahid məhkəmə təcrübəsini formalaşdırmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2019-cu il üzrə qətnaməsi ilə formalaşdırdığı hüquqi mövqeyinə əsasən su sızması mənzillərin sanitar qovşağının arxa hissəsində yerləşən şaxta hissəsində baş verdikdə bu cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmuş zərər hesab edilmir. 1-ci cavabdeh otağı tutmamış və o, otağı 2-ci cavabdehə xx.xx.2023-cü il tarixdə kirayə vermişdir. Yəni otağı 2-ci cavabdeh tutduğundan o, məsuliyyət daşıyır, 40 nömrəli mənzildən 37 nömrəli mənzilə ziyan vurulmuşdursa da, buna görə məsuliyyət yalnız kirayəçinin üzərinə düşür. İddiaçı ona zərər vurulduğunu sübut etməmişdir. Belə ki, 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli akt da iddiaçıya cavabdehin mənzilindən su axıdılması nəticəsində zərər vurulduğunu təsdiq etmir. Çünki həmin şəxslərin heç biri 40 nömrəli mənzilə baxış keçirtməmiş, mənzildə hər hansı bir su axıntısını müşahidə etməmişdir ki, 37 nömrəli mənzilə su axıdılmasının 40 nömrəli mənzilin təsirindən baş verdiyi qənaətinə gələ bilsin. Digər tərəfdən, həmin aktdan belə görünmür ki, 40 nömrəli mənzildə nöqsan və ya qüsur nədən ibarətdir. Çünki akta əsasən sanitar qovşağından su krantını açan zaman su borusundan aşağıya axan su aşkar edilmişdir. Qeyd edilənlər həqiqət olsaydı belə, bu cavabdehin təqsirli sayılmasına əsas ola bilməzdi. Çünki su krantını açdıqda təbii ki, su borusundan su axıntısı baş verməlidir və bu təbii baş verən haldır. Həmin hal isə nə krantda, nə də boruda hansısa nöqsan və ya qüsurun olmasına, habelə həmin avadanlıqların nasaz olmasına işarə etmir. Bu baxımdan xx.xx.2023-cü il tarixli akt həm mülahizə xarakteri daşıyır və ehtimallara əsaslanır, həm də əsassızdır. Bu baxımdan həmin sənəd qətnaməyə əsas olan sənəd kimi qəbul edilə bilməz. İddiaçı cavabdehin təqsirli əməlinin törədilməsini və həmin əməlin ona real zərər vurulmasına səbəb olmasını sübut etməmişdir. Hətta zərər vurulduğu təsdiqini tapsaydı belə, məhkəmə mühəndis-texniki və tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-10- 10/5691 nömrəli rəyi ilə müəyyən edilən təmirin smeta xərci kimi 2190 manat əsassızdır. Çünki həmin rəydən hansı mənbələrdən əldə edilmiş məlumat əsasında və hansı metodika əsasında təmir xərclərinin 2190 manat olaraq müəyyən edilməsi görünmür. Halbuki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 26-cı maddəsinə əsasən məhkəmə ekspertinin (ekspertlərinin) rəyində istifadə edilən metodlar göstərilməklə tədqiqatın məzmunu və nəticələri göstərilir. xx.xx.2023cü il tarixli3-16-16/2-xx-xx/5691 nömrəli rəydə 2190 manat təmir xərclərinin müəyyən edilməsinə əsas olmuş tədqiqatın metodu göstərilmədiyindən təmir xərclərini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Apellyasiya icraatında müəyyən edilən hallar
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert rəyi məhkəmə daxil olanadək mülki iş üzrə icraat dayandırlmışdır.
10. Mülki iş üzrə ekspert rəyi xx.xx.2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, baxış zamanı cavabdehə məxsus mənzilin su və kanalizasiya xətlərinin göz ilə görünə bilən hissələrində qüsur aşkar olunmadığını, xətlərin digər hissələrinin isə gizlin şəkildə çəkildiyini, həmçinin cavabdehin mənzilinin yaşayış otağının divarlarında və tavanında nəmişlik izləri müşahidə olunduğunu nəzərə alaraq Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28 A nömrəli evin 37 nömrəli mənzilə suyun sızmasının dəqiq səbəbini müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, 28 A nömrəli evin 37 nömrəli mənzilə suyun dəqiqliklə hardan sızmasının və dəqiq səbəbini müəyyən etmək mümkün olmadığından, eyni zamanda ilkin ekspertiza rəyində 37 nömrəli mənzilə dəymiş zərər müəyyən olunduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
11. Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh2 nümayəndəsi Vəkil2 elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Mülki prosessual qanunvericiliyin (Məcəllənin) tələblərinə əsasən: 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 17.Məhkəmə kollegiyası qeyd edilənlərə və mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-390-ci maddələrinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Belə ki, mülki iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, iddiaçının mənzilinə su axıdılmasdının dəqiq səbəbini müəyyən etmək mümkün deyildir. Hazırda həmin ekspert rəyinin mötbərliyini şübhə altına alacaq hər hansı əsas da məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən iş materiallarında mövcud olan aktlara münasibətdə qeyd edilməlidir ki, həmin akt 40 nömrəli mənzilə baxış keçirilmədən tərtib edilmiş və həmin mənzilə baxış keçirmədən 37 nömrəli mənzilə məhz həmin mənzildən su axıdılması qənaətinə gəlmək ağlabatan deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Ümumiyyətlə, qeyd edilməlidir ki, iddiaçı tələbi irəli sürərkən tələbin yönəldiyi şəxsi düzgün seçməmiş, tələbi dəyişdirdikdən sonra isə hər bir cavabdehə qarşı yönələn tələbin təfsilatını əsaslandıra bilməmişdir. Məhkəmə isə müxtəlif zamanlarda baş vermiş su sızmalara qarşı hər bir cavabdehə müfəssəl münasibət bildirməklə bu zamanları hansı mötəbər sübutlarla təsdiq edilməsini əsaslandırmamışdır.
18. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, tələb olmadığından iş üzrə dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onu ödəyən şəxslərə, iş üzrə keçirilmiş ekspertiza xərcləri isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-236/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 ( bir yüz) manat ekspertiza xərci iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin.