Məhkəmə qərarları › İş №2(103)-1970/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1970/2022

18.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1970/2022 18.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdehin ona vurduğu maddi zərərin əvəzi olaraq 37.370 manat, mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 10.000 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün aldığı hüquqi yardıma görə vəkilə ödədiyi pulun – 212 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, ailə üzvləri ilə birlikdə 2014-cü il "xxxx" Mənzil Tikinti Kooperativini təsis etmişdir. Həmin ərəfədə, onlar, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində və Bakı-Sumqayıt avtomobil yolunun Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən keçən 15-ci kilometrində çoxmənzilli, çoxmərtəbəli yaşayış binalarının inşasına başlamışlar. 2019-cu ilin yanvar ayında, özünü “İntroduktion of X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru kimi təqdim edən Cavabdeh MTK-nın ofisinə gələrək, MTK-nın sədri olan iddiaçıya bildirmişdir ki, rəhbəri olduğu Şirkət qaz çəkilişi üçün texniki şərtin, layihənin, qaz sayğaclarının alınması və quraşdırılması işi ilə məşğul olur və iddiaçıya Şirkətin xidmətlərindən istifadə etməyi təklif etmişdir. Cavabdehin təklif etdiyi işlər və işlərin görülməsi üçün çəkilməli olan xərclərin qiyməti sərfəli və diqqəti cəlbedici olduğundan iddiaçı cavabdehin təklifini qəbul etmişdir. Aralarında razılıq əldə olunmuşdur ki, 16 mərtəbəli binanın “Texniki şərtinin” alınması üçün 10.000 manat, binanın layihəsi üçün 9.000 manat, hər bir mənzilə quraşdırılacaq qaz sayğacına görə 245 manat olmaqla ümumilikdə 120 sayğaca görə 29.400 manat, hər mənzilə quraşdırılmalı olan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla ümumilikdə 120 mənzilə görə 4.200 manat, qaz paylayıcısı qurğusuna görə 2.500 manat, digər 7 sayda 12 mərtəbəli binalar üçün layihəsi üçün 9.000 manat, hər bir mənzilə quraşdırılan sayğaca görə 245 manat olmaqla ümumilikdə 88 mənzilə 21.560 manat, əlavə hər mənzilə quraşdırılan datçik, detektor, vintel və digər işlərə görə hər bir mənzil üçün 35 manat olmaqla 88 mənzilə görə ümumilikdə 3.080 manat, qaz paylayıcı qurğusuna görə 2.500 manat müqabilində razılaşmışdırlar. Qeyd edilən məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Bundan əlavə iddiaçı cavabdehə hər bir su sayğacına görə 50 manat olmaqla 300 ədəd su sayğacının alınması üçün 15.000 manat ödəmişdir. Beləliklə də, ümumilikdə iddiaçı tərəfindən cavabdehə 91.390 manat nağd pul ödəmişdir. Cavabdeh, iddiaçıdan 91.390 manat pulun alınmasını müvafiq “Məxaric orderlərinə” imza etməklə təsdiq etmişdir. Cavabdeh aldığı pul məbləğinin bir hissəsinə, yəni 39.020 manat müqabilində MTK-nın Xırdalan şəhərində inşa etdiyi 16 mərtəbəli binanın layihəsini hazırlamış, qaz xətlərini çəkmiş və texniki şərtini almış, lakin aldığı pulun qalan hissəsinin (52.370 manatı) müqabilində görməli olduğu işləri görməmiş, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı, qeyd olunan işlərin başa çatdırılmasını cavabdehdən tələb edildikdə, sonuncu qaçıb gizlənmişdir. Cavabdehin qanunsuz hərəkətləri barədə iddiaçının polis orqanlarına etdiyi şikayətlər əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, lakin cavabdeh yenə də öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymiş, o, iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu ödəmiş, hüquqi yardıma görə vəkillə müqavilə bağlayarkən xərc çəkməli olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, vurulmuş maddi zərərin əvəzi olaraq 37.370 manat, hüquqi xidmət üçün çəkilmiş xərcin əvəzi olaraq – 212 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 1/2 hissəsinin, yəni 15 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasını, qalan hissədə iddianın rədd edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsi işin faktiki hallarına araşdırmamışdır. Belə ki, iddiaçının rəhbərlik etdiyi "xxxx" MTK ilə cavabdehin rəhbərlik etdiyi Şirkət arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklərin icrası üçün maddi və texniki imkanları var, müqavilələr üzrə öhdəliklərin icra olunmasına iddiaçı tərəfindən şərait yaradılarsa, icra etməyə hazırdır. Lakin müəyyən obyektiv və subyektiv səbəblərdən gecikmələr yarandığına görə iddiaçı ilə mübahisə yaranmışdır. Bundan başqa işə baxmış Rayon Məhkəməsi nəzərə almamışdır ki, mövcud mülki mübahisə iki hüquqi şəxs arasında yaranmış kommersiya mübahisəsidir. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. İddiaçının vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi, iddia ərizəsinin məzmununa və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, (hazırki iş üzrə cavabdeh) Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş ********* saylı cinayət işi üzrə Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarında qeyd edilir ki, Cavabdeh tərəfindən "xxxx" MTK-nın direktoru olan zərərçəkmiş şəxs (hazırki iş üzrə iddiaçı) İddiaçı 15.000 manat məbləğində pul ödənilmişdir. Qeyd olunan xüsusat Cavabdeh həmin MTKnın mənzillərinə su sayğaclarının quraşdırılması ilə əlaqədar həmin MTK-nın 15.000 manat məbləğində nağd pulunun dələduzluq yolu ilə ələ keçirməsini bir daha təsdiq edir. MTK tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz sayğaclarının alınması üçün 4.655 manat məbləğində pul vəsaiti hazırki iş üzrə Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz tənzimləyici şkafın alınması üçün 2.500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz sayğaclarının alınması üçün 4.165 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz layihəsi ödənişi üçün 1.500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, layihə üçün 3.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xətlərinin çəkilməsi üçün lazım olan boruların alınması məqsədi ilə 3.500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz sayğaclarının quraşdırılması üçün 4.200 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 4.500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, texniki şərtin alınması üçün 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, su sayğacı alınması üçün 15.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 1.200 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, binanın qazlaşması üçün 500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz sayğaclarının alınması üçün 6.370 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, hazırki iş üzrə Cavabdeh verilməsi üçün X1 qaz çəkilişinə görə 1.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilişi üçün 2.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilişi üçün 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilişi üçün 500 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilişi üçün 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz layihəsində mənzillərin əlavəsi üçün 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz sayğaclarının alınması üçün 9.800 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 2.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 1.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. xx.xx.2019-cu il tarixli “Məxaric orderindən” görünür ki, qaz xəttinin çəkilməsi üçün 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativi ilə “İntroduktion of X3” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3 saylı müqavilədən görünür ki, həmin müqavilə ilə MMC üzərinə öhdəlik götürmüşdür ki, o, MTK-nın inşa etdiyi yaşayış binalarını qaz sayğacları ilə təmin etmək məqsədi ilə "xxxx" İstehsalat Birliyindən 600 ədəd qaz sayğacı almalı, MTK isə üzərinə öhdəlik götürmüşdür ki, o, alınacaq qaz sayğaclarının dəyərini MMC-yə ödəyəcək. Qeyd edilən müqaviləni MMC-nin adından direktor (cavabdeh) Cavabdeh, MTK-nın adından isə sədr (iddiaçı) İddiaçı imzalamışlar. Beləliklə göstərilənlərə əsasən müəyyən edilir ki, İddiaçı, sədr olduğu MTK-nın adından çıxış edərək MTK-nın inşa etdiyi yaşayış binalarının təbii qazla təmin edilməsi üçün müvafiq işlərin (texniki şərtin alınması, qaz xətlərinin çəkilməsi və sair) görülməsini sifariş etmişdir. Belə olan halda qəbul edilməlidir ki, həmin işlərin görülməməsi ilə bağlı yaranmış hər hansı bir zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ İddiaçı deyil MTK-ya məxsusdur. Lakin iddia ərizəsindən görünür ki, İddiaçı, cavabdehdən tutulmalı olan pul məbləğlərinin onun özünə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (maddə 4.1.). Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir (maddə 48.). Qanunla nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişi ilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər (maddə 59.1.). Qeyd edilən prosessual hüquq normalarının tələbləri nəzərə alındıqda müəyyən edilir ki, İddiaçı, MTK-nın hüquqlarının pozulması baxımından hazırki işin başlanmasına əsas olmuş “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddianı öz maraqları naminə irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Göstərilənləri nəzərə alan Məhkəmə MPM-nin 385-ci maddəsinin tələblərinə və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Odur ki, MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutan Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 10 mart 2021-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiası təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar