Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1974/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın əvəzinin və borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı buna səlahiyyətli olan nümayəndəsi Birliyin adından Cavabdeh qarşı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qanunsuz istifadəyə görə yaranmış borcun ödənilməsi məqsədi ilə 1.501,31 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 40,8 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, XX qurultay küçəsində yerləşən 13 “B” saylı fəri yaşayış evdə yaşayır. Birlik ilə cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləyə əsasən həmin ev təbii qaz ilə təchiz olunur, Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmış və ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, sayğacın çıxış borusu deşilmişdir. Bununla bağlı xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 2.219 manat (İ akt üzrə 799,8 manat; İİ akt üzrə 1.419,2 manat) məbləğində ziyan vurulmuşdur. Cavabdeh tərəfindən həmin məbləğin bir hissəsi Birliyə ödənilmiş, 1.501,31 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. Birlik borcun ödənilməsini cavabdehdən dəfələrlə tələb etsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Birlik, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bu zaman hüquqi xidmət almaq üçün vəkilə 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün isə 40,8 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddia tələbinə olan münasibəti barədə məlumat
3. Cavabdeh işə baxılan zaman Rayon Məhkəməsinə verdiyi izahatda iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, o, qaz sayğacına 2017-ci il tarixdə müdaxilə etmişdir. Belə ki, həmin vaxt özünün və ailə üzvlərinin maddi vəziyyəti həddindən artıq çətin olmuşdur. Buna baxmayaraq bildirir ki, xx.xx.2017-ci il tarixli akt əsasında ona hesablanmış borcun məbləği şişirdilmişdir. Eyni zamanda bildirir ki, xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akt həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2017-ci il tarixdə onun barəsində akt tərtib edildikdən sonra o və onun ailə üzvləri sayğaca müdaxilə etməmişlər. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsi, iddiaçı Birliyə vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün alınmış hüquqi xidmətə görə vəkilə ödənilmiş xərcin əvəzinin bir hissəsinin – 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsinin – 30 manat məbləğində pulun cavabdehdən tutularaq Birliyə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci aktdan və həmin aktla bağlı tərtib edilmiş hesablama haqqında tələbnamədən görünür ki, həmin akt əsasında Birlik tərəfindən itirilmiş qazın dəyərini hesablansa da, cavabdehin 2017-2018-ci illər ərzində həmin borc ilə bağlı etdiyi ödənişləri nəzərə alındıqda müəyyən edilir ki, cavabdehin iddiaçı Biriyə qeyd edilən akt üzrə 200 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Buna görə də, həmin məbləğ cavabdehdən tutularaq Birliyə ödənilməlidir. Tərtib edilmiş ikinci akt üzrə hesablanmış borcun tutulması barədə iddia isə əsassızdır. Belə ki, iddiaçı Birlik bu hissədə iddia tələbini sübuta yetirə bilməmişdir, baxmayaraq ki, bu kimi tələbi sübut etmək yükü iddiaçı Birliyin üzərinə düşür. İddia qismən təmin edildiyindən hüquqi xidmətə görə vəkilə çəkilmiş xərcin və ödənilmiş dövlət rüsumunun bir hissəsi cavabdehə aid edilməli, vəkilə çəkilmiş xərcin əvəzinin bir hissəsini təşkil edən 200 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsini təşkil edən 30 manat məbləğində pul cavabdehdən tutularaq Birliyə ödənilməlidir. d) apellyasiya şikayəti barədə məlumat
6. İddiaçı Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin qismən, yəni iddia tələbinin bir qisminin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə də iddianın təmin edilməsini xahiş etmişdir.
7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, Rayon Məhkəməsi işin müəyyən edilmiş halları üzrə səhv nəticəyə gələrək iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı və iclasda iştirak etmiş şəxslərin mövqeyi barədə məlumat
8. İddiaçı Birliyin nümayəndəsi Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək bildirmişdir ki, o, apellyasiya şikayətini müdafiə edir və apellyasiya şikayətinin təmin edilməsini, işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.
9. Apellyasiya baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətin dəlillərinə etiraz edərək Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. f) hazırki iş üzrə apellyasiya baxışının həddi barədə məlumat
10. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh iddia tələbinin bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamədən apellyasiya şikayəti verməmişdir.
11. Qətnamədən apellyasiya şikayəti vermiş iddiaçı Birlik isə Rayon Məhkəməsinin iddia tələbinin bir qisminin təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.
12. Odur ki bunu, MPM-nin 372.6-cı maddəsinin tələblərini, mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi barədə məlumat
13. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, işdə olan sənədlərə və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlara əsasən müəyyən edilir ki, cavabdeh, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, XX qurultay küçəsində yerləşən 13 “B” saylı fəri yaşayış evdə yaşayır. Həmin ev iddiaçı Birlik tərəfindən təbii qaz ilə təchiz olunur, Birlik tərəfindən həmin ünvanda qaz sayğacı quraşdırılmışdır. Birlik ilə cavabdeh arasında sonuncu dəfə “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı barədə müqavilə” xx.xx.2018-ci il tarixdə bağlanmış və ünvana **********00000 nömrəli abonent kodu verilmişdir. Birliyin əməkdaşları tərəfindən həmin ünvana aid qaz xəttinə və qaz sayğacına mütəmadi olaraq baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvanda quraşdırılmış qaz sayğacına müdaxilə edilmiş, sayğacın çıxış borusu deşilmişdir. Bununla bağlı xx.xx.2017 və xx.xx.2018-ci il tarixlərdə müvafiq aktlar tərtib edilmişdir. Həmin aktlar əsasında aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində Birliyə cəmi 2.219 manat (İ akt üzrə 799,8 manat; İİ akt üzrə 1.419,2 manat) məbləğində ziyan vurulmuşdur.
15. İddiaçı Birlik bildirir ki, cavabdeh tərəfindən həmin məbləğin bir hissəsi Birliyə ödənilmiş, 1.501,31 manat məbləğində borc isə ödənilməmiş qalmışdır. Birlik həmin borcun, iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən hüquqi xidmət almaq üçün vəkilə çəkdiyi xərcin əvəzinin – 400 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzinin – 40,8 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir.
16. Cavabdeh isə bildirir ki, o, qaz sayğacına 2017-ci il tarixdə müdaxilə etmişdir. Belə ki, həmin vaxt özünün və ailə üzvlərinin maddi vəziyyəti həddindən artıq çətin olmuşdur. Buna baxmayaraq bildirir ki, birinci akt (xx.xx.2017-ci il tarixli akt) əsasında ona hesablanmış borcun məbləği şişirdilmişdir. İkinci dəfə, yəni xx.xx.2018-ci il tarixdə tərtib edilmiş akt isə həqiqəti əks etdirmir. Belə ki, onun barəsində ilk dəfə akt tərtib edildikdən sonra o və onun ailə üzvləri sayğaca müdaxilə etməmişlər.
17. Göstərilənləri nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-nin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1.). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir (maddə 78.1.). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2.).
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 13.). Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar (maddə 22.).
19. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1.). Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir (maddə 443.2.). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.).
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir (bənd 4.2.). Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır (bənd 4.6.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (maddə 4.7.). Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (maddə 4.8.). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (maddə 4.9.).
22. MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Qeyd olunan prosessual və maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, fıziki şəxs olan istehlakçıya (hazırki halda cavabdehə) məxsus yaşayış sahəsinə aid qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni iddiaçı Birlik daşıyır. Buna görə də Məhkəmə hesab edir ki, qaz sayğacında olan hər hansı qüsura görə cavabdeh tərəf məsuliyyət daşımır. Yuxarıda qeyd edilən ikinci aktda göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini, birinci aktda göstərilən ziyanın məbləğini təsdiq edən iddiaçı Birlik tərəfindən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir. Bu baxımdan müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırki apellyasiya baxışının predmetini təşkil edən nəticəsi qanuni əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
24. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
25. Odur ki, göstərilənləri nəzərə alan, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 oktyabr 2022-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.