Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1975/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçıların nümayəndəsi-vəkili Nümayəndə2, cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər LPO Cavabdeh1 ASC və Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmlakların ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5019/2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasmda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “AGBank" ASC ilə X5 arasında bağlanmış 31.07.2006-cı il tarixli, İ-019/şf saylı ipoteka müqaviləsinə, Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış 02.05.2007-ci il tarixli, G- 002/ADB/şf saylı ipoteka müqaviləsinə və Cavabdeh1 ASC ilə İddiaçı2 arasında bağlanmış 27.09.2007-ci il tarixli, İ-084/şf saylı ipoteka müqaviləsinə xitam verilməsi, Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının; Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfindəki 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin üzərinə qoyulmuş yüklülüyün ləğv edilməsi üçün, bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsi vəzifəsinin cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə həvalə olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 27.09.2007-ci il tarixli, 084/şf saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə 31,07.2006-cı il tarixində Cavabdeh1 ASC ilə X5 arasında İ-019/şf saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Nizami Dəmirova məxsus Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişi, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası; 02,05.2007-ci il tarixində Cavabdeh1 ASC iiə X5 arasında G002/ADB/şf saylı ipoteka müqaviləsi bağlanmış, müqavilənin şərtlərinə görə Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi; 27.09.2007-ci ii tarixdə Cavabdeh1 ASC ilə İddiaçı2 arasında İ-084/şf saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir. İpoteka qovan X5 12.12.2011-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt Qeydləri kitabında 2011-ci ilin dekabr ayının 19-da 210 saylı qeyd edilmişdir. Nizami Piri odlu Dəmirovun hüquqi varisi İddiaçı1 müəyyən olunmuşdur. Ona görə də İddiaçı1 oğiu hazırki işdə iddiaçı qismində çıxış edir. Tərəflər arasında bağlanmış 27.09.2007-cii tarixli, 084/şf saylı kredit müqaviləsindən irəli gələn mübahisə üzrə Cavabdeh1 ASC iddiaçı qismində cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia ərizəsi ilə Ağsu rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 197.900 manat əsas borcun, 230.841 manat 80 qəpik kreditə hesablanmış faiz borcunun, 197.618 manat 88 qəpik cərimənin, cəmi 626.360 manat 68 qəpik borcun tutulmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının ilkin satış qiymətinin müəyyən olunmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin ilkin satış qiymətinin müəyyən olunmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binasının açıq hərracdan satılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin açıq hərracdan satılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binasının boşaldılmasına, Nizami Dəmirova məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin boşaldılmasına, İddiaçı2 məxsus Ağsu şəhəri, BakıQazax avtomobil yolunun 158-ci kmdə, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin boşaldılmasına, göstərilən əmlakların satışından əldə olunmuş pul vəsaitinin "xxxx" MMC-nin Cavabdeh1 ASC-yə 01.06.2015-ci il tarixinə olan 197.900 manat əsas borcun 230.841 manat 80 qəpik kreditə hesablanmış faiz borcunun, 197.618 manat 88 qəpik cərimənin, cəmi 626.360 manat 68 qəpik borcun ödənilməsinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağsu rayon Məhkəməsi həmin mülki iş üzrə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına və digər tələblərə dair iddiasının rədd edilməsi barədə 2(016)-1081/2015 saylı, 28.10.2015-ci il tarixli qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən iddiaçı Cavabdeh1 ASC tərəfindən apelyasiya şikayəti verilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 02.05.2016-cı ıl tarixli, 2(106)-760/2016 saylı qətnamə ilə iddiaçı Cavabdeh1 ASC apelyasiya şikayəti təmin edilməmiş, Ağsu rayon Məhkəməsinin 2(016)-1081/2015 saylı, 28.10.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 ASC apelyasiya instansiya məhkəməsinin həmin qətnaməsindən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 16.09.2016-ci il tarixli, 2(102)-4418/2016 saylı Qərar ilə kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi 02.05.2016cı il tarixli, 2(106)-760/2016 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bütün yuxarıda qeyd edilənlərdən və hazırki ərizəyə əlavə edilmiş məhkəmə qərarlarının əsaslandırıcı hissələrindən göründüyü kimi, məhkəmələr iddiaçı Cavabdeh1 ASC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 27.09.2007-ci il tarixli, 084/ŞF saylı kredit müqaviləsindən irəli gələn mübahisəyə dair iddia tələbini iddiaçı tərəfindən heç bir üzrlü səbəb olmadan iddia müddəti ötürülməklə verildiyi üçün təmin etməmiş, bununla da əsas öhdəliyə xitam verilmişdir. Belə olduğu halda əlavə öhdəliyin icrası da qüvvəsini itirmiş hesab edilməli, X3 məxsus Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178.1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binasının, yenə də X3 məxsus Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və İddiaçı2 məxsus Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci km-də, yolun şimal tərəfində mülkiyyətində olan 0.34 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 249.8 kv.m olan əmlak kompleksinin ipoteka itə yüklü olaraq saxlanılmasına da xitam verilməlidir. Qeyd edilən daşınmaz əmlakların əsassız və qanunsuz olaraq hələ də yüklü vəziyyətdə saxlanılması nəticəsində ipoteka qoyanların həmin əmlaklar üzərində mülkiyyət hüquqları məhdudlaşır, əmlaklara dair sərəncam verilməsi mümkünsüz olur və buna görə də onlara külli-miqdarda maddi zərər vurulur. Məlumdur ki, qanunverici ipoteka qoyana vurulan bu zərərə görə məsuliyyəti birbaşa ipoteka saxlayanın üzərinə qoyur. Mövcud qanunvericiliyə uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu tərəfindən müvafiq tədbirlər görülərək ipotekaya xitam verilməli və bu barədə ipoteka saxlayan qismində ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməli idi. Qanunvericiliyin tələbinə uyğun olaraq, iddiaçılar tərəfindən bu barədə 07.12.2020-ci il tarixli əsaslandırılmış ərizə ilə cavabdeh təşkilata müraciət edilmiş, ipotekaya xitam verilməsi üçün bunun ipoteka saxlayan qismində ipotekanın qeydiyyatını aparan dövlət orqanına bildirilməsi xahiş edilmişdir. Lakin çox təəssüf olsun ki, cavabdeh tərəfindən göndərilmiş 08.01.2021-ci il tarixli, **********012 saylı cavab məktubundan da göründüyü kimi, tamamilə qanuni və əsaslı olan tələbimiz təmin edilməmiş, Ağsu rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli 2(016)-1Q81/2015 saylı qətnaməsinə əsasən ləğv prosesində olan "AGBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı” kimi absurd bir əsas gətirilərək rədd edilmişdir. Mübahisə predmeti olan ipoteka müqavilələrinə xitam verilməsi və ipoteka predmeti olan əmlakların üzərindən yüklülüyün götürülməsi barədəki iddia tələbi haqlıdır və təmin edilməlidir Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın LPO Cavabdeh1 ASC-yə münasibətdə təmin edilməsi, İ-019/Şf saylı 31 iyul 2006-cı il tarixli, G- 002/ADB/Şf saylı 02 may 2007-ci il tarixli və İ-084/şf saylı 27 sentyabr 2007-ci il tarixli ipoteka müqavilələri və həmin müqavilələrə edilmiş əlavə razılıqlara əsasən İddiaçı2 məxsus olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfindəki 0.34 ha torpaq sahəsində yerləşən ümumi 249,8 kv.m olan əmlak kompleksi və İddiaçı1 Piri oğluna məxsus olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası üzərində LPO Cavabdeh1 ASC-nin xeyrinə edilmiş ipoteka yüklülüyünə xitam verilməsi, iddianın Əmanətlərin Sığortalanması Fonduna münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən LPO Cavabdeh1 ASC-nin nümayəndəsi qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, məhkəmə MM-nin 269.1 və 269.2-ci maddələrini tətbiq edərkən, 27.09.2007-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edilməsi məqsədilə iddiaçıların razılığı ilə, ipoteka müqavilələrinin bağlandığını nəzərə almamışdır. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Ləğv prosesində olan Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçılara 300000 manat məbləğində kredit verilmişdir. "xxxx" MMC aldığı 300000 manat krediti 27 sentyabr 2009-cu il tarixədək ödəmək öhdəliyi götürmüş, lakin öəməmişdir. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli iş görməli, xidmetlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmişdirr. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış iddiaçılar və digər cavabdeh məhkəməyə gəlmədiyindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiyanın həddi ilə bağlı qeyd etdiyi kontekstdə məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Ağsu rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 19.12.2011-ci il tarixli, AZ-500022 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 12.11.2011-ci il tarixdə şəkərli travmatik beyinə qansızma səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.12.2011-ci il tarixdə 210 nömrə ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, reyestrdə 2V-34 nömrə ilə qeyd edilmiş AN-İ seriyalı ******* nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən İddiaçı1 X1 vərəsəsi hesab edilmişdir. Şəhadətnamədə verilən miras əmlak olaraq mərhum X2 məxsus ünvan 1 ünvanında yerləşən 0.4671 hektar torpaq sahəsi göstərilmişdir. LPO Cavabdeh1 ASC tərəfindən X1 varisi İddiaçı1 və İddiaçı2 ünvanlanmış 08 yanvar 2021-ci il tarixli cavab məktubundan görünür ki, Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(016)- 1081/2015 saylı qətnaməsi ilə İ-019/şf saylı ipoteka müqaviləsi, 02.05.2007-ci il tarixli G002/ADB/şf saylı ipoteka müqaviləsi və 27.09.2007-ci il tarixli İ-084/şf saylı ipoteka müqaviləsinə əsasən “ipoteka qoyulmuş əmlakların satılması” barədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Ağsu Rayon Məhkəməsinin 28 oktyabr 2015-ci il tarixli 2(016)-1081/2015 saylı qətnaməsi ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi ƏSFnin üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmadığı bildirilmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC ilə ipoteka qoyan İddiaçı2 və borcalan "xxxx" MMC arasında bağlanmış 27 sentyabr 2007-ci il tarixli İ-084/Şf saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 27 sentyabr 2007-ci il tarixli 084/Şf saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 24 ay müddətinə illik 20% ödəmək şərti ilə 300.000 manat məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfində yerləşən 0.34 ha torpaq sahəsində 249,8 kv.m ümumi, 249,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İpoteka saxlayan Cavabdeh1 ASC ilə ipoteka qoyan X6 və borcalan "xxxx" MMC arasında bağlanmış 02 may 2007-ci il tarixli G-002/ADB/Şf saylı ipoteka müqaviləsinə əsasən, İpoteka saxlayanla borcalan arasında bağlanmış 02 may 2007-ci il tarixli K- 002/ADB/Şf saylı kredit müqaviləsinə müvafiq olaraq İpoteka saxlayan borcalana 34 ay müddətinə illik 18% ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verməyi, borcalan isə kreditdən istifadəyə görə faizləri hər ay borcverənə ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin icrasını təmin etmək məqsədilə İpoteka qoyan mülkiyyətində olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İ-019/Şf saylı, 31 iyul 2006-cı il tarixli ipoteka müqaviləsinə edilmiş 2 saylı əlavə razılığa əsasən ipoteka qoyan X6 02 may 2007-ci il tarixli K002/ADB/Şf saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə mülkiyyətində olan Ağsu şəhəri, X9 küçəsində istifadəsində olan 0.11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli 21 girişli, 17 otaqlı 1178.1 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını (avtotexservis) ipoteka ilə bankın xeyrinə yüklü etmişdir. İ-019/Şf saylı ipoteka müqaviləsinə 27 sentyabr 2007-ci il tarixli, 2 nömrəli əlavə razılığa əsasən ipoteka qoyan X6 02 may 2007-ci il tarixli K002/ADB/Şf saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə bağladığı 31.07.2006-cı tarixli, İ-019/Şf saylı ipoteka müqaviləsi və ona edilmiş bütün əlavələrin digər şərtləri qüvvədə qalır. Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli qətnaməsindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər "xxxx" MMC-yə, İddiaçı2 və X3 qarşı ipoteka qoyulmuş əmlakın satılmasına dair iddia ərizəsi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2016-cı il tarixli qətnaməsi ilə"xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 2(016)-1081/2015 saylı qətnaməsinin verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16.09.2016-ci il tarixli, 2(102)-4418/2016 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.05.2016-cı il tarixli, 2(106)-760/2016 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 25.10.2021-ci il tarixli arayışdan görünür ki, Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində yolun şimal tərəfində mülkiyyətdə olan 0,34 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 249,8 kv.m olan əmlak kompleksi kimi müəssisə Ağsu bələdiyyəsinin 30.01.2007-ci il tarixli 02 nömrəli protokolundan çıxarışı, torpaq sahəsinin alqı-satqı aktı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyi və 30.05.2007-ci il tarixli AN;000379 nömrəli planı və ölçüsü sənədi, yerquruluşu planı, Ağsu Rayon İcra Hakimiyyəti başçısının 11.05.2007-ci il tarixli 115 nömrəli sərəncamı, 21.08.2007-ci il tarixli tikinti-quraşdırma işlərinin başa çatdırılması barədə akta əsasən İddiaçı2 adına ilkin olaraq 13.09.2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən Əmlak Kompleksi kimi müəssisə Cavabdeh1 ASC-nin xeyrinə 27.09.2007-ci il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Ağsu şəhəri, 2-ci məhəllədə istifadədə olan 0,03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74,3 kv.m yaşayış, 295,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi Ağsu bələdiyyəsinin 30.05.2005-ci il tarixli 7 saylı protokoldan çıxarış və Ağsu Rayon icra Hakimiyyəti başçısının 26.12.2006-cı il tarixli sərəncamı əsasında X1 adına 18.05.2007-ci il tarixdə ilkin qeydiyyata alınmışdır. Sözügedən fərdi yaşayış evi Cavabdeh1 ASC-nin xeyrinə 02.05.2007-ci il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Həmçinin, Ağsu şəhəri, X9 küçəsində, istifadədə olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyriyaşayış binası 31.10.2005-ci il tarixli 2056 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ilə bağlanmış müəssisənin alqı-satqı müqaviləsinə əsasən X1 adına ilkin olaraq 28.07.2006cı il tarixdə qeydiyyata alınmışdır. Sözügedən qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə 03.08.2006-cı il tarixdən ipoteka ilə yüklü edilmiş, üzərində 11.12.2013-cü il tarixdə tutmanın yönəldilməsi haqqında bildiriş qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına görə, Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 02 may 2007-ci il tarixli K- 002/ADB/Şf saylı və 27 sentyabr 2007-ci il tarixli 084/Şf saylı kredit müqavilələrinə əsasən sonuncuya müxtəlif şərtlər ilə kredit verilmiş və kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasının təminatı kimi X6 və İddiaçı2 ilə Bank arasında İ-019/Şf saylı, 31 iyul 2006-cı il tarixli, 02 may 2007-ci il tarixli G-002/ADB/Şf saylı və 27 sentyabr 2007-ci il tarixli İ-084/Şf saylı ipoteka müqavilələri və həmin müqavilələrə əlavə razılıqları bağlanmış, tam mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan Ağsu şəhəri, Bakı-Qazax avtomobil yolunun 158-ci kilometrliyində, yolun şimal tərəfində yerləşən 0.34 ha torpaq sahəsində 249,8 kv.m ümumi, 249,8 kv.m əsas sahədən ibarət əmlak kompleksi və X2 məxsus olan Ağsu şəhəri, 2-ci məhəllədə istifadəsində olan 0.03163 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı 74.3 kv.m yaşayış, 295.2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi və Ağsu şəhəri, X9 küçəsində, istifadədə olan 0,11781 ha torpaq sahəsində yerləşən 39 nömrəli, 21 girişli, 17 otaqlı, ümumi sahəsi 1178,1 kv.m olan 1 mərtəbəli qeyri-yaşayış binası bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Ağsu Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 2(016)-1081/2015 saylı qətnaməsi ilə “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi”nə dair iddiası iddia müddətinin keçməsi səbəbi ilə rədd edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. Qeyd edilənlərə baxmayaraq ipoteka saxlayancavabdeh mübahisə predmeti olan əmlaklar üzrə qeydiyyata alınmış ipoteka yüklülüyünə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verməkdən imtina etməkdədir. Hazırda ipoteka qoyan İddiaçı2 və X1 vərəsəsi İddiaçı1 məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən əmlakların üzərində mövcud olan yüklülüklərə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 269.4 və 269.5-ci maddələrinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 556.1-ci maddəsinin tələbinə görə icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir. Bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1-ci maddəsinin tələblərinə görə ipotekaya aşağıdakı hallarda xitam verilir: ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1); əsas öhdəliyə xitam verildikdə (48.1.2); tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda (48.1.3); ipoteka predmeti məhv olduqda (48.1.4); bu Qanunla nəzərdə tutulmuş digər hallarda (48.1.5). Kollegiya birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq bildirir ki, əsas tələb üzrə iddia müddətinin keçməsi əlavə tələb üzrə müddətin bitməsinə əsas olduğundan, tərəflər arasında bağlanmış ipoteka müqavilələrindən irəli gələn öhdəliyin icrasını tələb etmək mümkün olmadığından, həmçinin sözügedən öhdəliyin icrasının mümkün olmamasının ipoteka qoyanların təqsiri üzündən baş vermədiyindən cavabdeh ipoteka müqavilələrinə əsasən yaranmış yüklülüklərə xitam verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da iddiaçıların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair “1 saylı Protokolu”nun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5019/2021 saylı, 26 oktyabr 2021ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Şərafət Məmmədova Rafael Eyvazov
Məhkəmə qərarları › İş №2(103)-1975/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1975/2022
16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver