Məhkəmə qərarları › İş №2(103)-1977/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1977/2021

08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1977/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X10 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, ilk iddia üzrə İddiaçı” (Bakı Tehran Klinikası) MMC-nin nümayəndəsi vəkil X4 və ilk iddia üzrə cavabdehlər Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin etibarnamə üzrə nümayəndəsi vəkil X16 iştirakları ilə, İddiaçı (Bakı Tehran Klinikası) MMC-nin - Cavabdeh qarşı “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələbinə dair ilkin, eyni zamanda iddiaçı Cavabdeh - cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı "maddi və mənəvi ziyanın tutulması, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin və əmək kitabçasının geri qaytarılması və işdən çıxarılma ilə bağlı son haqqhesabın ödənilməsi" tələbinə dair qarşılıqlı, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin - cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı “əmlak” tələbinə daiR Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli, qətnaməsindən İddiaçı” (Bakı Tehran Klinikası) MMC, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: "İddiaçı” (Bakı Tehran Klinikası) MMC - Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə dəyəri olan 30000 manat pulun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı (Bakı Tehran Klinikası) MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək- (İİ cild iş səh.-13,96,102) cavabdeh "İddiaçı” MMC-dən ona 65400 manat məbləğində maddi ziyanın, mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsinin təmin olunması, cavabdeh "İddiaçı' MMC tərəfindən onun haqqında vəzifədən çıxarılmağı barədə əmrdə məhkəməyə təqdim etdiyi layihəyə uyğun olaraq AzərbaycanRespublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin İİ hissəsinə, 68-ci maddənin «ç» bəndinə, 77-ci maddəsinin 7-ci hissəsinə, 83,84 və 85-ci maddələrinə əsasən dəyişiklik edilməsi, xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 23250 manat əmək haqqının, 2016-cı ilin avqust ayından xx xxxxxxx 2016-cı ilə kimi xəstələrə göstərdiyi xidmətlərə görə (həkim bonusu) 10000 manat, 3 aylıq müavinat üçün 7500 manat, cəmi 40750 manat məbləğində son haqq hesabının ödənilməsini məcbur edən qətnamə qəbul edilməsini və cavabdeh "İddiaçı” MMC-nin direktoru X19 əməlində Azərbaycan Respublikası CM-nin 322-ci maddəsinin əlamətləri olmasını nəzərə alıb, bu barədə xüsusi qərardad çıxarılmaqla ibtidai istintaq araşdırması aparılması üçün prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini xahiş etmişdir. Həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-yə qarşı "əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "İddiaçı” MMC-nin (Bakı Tehran Klinikası) Cavabdeh qarşı əmlak tələbi əsassız olduğundan rədd edilməsini və "İddiaçı” MMC-nin qanunsuz sahibliyindən ona məxsus əmlakın, əmlak olmadıqda 80383 (səksən min üç yüz səksən üç) manat məbləğində pulun "İddiaçı” MMCdən (Bakı Tehran Klinikası) alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını, eləcə də "İddiaçı” MMC-nin (Bakı Tehran Klinikası) qanunsuz yaradılması və fəaliyyətində yol verilən hərəkətlər haqqında xüsusi qərardad çıxarmaqla aidiyyəti üzrə prokurorluğa göndərilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə, həmçinin də 3-cü şəxsin iddiası üzrə cavabdeh "İddiaçı” MMC məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizələr təqdim edərək Cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-yə qarşı "pul" tələbinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-yə qarşı "əmlak” tələbinə dair iddia ərizələrinə iddia müddəti tətbiq edilməklə iddiaların rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı aşağıdakılar sübut qismində tədqiq edilmişdir: "İddiaçı” (Bakı Tehran Klinikası) MMC tərəfindən Cavabdeh və Qasım Çapariyə ünvanlanmış xx.xx.2016-cı il tarixli pretenziya məktubu (ı cild.səh.4), -"İddiaçı” MMC-nin direktoru İ.Həsənovun imzaladığı 111 ədəd Cavabdeh tələb edilən əmlak siyahısı (.ı cild. səh 7-10), Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışlar (səh.12-13), "xxxx” MMC ("İddiaçı” MMC) ilə bağlı xərclədiyi vəsaiti cəmi 60900 manat məbləğində pulun və mənəvi zərərə görə 50000 manat məbləğində pulun, əmək kitabçasının, işdən azad olunması barədə əmrin, işdən çıxarılması ilə bağlı son haqq-hesabın 3 gün müddətində qaytarılması barədə Cavabdeh tərəfindən "İddiaçı” MMC-yə ünvanlanmış xx.xx.2017-ci il tarixli pretenziya məktubu (ı cild.səh.62), X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli Cavabdeh "xxxx” MMCnin "Təbriz xxxx” klinikasında həkim-pediatr vəzifəsinə işə qəbul edilməsinə dair əmək müqaviləsi (ıı cild.səh.66), Cavabdeh tutduğu vəzifədən azad edilməsi barədə "Təbriz xxxx” Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli 239-k nömrəli əm (ll cild.səh.47), Cavabdeh xx.xx.2016-cı il tarixində baş həkim vəzifəsinə keçirilməsi barədə "Təbriz xxxx” Tibb Mərkəzinin xx xxxxxx 2016-cı il tarixli 239k nömrəli əmr (ll cild.səh.49), Cavabdeh "xxxx” MMC-nin "Təbriz xxxx” klinikasında baş həkim vəzifəsinə keçirilməsi elektron informasiya sistemində qeydiyyata alınmasına dair Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair xx.xx.2016-cı il tarixli, 30ZB5H8000103 nömrəli məlumatı (ıı cild.səh.52), "Təbriz xxxx” Tibb Mərkəzi tərəfindən verilmiş işçilərin əmək haqlarının ödəniş cədvəli (ıı.cild.səh.72), X19 “xxxx” MMC klinikasının direktoru vəzifəsinə təyin edilməsinə dair "Təbriz xxxx” Tibb Mərkəzinin xx.xx.2016-cı il tarixli 279-k nömrəli əmr (ll cild.səh.89), işdən azad olma və əmək müqaviləsinin ləğv edilməsi haqqında "Təbriz xxxx” Tibb Mərkəzinin 11.11 2016-cı il tarixli 291-k nömrəli əmr (ll cild.səh.106), «xxxx” MMC-nin direktoru X3 ilə Qasım Çapari arasında bağlanmış xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya ("xxxx” MMC-nin direktoru X2 borcunun əvəzinə Qasım Çapari 420000 ABŞ dolları məbləğində maliyyə yatırımı etməklə, əvəzində "xxxx” MMC-nin 75,5 faiz payını və ona məxsus avadanlıqları alır və qeyd olunan cəmiyyətin 75,5 faizinin təsisçisi olur) dair müqavilə (ll cild.səh.197), "xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC-nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx " MMC-nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "xxxx" MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, "xxxx" MMCnə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMC-nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlərin xx.xx.2016-cı il tarixdə Qasım Çapariyə təhvil verilməsinə dair «xxxx” MMC-nin direktoru X3 və Qasım Çapari tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2016-cı il tarixli təhvil-təslim aktı (səh.196) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia İlkin iddia üzrə iddiaçı "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-nin ilkin iddia üzrə Cavabdeh qarşı ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-yə qarşı qarşılıqlı iddiası qismən təmin edilərək 1530 manat məbləğində maddi zərər ziyan və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, dövlət rüsumunun 15 (on beş) manat hissəsi qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi almadığı əmək haqqı və işdən azad edilərkən aldığı əmək haqqına uyğun son haqq-hesab qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC tərəfindən hesablanmaqla qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödəniməsi, Cavabdeh məxsus əmək kitabçası "İddiaçı” (Bakı Tehran Klinikası) MMC tərəfindən ona qaytarılması, qarşılıqlı iddianın qalan hissələrdə təmin edilməməsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin cavabdeh "İddiaçı” (Bakı Tehran Klinikası) MMC-yə qarşı "əmlak” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.Qətnamədə Mülki Məcəllənin 372, 373, 375; Mülki Prosesual Məcəllənin 14, 217, 106.1, 80, 82, 218.3; Əmək Məcəlləsinin 63, 68, 77, 83, 84, 85, 83, 154, 172, 296.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi əmlakların iddia etdiyi sayda və qiymətdə, eləcə də onların özünün mülkiyyətində olduğunu sübut edilməsidir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Başqa sözlə, işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlarıntəqdimolunmasıiddiaçınınbirbaşavəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, "İddiaçı” MMC direktorunun timsalında hazırki iddianı qaldırsa da, hazırda həmin MMC-nin 50 faizi İ.Həsənovun və qalan 50 faizi isə İran İslam Respublikası vətəndaşları olan X2, X22, X6, X12, X15, X8 adlarına olmasına baxmayaraq xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən Moeinifard SeyedmohammadMirvalioNahın, Javidfar Nasrin həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx " MMC-nin Nizamnaməsi, "xxxx" MMCnin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMC-nin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMCnin VÖEN-i, "xxxx" MMC-nin möhürü, "xxxx “ MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “xxxx" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMCnin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənləri Qasım Çapariyə təhvil vermişlər. İlk iddiaçı tərəf qeyd edilən xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə və eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktının ləğv edilməsini və ya bu sənədlərin həqiqətə uyğun olmayaraq reallığı əks etdirməməsini təkzib edən heç bir sübut təqdim etməmişdirişin materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari tələbində İddiaçı MMC-nin icraçı direktoru X19 özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-nin əmlakını və direktor səlahiyyətlərini mənimsəməsini, hansı yollarlasa “xxxx” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı ildə İddiaçı MMC-ni yaradaraq Vergilər Nazirliyində qeydiyyatdan keçirməyə nail olmasını, eyni zamanda ona məxsus payların 18,5 %-ni İran İslam Respublikası vətəndaşları olan X2 adına, 5%-ni X22, 8,5 %-ni X6, 2%-ni X12, 3%-ni X15, 13 %-ni X8 adlarına, 50%-ni isə öz adına sənədləşdirərək Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya Qurumunun Dövlət Reyestrindən çıxarış almasını göstərsə də, bu halların qanuniliyini mübahisələndirməmişdir. İşin bu halı məhkəməyə Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında BVD-nin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın qanuni əsaslarla verilməsi qənaətinə gəlməsinə əsas verir və məhkəmə 3-cü şəxsin tələbinin qanuniliyinə sözügedən çıxarışın məzmunu baxımından da hüquqi qiymət verilməsini zəruri sayırBelə ki, xx.xx.2016-cı il tarixli qarşılıqlı razılaşmaya dair müqavilə bağlanarkən X2, Javidfar Nasrin həmin MMC-nin təsisçiləri olaraq müqavilədə, eləcə də xx.xx.2016-cı il tarixli təhvil-təslim aktında ("xxxx" MMC-nin Nizamnaməsi, "xxxx" MMC- nin Nizamnaməsinə edilən dəyişiklik, "xxxx" MMCnin Dövlət Reyestrindən çıxarışı, "xxxx" MMC- nin VÖEN-i, "xxxx" MMC-nin möhürü, “xxxx” MMC-nin tibbi fəaliyyət göstərə bilməsi üçün Lisenziyası, “xxxx" MMC-nə məxsus ASAN İmza 01 (bir) ((050) 229 40 41) ədəd, "xxxx" MMC- nin klinikasının maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyənin istifadə təyinatı və "xxxx" MMC-nin nizamnaməsində direktora aid olan bütün səlahiyyətlər) göstərilənlərin Qasım Çapariyə təhvil verilməsi ilk baxışdan iddia olunan əmlakların həqiqətən də 3-cü şəxsə aid olması anlamına gəlməsinə əsas verir. Lakin bu halın mövcudluğuna baxmayaraq məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari hazırki tələblə bağlı iddia müddətini buraxmışdırMəhkəmə, üçüncü şəxsin nümayəndəsinin “Kasım Çaparinin hüquqlarının pozulduğunuy bilməsi anının İddiaçı MMC öz nizamnaməsini xx xxxxxx 2016-cı il tarixdə qəbul etməsi və Vergilər Nazirliyində qeydiyyatdan keçirməsini həmin vaxt bilməsi, bununla da iddia müddətinin axımının məhz göstərilən tarixdən hesablanması” kimi əsaslandırması ilə razılaşmır. Belə ki, əvvəla Kasım Çapari bu faktı təsdiq edən heç bir mötəbər sübut növü təqdim etməmişdir. Həmçinin də yuxarıda qeyd olunduğu kimi, Kasım Çapari qeyd olunan halların qanuniliyini mübahisələndirməmişdirMəhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı məhkəmə iclasında əsəb gərginliyi, psixoloji sarsıntı keçirdiyini bildirsə də, bunun nədə ifadə olunmasını, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində də rədd edilməlidir. Həmçinin məhkəmə qarşılıqlı iddia tələbinin xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 23250 (iyirmi üç min iki yüz əlli) əmək haqqının tələbinə dair hissəsi üzrə hesab edir ki, iddia bu hissədə də qismən əsaslıdır. Belə ki, işin materiallarında qarşılıqlı iddiaçının da adı qeyd edilmiş 2016-cı ilin fevral ayından avqust ayına kimi əmək haqqı cədvəlləri olsa da, digər ayların, yəni sentyabr, oktyabr və noyabr aylarının əmək haqqı cədvəlləri cavabdeh tərəfindən (dəfələrlə təklif edilməsinə baxmayaraq) təqdim edilməmişdir. Halbuki, cavabdeh tərəf qarşılıqlı iddiaçının işlədiyi bütün aylar üçün əmək haqqını, hətta son-haqq hesabını da ödəmələrini, hətta əmək kitabçasını da verdiyini bildirmişdirMəhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini nəzərə alıb bu nəticəyə gəlir ki, qarşılıqlı iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbi pozulmuş, barəsində olan əmrdə düzəliş edilməsinə dair iddia qaldırmaqla məhkəməyə müraciət etmə müddətinə riayət etməmiş, müddətin üzrlü səbəbdən buraxılması təsdiq olunmamış və bunun səbəbli əlaqəsi olaraq iddia tələbi üzrə iddiaçının mübahisələndirdiyi hallara dair dəlillərini dəyərləndirməklə onun istinad etdiyi arqumentlərə tam həcmdə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Məhkəmə qarşılıqlı iddianın xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixinə kimi 9 ay 9 gün üzrə hər ay 2500 manat olmaqla 23250 manat ödənilməsinə dair tələbini də əsaslı saymır. Belə ki, qarşılıqlı iddiaçı onun aylıq əmək haqqının məhz 2500 manat olmasını məhkəmədə sübut edə bilməmiş, təqdim edilmiş əmək haqqı cədvəllərində isə onun hər ay imza edərək aldığı aylıq əmək haqqının 121,3 manat olması müəyyən edilmişdir. Məhkəmə həmçinin qarşılıqlı iddia tələbinin xidmətlər üzrə avqust-xx xxxxxx 2016-cı il tarixə kimi faizlər üzrə 10 000 manat, 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7 500 manatı hesablanmasına dair hissələrinin təmin edilməsini mümkün saymır. Belə ki, qarşılıqlı iddiaçı xidmətlər üzrə avqust-xx xxxxxx 2016-cı il tarixə kimi faizlər üzrə 10000 manatını həkim bonusu kimi qeyd etsə də, bu hesablamanın hansı meyarlar əsasında aparılmasını və onun belə bonusların verilməli olmasının razılaşdırılmasına dair işəgötürənlə aralarında hər hansı bir müqavilə şərtinin olmasını sübut edə bilməmişdir. Məhkəmə bununla bağlı müəssisənin külli miqdarda vergi borcu olması, vergi borcundan 12.000-13.000 manat vəsaiti və sosial borclardan isə 1000 manat Cavabdeh ödəməsi, həkim bonuslarının bir hissəsi direktorun göstərişi ilə Cavabdeh ödənilməsinə dair şahid X17 ifadəsinə qiymət verərək hesab edir ki, şahid ifadəsinin bu hissəsi heç bir digər sübut növləri ilə təsdiqini tapmadığından ifadəsinin bu hissəsini sübut növü kimi qiymətləndirmirHəmçinin işin materiallarından görünür ki, qarşılıqlı iddiaçı 3 aylıq müavinət üçün orta aylıq əmək haqqının məbləğində 7500 manat hesablanması tələbini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 63-cü maddəsinin 2-ci hissəsi, 68-ci maddəsinin "ç” bəndi, 77-ci maddəsinin 7-ci bəndi rəhbər tutulmaqla, həmin Məcəllənin 83, 84, 85-ci maddələrində nəzərdə tutulan qaydada rəsmiləşdirilməklə baş həkim vəzifəsindən azad olunmalı olması, bu zaman son haqq- hesab kəsilməklə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödənilməli olması ilə əsaslandırmışdır. Məhkəmə, qarşılıqlı iddia üzrə iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin tələbini pozaraq barəsində olan əmrdə düzəliş edilməsinə dair irəli sürdüyü iddia tələbinin əsassız olduğu üçün təmin olunmadığını nəzərə alaraq, iddia tələbinin 3 aylıq müavinət üçün orta aylıq əmək haqqı məbləğində 7500 manatın hesablanması hissəsinin də əsassız olması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bundan əlavə, işin araşdırılmış hallarından görünür ki, Cavabdeh əvvəlkiqarşılıqlı iddia tələblərində (dəqiqləşmə barədə ərizələrində) əmək kitabçasının geri qaytarılmasını tələb etsə də, sonuncu dəqiqləşmə ərizəsinin nəticə hissəsində bu hissə əksini tapmasa da, məzmununda əmək müqaviləsinə xitam edilməsi əsasında dəyişiklik edilməklə əmək kitabçasının ona verilməsi barədə qətnamə qəbul edilməli olmasını xüsusilə vurğulamışdır. Əmək müqaviləsinə xitam edilməsində dəyişiklik olunmasının mümkünsüzlüyünə məhkəmə artıq hüquqi qiymət verilməsini qeyd etməklə yanaşı həmçinin hesab edir ki, Cavabdeh məxsus əmək kitabçasının ona qaytarılmasını cavabdeh tərəf sübut edə bilmədiyi üçün həmin əmək kitabçasının ona qaytarılması da qət edilməlidir. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı (Bakı Tehran Klinikası) MMC apellyasiya şikayəti verərək, Səbail rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin tam həcmdə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarmağınızı xahiş etmişdir. Şikayətdə Mülki Prosesual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.4, 218.1, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh tərəfindən MMC-yə göndərilmiş xx.xx.2017-ci il tarixli pretenziya məktubunda tələb edilən əşyaların onda olması və İddiaçı MMC (“xxxx” MMC) ilə bağlı çəkilən bütün xərclər ona ödəniləcəyi təqdirdə həmin əşyaların qaytarılmasına etiraz etməyəcəyi göstərilmişdir. Bu isə birbaşa Cavabdeh iddianı qəbul etməsini sübut edir. Lakin sonradan məhkəmə iclaslarında Cavabdeh pretenziya məktubunda yazılanların həqiqətə uyğun olmadığını bildirmişdir. Həmin pretenziya məktubunun vəkil, bacarığı və savadı ilə tanınan Taleh İbrahimov tərəfindən Cavabdeh səlahiyyətli nümayəndəsi olaraq imza etməsini bildirəndən sonra sonuncu həmin əşyaların Kasım Çapariyə məxsus olduğunu bildirmişdir. Cavabdeh bu hərəkəti mülki məsuliyyətdən yayınmaq məqsədi daşısa da məhkəmə bu halı düzgün qiymətləndirməyərək əmlakların kimə məxsus olmasının müəyyən olunmadığı qənatinə gəlmişdir. Əslində isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən mötəbərlik baxımından digər sübutlardan üstün qiymətləndirilməli və qəbul edilməli idi. Məhkəmə əmlakların kimə məxsus olmasının müəyyən olunmadığı qənatinə gəlməsini Kasım Çapari ilə “xxxx” MMC (indiki İddiaçı MMC) arasında xx.xx.2016-cı il tarixdə “qarşılıqlı razılaşmaya dair” imzalamış müqavilə ilə əsaslandırmışdır. Həmin hissədə qeyd edirik ki, Kasım Çapari “xxxx” MMC (indiki İddiaçı MMC) ilə xx.xx.2016-cı il tarixdə “qarşılıqlı razılaşmaya dair” müqavilə imzalamış, müqavilə üzrə nəzərdə tutulan 420000 ABŞ dolları məbləğində pul vəsaiti 40 gün ərzində Kasım Çapari tərəfindən MMC-yə yatırım edilməli idi. Hansı ki, müqavilə imzalanan vaxt təhvil-təslim aktı da imzalanaraq MMC-nin borclu olduğu şəxslərin siyahısı da Tərəflər tərəfindən imzalanaraq müqaviləyə əlavə olunmuşdur. Lakin müqavilə və təhvil-təslim aktı imzalansa da Kasım Çapari tərəfindən nəzərdə tutulan yatırım edilmədiyindən MMC- nin təsisiçisi X1 tərəfindən Kasım Çapari qanuni təmsilçilikdən çıxarılmış, həmçinin də ödəniş olmadığı üçün heç bir əmlak təhvil verilməmişdir. Həmin vaxt MMC-nin X21 icarə haqqı üçün külli miqdarda borcu olduğundan Seyedmohammad Moenifard öz təsis payının bir hissəsini İlqar Həsənova satmış və onu qanuni təmsilçi təyin etmişdir. Həm Cavabdeh həm də ki, Kasım Çaparinin iddia ərizəsi əsassız olmaqla yanaşı formal mülahizələrə əsaslanır ki, formal mülahizələrə əsasən iddianın təmin edilməsi isə Mülki Prosessual Qanunvericilikdə nəzərdə tutulmamışdır. Onların hər ikisi MMC-nin iddia tələbində iddia etdiyi əmlakları mənimsəmək məqsədilə ortaq hərəkət edərək hazırki iddialarını irəli sürmüşlər. Əgər həqiqətən də MMC-yə qarşı hər hansı tələbləri olsaydı MMC məhkəməyə müraciət etməmişdən qabaq onlar MMC-yə qarşı iddia irəli sürərdilər. Hansı ki, onların hər ikisinin iddia etdiyi məbləğ MMC-nin iddia tələbindən ən azı iki dəfə çoxdur. Üstəlikdə də ki, Kasım Çapari iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, , Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsinin Cavabdeh aid olan hissəsini ləğv etməklə, Cavabdeh iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Məhkəməmühasibatlıq ekspertizasının obyektiv rəyinin alınmasını və işə əlavə edilməsini təmin etməmişdir. Cavabdeh 65400 manat maddi ziyan dəymişdir. Həmin maddi ziyana aiddir: xxxx” MMC-in təsisçiləri Seyidməhəmməd Moeinifard və Kasım Çaparinın tapşırıqları əsasında vergi orqanlarına 12700 manat vergi borcunun ödənilməsi ilə bağlı verdiyi pul, ümumilikdə, onun “xxxx” MMC-yə (indiki İddiaçı MMC) məxsus "Təbriz-xxxx" Klinikasına, MMC-nin vergiləri, dövlət sosial sığorta haqqları və digər xərclərə görə ödədiyi pullar, çəkdiyi xərclər düşdüyü ziyan - klinikada baş həkim işlədiyi müddətdə (2016-cı ilin fevral-oktyabr aylarında) almadığı həkim bonusları təxminən 10.000 manat. Plastik qapı-pəncərə ustasına ödənilən xidmət haqqı - 1800 manat (təmir üçün), plastik qapı- pəncərə ustasına ödənilən əlavə pul - 300 manat (təmir üçün), klinikanın bayır giriş qapısının dəyişdirilməsi üçün - 200 manat (təmir üçün), klinikada elektrik işlərinin aparılması üçün - 1000 manat (təmir üçün), klinikada təmirlə bağlı kafel ustasına ödənilən pul - 1000 manat (təmir üçün), rəngsaza ödənilən məbləğ - 2000 manat (təmir üçün), mebel ustası - 500 manat (təmir üçün), söküntü işinə ödənilən pul - 500 manat (təmir üçün), kərpic, qum, sement alınması üçün - 300 manat (təmir üçün), fəhlələrə ödənilən gündəlik əl haqqının cəmisi - 1000 manat (təmir üçün), "166 daşıma xidməti” və fəhləsinə ödənilən pul - 500 manat, server sisteminin yerdəyişməsi üçün -1500 manat, kondisionerlərin sökülməsi və yenidən frionlaşdırıİması və bərpası üçün - 400 manat (təmir üçür . klinikadan daşınan əşyaların yerləşdiyi ünvanın icarə haqqı (aylıq 300 manat) - 11 ay 3300 manat, vergi borcunun ödənilməsi (öz şəxsi məbləği) - 9700 manat, məcburi dövlət sosial sığorta haqqının ödənilməsi üçün - 1000 manat, həkim bonusu üçün öncədən verilən məbləğ - 3000 ABŞ dolları, həkimlər üçün öncədən ödənilən marketinq - 2000 manat, 8 aylıq həkim əmək haqqı (aylıq 2500 manat) - 20000 manat, cəmisi 65400 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş sənədlərlə, baş mühasibin ifadəsi və digər sübutlarla bu hal tam təsdiqini tapmışdır. Həmçinin ‘İddiaçı” MMC tərəfindən Cavabdeh Allahverdı qızına qarşı olan qanunsuz hərəkətlər nəticəsində və baş həkim vəzifəsindən zor tətbiq edilərək hədə-qorxu gəlinərək işdən çıxarılması və ona göndərilən əsassız böhtan xarakterli pretenziya məktubu nəticəsində əsəb sarsıntı keçirmiş, 50.000 (əlli min) manat məbləğində mənəvi zərər dəymişdir. 2.ilkin iddia üzrə İddiaçı MMC-nin direktoru vəzifəsini mənimsəyən X9 Sevinc Allahverdı qızına qarşı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin”ç” bəndinə əsasən 291-k Ns-li xx xxxxxx 2016-ci il tarixli əmrlə “xx xxxxxx 2016-cı il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilsin” məzmununda əmr verməkdə səlahiyyətli olmamış və eyni zamanda Cavabdeh 70-ci maddəsnin “ç” bəndində sadalanan hansı hallara görə vəzifədən azad olunmağını göstərməmişdir Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin əmrin məzmunundan görünür ki, bu normalarna əməl edilməmişdir 'İddiaçı” MMC Cavabdeh ilə əmək müqaviləsinə xitam edərkən nəinki əmri, heç əmək kitabçasını da Cavabdeh təqdim etməmişdir. Bu səbəbdən də Cavabdeh işdən azad edilərkən əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin hansı maddəsi ilə verildiyindən xəbəri olmamış və bu halı bilməmişdir. Məhkəmə baxışı zamanı bu əmrdən xəbəri olmuşdur. Belə olan halda iddia müddəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1 -ci maddəsi tətbiq edilməli idi. Lakin Səbail Rayon Məhkəməsi qərəzli olaraq iddia müddətinin ötürülməsini əsas gətirərək iddianı təmin etməmişdir Müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çapari apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli, qətnaməsinin müstəqil tələblər irəli sürən üçüncü şəxs Kasım Çapariyə aid olan hissəsini ləğv etməklə, Kasım Çaparinin iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Mülki Məcəllənin 377.1, 382; Mülki Prosesual Məcəllənin 76, 77, 89.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, vəsatətlə rəsmi olaraq müraciət edərək İddiaçı MMCnin Cavabdeh “özgəsinin qanunsuz sahibliyində olan əmlakın geri qaytarılması, əmlak olmadığı təqdirdə pulun tutulması” tələbinə iddia ərizəsini verməkdə subyektiv hüquqlara malik olmadığını, İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlakların Kasım Çaparinin mülkiyyətində olmasını, İddiaçı MMC-nin qanunsuz olaraq onun direktor olduğu “xxxx” MMC-nin hüquqi varisi kimi yaradılmasını, X19 heç vaxt “xxxx” MMC-in direktoru olmamasını, özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-in əmlakını və direktor səlahiyyətlərini mənimsədiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, “xxxx” MMC-in təsisçisi X13 Çapari “xxxx” MMC-də işləyərkən xx xxxx 2016-cı il tarixli təhvil təslim aktı ilə “xxxx” MMC- nin nizamnaməsini, nizamnaməyə edilən dəyişikliyi, “xxxx” MMC-nin dövlət reyestrindən çıxarışını, “xxxx” MMC-nin VÖEN-ni, “xxxx” MMC-nin möhürünü, tibbi fəaliyyət göstərə bilməsi üçün lisenziyanı, “xxxx” MMC-yə məxsus ASAN imzanı (***-***-**-**), “xxxx” MMC-nin klinikasına olan maliyyə gəlirlərinə nəzarət və direktorun razılığı olmadan maliyyənin istifadə təyinatının aparılmamasını və nizamnaməsində direktora aid olan bütün səlahiyyətlərin ona verildiyini və akt hər iki tərəfdən imzalandığını qeyd etmişdir. Eyni zamanda x xxxx 2016-cı ildə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən “xxxx” MMC-nin klinikasının direktoru Seyidmohəmməd Moenifard, onun həyat yoldaşı Nəsrin Cavidfər və Məxdumi Hosein və Kasım Çapari tərəfindən qarşılıqlı razılaşmaya dair müqavilə imzalanmış, müqaviləyə əsasən tibbi və qeyri-tibbi avadanlıqlar Kasım Çapariyə satılmışdır. Həmin siyahı müqaviləyə əlavə edilmişdir. Rəsmi sənədlərlə Kasım Çapari “xxxx” MMC-nin rəsmi təsisçisi və təmsilçisi olmuşdur. Direktor işləyərkən onun təşəbbüsülə, klinikada həkim pediatr işləyən Cavabdeh öz ərizəsinə əsasən xx xxxxxx 2016-ci il tarixli, 239 Nsli əmrlə “xxxx” MMC-nin “Təbriz xxxx” klinikasında xx.xx.2016-cı il tarixindən baş həkim vəzifəsinə təyin edilmişdir. “xxxx” MMC-nin direktoru kimi Kasım Çapari müəyyən işlərin görülməsi, təmir işlərinin aparılması, vergi borclarının ödənilməsinin təmin edilməsini, müəssisənin gəlirlə işləməsinə köməklik göstərməsini baş həkim Cavabdeh həvalə edib, 2016-cı ilin oktyabrın 15-dən sonra Türkiyə Respublikasına getmişdir. X28 Respublikasına getdikdən sonra X24 “xxxx” MMC- nin tam pay sahibi Kasım Çapari olmasına baxmayaraq qanunsuz olaraq 279 NQ-İİ, xx.xx.2016-cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmiş və qanunsuz olaraq Cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 291-k NQ-İİ əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad etmiş və Kasım Çaparinin hüquqlarını qanunsuz mənimsəyərək məhdudlaşdırmışdır. İddia tələbi ilə bağlı yaranmış zərurətə görə mübahisənin obyektiv həll olunması məqsədi ilə Kasım Çaparinin müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində məhkəməyə cəlb olunmağı barədə qərardad çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə isə rəsmi olaraq iddia ərizəsini məhkəməyə təqdim etmişdir. İddia ərizəsində İddiaçı” MMC-nin (Bakı Tehran Klinikası) Cavabdeh qarşı əmlak tələbi əsassız olduğundan rədd edilməsi və təqdim etdiyi Dövlət Reyestrindən xx.xx.2016-cı il tarixli, **********8409 N°-li, xx.xx.2016-Cİ il tarixli **********55300 NQ-İİ çıxarışların surəti, qarşılıqlı razılaşmaya dair x xxxx 2016-ci il tarixli müqavilənin və ona əlavə olunmuş əmlakın siyahısının surəti, təhvil təslim aktının surətiindən ibarət sübutlar əlavə etmişdir. Kasım Çapari isə 2016-cı ilin oktyabrın 18-də Türkiyəyə getmişdir. X28 Respublikasına getdikdən sonra X14 Çaparinin “xxxx” MMC-nin tam pay sahibi, təmsilçisi və direktoru olmasına baxmayaraq qanunsuz olaraq 279 Na-li, xx.xx.2016-cı il tarixli əmrlə direktor vəzifəsini ələ keçirmişdir. İddiaçı MMC iddia ərizəsində göstərdiyi əmlak və onun balansında olan başqa əmlaklar Kasım Çaparinin mülkiyyətində olmuşdur. Eyni zamanda İddiaçı MMC qanunsuz olaraq Kasım Çaparinin direktor olduğu “xxxx” MMC-nin hüquqi varisi kimi yaradılmışdır. X24 heç vaxt “xxxx” MMC-in direktoru olmamışdır. O, özbaşına olaraq başqa şəxslərlə birlikdə “xxxx” MMC-in əmlakını və direktor səlahiyyətlərini mənimsəmişdir. İddiaçı MMC-nin direktoru X24 hansı yollarlasa “xxxx” MMC-nin adının dəyişdirilməsi ilə əlaqədar xx xxxxxx 2016-cı ildə İddiaçı MMC yaradılması barədə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı Vergilər X7 Şəxslərinin Dövlət Qeydiyyatı İdarəsində ********** NQ ilə qeydiyyatdan keçirməyə nail olmuşdur. Göründüyü kimi İddiaçı MMC öz nizamnaməsini xx xxxxxx 2016-cı il tarixdə qəbul etmiş və Vergilər Nazirliyində qeydiyyatdan keçirmişdir. Bundan sonra Kasım Çapari hüquqlarının pozulduğunu bilmişdir. İddia müddətinin axımı isə məhz xx xxxxxx 2016-cı il tarixdən hesablanır. Çünki Mülki Məcəllənin 377.2-ci maddəsinin tələbində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Deməli, iddia müddətinin axımı xx xxxxxx 2016-cı il tarixdən başlanır və xx xxxxxx 2019-cu il tarixdə bitir. Kasım Çapari isə rəsmi olaraq xx xxxxxxxx 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsinə müstəqil tələblər irəli sürən şəxs kimi tanınması barədə vəsatətlə müraciət etmiş, rəsmi olaraq iddia ərizəsini isə xx xxxxxx 2019-cu il tarixdə hazırlayıb məhkəməyə təqdim etmişdir. Hazırki tələb üzrə iddia müddəti xx xxxxxx 2016-cı il tarixdən, yəni İddiaçı MMC- nin öz nizamnaməsini qəbul etdiyi və Vergilər Nazirliyində qeydiyyatdan keçirdiyi vaxtdan hesablanır. Qanunvericiliyə uyğun olaraq iddia müddəti üzrə üç il müddət isə tamam olmadan 2019-cu il 30 sentyabr məhkəmə iclasında müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi ərizə vermiş, xx xxxxxx 2019-cu il tarixdə isə rəsmi olaraq iddia ərizəsi ilə müraciət etmişdir. Belə olan halda isə müqavilə tələbləri üzrə iddia müddəti keçməmişdir. X25 Türkiyə vətəndaşı olduğundan mütəmadi olaraq Türkiyəyə gedib-gəlmişdir. xx xxx 2017-ci il tarixdə isə Türkiyədən Azərbaycan Respublikasına gələn zaman Bakı aeroportunda ölkəyə buraxılmamış və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ölkəyə gəlişinə qadağa qoyulduğunu, yəni deport olunduğunu bildirib Türkiyəyə geri qaytarılmışdır. Sənədlərin, müqavilələrin də çox hissəsinin Bakıda qalması səbəbindən Kasım Çapari hazırki tələb üzrə hüquqlarını dərhal müdafiə edə və iddia qaldıra bilməmişdir. Kasım Çaparinin üzərinə qoyulmuş deportasiya götürüldükdən sonra xx xxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmiş və öz pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı xx xxxxxxxx 2019-cu il tarixdə əmlak tələbi ilə bağlı məhkəmə iclasında vəsatət vermiş və məhkəmə iclasında özü şəxsən iştirak etmişdir. İddia ərizəsi də hazırlanmış və xx xxxxxx 2019-cu il tarixdə rəsmi olaraq məhkəməyə verilmişdir. Məhkəməyə dərhal iddia verilməməsinin üzürlü səbəbini bildirsək də, məhkəmə bu üzürlü səbəbi də nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı” (Bakı Tehran Klinikası) MMC-nin nümayəndəsi vəkil X5 apellyasiya şikayətini müdafiə edərək, Kasım Çaparinin təmsilçi olduğunu, İlqar Həsənovun isə hazırda direktor olduğunu, onun Cavabdeh ilə aralarında mübahisə olduğunu, əmlakların və ya dəyərini tələb etdiklərini, qarşı tərəfin əmlakın onlarda olduğunu pretenziya məktubuna cavabda etiraf etdiyini və cinayət təqibi ilə bağlı cavabdehə qarşı hüquq-mühafizə orqanlarına müraciətləri nəticə verməsədə tələbin delikt əsasında irəli sürdüklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdehlər Cavabdeh vəkili, etibarnamə üzrə nümayəndəsi və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin vəkili X20 apellyasiya şikayətlərini müdafiə edərək, Cavabdeh ilə Kasım Çaparinin arasında əmlak mübahiəsinin olmadığını, onların iddiaları arasında ziddiyyət olmadığını, birinci instansiya məhkəməsinin qərarı ilə qismən razı olduqlarını, Kasım Çaparinin təmsilçi kimi Cavabdeh baş həkim təyin etdiyini, əmlakın Kasım Çapariyə aid olduğunu, o, gedərkən tibbi avadanlıqları müəssisədə qoyub getdiyini, Cavabdeh işinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə işdən çıxarılmasına etiraz etdiklərini və ona barəsində cinayət işinin başlanmasının rədd edildiyini bildirmişdir. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətlərinin dəlillərinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10, 68, 70-ci maddəsinin “c”, 71, 72, 77, 172, 292, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 87-93, 372-388, 1096-1099, 1114-1115; Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətləri əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir. Qeyd edilməlidir ki, tərəflərin münasibətləri məhdud məsuliyyətli cəmiyyətin fəaliyyəti və cəmiyyətin fəaliyyəti müstəvisində mövcud ola bilən əmək münasibətləri üzrə hüquqi tənzimlənməsi baxımından təfsir edilməli olmalı olduğu halda tərəflər qarşılıqlı münasibətlərin təməl mahiyyətinə dair sübut etmə vəzifələrinə müvafiq sübutedici dəlillər təqdim etməmişlər. Diqqətə çatdırılmalıdır ki, məhkəmə tətəflərin irəli sürdükləri tələb həddində işə baxmalı və apellyasiya icraatı həddində tələblərin dəyişdirilməsi (dəqiqləşdirilməsi) mümkünlüyü prosessual məhdudiyyətlərlə əhatə edildiyindən məhkəmə kollegiyası tələbin formalaşması üzrə tərəflərin müvafiq hüquqlarının həyata keçirilməsində yardımçı ola bilməmişdir. İddialar üzrə tələblərin əsaslı olmasının müəyyən edilməsi üçün iddiaçı, cavabdeh və üçüncü şəxs arasında vəzifə səlahiyyətləri, maddi məsuliyyət üzrə əmlak və hüquqların verilməsi, təhvil-təslimi və cəmiyyətdə pul-əşya dövriyyəsinə dair digər rəsmi sənədlər təqdim edilməli olduğu halda bunlar müzakirəyə təqdim edilməmişdir. Cavabdehin qarşılıqlı iddiası üzrə təmin edilən hissə istisna olmaqla, təmin edilməyən zərər hissədə də qeyd edilən istinadlar sübuta yetirilmir. İşəgötürən tərəfindən verilən əmrin dəyişdirilməsi hissəsində isə qeyd edilməlidir ki, səlahiyyət və dispozitiv imkan daxilində ümumiyyətlə məhkəmə tərəfindən həll edilən məsələ deyildir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı ekspertiza təyin edilməsinə baxmayaraq sənədlərin təqdim edilməməsi əsasında onun aparılmasından imtina edilmişdir. Birinci instansiya məhkəməsinin sübutedici və iddia müüdətinin ötməsi əsası ilə iddia tələblərinin rədd olunan hissələrinə dair qeyd edilməlidir ki, artıq sübutedici əsasın olmaması müddətin ötməsinə qiymət verilməsini istisna edir. Bu hal qərarın (dəyişdirilməsi üçün əsas deyil) nəticəsinə təsir göstərməsədə mümkün münasibətlərdə preyudisiyal əhəmiyyət daşımamalıdır. Tərəflərə izah edilməlidir ki, hazırki mülki icraat həddində sübuta aid olan tələblərin təmin edilməməsi əsasında iddiaların rədd edilməsi digər əsaslandırılmış tələblər üzrə mülki (kommersiya) icraatı və ya cinayət təqibi həddində araşdırılma aparılmasını istisna etmir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402-406cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı” (Bakı Tehran Klinikası) MMC, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Kasım Çaparinin apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-35/2020 saylı işi üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar