Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1978/2020 17.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: İkram Sabir oğlu Şirinov və X9 ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, Cavabdeh X2 vəkili və nümyəndəsi X6, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər 16 nömrəli X5 Trestinə, Cavabdeh2 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsindən cavabdeh X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, 16 nömrəli X5 Tresti, Cavabdeh2 və X1 xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 1708877,35 manat əsas borc, 695894,36 manat faiz borcu, 268346,42 manat cərimə borcu olmaqla, cəmi 2673118,13 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, 1 manat xidmət haqqının tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 6-cı mərtəbəsində 255.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 78 saylı ofisə X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5 ünvanda istifadədə olan 3 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinə ilkin satış qiyməti təyin edilməklə açıq hərracdan satıldıqdan sonra cavabdehlərin 1 ay ərzində həmin yaşayış sahələrindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: 16 nömrəli X5 Trestinə xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən illik 20% olmaqla, ******* manat kredit verilmişdir. Həmin müqavilənin təminatı kimi Bank ilə 16 nömrəli X5 Trestinin direktoru fiziki şəxs Cavabdeh2 arasında xx.xx.2011-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bundan əlavə, xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Nobel prospektində istifadədə olan 2,468 ha torpaq sahəsində yerləşən 23 saylı binanın 6-cı mərtəbəsində 255.6 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi 78 saylı ofis ipoteka predmeti kimi Banka təqdim edilmiş və bu barədə ipoteka müqaviləsi bağlanmışdır. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Lakin cavabdeh bank qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyindən Banka borcu yaranmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təminedilmiş, cavabdeh 16 nömrəli X5 Trestindən 1.400.000 manat əsas borc, 182.202,17 manat faiz borcu, 100.000 manat cərimə borcu olmaqla, cəmi 1.682.202,17 manat pulun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, tələbin ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsinin təmin edilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh X2 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh X7 ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Cavabdeh X2 apellyasiya şikayəti belə əsaslandırılmışdır: xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinəxx xxxxxx 2012-ci il tarixli 1 saylı Əlavə;xx xxxxxxx 2012-ci il tarixli 2 saylı Əlavə; xx xxxxxx 2012-ci il tarixli 3 saylı Əlavə; xx xxxx 2013-cü il tarixli 4 saylı Əlavə olmuşdur. Lakin qeyd edilən kredit xətti müqaviləsinə Əlavələrin bağlanmasından məlumatı olmamış, tərəfindən imza edilməmişdir. Halbuki xx xxxx 2011-ci il tarixli ipoteka müqaviləsinin tərəfi kimi onun da xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsinə 1 saylı, 2 saylı, 3 saylı, 4 saylı Əlavələrin bağlanmasında razılığı alınmalı idi. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi xx xxxx 2011-ci il tarixli kredit xətti müqaviləsi üzrə 500.000 manat məbləğində 24 ay müddətinə verilən kredit xəttinin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi ipotekaya qoyulmuşdur. Sonradan kredit xətti müqaviləsinə Əlavələrə əsasən 16 saylı İİTT-yə ayrılmış 500.000 manat məbləğində bərpa olunan kredit xəttinin əsas borc üzrə məbləği 1.400.000 manata çatdırılmışdır. Əlavələr üzrə artırılmış 1.400.000 manat məbləğində borc məbləğinin təminatı kimi əmlakın ipoteka ilə yüklü edilməsi üçün onun razılığı alınmamışdır.Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, l-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi, İddiaçı ASC-nin rəsmi razılığı ərizəsi (məktubu) əsasında ipoteka yüklülüyündən azad edilmiş və həmin əmlakın üzərində hər hansı bir yüklülüyün olmaması barədə DƏDRX-dən xx xxxxxx 2011-ci il tarixli arayış verilmişdir. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi, ipoteka saxlayan İddiaçı ASC-nin rəsmi razılıq ərizəsi əsasında tam qanuni olaraq ipotekadan azad edilmiş və həmin əmlak üzrə ipotekaya xitam verilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi işin bu halını ümumiyyətlə araşdırmamışdır. Həmin yaşayış sahəsi satılmış, xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 mülkiyyətinə keçmişdir. Əmlak özgəninkiləşdirilən zaman ipoteka ilə yüklü edilməmişdir. Belə ki, İddiaçı ASC və 16 nömrəli İnşaat İstehsalatTəsərrüfat Tresti arasında bağlanmış xx xxxx 2011-ci il tarixli kredit müqaviləsinin 5.5-ci bəndinə əsasən kredit xətti vəsaitindən istifadə müddəti xx xxxx 2013-cü il tarixində bitməsi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq, yəni müddət bitdikdən sonra xx xxxxxx 2013-cü il tarixində əmlakı özgəninkiləşdirmişdir.xx xxxxxx 2013-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. xx xxxxxx 2016-cı il tarixində iddiaçıya yazılı şəkildə məktub ünvanlayaraq ipoteka predmetinin İddiaçı tərəfindən ipotekadan azad edildiyi bildirilmişdir. Həmin məktub iddiaçıya çatdırılmışdır. Bu barədə poçt qəbzləri mövcuddur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 vəkili və nümayəndəsi X11 apellyasiya şikayətini müdafiə edərək ona uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, bank mənzilin ipotekadan azad olunması və satılması barədə məlumatlı olmasına baxmayaraq təmsil etdiyi şəxsə qarşı əsassız iddia irəli sürmüşdür. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iştirakçılar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları bunlardır: İddiaçı ASC ilə 16 nömrəli X5 Tresti arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən illik 20% olmaqla 500 000 manat kredit xətti açılmışdır. Həmin müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi məqsədi ilə eyni tarixli zaminlik və ipoteka müqavilələri bağlanmışdır. xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Daha sonra xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə xx xxxxxx 2012-ci il tarixli 1 saylı,xx xxxxxxx 2012-ci il tarixli 2 saylı, xx xxxxxx 2012-ci il tarixli 3 saylı, xx xxxx 2013-cü il tarixli 4 saylı Əlavələr olmuşdur və əlavələrlə verilmiş kreditin məbləği 1.400.000 manata çatdırılmışdır. xx.xx.2012-ci il tarixli 1 saylı əlavəyə əsasən 16 saylı İİTT-yə ayrılmış 500.000 manat məbləğində bərpa olunan kredit xəttinin xx.xx.2012-ci il tarixinə əsas borc üzrə 500.000 manat qalıq məbləği 150.000 manat artırılaraq 650.000 manata çatdırılmış, xx.xx.2012-ci il tarixli 2 saylı əlavəyə əsasən650.000 manat qalıq məbləği 250.000 manat artırılaraq 900.000 manata çatdırılmış, xx.xx.2012-ci il tarixli 3 saylı əlavəyə əsasən900.000 manat qalıq məbləği 500.000 manat artırılaraq, 1.400.000 manata çatdırılmışdır. Həmçinin əlavələrə uyğun olaraq, kredit müqaviləsinin müddəti 12 ay müddətinə uzadılmışdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6. maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini rəhbər tutaraq qeyd edir ki, məhkəmə kollegiyası qətnaməni mübahisələndirilən hissədə, X3 aid hissədə yoxlayır. Cavabdeh X7 qətnaməni tutmanın ona məxsus olmuş ipoteka predmetinə yönəldilməsi hissəsində mübahisələndirir. Cavabdehin dəlili ondan ibarətdir ki, ipoteka predmeti olmuş əmlakını xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə sonrakı əlavələrə görə yüklü edilməsinə razılıq verməmiş, həmin əmlak yalnız xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə yüklü edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan məhkəmə iddia tələbini X3 münasibətdə təmin etməkdə haqlı olmamışdır. Çünki həmin tələbinin X3 məxsus olmuş yaşayış sahəsinə yönəlməsinin qanuni əsası yoxdur. Əvvəla, İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, X3 məxsus olmuş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evi xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilə üzrə borc alan 16 nömrəli X5 Tresti 24 ay müddətinə illik 20 % olmaqla 500 000 manat borcun qaytarılması öhdəliyini götürmüşdür. Həmin kredit müqaviləsinə sonrakı əlavələrlə kreditin məbləği artırılmış və ödənilmə müddəti uzadılmışdır. Lakin qeyd olunan dəyişikliklərlə bağlı ipoteka qoyanın razılığı alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında deyilir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il 24 dekabr tarixli Qərarında göstərilmişdir ki, öhdəlik hüququnda müqavilənin standart şərtlərinə dair normalarda şəffaflıq prinsipinin tərkib hissəsi kimi müəyyənlik prinsipi (tələbi) mövcuddur. Həmin prinsipə əsasən müqavilənin standart şərtlərində dispozisiya şərtləri və hüquqi nəticələr elə dəqiqliklə təsvir olunmalıdır ki, bu zaman bir tərəfdən müqavilənin standart şərtlərinin istifadəçisi üçün əsaslandırılmamış heç bir qiymətləndirmə azadlığı imkanları yaranmasın, digər tərəfdən isə müqavilə tərəfin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquqlarını müəyyənləşdirə bilməsi (onun bu hüquqları həyata keçirməsinin qarşısının alınmaması üçün) mümkün olsun. Müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir (Mülki Məcəllənin 419.1, 419.2 və 420.1.2-ci maddələri). Bu göstərişlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsinin əsas şərtləri aydın müəyyən olunmalıdır. İpoteka qoyanın imzaladığı kredit xətti müqaviləsində kreditin məbləğinin artırılması, borcun ödənilmə müddətinin uzadılması ilə bağlı göstərişlər olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarının qərar verdi hissəsinin 3-cü bəndinə əsasən zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, kredit xətti müqaviləsində kreditin məbləğinin artırılması, borcun ödənilmə müddətinin uzadılması göstərilməmişdirsə, sonradan bağlanan əlavə müqavilələr üzrə də zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı bankın özünün müraciəti əsasında ipotekadan azad edilmiş və bundan sonra X7 ilə X10 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlak sonuncuya satılmış, onun adına xüsusi mülkiyyət hüququna dair çıxarış verilmişdir. Mülki işin materiallarında olan alqı-satqı müqaviləsi üzrə notariat işinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 28.2.2013-cü il tarixli arayışdan görünür ki, həmin tarixlərdə mübahisəli əmlaka heç bir yüklülük qeydə alınmamışdır. Deməli, alqı-satqı həyata keçirilənə qədər yaşayış sahəsi artıq ipoteka ilə yüklülükdən azad edilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan aydın olur ki, mübahisəli əmlak İddiaçı ASC-nin xx.xx.2013-cü il tarixli müraciətinə əsasən ipotekadan azad edilmişdir. Lakin bu halın banka məlum olmasına baxmayaraq, əsassız olaraq ipotekadan azad edilmiş əmlaka tutmanın yönəldilməsi tələbi ilə çıxış etmişdir. İşin mübahisəsiz faktiki halı ondan ibarədir ki, həmin yaşayış sahəsi artıq cavabdeh X2 deyil, X4 mülkiyyətindədir. “İpoteka haqqında” qanunun 6.1. maddəsinə əsasən, ipoteka predmeti qanuna müvafiq olaraq ipoteka qoyanın mülkiyyətində olan daşınmaz əşya ola bilər. Həmin əmlak hazırda başqa şəxsin mülkiyyətindədir, mülkiyyətçi həmin əmlakı ipoteka ilə yüklü əldə etməmiş, alqı-satqının etibarsızlığı barədə tələb olmamışdır. Başqasının mülkiyyətində olan və ipoteka ilə yüklü edilməyən əmlaka tutmanın yönəldilməsinin qanuni əsası yoxdur. Məhkəmə kollegiyası mülkiyyət hüququnun müdafiəsi ilə bağlı aşağıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, tutmanın ipoteka predmeti olmayan, hazırda da cavabdeh qismində cəlb olunmayan başqa şəxsin mülkiyyətində olan əmlaka yönəldilməsi tələbi mülkiyyət hüququnun müdafiəsi ilə bir araya sığmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin152.5. maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmçinin, “İpoteka haqqında” qanunun 10-cu maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Tələbin ipoteka predmetinə yönəldilməsi üçün müqavilənin mövcudluğu kifayət etmir. Qanunda nəzərdə tutulan digər şərtlərlə yanaşı, ipoteka müqaviləsi dövlət qeydiyyatına da alınmalıdır. Lakin iş materiallarında həmin ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınmasına dair bildiriş mövcud deyil. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddia tələbi X3 aid hissədə təmin edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi tələbin ipoteka predmeti olan X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1 -ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5-də istifadədə olan 3 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin 800.000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunacaq məbləğ hesabına Ləğv prosesində olan İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra cavabdeh X2 1 ay ərzində həmin yaşayış sahəsindən çıxarılması hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-1978/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1978/2020
17.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver