Məhkəmə qərarları › İş №2(103)-1981/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1981/2024

26.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1981/2024 26.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1ə və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti təminat tədbirinin ləğv edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1ə və Cavabdeh2nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iş üzrə iddianı təmin etmə tədbirinin ləğv edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 nömrəli qərardadından iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehlər Qaya Qala MMC və Bakı şəhəri Cavabdeh1ə qarşı “söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 (indiki 62) Cavabdeh2 MMC-nin rəhbəri Sahib Cavadovun tikinti fəaliyyətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilin giriş dəhlizinin qəsdən qəzalı edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin müəyyən edilərək cavabdeh Sahib Cavadovdan tələb edilməsi, Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın “B” tikilişininyerləşdiyi torpaq sahəsinin altında və üstündə inşa edilən tikililərin qanunsuz hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Eyni zamanda İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən inşa edilən çoxmərtəbəli “çıxıntılı bina”dan, yerin sıfır səviyyəsindən hesablandıqda ikinci mərtəbəsindən başlayaraq, İddiaçı yaşadığı və mülkiyyətində olan “B” tikilisinin aynabəndinin və giriş dəhlizinin üzərinə olmaqla çıxarılan qanunsuz eni 2-3 metrə, uzunluğu 8-10 metrə çatan beton “üst tikilinin”, bina inşa edildikdə hər mərtəbə üzrə üst-üstə artırılaraq və ya daha da irəliyə çıxarılaraq inşa olunmasının qadağan edilməsini, mövcud tikili ilə yeni inşa edilən tikili arasında buraxılmalı olan ara məsafəsi boyunca, Təbriz 32 ünvanlı yaşayış və qeyri yaşayış tikililəri və “B” tikilisi ilə münasibətdə, cavabdeh S.Cavadovun rəhbəri olduğu, Cavabdeh2 MMC tərəfindən bu qaydalara riayət etmədən inşa edilən binanın qadağan zonasında inşasının davam etdirilməsinin dərhal dayandırılmasını xahiş etmişdir.

3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2254/2020 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilə münasibətdə ünvan 1 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılması Cavabdeh2 MMC-nə və digər şəxslərə qadağan edilmişdir.

4. İddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2254/2020 nömrəli qərardadından şikayət verərək İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 118,4 kv.m olan "B” tikilisinin sözügedən qərardada əlavə edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)- 2254/2020 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmiş, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılmasının Cavabdeh2 MMC-nə qadağan edilməsi, iddianı təmin etmə tədbirinə dair ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 189/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-10921/2021 nömrəli qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-189/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-3132/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)- 10921/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

9. 27.01.2022-ci il tarixində Nərimanov rayon İcra şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək 2(005)-2254/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə izah verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-1576/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. 22.11.2022-ci il tarixində Cavabdeh2 nümayəndəsi ərizə təqdim edərək, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda "Qaya Qala” MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh "Qaya Qala” MMC-nə qadağan edilməsinin ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

12. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2254/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadına əsasən, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda "Qaya Qala” MMC tərəfindən tikinti işlərinin aparılmasının cavabdeh "Qaya Qala” MMC-nə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsi qərara alınmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:

13. Həmin qərardaddan narazı qalan iddiaçının hüquqi varisi Nümayəndə şikayət və müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin bərpa edilməsini və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

14. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 189/2021 nömrəli, qərardadı ilə iddiaçının hüquqi varisi Nümayəndə tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)- 189/2021 saylı və xx.xx.2022-ci il tarixli 2(005)-189/2021 saylı qərardadlarından şikayət verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətlər üzürlü hesab edilərək bərpa edilmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda "Qaya Qala” MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh "Qaya Qala” MMC-nə qadağan edilmişdir. Həmin qadağa isə hazırda ləğv edilmişdir. Lakin şikayətə əlavə edilmiş hündürmərtəbəli binanın şəkillərindən də göründüyü kimi artıq bina tikilmişdir. Cavabdeh sözügedən qadağa mövcud ola-ola həmin qadağaya əməl etməmişdir. Qadağanın götürülməsi ilə cavabdeh öz əməllərinə bəraət qazandırmaq niyətindədir. Digər tərəfdən qadağanın götürülməsi ilə məhkəmə cavabdehə icazə verir ki, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 3 ünvanda tikinti işləri apa bilər. Lakin, bu ümumiyyətlə qanunvericilik baxımından digər şəxsin mülkiyyət hüquqlarının pozulması deməkdir. Bina tikilmişdirsə və həmin qadağaya da əməl edilməmişdirsə, qadağanın götürülməsində məqsəd yalnız növbəti tikinti işlərinin aparılmasına cavabdehə şərait yaradılması kimi başa düşülməkdədir. İş materaillarında olan ekspertizanın rəyinə görə tikililər arasında olan ara məsafəsinə dair qanunvericiliyin tələbləri pozulduğu müəyyən edilmişdir. Təbii ki, belə bir qərardad qəbul edilərkən məhkəmə bu hallara əhəmiyyət verməmişdir. Belə olan halda cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına qoyulmuş qadağanın götürülməsi nəticəsində sözügedən əmlaka ziyan dəyəcəyi qaçılmazdır. Bu halı məhkəmə tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Qadağanın götürülməsi ilə cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına şərait yaradılmışdır. Bu isə onsuzda qadağaya məhəl qoymayan tikinti şirkəti üçün hazırki hal mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Belə ki, cavabdeh artıq rahat şəkildə sözügedən mülkiyyətə qəsd edə bilər. Digər tərəfdən cavabdeh iddia edir ki, o, qadağaya əməl emişdir və apardığı tikinti işlərinin sözügedən əmlaka hər hansı bir aidiyyatı yoxdur. Belə olan halda cavabdehə nəyə görə lazımdır ki, həmin ünvanda tikinti işlərinin aparılması barədə qadağa götürülsün. Əgər bu qərardad onun hər hansı bir hüquq və mənafelərinə toxunmur və apardığı tikinti işlərinə aidiyyatı yoxdursa. Cavabdeh dolayı yolla hər hansı bir əşyanı götürmədən, bizim mülkiyyəti nümayişkəranə şəkildə məhv etmədən bunu ona etməyi qadağan edən qərardadın ləğv edilməsinə nail olmuşdur. Hesab edir ki, məhkəmə qeyd edilmiş maddi normaların tələblərini pozmuşdur. İş materiallarında olan ekspertizanın rəyinə görətikililər arasında olan ara məsafəsinə dair qanunvericiliyin tələbləri pozulduğu müəyyən edilmişdir. Başqa sözlə şəhərsalma və tikinti normaları pozulmuşdur. Lakin məhkəmə binada sakinlərin yaşadığını əsas gətirilərək tikilinin sökülməsi barədə iddia tələbini təmin etməmişdir. Qadağanın götürülməsi ilə cavabdeh öz əməllərinə bəraət qazandırmaq niyətindədir. İndi isə məhkəmə qadağanı götürərkən iddiaçı tərəfi məhkəmə müdafiəsiz buraxmışdır. Halbuki iddiaçı tərəfin hüquqlarının açıq aşkar pozulduğu göz önündədir və iddiaçı tərəf aparılacaq tikiniti işlərinin qarşısını onların sökülməsi iddiası ilə ala bilməyəkdir və məhkəmədə belə bir qərar qəbul etməyəcəkdir. Məhkəmə sözügedən qərardadı qəbul etməklə nəticə maddi normasını pozmuşdur. Cavabdeh iddia edir ki, o, qadağaya əməl etmişdir və apardığı tikinti işləri sözügedən əmlaka hər hansı bir aidiyyatı yoxdur. Belə olan halda cavabdehə nəyə görə lazımdır ki, həmin ünvanda tikinti işlərinin aparılması barədə qadağa götürülsün. Əgər bu qərardad onun hər hansı bir hüquq və mənafelərinə toxunmur və apardığı tikinti işlərinə aidiyyatı yoxdursa. Cavabdeh ərizə ilə məhkməyə müraciət edərkən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə qərardadı ləğv etməklə qeyd edilən prosessual normanın tələblərini pozmuşdur. İddiaçı hesab edir ki, onun bu ərizəyə baxılakən iştirakı təmin edilməli idi. Lakin qəbul edilmiş qərardaddan da göründüyü kimi onun iştirka edib-etməməsi məsələsinə aydınlıq gərilməmişdir. Məhkəmə prosessual normanın tələbini pozmuşdur. İddiaçı tərəf sözügedən qadağa barədə qərardadın əhəmiyyətini itirməməsi barədə sübutlarını məhkməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə ərizəyə baxarkən tətərləfin çəkişmə pirinzisipini nəzərə almamışdır. Odur ki, qeyd edilən porsessual normanın tələbləri pozulmuşdur. Analogiyaya görə məhkəmə qətnamələri ilə bağlı bu norma qərardadlar ilə bağlı da tətbiq edilməlidir. Belə ki, iş üzrə qəbul edilmiş məhkəmə qərardadları da əsaslı və qanuni olmalıdır. İş üzrə qeyd edilmiş hallardan aydın olunur ki, cavabdeh iddiaçı tərəfin mülkiyyət hüquqlarına müdaxilə etmək niyyətindədir və bu yolda ona mane olan qadağa barədə qərardadın ləğv edilməsini məhkmədən xahiş etmişdir. Əgər bu qadağanın onun tikinti işlərinə aparılmasına hər hansı bir maneəsi yoxdursa hansı səbəbdən belə birxahiş ilə məhkəməyə müraciət etməsinə məhkəməyə əhəmiyyət verməmiş, müraciət olunarkən cavabdehin həmin qərardadın tələblərinə əməl edib etməməsini də aydınlaşdırmamışdır. Qərardad qeyd edilmiş prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

16. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

17. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

18. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 162.1. Müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, arbitraj mübahisəsi tərəflərinin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Maddə 162.3. İddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası şikayətin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

22. Beləliklə, iddiaçının iddiası rədd edildiyindən məhkəmə tərəfindən tətbiq edilmiş müvəqqəti təminat tədbirinin davam etdirilməsinə zərurət qalmamışdır.

23. Məhkəmə kollegiyası onu da qeyd edir ki, işin mahiyyəti üzrə qəbul edilmiş yekun məhkəmə aktı qanuni qüvvəsini aldığından Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qərardadı əsasında verilmiş icra vərəqəsi üzrə icraata da artıq xitam verilmişdir.

24. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Qərardadın ləğv edilməsi üçün əsaslar yoxdur.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)- 189/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar