Məhkəmə qərarları › İş №2(103)-1983/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1983/2025

28.04.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1983/2025 28.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (qaraj sahəsindəki dayanacaq yerinin təhvil verilməsi ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi,İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “qaraj sahəsindəki dayanacaq yerinin təhvil verilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdeh "Vesta Construction” MMC-yə qarşı (Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə) ərizə təqdim edərək, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə inşa olunmuş xx.xx.2016-cı il tarixli müqavilə ilə mülkiyyətinə verilmiş B-5.3 və B-5.4 saylı mənzillərin (hazırkı Mehdi Abbasov küçəsi, ev 56, mənzil 21 və 22) yerləşdiyi binanın zirzəmisində yerləşən qaraj sahəsində təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yerinin cavabdeh tərəfindən ona təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh "Vesta Construction” MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsində, yerləşən 36 saylı binanın istismar müddəti bitdiyindən həmin binada ümumi sahəsi 49.0 kv.m olan 4 saylı mənzilini akt əsasında Cavabdeh təhvil almışdır. Onunla cavabdeh arasında 29 iyun 2016-cı il tarixli razılaşdırılmış müqavilənin 1.2 bəndinə əsasən cavabdeh həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.m. olan B-5.3 və 5.4 saylı, tam təmirli mənzilləri Sakinə təhvil verir. B-5.3 saylı mənzil təmənnasız olaraq verilir. B-5.4 saylı mənzilin 51.6 kv.m. sahəsi təmənnasız olaraq, qalan 23.2 kv.m sahəsi isə «MMC»nin 24 aylıq daxili faizsiz kredit hesabına verilir. Mənzilin qalan 23.2 kv.m sahəsinin 23200 AZN dəyəri isə ona «MMC» tərəfindən ödəniləcək 9600 manatı kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600 manat məbləğin 5000 manat məbləği onun tərəfindən nağd şəkildə ödənilir, yerdə qalan 8600 manatı isə «MMC»nin 24 aylıq faizsiz daxili kredit hesabına verilir. Cavabdeh 22 iyul 2016-cı il tarixdə 15 saylı Notariat Kontorunda aralarında N M-383 saylı öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsinin 2.2.3-cü bəndinə əsasən cavabdehin inşa etdiyi yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində ona təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Cavabdeh tərəfindən yeni inşa edilmiş çoxmənzilli yaşayış binası uzun müddətdir ki, istifadəyə verilmişdir. Artıq həmin yaşayış binasında müqavilə şərtlərinə əsasən yeni mənzillə təmin edilmişdir və yaşayır. Lakin binanın zirzəmisində yerləşən qaraj sahəsi sahibliyinə verilmədiyindən cavabdeh qarajdan istifadə etməyinə qanunsuz maneçiliklər yaratmışdır. Cavabdehə dəfələrlə qaraj sahəsini istifadəsinə verilməsi üçün həmin qarajı sahibliyinə verilməsini tələb etsə də o, məhəl qoymayaraq bundan imtina etmişdir. Bu barədə cavabdehə pretenziya göndərilməsinə baxmayaraq, cavabdeh müraciətinə məhəl qoymayaraq qarajı istifadəsinə verməmişdir.

2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "Vesta Construction” MMC ilə İddiaçı arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli və reyestrdə 3M-383 nömrə ilə qeyd edilmiş öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi əsasında- Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Mehdi Abbasov küçələrinin kəsişməsindəki 2535-ci məhəllədə inşa olunmuş və İddiaçı mülkiyyətinə verilmiş B-5.3 və B-5.4 saylı mənzillərin (hazırkı Mehdi Abbasov küçəsi, ev 56, mənzil 21 və 22) yerləşdiyi binanın zirzəmisində yerləşən qaraj sahəsində təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri cavabdeh "Vesta Construction” MMC tərəfindən İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun "Vesta Construction” MMC- dən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.2, 165.1, 385.1, 386.1, 425.1, 427.3, 442; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 88, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliklərə əməl etsə də, cavabdeh tərəfindən isə müqavilə üzrə öhdəliklərinə əməl edilməyərək müqavilə üzrə yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində iddiaçıya təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri təhvil verilməmiş, hansı səbəbdən iddiaçıya təhvil verilməməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işin faktiki hallarını araşdırıb, qanunvericiliyin yuxarıda qeyd olunan normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh MMC tərəfindən mübahisə predmeti olan yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində iddiaçıya təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yerinin təhvil verilməməsi üçün əsaslar yoxdur, buna görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmiş ki: - "Vesta Construction” MMC ilə sakin İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ilə: 1.1. Bu müqaviləyə əsasən "Sakin” xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) "MMC”-yə təhvil verir. “MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri “Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil “Sakin”ə təmənnasız olaraq verilir. B-5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi “Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə “MMC”- nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 232000 AZN dəyəri isə “Sakin”ə, “MMC” tərəfindən ona ödəniləcək 96000 AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 136000 AZN məbləğin 50000 (beş min) AZN-ni "Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 8600.0 (səkkiz min altı yüz) AZN isə “MMC”-nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. 1.3. “MMC” tərəfindən “Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi “Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%- inin cəmi olaraq hesablanır. 2.1.2. “MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir; - "Vesta Construction” MMC ilə İddiaçı arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat kontorunda reyestrdə 3M-383 nömrə ilə təsdiqlənmiş "Öhdəliklərin və hüquqların alqı-satqısı barədə xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, 1.2. Bu müqaviləyə əsasən "Sakin” Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə İddiaçı verilmiş 30/29677 qeydə alma nömrəsi ilə 698 nömrəli kitabın 104816 səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) "MMC”-yə təhvil verir. 1.3. "MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri "Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil "Sakin”ə təmənnasız olaraq verilir. B-5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi "Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə "MMC”-nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 23200.0 (iyirmi üç min iki yüz) AZN dəyəri isə "Sakin”ə, "MMC” tərəfindən ona ödəniləcək 9600.0 (doqquz min altı yüz) AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600.0 (on üç min altı yüz) AZN məbləğin 5000 (beş min) AZN-ni "Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 86000 (səkkiz min altı yüz) AZN isə "MMC”-nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. 1.4. "MMC” tərəfindən "Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi "Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%- inin cəmi olaraq hesablanır. 2.3. "MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində "Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir;- Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Vesta Construction” MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən cəmiyyətin vəzifəli şəxsləri tərəfindən yeni tikilmiş binada ayrılmış qaraj sahələrinin ona təhvil verilməsi barədə müraciətə baxıldığı və mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir; - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - İddiaçı tərəfindən "Vesta Construction” MMC-yə ünvanlanmış Pretenziyadan görünür ki, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, Şirin Mirzəyev küçəsində, yerləşən 36 saylı binanın istismar müddəti bitdiyindən həmin binada ümumi sahəsi 49.0 kv.m olan 4 saylı mənzilini AKT əsasında Cavabdeh təhvil almışdır. Onunla cavabdeh arasında 29 iyun 2016-cı il tarixli razılaşdırılmış müqavilənin 1.2 bəndinə əsasən cavabdeh həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.m. olan B-5.3 və 5.4 saylı, tam təmirli mənzilləri Sakinə təhvil verir. B-5.3 saylı mənzil mənə təmənnasız olaraq verilir. B-5.4 saylı mənzilin 51.6 kv.m. sahəsi təmənnasız olaraq, qalan 23.2 kv.m sahəsi isə «MMC»nin 24 aylıq daxili faizsiz kredit hesabına verilir. Mənzilin qalan 23.2 kv.m sahəsinin 23.200 (iyirmi üç min iki yüz) AZN dəyəri isə ona «MMC» tərəfindən ödəniləcək 9.600 manatı kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13.600 manat məbləğin 5000 manat məbləği mənim tərəfindən nağd şəkildə ödənilir, yerdə qalan 8600 manatı isə «MMC»-nın 24 aylıq faizsiz daxili kredit hesabına verilir. Cavabdeh 22 iyul 2016-cı il tarixdə 15 saylı Notariat Kontorunda aralarında N° M-383 saylı öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsinin 2.2.3cü bəndinə əsasən cavabdehin inşa etdiyi yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində ona təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Cavabdeh tərəfindən yeni inşa edilmiş çoxmənzilli yaşayış binası uzun müddətdir ki, istifadəyə verilmişdir. Artıq həmin yaşayış binasında müqavilə şərtlərinə əsasən yeni mənzillə təmin edilmişdir və yaşayır. Lakin, binanın zirzəmisində yerləşən qaraj sahəsi sahibliyinə verilmədiyindən cavabdeh qarajdan istifadə etməyinə qanunsuz maneçiliklər yaratmışdır. Cavabdehə dəfələrlə qaraj sahəsini istifadəsinə verilməsi üçün həmin qarajı sahibliyinə verilməsini tələb etsə də o, məhəl qoymayaraq bundan imtina etmişdir. Qaraj sahəsini istifadəsinə verilmədiyi təqdirdə üçün 3 gün müddətində məhkəməyə müraciət olunacaqdır ;- Məhkəmə iclasında müəyyən olundu ki, "Vesta Construction” MMC ilə "Sakin” İddiaçı arasında bağlanmış və Bakı şəhəri 15 saylı notariat kontorunda reyestrdə 3M-383 nömrə ilə təsdiqlənmiş "Öhdəliklərin və hüquqların alqı- satqısı barədə xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, "Sakin” Bakı şəhəri İcra Hakimiyyəti texniki inventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1996-cı il tarixdə İddiaçı verilmiş 30/29677 qeydə alma nömrəsi ilə 698 nömrəli kitabın 104816 səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında istismar müddəti bitmiş binada yerləşən, 49.0 kv.metr ümumi sahəsi olan 4 saylı mənzili Akt əsasında (müqaviləyə Əlavə 1) "MMC”-yə təhvil vermiş, "MMC” isə həmin mənzilin əvəzində müqavilə bağlandığı gündən 24 ay ərzində hər birinin ümumi sahəsi 74.8 kv.metr olan B-5.3. və B-5.4. saylı, tam təmirli mənzilləri "Sakin”ə təhvil verir. B-5.3. saylı mənzil "Sakin”ə təmənnasız olaraq vermiş, B-5.4. saylı mənzilin 51.6 kv.metr sahəsi "Sakin”ə təmənnasız olaraq, qalan 23.2 kv.metr sahəsi isə "MMC”-nin 24 aylıq daxili faizsiz krediti hesabına verilir. Mənzilin qalan 23.2 kv.metr sahəsinin 23200.0 (iyirmi üç min iki yüz) AZN dəyəri isə "Sakin”ə, "MMC” tərəfindən ona ödəniləcək 9600.0 (doqquz min altı yüz) AZN kirayə haqqı ilə əvəzləşdirilir. Qalan 13600.0 (on üç min altı yüz) AZN məbləğin 5000.0 (beş min) AZN-ni "Sakin” tərəfindən nəqd şəkildə ödənilir, yerdə qalan 8600.0 (səkkiz min altı yüz) AZN isə "MMC”-nin 24 aylıq faizsiz daxili krediti hesabına verilir. Bu zaman aylıq ödəniş 358.0 (üç yüz əlii səkkiz) AZN təşkil edir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, "MmC” tərəfindən "Sakin”ə təhvil veriləcək mənzilin ümumi sahəsi "Sakin”in mənzilinin ümumi sahəsinin, ümumi sahəyə əlavənin və mənzilə bitişik olan əlavə tikililərin (əgər varsa) 50%-inin cəmi olaraq hesablanır. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, "MMC” yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verir. Hazırda iddiaçı sözügedən binanın zirzəmisində yerləşən qaraj sahəsindəki bir avtomaşın üçün dayanacaq yerinin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 4.Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinadən qeyd edilmişdir ki, qaraj sahəsi çoxmənzilli binanın ümumi əmlakıdır və ümumi paylı mülkiyyət hüququ ilə bütün mülkiyyətçilərə məxsusdur. İddiaçının cavabdehə qarşı qaraj sahəsinin təhvil verilməsi ilə bağlı tələb irəli sürməsi və məhkəmənin də həmin tələbi təmin etməsi tamamilə əsassız və qanunsuzdur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmuş, etirazda Azərbaycan Respublikası Konstitusiyasının 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.2, 178.8, 357, 385.1, 389.1, 399.1, 404, 442, 405.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlə 22 iyul 2016-cı il tarixdə 15 saylı Notariat Kontorunda aramızda NsM-383 saylı öhdəliklərin və hüquqların alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən cavabdehin inşa etdiyi yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində ona təmənnasız şəkildə bir avtomobil üçün dayanacaq yeri verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən çoxmənzilli yaşayış binasının inşa edildikdən sonra müqavildə razılaşdırılmış mənzil ona təhvil verilmişdir. Lakin müqavilə öhdəliyi üçün qaraj sahəsi cavabdeh tərəfindən təhvil verilməmişdir. Qaraj sahəsini istifadə etmək üçün təhvil verilməsini cavabdehdən tələb etsə də nümayəndəsi tərəfindən qanunsuz müdaxilələrə məruz qalmışdır. O ,2021-ci ilin may ayı köçüb və o zaman qaraj sahəsi hazır deyildi. 2022-ci ilin sonu qaraj hazır olanda o və digər sakinlər MTK-nın rəhbəri Ceyhun adlı şəxsə yaxınlaşıb qaraj sahələrini istəyəndə onlara 3 aydan sonra 5 aydan sonra hər dəfə bəhanələrlə yola salırdı. 2023-cü iyun ayı maşını orda saxladıqda mübahisə yarandı və hüquq mühafizə orqanlarına şikayət etdilər. Lakin, onlara məhkəməyə müraciət etmələri bildirdikdən sonra 2024-cü ilin əvvəli məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdirlər. Cavabdeh müqavilə öhdəliklərini pozaraq qaraj sahəsini təhvil verməkdən qanunsuz imtina edir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. 7.Məlumatlandırılmaları üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

9. Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80, 82.1, 106.2, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli (müqavilə öhdəlikləri üzrə) münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili mübahisəli qaraj sahəsinin ümumi istifadədə olması ilə bağı olsa, bununla (qarajın hansı qaydada və əsaslarla ümumi istifadədə olması, yerlərin mövcud olmaması, kimlərə və hansı əsasla hansı yerin verilməsi, və sair hallarla) bağlı mötəbər sübutlar məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksinə iş materiallarında mövcud olan tərəflər arasında balanmış müqaviləyə əlavə edilmiş aktla müəyyən edilir ki, cavabdeh yeni binanın zirzəmisində yerləşən qaraj sahəsində “Sakin”ə təmənnasız şəkildə bir avtomaşın üçün dayanacaq yeri verilməsini öhdəlik kimi götürsə də, öhdəliyi icra etməkdən əsassız olaraq boyun qaçırmışdır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 12.Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, şikayət əsassız olduğundan dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2783/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar