Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1984/2023 13.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “borc” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, iddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı borc tələbinə dair Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1282/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı LPO "xxxx" KB QSC-nin Cavabdeh qarşı tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsi üzrə 5361 manat 85 qəpik əsas borc, 5809 manat 43 qəpik faiz, 7074 manat 87 qəpik cərimə, 747 manat 40 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16093 manat 55 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 138 manat 28 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması barədə iddiası Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4640/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsi üzrə 5360 manat 98 qəpik əsas borc, 4718 manat 30 qəpik faiz, 400 manat cərimə, 741 manat 35 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 11220 manat 63 qəpik pul vəsaitinin və ödənilmiş 138 manat 28 qəpik dövlət rüsumunun Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulması, 100 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385.1, 386.1, 442, 445, 448.1, 467; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, 09 aprel 2015-ci il tarixli 1xx/xx/101265/15 saylı kredit müqaviləsi üzrə 5360 manat 98 qəpik əsas borc, 4718 manat 30 qəpik faiz, 400 manat cərimə, 741 manat 35 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 11220 manat 63 qəpik pul vəsaiti və ödənilmiş 138 manat 28 qəpik dövlət rüsumu Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-nin xeyrinə tutulmalıdır. İddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. 400 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Maliyyə arayışına əsasən Cavabdeh iddiaçı LPO "xxxx" KB QSC-yə 5361 manat 85 qəpik əsas borc, 5809 manat 43 qəpik faiz, 7074 manat 87 qəpik cərimə, 747 manat 40 qəpik gecikdirilmiş vaxt üçün hesablanmış faiz olmaqla, cəmi 16093 manat 55 qəpik borcunun olduğu qeyd edilmişdir;- 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsindən məlum olur ki, iddiaçı LPO "xxxx" KB QSC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 24 % ödəmək şərti ilə 7250 manat məbləğində kredit verilmişdir;- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyul 2022-ci il tarixli, 9/4753 saylı rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 09 aprel 2015-ci il tarixli, 1xx/xx/101265/15 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh müqavilə müddəti bitən, yəni xx.xx.2019-cu il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borc üzrə 6248 manat 73 qəpik; faiz üzrə 4718 manat 30 qəpik. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, müqavilə müddətindən sonra illik 5 %-lə maliyyə arayışı müddətinə, yəni xx.xx.2022-ci il tarixə banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: əsas borc üzrə 5360 manat 98 qəpik; faiz üzrə 4718 manat 30 qəpik. Gecikdirilmiş vaxt üçün hesablanmış faiz 741 manat 35 qəpik. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir (iş.səh. 21, 22, 50). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1282/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14-cü maddələrinə istinadən qeyd edilmişdir ki, əsas borc, faiz borcu, cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış faiz düzgün hesablanmamış, artıq hesablanmışdır. Bu səbəbdən də təkrar ekspertiza keçirilməsi zəruridir. Həmçinin iddiaçı LPO "xxxx" KB QSC Cavabdeh ilə aralarındakı müqavilənin müddəti bitənədək ona heç vaxt xəbərdarlıq göndərməmiş, 2019-cu il 09 apreldə kredit müddəti bitməsinə baxmayaraq, kredit öhdəliyinin icrasını uzun müddət tələb etməmiş, müvafiq iddia ilə məhkəməyə yalnız xx.xx.2022-ci ildə müraciət etmişdir. LPO "xxxx" KB QSC-nin iddia ərizəsindən və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdeh tərəfindən müqavilə şərtlərinin kredit götürdüyü gündən bir neçə ay sonra pozulduğunu qeyd etmiş olsa da, cavabdehə müqavilə şərtlərinə riayət edilməsinin vacibliyi ilə əlaqədar hər hansı xəbərdarlıq belə olunmamış, əksinə, müqavilə müddəti bitdikdən sonra da iddiaçı uzun müddət məhkəməyə müraciət etməmiş, iddia müddətinin keçməsinə 3 gün qalmış məhkəməyə müraciət etmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Ekspertin rəyi cavabdehə təqdim edilməmiş, elektron kabinetə yerləşdirilməmişdir. Sonuncu məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclası barəsində cavabdehə bildiriş, sms göndərilməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etmədiyindən ekspertin rəyinə münasibətini bildirməmiş hesab olunur. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etmədiyindən iddiaya etirazı təqdim edə bilməmiş, bununla da müdafiəsini təşkil etməkdən məhrum olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO "xxxx" KB QSC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin əsaslandırıcı hissəsində təkrar ekspertizanın keçirilməsinin bildirilməsinə baxmayaraq, iddianın rədd edilməsinin xahiş edildiyini, birinci instansiya məhkəməsində ekspertizanın təyin edildiyini, əsas və faiz məbləğinin ekspert rəyinə uyğun olaraq müəyyən edildiyini, cərimə məbləğinin də kifayət qədər azaldıldığını bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
6. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəalarına əsasən: 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur; 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. İcraya qədər öhdəlik ləğv edildikdə, əgər icra müddəti təyin edilmişsə və onu ləğvetmə anından təqvim üzrə hesablamaq mümkündürsə, eyni qayda qüvvədə olur; 445.5. Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır; 445.6. Borclu zərərin öhdəliyin vaxtında icrası zamanı da əmələ gələ biləcəyini sübuta yetirməzsə, təsadüfi hallar üçün də məsuliyyət daşıyır; 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; 445.9. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün əlavə vaxt verə bilər. Əgər borclu həmin əlavə vaxt ərzində öhdəliyi icra edərsə, o, icranı gecikdirmiş sayılmır; 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər; 447.2. Aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda; 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 385.1, 425.1, 427.3, 439-449, 467, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385- 390-cı maddələrinə, kredit müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Borclunun müqavilə üzrə borcunu (faiz borcunu) vaxtında qaytarmaq, kreditorun isə kredit vəsaitini yaxşı təmin etmək, ona nəzarət etmək və vaxtında tələb etmək kimi vəzifələrinə uyğun tərəflər öz risk dairəsinə daxil olan hərəkətlər həddində məsuliyyət daşımalıdırlar.
10. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinin dəlillərini sübuta yetirən və ya ona dəlalət edən sübutlar, habelə hər hansı əlavə ekspertizanın təyin edilməsi üçün əsaslar müəyyən edilmir. Şikayətin dəlilləri cavabdehin vəzifələrinə rəğmən öhdəliklərdən yayınmaya yönəlik hüquqdan sui-istifadəyə şərait yaradan hal və buna cəhd kimi qiymətləndirilməlidir.
11. Diqqətə çatdırılmalıdır ki, müqavilənin müddəti bitdikdən sonra xəbərdarlığa ümumiyyətlə zərurət yoxdur, dəbbə borcu isə kifayət qədər azaldılmışdır.
12. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır.
13. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1282/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.