Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1985/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ("dəymiş ziyanın ödənilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1929/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı
1. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdehlər Cavabdeh1 ASC və Cavabdeh2 müştərək qaydada delikt nəticəsində dəymiş ziyana görə 84488 manat, vəkil tərəfindən göstərilən hüquqi yardıma görə 300 manat və ödənilmiş dövlət rüsumuna görə 345 manatın tutulub onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1 ASC-nin mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, BB464796 nömrəli, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi”nə əsasən bacısı Sərdarlı (hazırda soyadı Bayramlı) Günel Arif qızının mülkiyyətində olan və həmin vaxt etibarnamə ilə idarə etdiyi, 2021-ci il buraxılışlı BMW320 E PLUG-İN Hibrid minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili istismara yararsız hala salmaqla külli məbləğdə ziyan vurub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsindən Vəkil Bürosunun sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 3- 13-16/2-43410/2024 nömrəli məktubda və məktuba əlavə edilmiş BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatına əsasən 2012-ci il buraxılışlı "Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə verilmiş BB104855 nömrəli Şəhdaətnaməyə əsasən cavabdeh "HERMES FİNANCE” ASC-nin mülkiyyətindədir. Cavabdeh2 idarə etdiyi "Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi Bakı şəhəri, Nərimanov rayon DYPŞ-nin polis kapitanı X1 xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu, Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Nadir Rzazadənin xx.xx.2024-cü il tarixli "Əməldə cinayət işi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı, həmçinin Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı ilə öz təsdiqini tapıb. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı ilə Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılıb. Həmin qərardan Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-339/2024 nömrəli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)- 139/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılıb. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının qərarında göstərilir ki, araşdırma zamanı xx.xx.2022-ci il tarixdə izahatı alınmış Cavabdeh2 göstərib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində o, etibarnamə əsasında idarə etdiyi "Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Atatürk prospekti ilə hərəkət edib F.X.Xoyski küçəsi ilə olan yeraltı nəqliyyat qovşağına, yəni tunelə düşüb Gənclik Mall Ticarət Mərkəzinə doğru F.X.Xoyski küçəsi istiqaməti ilə yolun soldan ikinci zolağı ilə saatda 60 km sürətlə hərəkət edib, sol zolağı keçib onunla eyni istiqamətdə irəlidə hərəkət edən avtomobillərlə toqquşmamaq üçün qoşa xəttin üzərinə hərəkət edib ehtiyyatsızlıqdan əks hərəkət zolağında hərəkətdə olan "BMW” markalı avtomobillə toqquşub. Həmin qərarda daha sonra göstərilir ki, vətəndaş İddiaçı1 izahatında bildirib ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində etibarnamə ilə idarə etdiyi "BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov metrosu istiqamətində F.X.Xoyski küçəsi boyunca, N.B.Yusifbəyli küçəsi ilə kəsişməyə doğru soldan birinci zolaqla Gənclik Mall Ticarət Mərkəzinin qarşısı ilə saatda 40 km sürətlə hərəkətdə olarkən, qarşıdan gələn "KİA” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil qoşa xəttin tələbini pozaraq onun hərəkət istiqamətinə çıxıb avtomobilin ön sol fara, qabaq bufer və qanad hissəsi ilə toqquşub. Avtomobildə sağ oturacaqda əyləşən X7 xəsarət alıb. Hadisə nəticəsində idarə etdiyi avtomobilə külli miqdarda ziyan dəyib, ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rzazadə tərəfindən təyin edilmiş "yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası” üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 8/3617 nömrəli Ekspert Rəyində göstərilir: 1.Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən "Kia Cerato” minik markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində "X9” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1 ici hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2. Təhqiqat tərəfindən göstərilən şəraitdə "BMW- 320” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İddiaçı1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar BMW- 320 markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı "İmprotex Motors” MMM-nın Texniki Xidmət Mərkəzindən verilmiş xx.xx.2023-cü il tarixli, 356 nömrəli Qüsür Aktı ilə müəyyən edilmişdir ki, avtomobilə dəymiş ziyanın ümumi məbləği 84488 manat təşkil edir. İş üzrə Cavabdeh2 ilə avtomobilə dəymiş ziyanın ödənilməsi ilə bağlı qarşılıqlı razılaşma yolu ilə məsələni həll etməyə çalışsalar da, o, ilkin olaraq əldə edilmiş razılaşmadan sonradan boyun qaçırmış və daha sonra isə ümumiyyətlə onlarla əlaqəyə çıxmayıb. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün ixtisaslı hüquqi yardım göstərilməsi məqsədi ilə vəkillik qurumu ilə müqavilə bağlanılmış və xx.xx.2024-cü il tarixdə Vəkil Bürosunun hesabına 300 manat ödənilib.
2. Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "HERMES FİNANCE” Açıq Səhmdar Cəmiyyəti hadisə zamanı idarə etdiyi avtomobilin mülkiyyətçisi olsa belə, vurulmuş zərər, törədilmiş inzibati xəta və deliktlə yaxından uzaqdan əlaqəsi yoxdur. Bundan əlavə, iddiaçı qismində İddiaçı1 göstərilsə də, avtomobil ona aid deyil və iddiaçı olaraq onun adının qeyd edilməsi də iddianın formasına riayət edilməməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, ilk olaraq zərər vurulmuş avtomobilin hadisədən dərhal sonrakı fotoşəkillərindən (təqdim ediləcək) açıq aydın görünür ki, "BMW-320 EA PLUG-İN Hibrid” minik markalı avtomobilə yalnız ön sağ dioqanal hissədən zərər dəyib. Hətta avtomobilin sağ hissəsində fənər işıqları daxil heç bir hissəsi zərər görməyib. Həmin avtomobillərin hadisə vaxtı və ondan sonrakı bazar dəyəri 65-70 min manatdır. İddiaçının avtomobilinin ban nömrəsi ilə axtarış edəndə görünür ki, 2021-ci il istehsal tarixli həmin avtomobil 60000 manat qiymətə satışda olub. “İMPROTEX” şirkətinin verdiyi absurd qüsur aktına əsasən isə guya avtomobilə öz dəyərindən də 20000 manatdan çox zərər dəyib. Təbii ki, 65-70 min manatlıq avtomobilə 84488 manat zərər dəyməsi məntiqsiz və absurddur. Belə ki, "BMW” markalı avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrində avtomobilə fantastik qüsur aktları təqdim edən “İMPROTEX” şirkəti yenə də məntiqə sığmayan rəqəmlər təqdim edib. Məsələn, qüsur aktındakı sadə bir detaldan nümunə çəkir: avtomobil bazarında sol və sağ fənərlərin orginal cütünün birlikdə satışı 1500-1900 manat arası olduğu halda, iddiaçının təqdim etdiyi hazırkı qüsur aktına əsasən isə təkcə bir ədəd sol fənəri 4650 manat göstərilib. Bu isə qüsur aktında təkcə bir detal üzrə bazar dəyərindən 3-4 dəfə çox baha qiymətin göstərilməsi deməkdir və həddindən artıq fantastik qaydada şişirdilmiş məbləğdir. Həmçinin qüsur aktında 190 detala zərər dəydiyi göstərilib. Bu isə onu deməyə əsas verir ki, avtomobilin hansısa xırda detalına da cızıq düşübsə belə qüsur aktında həmin detalın yenisinin alınmalı olduğu və həmin detalların da avtomobillərin ehtiyat hissələri bazarında bazar dəyəri ilə ümumiyyətlə əlaqəsi olmayan 3-4 qat baha məbləğləri qeyd edilib. Halbuki, avtomobillərdə təmir edilməli detalların və hissələrin təmir xərcləri hesablanmalı, tam yararsız hala düşmüş hissə varsa, onun da avtomobillərin ehtiyat hissələri bazarındaki real dəyəri hesablanmalı idi. Fantastik məbləğdə şişirdilmiş sözügedən qüsur aktı, iddiaçının ərizəsində göstərdiyi hallar və digər məsələlərlə bağlı daha ətraflı vəsatətləri və ərizələri olacaq. Sadəcə həmin məbləğə ümumi şəkildə ilkin etirazını bildirərək sadə misallarla məhkəmənin diqqətinə çatdırmağa çalışıb.
3. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinə əsasən İddiaçı1 iddiaçılar siyahısından çıxarılmışdır.
4. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır; - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-339/2024 saylı xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı Cavabdeh2 tərəfindən verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; - "İmprotex Motors” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktının surətindən görünür ki, BMW AG konserninin Azərbaycanda rəsmi idxalçısı "İmprotex Motors” MMM-nin texniki xidmət mərkəzinə, 06 oktyabr 2023-cü il tarixində daxil olmuş İddiaçı1 məxsus BMW 320E A markalı, 77LT824 dövlət nömrə nişanlı, WBA11GK02NFM23798 ban nömrəli avtomaşında hadisə nəticəsində ön hissə zədələnmişdir. Həmin hissələrin dəyişdirilməsinə və təmirinə 84488 (ƏDV daxil) manat pul vəsaiti tələb olunur; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 8/3617 nömrəli ekspert rəyindən görünür ki, "Kia Cerato” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh2 hərəkətlərində "X9” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Baş X12 İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16/2-43410/2024 saylı məktubundan və ona əlavə edilmiş çıxarışdan görünür ki, "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "Hermes Finance” QSC-nin mülkiyyətindədir; - "Hermes Finance” QSC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh2 "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. Etibarnamə xx.xx.2023-cü il tarixinədək qüvvədədir; - "Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, "BMW" markalı **- LT-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/7188 nömrəli rəyindən görünür ki, qeyd olunan xüsusatlara müvafiq aparılmış tədqiqat nəticəsində, Respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytlarına və Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən 2021-ci il buraxılışlı "BMW 320 E Plug-İn Hibrid” markalı (**-LT-*** dövlət nömrə nişanlı) avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 58500 manat müəyyən olunur. Ona görə də, ekspert qeyd edir ki, tədqiq edilən 2021-ci il buraxılışlı "BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə əsaslı təmir olunması rentabelli hesab olunmur və həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil edir. Beləliklə, təmiri məqsədə müvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 58500 manat olmuş 2021-ci il buraxılışlı "BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 46800 (58500-20%) manat müəyyən edilir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra, müəyyən edilmiş salamat hissələrin dəyərində dəyişiklik olması istisna edilmir. Qeyd: avtobazarlarda mövcud olmuş qiymətlərdən, tələb və təklifdən eləcə də avtomobilin əmtəə keyfiyyət göstəricilərindən asılı olaraq, yuxarıda müəyyən edilmiş bazar qiymətində qismən dəyişiklik olması istisma edilmir; - Dövlət rüsumu haqqında xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı2 Vaqif qızı tərəfindən 345 manat dövlət rüsumu ödənilmişdir; - xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, İddiaçı1 tərəfindən hüquqi yardım üçün 4 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir.
5. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1929/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pulun tutularaq İddiaçı2 ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 174,8 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 151,58 manatının iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1108.1, 1108.2, 1115; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 103.1, 107, 115.0.6, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, İddiaçı2 məxsus olan və İddiaçı1 tərəfindən idarə olunan "BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə "Hermes Finance” QSC-yə məxsus olan və Cavabdeh2 tərəfindən idarə olunan "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə iddiaçının avtomobilinə Cavabdeh2 təqsirli hərəkəti nəticəsində zərər dəymişdir. Hazırda isə iddiaçı avtomobilə dəymiş ziyanın cavabdehlər tərəfindən ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 "Kia Cerato” markalı 99-PE- 729 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(003)-139/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılmışdır. "Kia Cerato” markalı **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil "Hermes Finance” QSC tərəfindən qanuni əsasla, yəni lizinq hüququ ilə X3, həm də etibarnamə ilə Cavabdeh2 verildiyindən və mülki hüquq pozuntusu onun tərəfindən törədilmədiyindən ididaçıya məxsus avtomobilə vurulmuş zərərin əvəzi Mülki Məcəllinin 1108-ci maddəsinə əsasən "Hermes Finance” QSC-dən tutula bilməz. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi cavabdeh Hermes Finance” QSC-yə aid hissədə təmin edilməməlidir. Məhkəmə iclasında işin faktiki əsasları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində İddiaçı2 maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh2 Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı2 ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Məhkəmə tərəfindən İddiaçı2 mülkiyyətində olan “BMW” markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza təyin edilmiş və ekpsertin xx.xx.2024-cü il tarixli 9/7188 saylı rəyinə əsasən təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 58500 manat olmuş 2021-ci il buraxılışlı "BMW 320 E Plug-İn Hibrid” markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği, salamat qalmış hissələr (qalıq qiyməti) nəzərə alınmaqla təxminən 46800 (58500 - 20%) manat müəyyən edilmişdir. İddiaçı2 dəymiş maddi zərərin məbləği müəyyənləşdirilərkən qeyd edilməlidir ki, iddiaçı ona dəymiş maddi zərərin məbləğini 84488 manat kimi göstərmiş, ekspertiza rəyi ilə isə həmin məbləğ 46800 manat məbləğində müəyyən edilmişdir, həmçinin iddiaçı tərəfin izahatına əsasən ona 5000 manat sığorta ödənişinin edildiyi məlum olmuşdur. Məhkəmə, baxılan mübahisənin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb ekspert rəyini qəbul edərək belə qənaətə gəlir ki, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 46800 manat müəyyən edilməlidir. Bu qənaətə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edərək, Cavabdeh2 iddiaçının xeyrinə 41800 (46800-5000) manat məbləğində pul tutulmalıdır. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün iddiaçı tərəfindən 345 manat dövlət rüsumu (tələbə münasibətdə 344 manat ödənilməsi tələb olunur) və hüquqi yardım göstərilməsi üçün 300 manat haqq ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/7188 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 345 manatın 170,2 manatı Cavabdeh2 iddiaçının xeyrinə tutulmalı, qalan 174,8 manatı iddiaçıya aid edilməli, vəkilə ödənilmiş 300 hüquqi xidmət haqqının 151,58 mananatı iddiaçıya, 148,42 manatı cavabdehə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manatın 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 174,8 manatı və vəkilə ödənilmiş hüquqi xidmət haqqının 151,58 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 24,73 manatı Cavabdeh2 və 25,27 manatı İddiaçı2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
6. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1929/2024 saylı xx.xx.2024-cü il №-li qətnaməsinin aidiyyət qaydasının pozulması əsası ilə tamamilə ləğv olunmasını; aidiyyət qaydasının pozulması səbəbindən qətnamə ləğv olunmadığı təqdirdə daha dolğun ekspert rəyinin verilməsi üçün avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün təkrar əmtəəşünaslıq ekspertizası və sənaye mallarının əmtəəşünaslıq tədqiqinə dair ekspertiza təyin edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.2, 1114.2; Mülki Prosessual Məcəllənin 35.1, 45.1, 52.1.3, 76, 88,97.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti hadisə zamanı idarə etdiyi avtomobilin mülkiyyətçisi olsa belə, vurulmuş zərər, törədilmiş inzibati xəta və deliktlə yaxından uzaqdan əlaqəsi yoxdur. Bundan əlavə, iddiaçı qismində İddiaçı1 göstərilsə də, avtomobil ona aid deyil və iddiaçı olaraq onun adının qeyd edilməsi də iddianın formasına riayət edilməməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, ilk olaraq zərər vurulmuş avtomobilin hadisədən dərhal sonrakı fotoşəkillərindən (təqdim ediləcək) açıq aydın görünür ki, “BMW-320 EA PLUG-İN Hibrid” minik markalı avtomobilə yalnız ön sağ dioqanal hissədən zərər dəyib. Hətta avtomobilin sağ hissəsində fənər işıqları daxil heç bir hissəsi zərər görməyib. Həmin avtomobillərin hadisə vaxtı və ondan sonrakı bazar dəyəri 65-70 min manatdır. İddiaçının avtomobilinin ban nömrəsi ilə axtarış edəndə görünür ki, 2021-ci il istehsal tarixli həmin avtomobil 60000 manat qiymətə satışda olub. “İMPROTEX” şirkətinin verdiyi absurd qüsur aktına əsasən isə guya avtomobilə öz dəyərindən də 20000 manatdan çox zərər dəyib. Təbii ki, 65-70 min manatlıq avtomobilə 84488 manat zərər dəyməsi məntiqsiz və absurddur. Belə ki, “BMW” markalı avtomobilin iştirakı ilə törədilən yol-nəqliyyat hadisələrində avtomobilə fantastik qüsur aktları təqdim edən “İMPROTEX” şirkəti yenə də məntiqə sığmayan rəqəmlər təqdim edib. Məsələn, qüsur aktındakı sadə bir detaldan nümunə çəkir: avtomobil bazarında sol və sağ fənərlərin orginal cütünün birlikdə satışı 1500-1900 manat arası olduğu halda, iddiaçının təqdim etdiyi hazırkı qüsur aktına əsasən isə təkcə bir ədəd sol fənəri 4650 manat göstərilib. Bu isə qüsur aktında təkcə bir detal üzrə bazar dəyərindən 3-4 dəfə çox baha qiymətin göstərilməsi deməkdir və həddindən artıq fantastik qaydada şişirdilmiş məbləğdir. Həmçinin qüsur aktında 190 detala zərər dəydiyi göstərilib. Bu isə onu deməyə əsas verir ki, avtomobilin hansısa xırda detalına da cızıq düşübsə belə qüsur aktında həmin detalın yenisinin alınmalı olduğu və həmin detalların da avtomobillərin ehtiyat hissələri bazarında bazar dəyəri ilə ümumiyyətlə əlaqəsi olmayan 3-4 qat baha məbləğləri qeyd edilib. Halbuki, avtomobillərdə təmir edilməli detalların və hissələrin təmir xərcləri hesablanmalı, tam yararsız hala düşmüş hissə varsa, onun da avtomobillərin ehtiyat hissələri bazarındaki real dəyəri hesablanmalı idi. Fantastik məbləğdə şişirdilmiş sözügedən qüsur aktı, iddiaçının ərizəsində göstərdiyi hallar və digər məsələlərlə bağlı daha ətraflı vəsatətləri və ərizələri olacaq. Sadəcə həmin məbləğə ümumi şəkildə ilkin etirazını bildirərək sadə misallarla məhkəmənin diqqətinə çatdırmağa çalışıb. Məhkəmə tərəfindən iddia qismən təmin edilmiş, Cavabdeh2 41800 manat məbləğində maddi ziyan və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 170,2 manat və vəkilə ödənilmiş hüquqi xidmət haqqının əvəzi kimi 148,42 manat məbləğində pul tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Lakin məhkəmənin mövqeyi ilə razılaşmamaqla bildirir ki, məhkəmə tərəfindən ciddi prosessual pozuntulara yol verilmişdir. Əvvəla, məhkəmə tərəfindən aidiyyət qaydası pozulmaqla işə baxılmışdır. Belə ki, qeyd edilən məsələ ilə bağlı tərəflərindən məhkəməyə vəsatət verilmiş, məhkəmə əvvəla həmin vəsatəti baxılmamış saxlamış, daha sonra isə yekun məhkəmə aktı ilə birlikdə baxaraq təmin etməmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi tamamilə qərardadının iş gedişatında ləğv olunma ehtimalını aradan qaldırmaq olmuşdur. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Lakin məhkəməyə təqdim olunmuş sənədlərdən də görünür ki, burada birlikdə zərərvuranlardan söhbət gedə bilməz, hadisəni törədən şəxs Cavabdeh2dir. Bundan başqa, ekspert rəyi dolğun olmamaqla birlikdə təkrar və ya əlavə ekspertizaya ehtiyac var idi. Məhkəmə zamanı ekspert rəyinə toxunmadıqlarını, əvvəla aidiyyət məsələsinin müəyyən edilməli olduğu tərəflərindən bildirilmiş, məhkəmə isə ekspert rəyi ilə razı olmadıqlarını qeyd etmişdir. Yuxanda qeyd edilənlərdən də məlum olur ki, iddiaçı qismində mülki mübahisə ilə əlaqəsi olmayan şəxs qeyd edilmiş, cavabdeh qismində isə mülki mübahisə ilə əlaqəsi olmayan Cavabdeh1 ASC qeyd edilmiş, cavabdeh olaraq onun qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət edilməməklə ərazi aidiyyəti pozulmuş, məhkəmə işə baxarkən və yekun məhkəmə aktı qəbul edərkən bu pozuntunu davam etdirmiş, bundan əlavə ekspertiza rəyinin dolğun olmadığını nəzərə almamışdır.
7. İddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz təqdim etmiş və qeyd etmişdir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinə etiraz edirlər. İşin qısa mahiyyəti ondan ibarətdir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, Cavabdeh1 ASC-nin mülkiyyətində olan “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törədərək, BB464796 nömrəli, xx.xx.2023-cü il tarixli “Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi’’nə əsasən bacını Sərdarlı (hazırda soyadı Bayramlı) Günel Arif qızının mülkiyyətində olan və həmin vaxt etibarnamə ilə idarə etdiyi, 2021-ci il buraxılışlı BMW 320 E PLUG-İN Hibrid minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobili istismara yararsız hala salmaqla külli məbləğdə ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-139/2024 nömrəli qərarı ilə o, həmin maddə ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələri idarəetmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmışdır. Həmin qərardan onun tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-339/2024 nömrəli qərarı ilə təmin edilməmiş, məhkəmənin qəran dəyişdirilmədən saxlanılmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsində tamamilə yarasız hala düşmüş iddiaçının mülkiyyətində olan 2021ci il buraxılışlı “BMW 320 E PLUG-İN” Hibrid minik markalı **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 356 nömrəli Qüsur Aktı ilə dəymiş ziyanın məbləği 84488 manat müəyyən edilmişdir. Cavabdeh dəymiş ziyanın ödənilməsi üçün hər hansı bir razılığa gəlmədiyindən məhkəmədə dəymiş ziyanın ödənilməsi barədə iddia qaldırılması zəruri olmuşdur. İddia qaldınlarkən aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən cavabdehin idarə etdiyi “Kia Cerato” minik markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 ASC-nin mülkiyyətində olmaqla lizinqdədir. Ona görə də, Cavabdeh1 ASC-də cavabdeh qismində məhkəməyə verilmişdir. Yol nəqliyyat hadisəsi baş verən xx.xx.2023-cü il tarixdən iddia tələbi ilə məhkəməyə müraciət edilən xx.xx.2024-cü il tarixədək olan dövrdə və məhkəmə prosesində cavabdeh dəymiş ziyanın ödənilməsi üçün hər hansı bir addım atmamış, ancaq müxtəlif üsul və vasitələrlə vaxtı uzatmağa çalışmışdır ki, bu da iddiaçıya dəymiş ziyanın artmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən dəymiş ziyanın müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş və məhkəmə qərardadı əsasında Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticəsi olaraq verilmiş xx.xx.2024-cü il tarixli, 9/7188 nömrəli Ekspert rəyi ilə müəyyən edilmişdir ki, İmprotex Motors tərəfindən verilmiş qüsur aktı ilə avtomobilə dəymiş ziyanın və təmir bərpa xərcinin 84488 manat məbləğində müəyyən edilməsi ilə əlaqədar həmin avtomobilin təmir və bərpa edilməsi rentabelli və məqsədəmüvafıq olmadığından eyni il buraxılışlı və təyinatlı istifadəyə yararlı avtomobilin Azərbaycan Respublikasında orta bazar qiyməti nəzəri qaydada təxminən 58500 manat müəyyən edilməklə həmin avtomobilin salamat qalan yararlı vəziyyətdə olan hissələri avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməklə avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qatmış hissələr nəzərə alınmaqla təxminən 46800 manat müəyyən edilmişdir. Məhkəmə ekspertiza Mərkəzi tərəfindən müəyyən edilmiş məbləğdən 5000 manat sığorta ödənişi çıxılmaqla iddia tələbi qismən, yəni 41800 manat məbləğində təmin edilərək həmin məbləğin və digər xərclərin Cavabdeh2 tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi çıxdıqdan sonra da, cavabdeh tərəfindən ödənişlə bağlı hər hansı bir tədbir görülməmiş, danışıqlar aparılmamışdır. Hətta məhkəmə qətnaməsindən verilən apellyasiya şikayəti də, şikayətvermə müddətinin son gününə təsadüf edir. Bu hallar onu deməyə əsas verir ki, cavabdeh dəymiş ziyanın ödənilməsini uzatmaq üçün bütün vasitələrdən istifadə edir. Apellyasiya şikayətinin əsas dəlili Cavabdeh2 Ağdam rayonundan məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşmasına baxmayaraq qeydiyyat ünvanının Ağdam rayonunda olması və bu səbəbdən də iddia ərizəsinə ərazi aidiyyatı üzrə qeydiyyatda olduğu Ağdam rayonunda baxılmalı olmasıdır. Qeyd edilməsi zəruridir ki, yol nəqliyyat hadisəsi törədilərkən cavabdehin idarə etdiyi avtomobilin mülkiyyətçisi Cavabdeh1 ASC olduğundan və onun hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu ərazisində yerləşdiyindən, həmçinin yüksək təhlükə mənbəyi olan avtonəqliyyat vasitəsinin mülkiyyətçisi də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən dəymiş zərərə görə məsuliyyət daşıdığından tərəflərindən müştərək cavabdeh qismində ona qarşı tələb irəli sürüldüyündən iddia tələbi də tam qanuni əsaslarla, yəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci madddəsinə əsasən (rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər.) Nizami rayon Məhkəməsinə verilmişdir. Qeyd edilən aidiyyat məsələsi ilə bağlı cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4539/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Dəymiş zərərlə bağlı cavabdehin göstərdiyi dəlilləri də tam əsassız hesab edirlər. Belə ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərir ki, yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilin bazar dəyəri 65-70 min manatdır. Ona görə də dəymiş ziyanın məbləği barədə "xxxx" şirkəti tərəfindən verilmiş Qüsur Aktı ilə müəyyən edilmiş məbləği əsassız hesab edir. Qeyd edilməlidir ki, “İmprotex” şirkəti zərərçəkmiş avtomobilin tam yararlı hala gətirilməsi üçün ehtiyyat hissələrinin qiymətini 72738 manat məbləğində müəyyən etmişdir. Qalan məbləğ isə boya materialları, xidmət haqqı və ƏDV-dən ibarətdir. Ekspert Rəyində də, ekspert tərəfində zərərdəymiş və yararsız hala düşmüş avtomobilin bərpa edilərək yararlı hala salınması rentabelli hesab edilməyərək orta bazar qiyməti, hətta iddiaçının nümayəndəsinin göstərdiyi 65-70 min manat həddində deyil, 58500 manat məbləğində müəyyən edilmişdir və həmin məbləğində 20 faizi avtomobilin yararlı hissələri kimi qiymətdən çıxılmışdır və qalan məbləğ 46800 manat olmuşdur. Göstərilənlərə əsasən hesab edirlər ki, Cavabdeh2 nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan məhkəmənin əsaslı və qanunauyğun çıxarılmış qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz və ona görə də həmin şikayəti təmin edilməməlidir. Apellyasiya intansiyası icraatı zamanı müəyyən edilən hallar
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz ərizəninin məzmununa uyğun izahat vermiş, apellyasiya şikayətini əsassız hesab etdiyini bildirmiş və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
9. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Azərbaycan Respublikası Mülki Məcəllənin tələblərinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdən keçirilməlidir: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İlk olaraq qeyd olunmalıdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya vurulmuş ziyana görə cavabdehin mülki məsuliyyət daşımasını sonuncu mübahisələndirmir. Birinci instansiyası məhkəməsi tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası keçirilmiş və həmin ekspert rəyi əsas götürülməklə iddia tələbi qismən təmin edilmişdir. İzah edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik deyildir, lakin iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı iş materialları əsasında keçirilmişdir və alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir (təkzibedici sübut təqdim edilməmişdir). O cümlədən cavabdeh iddiaçının avtomobilə vurulmuş ziyanın daha aşağı olmasını təsdiq edən hər hansı sübutu (alternativ mütəxəssis və ya ekspert rəyi və s.) təqdim etməmişdir.
14. Beləliklə, məhkəmə kollegiyası, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir.
15. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1929/2024 saylı işi üzrə xx.xx.2024-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.