Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1995/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı İB-nin ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB –nə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: (debitor borcun ödənilməsi və əsassız hesablanmış borcun silinməsi) hakimlər X4, İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Vəkil, üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyi”-nin nümayəndəsi X1 iştirakı ilə, ilkin iddia üzrə İddiaçı İB-nin ilkin iddia üzrə Cavabdeh qarşı “debitor borcun ödənilməsi və s.” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İB-yə qarşı( mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Energetika Nazirliyinin “ X3 Agentliyi “ cəlb edilməklə) “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4633/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İlkin iddia üzrə İddiaçı İB ilkin iddia üzrə Cavabdeh qarşı Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4147,20 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 8,56 manat və 61,56 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4217,32 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan ilk iddia üzrə Cavabdeh ilk iddia üzrə İddiaçı İB-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı İB tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi, ev 141 (yeni qaydada: ünvan 1 ünvanında yerləşən Cavabdeh məxsus fərdi yaşayış evinə hesablanmış 4168,16 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək **********00020 saylı fərdi hesabdan (saldodan) silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-4633/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh 8.56 manat pulun tutularaq İddiaçı “Azərbaycan Beynəlxalq Bankı” Azəriqaz şöbəsi üzrə (kod 805153, VÖEN: **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, ilkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun İddiaçınə aid edilməsi, İddiaçı tərəfindən Cavabdeh (abonent kodu **********00020) əsassız hesablanmış 4147.20 manat məbləğində borcun silinməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11,13 və 25 fevral 2022-ci il tarixdə Qanuna əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsinə; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9, 5.2, 6.5, 6.6, 6.7; “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1; “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1, 9.1.5 ,“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3, 18.0, 18.0.1, 26; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 14.2.6, 21, 614.3, 1096; Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 106.1, 124.3, 217.1, 217.3, 217.4, 218.1, 218.3 ,220.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, ilkin iddia tələbinin “dəymiş zərərin ödənilməsi” hissəsinə tələbin yaranmasına səbəbin İddiaçı İB tərəfindən tərtib edilmiş aktın olmasını və həmin aktın tərtib edilməsinə əsasların Cavabdeh tərəfindən təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi faktının müəyyən edilməsi olmasını nəzərə alaraq, sözügedən aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halın məhz Cavabdeh tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı tərtib etmiş şəxsin – hazırki işdə İddiaçı İB-nin üzərinə düşür. Lakin işin hallarından görünür ki, qanunvericilikdə nəzərdə tutulmuş prosedura ümumiyyətlə, əməl olunmamış, sözügedən akt İddiaçı İB tərəfindən birtərəfli qaydada tərtib edilərək istehlakçıya təqdim olunmamış, aktın 1 nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, nə də cinayət təqibi orqanına təqdim edilməmişdir. Belə olan halda isə istehlakçının qazın talanmasında təqsirli olması səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyinə görə İddiaçı İB-nin zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ yaranmamışdır. Eyni zamanda, qaz sayğacı küçədə yerləşməklə aktda qeyd edilən halların baş verməsi və bu kimi təsirlərdən qorunması Cavabdeh məsuliyyətində ola bilməz. Əksinə fiziki şəxslərə məxsus evə aid küçədə yerləşən sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi qaz paylayıcısı daşıyır. Bununla yanaşı, aidiyyəti orqanın mütəxəssisinin izahatına əsasən müəyyən edilmişdir ki, borcun hesablanması qaydası düzgün olmamışdır. Göstərilənlərə əsasən, istehlakçının qazın talanmasında təqsirli olması aidiyyəti orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyindən və İddiaçı İB-nin hesablanmış zərəri tələb etməyə hüququ yaranmadığından, 4147,20 manat məbləğində dəymiş zərərin ödənilməsi ilə bağlı tələb hissəsi əsassızdır və təmin edilməməlidir . İlkin iddia tələbinin “debitor borcun ödənilməsi” hissəsinin əsaslı olması müvafiq mötəbər sübutlarla (müqavilə, abonentin saldosu) öz təsdiqini tapdığından, habelə istehlakçı tərəfindən həmin borc (yani sayğac üzrə yaranmış borc) mübahisələndirilmədiyindən (qarşılıqlı iddia ərizəsindən və istehlakçının vəkili-nümayəndəsinin izahatlarından aydın olur ki, istehlakçı yalnız xx.xx.2022-ci il tarixində tərtib edilmiş akt əsasında ona yazılmış borcu mübahisələndirir), ilkin iddia tələbi bu hissədə təmin edilməli, 8,56 manat məbləğində debitor borc Cavabdeh tutularaq İddiaçı İB-yə ödənilməlidir. “4168,16 manat borc məbləğinin qanunsuz və əsassız hesab edilərək saldodan silinməsinə dair” qarşılıqlı iddia tələbinə münasibətdə ilkin iddia tələbinin “dəymiş zərərin ödənilməsi” hissəsinin araşdırılması nəticəsində İddiaçı İB tərəfindən 4147,20 manat məbləğində borcun Cavabdeh məxsus abonent koduna əsassız yazılması müəyyən edildiyindən və Cavabdeh əlavə olaraq 20.96 manat məbləğində borcun ona əsassız yazılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən , qarşılıqlı iddia qismən təmin edilməli, Cavabdeh məxsus abonent koduna əsassız yazılmış 4147,20 manat məbləğində borc silinməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
2. Birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində təqdim edilmişlərdən görünür ki: - İddiaçı İB (qaz paylayıcısı) ilə Cavabdeh (istehlakçı) arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilə N.Məlikov 7-1, m 2 ünvanına münasibətdə bağlanmış və **********00020 abonent kodu verilmişdir;- Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları (İddiaçı İB-nin işçi qrupunun nümayəndələri Rəşidzadə Şəmsi və Mirzəyev Mirzə) tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən, abonent Cavabdeh məxsus (abonent kodu: **********00020) Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi ünvanında **********5 nömrəli G-4 tipli sayğaca baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi aşkar olunmuşdur (video disk əlavə edilib). Akt İddiaçı İB-nin əməkdaşları tərəfindən imzalanmış, Cavabdeh aktı imzalamaqdan imtina etmiş, aktın bir nüsxəsi ona təqdim edilmişdir;- Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməyə əsasən, Cavabdeh məxsus (abonent kodu: **********00020) ünvan 3 ünvanında “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunverciliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir) tələblərinə əsasən itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. Qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 (4x24x360=34560 m3 ) qazın itkiyə getdiyi hesablanmışdır;- Abonentin saldosuna əsasən, Cavabdeh məxsus (abonent kodu: **********00020) ünvan 3 ünvanına 2022-ci ilin dekabr ayına qalıq və aktlar üzrə 4147,20 manat məbləğində borc hesablanmış, ünvana xx.xx.2023-cü ildə “Zenner G4T mexaniki” markalı, **********8 nömrəli sayğac quraşdırılmış, 2023-cü ilin 9-cu ayının sonuna olan borc məbləği 4155,76 manat təşkil etmişdir;- Bildiriş-xəbərdarlıqlara əsasən,ünvan 3 ünvanı üzrə Cavabdeh (abonent kodu: **********00020): xx.xx.2023-cü il tarixə yekun borcu 20.96 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 7.76 AZN; xx.xx.2023-cü il həmin tarixə yekun borcu 7.32 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 5.56 AZN; xx.xx.2023-cü il tarixə yekun borcu 7.16 AZN təşkil etmişdir;- Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsinə əsasən, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 61,56 manat rüsum ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, N.Məlikov küçəsi, dalan 7 ünvanında yerləşən 1 nömrəli fərdi yaşayış evi Cavabdeh məxsusdur. Cavabdeh həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2017-ci il tarixdə İddiaçı İB ilə Cavabdeh arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanaraq, ona məxsus evin təbii qazla təchiz edilməsi şərtləri barədə razılığa gəlmişlər və Cavabdeh **********00020 nömrəli abonent kodu verilmişdir. Cavabdeh məxsus ünvana quraşdırılmış sayğaca İddiaçı İB-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə baxış keçirilən zaman Cavabdeh təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etməsinin aşkar olunması səbəbilə ******* nömrəli akt tərtib edilmişdir. Akt əsasında xx.xx.2022-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək, qaz sayğacının nominal qaz sərfi 4 m3 , orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və 34560 m3 (4 x 24 x 360 = 34560 m3 ) qazın itkiyə getdiyi müəyyən edilmişdir. Buna görə də **********00020 nömrəli abonent koduna 2022-ci ilin dekabr ayı üzrə akta əsasən 4147,20 manat məbləğində borc hesablanmışdır. xx.xx.2023-cü ildə Cavabdeh evinə yeni sayğac quraşdırılmışdır. Akta görə yazılmış borc məbləği İddiaçı İB tərəfindən Cavabdeh hər ay üzrə verilmiş bildiriş-xəbərdarlıqlarda öz əksini tapmamış, həmin bildirişlərdə yalnız aylıq qaz sərfiyyatına görə hesablanmış debitor borclar göstərilmişdir. İş materiallarında olan abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh İddiaçı İB-yə akt üzrə hesablanmış 4147,20 manat məbləğində borcundan əlavə, 8,56 manat məbləğində debitor borcu yaranmışdır (qəbz № **********) Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-4633/2023 saylı qətnaməsinin qismən, yəni ilkin iddia üzrə tələbin təmin edilməyən və qarşılıqlı iddia tələbi üzrə təmin edilən hissələrində ləğv edilməsini , ilkin iddia tələbinin tam təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun əvəzinin ilkin iddia üzrə cavabdehdən tutularaq İddiaçı İB-yə ödənilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli Aktdan göründüyü kimi, cavabdehə məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilərkən sonuncunun təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etməsi faktı aşkar olunmuşdur (buna sübut olaraq video disk iş materiallarına əlavə edilib). Bu faktı cavabdeh də etiraf etmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, 2023-cü ilin dekabr ayında (Akta əsasən xx.xx.2023-cü il tarixdə) cavabdeh qaz vintilindən fərdi yaşayış evini birbaşa qaz xəttinə qoşmuş və bir ay ərzində ona məxsus fərdi yaşayış evinin isitməsini qaz peçi (el arasında “ceyran peçi” deyilən) vasitəsilə həyata keçirmişdir. Bu müddət ərzində cavabdeh sayğacın dəyişdirilməsi ilə bağlı ümumiyyətlə maraqlanmamış, bu məsələnin həlli istiqamətində müvafiq müraciətlər etməmiş, ona bu hal, yəni qanunsuz qazdan istifadə etmə mənafeyinə uyğun olmuşdur. Məhkəmə isə bu hal üzrə səhv qənaətə gələrək maddi hüquq normasında vurulmuş zərərin tam tələb etmə hüququn pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Beləliklə , məhkəmə maddi hüquq normalarında təsbit olunmuş və iddiaçıya zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnun pozulmasına əsas olmuş qanusuz qətnamə qəbul etmişdir. Məhkəmə sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Nəticədə isə Azəriqaz İB-nin qanunla qorunan hüquqlarının kobud pozulması ilə nəticələnən qətnamə qəbul edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Məhkəmə tərəfindən sübütların düzgün qiymətləndirməməsi nəticəsində qanunsuz qətnamə çıxarılmışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
4. İlk iddia üzrə İddiaçı İB-nin nümayəndəsi X6 apellyasiya şikayətinə uyğun izahat verərək, cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu, bu barədə videoçəkilişin də birinci instansiya məhkəməsinə təqdim olunduğunu, lakin buna baxmayaraq həmin hissədə birinci instansiya məhkəməsinin yalnış nəticəyə gələrək, iddia tələbini təmin etmədiyini qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
5. İlk iddia üzrə Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətini əsassız hesab etdiyini, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, iş materiallarından göründüyü üzrə İddiaçı İB tərəfindən “ Təbii qazdan istifadə qaydalarının” və “ Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə riayət edilmədən istehlakçının üzərinə həddindən artıq yüksək məbləğdə əsassız öhdəlik qoyulduğunu, sayğacdan kənar qeyri-qanuni qaz xəttinin mövcud olduğunu belə ki, sayğacın özündə problem əmələ gəldiyini, bu səbəbdən də həmin ərazi üzrə “ Azəriqaz” İB-nin səlahiyyətli nümayəndəsinin həmin əraziyə dəvət olunduğunu və baxış keçirildiyini, növbəti gün üç nəfər nümayəndənin gəldiyini və qış ayları olmasından ötrü özləri sayğac dəyişilənə qədər qazdan qeyri-qanuni istifadəyə göz yumduqlarını, bunun təxmini olaraq 15- 20 günlük müddəti əhatə etdiyini, yanvar ayında sayğacın artıq dəyişdirildiyini, bu barədə aktın da mövcud olduğunu, həmçinin qanunu tələblərinə görə özbaşına qoşulma olsa da , bunun gün ərzində 12 saatdan artıq hesablana bilmədiyini, lakin İddiaçı İB tərəfindən 24 saat vurmaqla hesablandığını qeyd etmiş, təxmini olaraq akt tərtib edilməmişdən 10 gün qabaq İddiaçı İB tərəfindən sayğaca baxış keçirildiyi və hər hansı kənar müdaxilənin də olmadığını qeyd etmişdir. Həmçinin vətəndaşın evinə aylıq sərfiyyətla bağlı qəbzlərin təqdim olunduğunu, lakin bu qəbzlərin heç birində vətəndaşa belə bir cərimə məbləğinin tətbiq olunması ilə bağlı hər hansı məlumat olmadığını, yalnız “ Azəriqaz” İB məhkəməyə iddia qaldırdıqdan sonra bundan xəbərdar olduqlarını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
6. Mübahisə predmeti barəsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyinin “X3 Agentliyi”-nin nümayəndəsi X5 İddiaçı İB tərəfindən hesablanmanın düzgün aparılmadığını, cərimə aktında mənzildə hansı cihazların olması yazılmalı olduğu təqdirdə yazılmadığını, vətəndaşın adının, soyadının da qeyd olunmadığını, cərimənin sutkanın 24 saatına deyil, 12 saatına münasibətdə hesablanmalı olduğunu, Eyni zamanda, İddiaçı İB tərəfindən cərimə hesablandıqda bu barədə vətəndaşa təqdim edilməmişdən öncə hüquqi qüvvəsini alması üçün müvafiq icra hakimiyyəti orqanına yəni Energetika Nazirliyini məlumat verilməli, yekun qərardan sonra həmin cərimə məbləğinin vətəndaşın abonent bazasına otuzdurulmalı olduğunu, lakin “ Azəriqaz “ İB tərəfindən bu qaydalara da riayət olunmadığını qeyd etmişdir. Apellyasiya baxışının hədləri:
7. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
8. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissələrdə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı qərarına; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 76, 77, 80-82, 89, 106.2, 119, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, cavabdehin apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından, əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin bu əsaslarla dəyişdirilməsi üçün əsas ola bilməz.
9. Belə ki, ilk iddia üzrə cavabdehin pozuntu törətməsi (qazı talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin törədilməsində əsaslı şübhələr müəyyən etsə də, təqdim edilən akta uyğun yaranmış borcla rəsmi tanış edilməsi və xəbərdarlıq edilməsi, müvafiq tədqiqatların aparılması, qərarların qəbul edilməsi və vaxtında tələblərin irəli sürülməsi üçün müvafiq tədbirlər həyata keçirilməmişdir. Mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə hüquqdan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) suiistifadəyə şərait yaradan hal kimi mülki mühakimə icraatı qaydasında mübahisəlidir və müzakirəyə çıxarılan sübutlar təkzibediləndir. İlk iddia üzrə iddiaçının (vəzifəli şəxslərinin) tərtib etdiyi aktların nəticəsiz qalması onların şübhələrdən kənar sübut növü kimi qəbulu üçün əsaslar müəyyən etmir. Kollegiya hesab edir ki, təqdim edilmiş aktlar üzrə peşəkar struktur təsisata malik olan ilk iddia üzrə iddiaçı (vəzifəli şəxsləri) tərəfindən mülki mühakimənin əsaslarını təşkil edən istehlakçı tərəfindən yol verilmiş pozuntulara dair sübutetmə vəzifələrinə formal yanaşılmışdır (talama faktı üzrə nəzarəti qanunla həvalə edilmiş müvafiq icra hakimiyyətinə və ya müvafiq hüquq-mühafizə orqanlarına aidiyyəti müraciətlər edilməmişdir). İlk iddia üzrə cavabdehin mülki hüquq pozuntusunun mövcudluğu məhz onun və ya digər şəxslərin hüquqazidd hərəkətlərindən (hərəkətsizliyindən) irəli gəlməsi üçün təqsirsizlik prezumpsiyasının mahiyyəti və cavabdehin iddia etdiyi davam edən pozuntuya susması aspektindən anlaşılan deyil. Qeyd edilən müstəvidə mülki münasibətlərin səciyyəsi, deliktin mövcudluğu və onun kim tərəfindən törədilməsi, müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, bunun səbəbləri və ya digər xüsusatların əsasları müəyyən edilmir.
10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə əsasən: 1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti оrqаnının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən bir aydan çox olmayan müddətdə həyata keçirilməsi barədə istehlakçının seçimi qeyd edilməlidir. Müayinə zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş tədbirlər görülür. Qaz paylayıcısı tərəfindən müayinənin keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
11. Qanunun 6-4-cü maddəsinə görə, müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə riayət olunmasına monitorinq keçirilməsi yolu ilə mütəmadi nəzarət edir və həmin tələblərə riayət olunmadığını müəyyən etdikdə icrası məcburi olan göstərişlər verir. Monitorinqin keçirilmə qaydası müvаfiq icrа hаkimiyyəti оrqаnının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Sahibkarlıq subyektlərinə münasibətdə monitorinq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilir.
12. Qanunun 13-cü maddəsinə əsasən: 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 10. Müvafiq icra hakimiyyəti orqanının və qaz paylayıcısının səlahiyyətli şəxsinin bu Qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
13. Mülki Məcəllənin 560.1, 560.2 və 560.3.4-ci maddələrinə əsasən: Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi xüsusən hüquqdan sui-istifadə kimi nəzərdə tutulmuşdur. Məcəllənin 1096.1-1096.2 əsasən: Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
14. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddələrinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən: İ.Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. V. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
16. Mübahisələndirilən hissədə iddianın qiyməti 5000 (beş min) manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci (şikayətin əsassızlığı nəzərə alınaraq) onu ödəyən şəxsə aid edilməlidir.
17. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4633/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.