Məhkəmə qərarları › İş №2(103)-2/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2/2022

19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh2 Müştəba oğlu və Cavabdeh3 iştirakları ilə, İddiaçı-nin cavabdehlər X15, Cavabdeh2 Müştəba oğlu, X12, X18, Cavabdeh4 və X13 qarşı borcun tutulması, tutmanın ipotekaya qoyulmuş əmlaka yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(008)- 690/2013 saylı qətnaməsindən iddiaçı və Cavabdeh2 Müştəba oğlu tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X15, Cavabdeh2 Müştəba oğlu, X12, X18, Cavabdeh4 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 35.000 manat və 16 aprel 2012-ci il tarixə hesablanmış faiz borcu 5320,18 manat olmaqla, cəmi 40.320,18 manat məbləğində borcun və 20 manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması, tutulmuş məbləğin ipoteka qoyulmuş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, mənzilin açıq hərracda satılması və açıq hərracdan əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, ünvan 2 ünvanında yerləşən mənzil açıq hərracda satıldıqdan sonra cavabdehlər Cavabdeh2 Müştəba oğlu, X18, Cavabdeh4 və X9 1 (bir) ay ərzində mənzili könüllü tərk etmədikləri təqdirdə, onların mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılması, mənzilin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2 (008)-690/2013 saylı 20.05.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı-nin iddiası qismən təmin edilmiş, Cavabdeh1 Vəli oğlundan 35.000 manat əsas borc və 17949,99 manat gecikdirilmiş faiz borcu, cəmi 52949,99 manatın, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh2 Müştəba oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 29 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmaqla Cavabdeh2 Müştəba oğlunun, X6, Cavabdeh4, X9 həmin mənzildən çıxarılmaları qət edilmişdir. Həmin qətnamədən iddiaçı və Cavabdeh2 Müştəba oğlu apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində Sabunçu rayon Məhkəməsinin 2(008)-690/2013, 20.05.2013-cü il qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv edilərək ilkin satış qiymətinin müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh2 Müştəba oğlu apelyasiya şikayətində Sabunçu rayon Məhkəməsinin 2(008)-690/2013, 20.05.2013-cü il qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunundan aydın olur ki, Cavabdeh2 qətnamənin qismən-ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş edir. İddiaçı apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qətnamənin “qət etdi” hissəsində ipoteka predmentinin ilkin satış qiymətinin müəyyən olunması və ya həmin tələbin rədd edilməsi barədə hər hansı bir qeyd edilməmişdir. Baxmayaraq ki, iddia tələbinin bir hissəsi qətnamədə ipoteka predmentinin ilkin satış qiymətinin müəyyən edilməsi də xahiş edilmişdir. Çıxarılmış qətnamənin “müəyyən etdi” hissəsində ilkin satış qiymətinin təmin olunmaması barədə hər hansı bir hüquqi əsaslandırma müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 220.4-cü maddəsində qətnamənin əsaslandırıcı hissəsində iddianın rədd edilməsi barədə qeyd edilməli və rədd edilməni özündə əsaslandıran normativ akt və ya hüquq normasının göstərilməsi məcburidir. Ancaq bu barədə qətnamədə heç bir qeyd edilməmişdir. İddia ərizəsində ipoteka predmetinin ilkin satış qiymətinin məhkəmə qətnaməsində göstərilməsinin məcburiliyi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 39.3.3-cü maddəsində ipoteka saxlayanın hüququ kimi deyil, işə baxan hakimin vəzifəsi kimi göstərilmişdir. Göründüyü kimi, ipotekanın ilkin satış qiymətinin qətnamədə göstərilməsi iddia tələbindən asılı olmayaraq hər bir halda qətnamədə göstərilməlidir. Qiymətinin müəyyənləşdirilməsi mexanizmi isə qeyd olunan maddədə əks edilmişdir.” Cavabdeh2 Müştəba oğlu apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “19.12.2011-ci il tarixdə MMC əməkdaşları X7 və İsmayılov Cəbrayılla qabaqcadan əlbir olub qrup təşkil edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona məxsus əmlakı ələ keçirmək məqsədi ilə ona 10.000 manat kredit ayrılacağına söz vermiş, ona məxsus Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi ev 29, 52 saylı mənzili İddiaçı-ə girov qoymuş, əvəzində 35000 manatlıq krediti rəsmiləşdirərək həmin məbləği almış və həmin məbləğdən ona bir manat da olsun verməmişdirlər. 05 aprel 2013-cü ildən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2 və 184.3.2-ci maddələri ilə təqsirləndirilən şəxslər X7 və X1 barəsində olan cinayət işi başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.02.2014-cü il tarixli 2 (103)- 410/2014 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 Müştəba oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Sabunçu rayon Məhkəməsinin 2(008)-690/2013, 20.05.2013-cü il qətnaməsi qismən- tələbin Cavabdeh2 Müştəba oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 29 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmaqla Cavabdeh2 Müştəba oğlunun, X6, Cavabdeh4, X9 həmin mənzildən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2014-cü il tarixli 2 (102)-2398/4 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27.02.2014-cü il tarixli 2 (103)-410/2014 saylı qətnaməsi qismən-iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh2 Müştəba oğlunun apelyasiya şikayətinin qismən təmin edilməsi, Sabunçu rayon Məhkəməsinin 2(008)-690/2013, 20.05.2013-cü il qətnaməsi qismən- tələbin Cavabdeh2 Müştəba oğlunun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclik küçəsindəki 29 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzilin açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində boşaldılmaqla Cavabdeh2 Müştəba oğlunun, X6, Cavabdeh4, X9 həmin mənzildən çıxarılmaları hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclaslarında tərəflərindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 Müştəba oğlu və Cavabdeh3 məhkəmə iclasında Cavabdeh2 Müştəba oğlu tərəfindən verilən apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 Müştəba oğlunun apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(008)- 690/2013 saylı qətnaməsi qismən ləğv edilməli, iddia ipoteka qoyulmuş mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin edilməli, ünvan 2 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli kredit müqaviləsi bağlanmış, borcalana illik 24 faiz dərəcəsi ilə 6 ay müddətinə 35000 manat kredit verilmişdir. İpoteka müqaviləsinin dövlət qeydiyyatı barədə sübutlar işə əlavə edilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi, Cavabdeh2 Müştəba oğlunun tam mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzil 22 dekabr 2011-ci il tarixli 10820/030-11 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. 19.12.2011-ci il tarixli ərizələrə əsasən X12, X18, Cavabdeh4 və X19 ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş, əmlaka tutma yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd şərtsiz tərk etməyi öhdəsinə götürmüşlər. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və təsdiq olunmuş kreditin hissəhissə ödəmə qrafikini ardıcıl olaraq iki dəfədən artıq pozmuşdur. Bank tərəfindən borcalana borcun ödənilməsi barədə 12.03.2012-ci il tarixdə xəbərdarlıq məktubu göndərilmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutları əsas götürərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 448.1, 317.1, 319.1, 319.1, “İpoteka haqqında” Qanunun 33, 34.1, 59.3-cü maddələrinə istinad edərək iddianın qismən təmin edilməsi barədə nəticəyə gəlmiş, iddia tələbi ipoteka predmeti olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin edilməmişdir. Məhkəmə iddiaçının apellyasiya şikayəti ilə razılaşır ki, birinci instansiya məhkəməsi iddiaçını tələbini qismən rədd edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən (işə baxılan zaman qüvvə olmuş redaksiyada) qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Hazırkı halda birinci instansiya məhkəmə iddiaçının tələbinin rədd edildiyi hissədə iş üzrə gəldiyi nəticəni əsaslandırmaq üçün bir cümlə belə yazmamış, yalnız nəticə hissəsində iddianın qismən təmin edildiyini göstərməklə kifayətlənmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İddiaçı tərəfindən bu barədə tələb irəli sürülüb sürülməməsindən asılı olmayaraq qanunun tələbinə əsasən məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi barədə qətnamə qəbul edərkən qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 63.1-ci maddəsinə əsasən xüsusi biliyə malik olan, bu Məcəllədə nəzərdə tutulmuş hallarda rəy verməsi zəruri hesab edilən, məhkəmə tərəfindən təyin edilən və ya işdə iştirak edən şəxslərlə ekspertizanın aparılması barədə müqavilə bağlamış şəxs məhkəmədə ekspert qismində çıxış edə bilər. İşə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olam əmlakın likvid dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın həyata keçirilməsi “X11” MMC-yə həvalə edilmiş, “X11” MMC-nin 04.11.2021-ci il tarixli qiymətləndirmə rəyinə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mənzilin likvid dəyəri 80000 manat təşkil edir. İşdəki “Əmlak Ekspert Mərkəzinin” 09.03.2017-ci il tarixli qiymətləndirmə rəyində mənzilin ilkin satış qiyməti-likvid dəyəri 85.000 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, “Əmlak Ekspert Mərkəzinin” rəyi “X11” MMC-nin qiymətləndirmə rəyindən 4 il əvvəl tərtib edildiyi və həmin rəydə daşınmaz əmlakın 2017ci il üçün müəyyən edilmiş likvid dəyəri əks olunduğundan ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) “X11” MMC-nin qiymətləndirmə rəyi əsas götürülməklə 80.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 Müştəba oğlunun apellyasiya şikayətinin təmin edilərək iş üzrə qəbul edilmiş qətnamənin ipoteka predmetinə tutma yönəldilməsi hissəsində ləğv edilməsi üçün əsaslar mövcud deyil. İşdəki məhkəmə aktlarından görünür ki, Cavabdeh2 Müştəba oğlunun İddiaçı-yə, cavabdehlər X10, X2, X4 qarşı Ekspressbank" ASC ilə Cavabdeh1 arasında 22 dekabr 2011-ci il tarixli 10820-030/11 nömrəli kredit müqaviləsinin və mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilin ipoteka ilə yüklü edilməsinə dair 22 dekabr 2011-ci il tarixli 10820/030-11 nömrəli ipoteka müqaviləsinin və hüquqi nəticələrinin etibarsız hesab edilməsi barədə iddiası Nərimanov rayon Məhkəməsinin 07.06.2017-ci il tarixli 2(005)- 2495/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə təmin edilməmişdir. Cavabdeh2 Müştəba oğlunun həmin iş üzrə qaldırdığı iddia ərizəsinin və hazırkı iş üzrə apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, o ipoteka müqaviləsi bağlanarkən aldadılmışdır. İpoteka müqaviləsi onun həqiqi iradə ifadəsinə uyğun bağlanmamış etibarsız müqavilə olduğundan ipoteka predmetinə tutma yönəldilə bilməz. Qeyd edilən iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12.04.2021-ci il tarixli 2(102)-540/2021-ci il tarixli yekun qərarından və Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.07.2013-cü il tarixli hökmündən görünür ki, İddiaçı-nin səlahiyyətli şəxsləri tərəfindən iddiaçıya qarşı cinayət törədilməsi və həmin hadisəyə aidiyyəti müəyyən edilməmişdir İpoteka və kredit müqaviləsinin bağlanmasında iştirak etmiş X3 və Cavabdeh1 da həmin cinayət hadisəsinə bu və ya digər formada aidiyyəti müəyyən edilməmişdir. Həmçinin məhkəmə araşdırmaları zamanı Cavabdeh2 Müştəba oğlunun ipoteka müqaviləsi üzrə tərəf olmayan üçüncü şəxslər X5 və X7 tərəfindən aldadılmasından müqavilənin tərəfi olan İddiaçı-nin və ya Cavabdeh1 xəbərdar olmaları öz təsdiqini tapmamışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, ipoteka müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanılmış, notarial qaydada təsdiq edilmiş, həmçinin ipoteka qoyanın ailə üzvləri müqavilənin bağlanmasına razılıq vermişlər. Müəyyən edilmişdir ki, Cavabdeh2 Müştəba oğlu mənzilini ipoteka qoymaqla 10.000 manat pul əldə etmək niyyətində olmuş, mənzil onun iradəsinə uyğun ipoteka qoyulmuş və İddiaçı-dən 35.000 manat ipoteka götürülmüşdür. Məhkəmələrin qənaətinə görə bankdan götürülmüş kreditdən ipoteka qoyana pul verilməməsi, onun aldadılması mənzilin ipoteka qoyulmasından sonra baş vermiş hərəkətlər olduğundan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddianın əsası kimi istinad edilmiş ipoteka müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarlı və qanunun tələblərinə uyğun bağlanmış müqavilə hesab edilərək Cavabdeh2 Müştəba oğlunun apellyasiya şikayətində irəli sürdüyü məsələlərə həm Bakı Ağır Cinayətlər Məhkəməsinin 26.07.2013-cü il tarixli hökmü, həm də tərəflər arasında baxılmış mülki mübahisə üzrə qanuni qüvvədə olan məhkəmə aktları ilə hüquqi qiymət verildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü, 82.4-cü maddələrinin tələblərinə əsasən Cavabdeh2 Müştəba oğlunun apellyasiya şikayətinin dəliləri əlavə məhkəmə araşdırılması aparılmadan əsassız hesab edilir və iddianın ipoteka predmetinə tutma yönəldilməsi hissəsində rədd edilməsi üçün qanuni əsasların mövcudluğu sübut müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh2 Müştəba oğlunun apelyasiya şikayəti təmin edilməmədi, iddiaçı İddiaçı-nin apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(008)- 690/2013 saylı qətnaməsi qismən ləğv edilməli, iddia ipoteka qoyulmuş mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində təmin edilməli, ünvan 2 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 Müştəba oğlunun apelyasiya şikayəti təmin edilməsin. İddiaçı-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20.05.2013-cü il tarixli, 2(008)- 690/2013 saylı qətnaməsi qismən ləğv edilsin. ünvan 2 saylı mənzilin ilkin satış qiyməti 80.000 manat müəyyən edilsin. İddiaçı tərəfindən “X11” MMC-yə ödənilmiş 300 manat qiymətləndirmə xidmətinə görə xərc iddiaçının xeyrinə, 150 manat qiymətləndirmə xərci “Əmlak Ekspert Mərkəzi”nin (VÖEN **********, hesab: AZ53CDBB********************) xeyrinə cavabdeh X8 tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar