Məhkəmə qərarları › İş №2(103)-2/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Royalbank" ASC-nin ləğvedicisi “X1 Company" MMC-nin Cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi, əsas borcun, hesablanmış faizlərin tutulması tələbinə dair mülki iş üzrə Açar sözlər:(kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)-18/2016 saylı qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı tərəf Cavabdeh1 ilə aralarında 20 aprel 2009-cu il tarixli, 1000 saylı, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı və 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqavilələrinin bağlanmasını, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımı qaydada icra etmədiyinə əsaslanaraq, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. 2.Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(004)- 3/2023 saylı qətnaməsi ilə iddiaçı X4 iddia tələbi qismən təmin edilərək X5 ilə LPO "xxxx" ASC arasında bağlanmış M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi qət edilmiş, qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı “Royalbank" ASC-nin ləğvedicisi “X1 Company" MMC Cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi, əsas borcun, hesablanmış faizlərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 4154 (dörd min yüz əlli dörd) manat 35 (otuz beş) qəpik əsas, 2869 (iki min səkkiz yüz altmış doqquz) manat 36 (otuz altı) qəpik faiz, cəmi 7023 (yeddi min iyirmi üç) manat 71 (yetmiş bir) qəpik məbləğində borcun, 1080 (min səksən) manat cərimə borcunun, eyni zamanda "xxxx" ASC ilə Cavabdeh1 arasında 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə ******* (bir milyon iki yüz qırx üç min üç yüz iyirmi dörd) Avro əsas, 159803 (yüz əlli doqquz min səkkiz yüz üç) Avro 22 (iyirmi iki) sent faiz, cəmi ******* (bir milyon dörd yüz üç min yüz iyirmi yeddi) Avro məbləğində borc, 223798 (iki yüz iyirmi üç min yeddi yüz doxsan səkkiz) Avro cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli, 2 iqt (81)-2410/2012 saylı qətnaməsi ilə "xxxx" ASC-nin müflis elan edilməsi, "xxxx" ASC-nin ləğvedicisi qismində” X1 Company” MMC-nin təyin edilməsi qəl olunmuşdur. "Royalbank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2010-cu iltarixli, İ- 155 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 ay müddətinə, illik 26 faiz olmaqla 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 sözügedən kreditin əsas məbləğindən 545 (beş yüz qırx beş) manat 65 (altmış beş) qəpik, faiz məbləğindən 937 (doqquz yüz otuz yeddi) manat 79 (yetmiş doqquz) qəpik, cəmi 1483 (min dörd yüz səksən üç) manat 44 (qırx dörd) qəpik məbləğində qismən ödəniş edərək, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh1 müraciətlər edilmiş, lakin Cavabdeh1 verdiyi vədlərə əməl etməyərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq, Cavabdeh1 11 avqust 2010-cu il tarixli İ-155 saylı kredit müqaviləsi üzrə 30 yanvar 2014-cü il tarixinə 4154 (dörd min yüz əlli dörd) manat 35 (otuz beş) qəpik əsas, 2869 (ikimin səkkiz yüz altmış doqquz) manat 36 (otuz altı) qəpik faiz, cəmi 7023 (yeddi min iyirmi üç) manat 71 (yetmiş bir) qəpik məbləğində borcu. 1080 (min səksən) manat 13 (on üç) qəpik cərimə borcu mövcuddur. Bununla yanaşı "RoyalBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyun 2012-ci il tarixində bağlanmış MXD-2012 M-358 saylı kredit xətti müqaviləsinə əsasən, 26 ay müddətinə, illik 8 faiz dərəcəsi olmaqla, ******* (bir-milyon) avro məbləğində kredit xətti açılmışdır. Qeyd olunan kredit xətti üzrə ******* (bir milyon iki yüz qırx üç min üç yüz iyirmi dörd) Avro məxaric edilmişdir. Cavabdeh1 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə heç bir ödəniş etməyərək, üzərinə düşən öhdəlikləri yerinə yetriməmişdir. Bunun nəticəsi olaraq Cavabdeh1 14 iyun 2012-ci il tarixində bağlanmış MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə ******* (bir milyon iki yüz qırx üç min üç yüz iyirmi dörd) Avro əsas, 159803 (yüz əlli doqquz min səkkiz yüz üç) Avro 22 (iyirmi iki) sent faiz, cəmi ******* (bir milyon dörd yüz üç min yüz iyirmi yeddi) Avro məbləğində borcu və 223798 (iki yüz iyirmi üç min yeddi yüz doxsan səkkiz) Avro cərimə borcu mövcuddur. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. 5.Bundan başqa iddiaçı "xxxx" ASC-nin ləğvedicisi “.X1 Company” MMC Cavabdeh1 qarşı kredit müqaviləsinə xilam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi, tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2019-cü il tarixli kredit müqaviləsi üzər öhədiliklərin yerinə yetitilməməsinə görə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 16070 manat 73 qəpik, əsas, 21797 manat 55 qəpik faiz, 3856 manat cərimə, cəmi 41724 (qırx bir min iyirmi dörd) manat, 28 (iyirmi səkkiz) qəpik məbləğində borcun ödənilmiş 31 manat dövlət rüsumunun və bank xidmət haqqının və 2 manat poçt xidmət haqqının tutulması, tutmanın ilk növbədə 21 noyabr 2011c il tarixli ipoteka müqaviləsinə əsasən girov qoyulmuş və borclu Cavabdeh1 məxsus “X8” minik markalı, 2006-cı il buraxılışlı, qara rəngli, JTEHJ09J375164007 ban nömrəli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə edilən vəsait ilə banka olan borcun ödənilməsi barədə qətnmə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 iyul 2012-ci il tarixli. 2 iqt (81)-2410/2012 saylı qətnaməsi ilə "xxxx" ASC-nin müflis elan edilməsi, "xxxx" ASC-nin ləğvedicisi qismində “X1 Company” MMC-nin təyin edilməsi qət olunmuşdur. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 48 ay müddətinə, illik 24 faiz olmaqla 36250 (otuz altı min iki yüz əlli) manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2009-cu il tarixli ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 məxsus “X8” minik markalı, 2006-cı il buraxılışlı, qara rəngli, Ban: JTEHJ09J375164007 dövlət qeydiyyat nişanlı avtomobil 20 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən götürülmüş kredit məbləğinin təminatı kimi girov qoyulmuşdur. Cavabdeh1 həmin kreditin əsas məbləğindən 20179 (iyirmi min yüz yetmiş doqquz) manat 27 (iyirmi yeddi) qəpik, faiz məbləğindən 2013 (iki min on üç) manat 93 (doxsan üç) qəpik, cəmi 22193 (iyirmi iki min yüz doxsan üç) manat 20 (iyirmi) qəpik məbləğində qismən ödəniş edərək, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə Bank tərəfindən Cavabdeh1 müraciətlər edilmiş, lakin Cavabdeh1 verdiyi vədlərə əməl etməyərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Bunun nəticəsi olaraq, Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə 25 aprel 2014-cü il tarixinə 16070 (on altı min yetmiş) manat 73 (yetmiş üç) qəpik əsas, 21797 (iyirmi bir min yeddi yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik faiz, 3856 (üç min səkkiz yüz əlli altı) manat cərimə, cəmi 41724 (qırx bir min yeddi yüz iyirmi dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcu mövcuddur. Ona görə də iddianın təmin edilməsi məhkəmədən xahiş olunmuşdur. 7.İş üzrə Nəsimi Rayon Məhkəməsinin 25 iyun 2014-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASCnin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh1 qarşı kredit müqaviləsinə xitam verilməsi, kredit müqaviləsi üzrə əsas borcun, əsas borca hesablanmış faizlərin tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair 2(006)-3585/2014 saylı mülki iş ilə eyni tərəflər arasında olan “kredit borcunun və hesablanmış faizlərin tutulması” tələbinə dair 2(006)-2957/2014 saylı mülki işin bir icraatda birləşdirilməsi qərara alınmışdır. 8.Məhkəmə araşdırması zamanı iddiaçı "xxxx" ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin nümayəndəsi AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" ASC ilə X5 arasında bağlanmış 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə X3 "xxxx" ASC-nin xeyrinə 4154,35 manat əsas, 2869,36 manat faiz, cəmi 7023,71 manat məbləğində borcun, 1080 manat cərimə borcunun, eyni zamanda "xxxx" ASC ilə X5 arasında bağlanmış 14 iyun 2012-ci il tarixində bağlanmış MXD- 2012 M358 saylı kredit xətti müqaviləsinə xitam verilməsi, "xxxx" ASC ilə X5 arasında 14 iyun 2012-ci il tarixində bağlanmış MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinə görə X3 "xxxx" ASC-nin xeyrinə ******* Avro əsas, 159803,22 Avro faiz, cəmi ******* Avro məbləğində borc, 223798 Avro cərimə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və "xxxx" ASC ilə X5 arasında bağlanmış 20 aprel 2009cu il tarixli, No1000 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə X3 "xxxx" ASC-nin xeyrinə 16070,73 manat əsas, 21797,55 manat faiz, 3856 manat cərimə, cəmi 41724,28 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 yanvar 2016-ci il tarixli, 2(006)18/2016 saylı qətnaməsi ilə (hakim-Azər Paşayev) iddia qismən təmin edilərək, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 14 iyun 2012-ci il tarixli, MXD- 2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə ******* Avro əsas, 159803,22 Avro faiz, 10000 Avro cərimə, cəmi 1413127,22 Avro məbləğində vəsaitin milli manat məzənnəsinə uyğun olaraq tutulması, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə 4154,35 manat əsas, 2869,36 manat faiz, 100 manat cərimə, cəmi 7123,71 manat məbləğində pulun tutulması, Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə 16070,73 manat əsas, 21797,55 manat faiz, 300 manat cərimə, cəmi 38168,28 manat məbləğində pulun tutulması, Cavabdeh1 200 manat ekspertiza xərcinin dövlət nəfinə tutulması,Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 60 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. 10.İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 1000 saylı, 20 aprel 2009-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC Cavabdeh1 48 ay müddətinə illik 24 faiz olmaqla, 36250 manat məbləğində kredit verilmişdir. 11.İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 20 aprel 2009-cu il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi cavabdehə məxsus “X8” minik markalı, 2006-cı il buraxılışlı, qara rəngli, JTEHJ09J375164007 ban nömrəli avtomobil ipoteka ilə yüklü edilmişdir. 12.İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış İ-155 saylı, 11 avqust 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 36 ay müddətinə illik 26 faiz olmaqla, 4700 (dörd min yeddi yüz) manat məbləğində kredit vermişdir. 13.İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış MXD-2012 M-358 saylı, 14 iyun 2012-ci il tarixli kedit xətti müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 36 ay müddətinə, illik 8 faiz olmaqla, ******* (bir milyon) Avro məbləğində kredit xətti açmışdır. 14.İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanan 04 mart 2014-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə yaranmış borc tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 15.İş materiallarında olan "xxxx" ASC-nin Ləğvedicisi "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, 20 aprel 2009-cu il tarixli kredit müqaviləsinə əsasən, 25 aprel 2014-cü il tarixə cavabdehin banka kredit borcu üzrə 16070 (on altı min yetmiş) manat 73 (yetmiş üç) qəpik əsas, 21797 (iyirmi bir min yeddi yüz doxsan yeddi) manat 55 (əlli beş) qəpik faiz, 3856 (üç min səkkiz yüz əlli altı) manat cərimə, cəmi 41724 (qırx bir min yeddi yüz iyirmi yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində borcu vardır. 16.İş materiallarında olan "xxxx" ASC-nin Ləğvedicisi "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 11 avqust 2010-cu il tarixli İ-155 saylı kredit müqaviləsi üzrə 30 yanvar 2014-cü il tarixinə 4154 (dörd min yüz əlli dörd) manat 35 (otuz beş) qəpik əsas, 2869 (iki min səkkiz yüz altmış doqquz) manat 36 (otuz altı) qəpik faiz, cəmi 7023 (yeddi min iyirmi üç) manat 71 (yetmiş bir) qəpik məbləğində borcu və 1080 (min səksən) manat 13 (on üç) qəpik cərimə borcu, 14 iyun 2012-ci il tarixli MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə ******* (bir milyon iki yüz qırx üçmin üç yüz iyirmi dörd) Avro əsas, 159803 (yüz əlli doqquz min səkkiz yüz üç) Avro 22 (iyirmi iki) sent faiz, cəmi ******* (bir milyon dörd yüz üç min yüz iyirmi yeddi) Avro məbləğindəborcu və 223798 (iki yüz iyirmi üç min yeddi yüz doxsan səkkiz min) Avro cərimə borcu mövcuddur. 17.İş materiallarında olan "RoyalBank” ASC tərəfindən Cavabdeh1 ünvanlanan 02 may 2014-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 20 aprel 2009-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. 18.İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 08 dekabr 2014-cü il tarixli 15113 saylı məhkəmə-mühasibathq ekspertizası rəyinə əsasən 11 avqust 2010-cu il tarixdə bağlanmış İ-155 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, 30 yanvar 2014-cü il tarixinə Cavabdeh1 "xxxx" ASC-yə 4154 manat 35 qəpik əsas, 2869 manat 36 qəpik faiz, 1078 manat 63 qəpik, cərimə, cəmi 8102 manat 34 qəpik məbləğində, 20 aprel 2009-ci il tarixdə bağlanmış 1000 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, 25 aprel 2014-cü il tarixinə Cavabdeh1 "xxxx" ASCyə11870 manat 66 qəpik, əsas, 16381 manat 08 qəpik faiz, cəmi 28251 manat 74 qəpik məbləğində borcu olduğu müəyyən edilir. 19.İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 24035 saylı, 25 dekabr 2015-ci il tarixli ekspert rəyindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2010-cu il tarixli № İ-155 saylı kredit müqaviləsində “Borc alan” qrafalarındakı imzalar, 10-cu vərəqəsində olan 14 iyun 2012-ci il tarixli № MXD-2012 M-358 saylı kedil xətli müqaviləsində “Borc alan" qrafalarındakı imzalar, 43-cü və 46-cı vərəqələrində olan 20 aprel 2009-cu ıl tarixli № 1000 saylı kredit müqaviləsində “Borc alan” və “İmza” qrafalarındakı imzalar-Cavabdeh1 tərəfindən icra olunmuşdur. 20.İş materiallarında olan 21 aprel 2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 21.İş materiallarında olan 28 aprel 2014-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. 22.Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi, 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi və 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə borcun müqavilələr ilə müəyyənləşdirilmiş müddətdə ödənilməsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçı "xxxx" ASC-nin xəbərdarlığına baxmayraq borcu ödəmədiyindən icranı gecikdirmişdir. 23.Məhkəmə qeyd etmişdir ki, bank tərəfindən hesablanmış cərimələr cavabdehin hazırda ödənilməmiş faiz borclarına münasibətdə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə 100 (yüz) manat məbləğində, 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə 10000 (on min) manat məbləğində və 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə 300 (üç yüz) manat məbləğində tutulmalıdır. 24.Buna görə də, məhkəmə hesab etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh1 4154,35 manat əsas, 2869,36 manat faiz, 100 manat cərimə, cəmi 7123,71 manat məbləğində pul tutulmalıdır. 25.Həmçinin məhkəmə hesab etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə görə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə ******* avro əsas,159803 avro 22 sent faiz, 10000 avro cərimə, cəmi ******* avro 22 sent məbləğində pul vəsaiti milli manat məzənnəsinə uyğun olaraq tutulmalıdır. 26.Məhkəmə hesab etmişdir ki, 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 16070 manat 73 qəpik əsas, 21797 manat 55 qəpik faiz, 300 manat cərimə, cəmi 38168 manat 28 qəpik borc tutulmalıdır. 27.Məhkəmə iddia tələbinin kredit müqviləsinin ləğv ediləsi tələbi ilə bağlı qeyd etmişdir ki, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaduğundan və iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan 14 iyun 2012-ci il tarixli, MXD-2012 M-358 saylı müqaviləsi ləğv edilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 421.2, 442, 443.1, 445.2.1, 445.2.2, 448.1, 448.2, 462.1, 467-ci; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 14.2, 77.1, 217.4, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində birinci icraat 29.Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə də göstərildiyi kimi o, pul vəsaitini bankdan götürməmiş və onun adından götürülmüş pul məbləğlərindən onun xəbəri yoxdur. Onun "xxxx"ın prezidenti Əli və onun oğlu Fuad ilə yaxın münasibətləri olub. Onlar ona bəzi sənədlərə qol çəkdirmiş və o da, fikir vermədən həmin sənədləri imzalamışdır. O, bankdan heç bir pul məbləği götürməmişdir. Fuad ona bildirmişdir ki, o, müqavilələrə qol çəkmişdir və 2-3 aya pulu özləri ödəyəcəklər. Sonradan isə bank bağlanmış və həmin pul məbləğləri də onun üstündə qalmışdır. Bundan başqa işə baxan hakim müqavilənin bitməsindən sonra da olan faiz və cərimənin ondan bankın xeyrinə tutulması qənaətinə gəlmişdir. Belə ki, onunla iddiaçı "xxxx" ASC arasında bağlanması iddia edilən xx.xx.2009-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2013-cü il tarixdə, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin müddəti isə xx.xx.2015-ci il tarixdə bitmişdir. Göründüyü kimi müqavilələrin müddətinin bitməsindən müvafiq olaraq 2 il, 2 il və 1 ilə yaxın müdət keçdikdən sonra bütün dövr ərzində əsas borca müqavilə üzrə faizlərin hesablanması davam etdirilmişdir. Halbuki kredit müqaviləsi üzrə müddətinbitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə faizlərin hesablanmasının və ona qarşı belə bir tələb irəli sürülməsinin hüquqi əsası yoxdur. Ona görə də, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 31.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c)Apellyasiya instansiya məhkəməsindəki icraat d)Məhkəmə icraatı iştirakçılarının izahatları 32.İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 33.Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 34.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 35.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 36.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 37.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 38.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 39.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 40.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 41.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 42.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 43.Maddə 82.3.Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 44.Maddə 107.Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 45.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 46.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 47.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 48.Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 49.Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri 50.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 51.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə alaraq qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddianın qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası öncə qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2016-cı il tarixli qərardadı ilə hazırki iş üzrə icraat Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X4 cavabdeh "xxxx" ASC-nin ləğvedicisinə qarşı kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsi barədə mülki iş üzrə qəbul ediləcək qərar qanuni qüvvəyə minənə kimi dayandırılmışdır. 53.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-03/2023 saylı məktubuna əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(004)- 3/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. 54.İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2023-cü il tarixli, 2(004)-3/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit və ipoteka müqavilələrinin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" ASC arasında 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi, həmin tarixli ipoteka müqaviləsi, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi və 14 iyun 2012-ci il tarixli, M-358 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə iddiaçı X4 iddia tələbi qismən təmin edilərək X5 ilə ləğv prosesdində olan "xxxx" ASC arasında bağlanmış M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 55.Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, 14 iyun 2012-ci il tarixli, M-358 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 kredit almamışdır. Cavabdeh1 tərəfindən 20 aprel 2009-cu il tarixli, 1000 saylı kredit müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə kredit məbləğləri götürüldüyü üçün, müqavilənin etibarsızlığı ilə bağlı iddia əsassız hesab edilərək rədd olunmuşdur. 56.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit xətti müqaviləsi iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticə işin hallarına uyğun olmamışdır. 57.Belə olan halda kollegiya hesab edir ki, birinici instansiya məhkəməsinin qətnaməsi MXD-2012 M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə iddia tələbinin qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissədə təmin edilməməlidir. 58.Belə ki, MXD-2012 M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit xətti müqaviləsinin etibarsızlığı qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur. 59.Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə yerdə qalan digər iki kredit müqaviləsi üzrə müqavilə müddətinin sonunadək ödənilməmiş əsas və faiz borcunun, həmçinin cərimə məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilmişdir. 60.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/4990 saylı ekspert rəyinə kredit müqavilələri üzrə borc məbləği aşağıdakı kimi müəyyən edilmişdir. -20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə. müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2013-cü il tarixə; əsas borc üzrə - 18.068,85 manat, faiz borcu üzrə - 11.550,07 manat, Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla; əsas borc üzrə - 18.068,85 manat, faiz borcu üzrə - 21.201,85 manat, faiz borcu 5% ilə - 9.651,78 manat -11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə. müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2013-cü il tarixə; əsas borc üzrə - 4.249,13 manat, faiz borcu üzrə - 2.820,93 manat, -Maliyyə arayışında qeyd edilən tarixə, yəni xx.xx.2023-cü il tarixə illik 5% hesablanmaqla; əsas borc üzrə - 4.249,13 manat, faiz borcu üzrə - 5.025,16 manat, faiz borcu 5% ilə - 2.104,23 manat təşkil edir. 61.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 62.Kollegiya mübahisənin qanuni əsası ilə bağlı məhkəmənjin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tərəflər arasında kredit müqavilələrinə əsaslanan öhdəlik hüququndan irəli gələn münasibətlər mövcud olmuş, iddiaçı tərəf öz öhdəliyini yerinə yetirmiş, cavabdehə müqavilələrdə nəzərdə tutulmuş məbləğdə kreditlər verilmiş, cavabdeh öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. 63.Məhkəmə kollegiyası ekspert rəyini nəzərə alaraq qeyd edir ki, birinci instaniya məhkəməsi 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə əsas borcların tutulması ilə bağlı düzgün nəticəyə gəlsədə, 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulan faiz borcunun məbləği və cəmi məbləğ hissələrində düzgün olmayan nəticəyə gəldiyindən, qətnamə həmin hissələrdə dəyişdirilməldir. 64.Belə ki, ekspert rəyindən göründüyü kimi 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə müqavilə müddətinin sonu olan xx.xx.2013-cü il tarixə faiz borcu 11.550,07 manat, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə isə xx.xx.2013-cü il tarixə 2.820,93 manat məbləğində müəyyən edilmişdir. 65.Belə olan halda kollegiya faiz borcu ilə bağlı apellyatorun dəlilini əsaslı hesab edərək qeyd edir ki, 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 11550,07 manat, cəmi borc 27920,8 manat məbləğində, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə isə faiz borcu 2820,93 manat, cəmi borc 7075,28 manat məbləğində müəyyən edilməlidir. 66.Beləliklə qeyd olunan xüsusutlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)18/2016 saylı qətnaməsi M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə iddianın qismən təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı LPO olan "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği və cəmi məbləğ hissəsində dəyişdirilməli, 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği 11550,07 manat, cəmi borc 27920,8 manat məbləğində, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə isə faiz borcu 2820,93 manat, cəmi borc 7075,28 manat məbləğində müəyyən edilməlidir. 67.Kollegiya qeyd edir ki, qətnamənin faiz və cəmi borc hissəsində dəyişdirilməsi iddianın təmin edilmiş hissəsinə də təsir etdiyindən qətnamə 60 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də dəyişdirilməli, cavabdeh X3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı olan dövlət rüsumunun məbləği 43 (qırx üç) manat məbləğində müəyyən edilməlidir. 68.Eyni əsasla, aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilməli, ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 213 (iki yüz on üç) manatı cavabdeh X3, 87 manatı isə iddiaçı LPO "xxxx" ASCdən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 69.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)18/2016 saylı qətnaməsi M-358 saylı, 14 iyun 2012-ci il tarixli kredit xətti müqaviləsi üzrə iddianın qismən təmin edilən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)-18/2016 saylı qətnaməsi 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi və 11 avqust 2010-cu il tarixli, İ- 155 saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulan faiz borcu və cəmi məbləğ hissələrində dəyişdirilsin. 20 aprel 2009-cü il tarixli, 1000 saylı kredit müqaviləsi üzrə cavabdeh X3 iddiaçı LPO "xxxx" ASCnin xeyrinə tutulmalı olan faiz borcunun məbləği 11550,07 (on bir min beş yüz əlli manat, yeddi qəpik) manat, cəmi borc 27920,8 (iyirmi yeddi min doqquz yüz iyirmi manat, səkkiz qəpik) manat məbləğində, 11 avqust 2010-cu il tarixli, İ-155 saylı kredit müqaviləsi üzrə isə faiz borcu 2820,93 (iki min səkkiz yüz iyirmi manat, doxsan üç qəpik) manat, cəmi borc 7075,28 (yeddi min yetmiş beş manat, iyirmi səkkiz qəpik) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)-18/2016 saylı qətnaməsi 60 (altmış) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində də dəyişdirilsin, cavabdeh X3 iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə tutulmalı olan dövlət rüsumunun məbləği 43 (qırx üç) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2016-ci il tarixli, 2(006)-18/2016 saylı qətnaməsi aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması ilə bağlı hissədə qətnamə dəyişdirilsin. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pulun 213 (iki yüz on üç) manatı cavabdeh X3, 87 manatı isə iddiaçı LPO "xxxx" ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar