Məhkəmə qərarları › İş №2(103)-20/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-20/2020

25.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-20/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi-vəkili X5, Cavabdeh QSC “Zığ” X26 nümayəndələri X7 və X4, Üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X2, iştirakları ilə, İddiaçı Cavabdeh QSC “Zığ” X19rşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1071/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti və İddiaçı cavabdehlər Cavabdeh QSC-nin Zığ X27 və Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalat ilə əlaqədar olması faktının müəyyən edilməsi” tələbinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(011)-5145/2017 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaç İddiaçı Cavabdeh QSC-yə qarşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh-“Zığ” X17 sağlamlığına vurulmuş zərərə görə 50.000 manat məbləğində pulun alınıb ona verilməsi və cavabdeh “Zığ” X23 təqsirkar vəzifəli şəxslərinin müəyyən edilib onların inayət müsuliyyətinə cəlb edilməsi üçün xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı “X29” ASC və Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında 23 saylı region üzrə Dövlət Əmək Müfəttişliyin 3-cü şəxs kimi cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-1071/2017 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmşdir. Bundan başqa İddiaçı “X18” QSC-nin “Zığ” X30, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, “X18” QSC-nin “Zığ” X24 xx.xx.2016-cı il tarixə əmək vəzifələrini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin, hadisənin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh QSC-nin “Zığ” X24 xx.xx.2016cı il tarixdə əmək vəzifələrini yerinə sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktı müəyyən edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh QSC-nin “Zığ” X30 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətini təmin etməklə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa İddiaçı “X18” QSC-nin “Zığ” X15rşı “istesalatda bədbəxt hadisə ilə bağlı İZ formalı aktın tərtib edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, “X18” QSC-nin “Zığ” X24 xx.xx.2016-cı il tarixə əmək vəzifələrinin yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətlə bağlı İZ formalı aktın verilməsi vəzifəsinin cavabdeh “X18” QSC-nin “Zığ” X23 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-874/2018 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli 2(103)- 5301/2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(011)-874/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qeyd olunan qətnamənin ləğv edilməsi və işə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-6810/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103)-5301/2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)- 926/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh QSC-nin “Zığ” X30 və Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi” tələbinə dair 2(103)-926/2019 saylı mülki iş və İddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC-nin “Zığ” X15rşı “istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı İZ formalı aktın tərtib edilməsi vəzifəsinin üzərinə qoyulması” tələbinə dair 2(103)-1228/2019 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-926/2019 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı “X18” QSC-nin “Zığ” X30, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli 2(103)-926/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh QSC-nin “Zığ” X15rşı istehsalatda baş vermiş bədbəxt hadisə ilə bağlı İZ formalı aktın tərtib edilməsi vəzifəsinin üzərinə qoyulması tələbinə dair mülki iş üzrə icraat işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6717/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(103)-926/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 1632/2019 saylı qərardadı ilə İddiaçı Cavabdeh QSC “Zığ” X19rşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(103)-14946/2019 saylı mülki işlə birləşdirilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı Cavabdeh QSC “Zığ” X19rşı “sağlamlığa vurulmuş zərərin ödənilməsi və xüsusi qərardad çıxarılması” tələbinə dair iş üzrə apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki,cavabdeh-işəgötürən “Zığ” X30 İddiaçıla bağlanmış Əmək Müqaviləsinin şərtlərinə, müqavilə üzrə öhdəliklərinə və Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin tələblərinə əməl edilmədiyi, əməyin mühafizəsi Qaydalarını təmin edilmədiyi, İddiaçı vəzifəsini yerinə yetirərkən baş vermiş hadisənin - iş başında ağır xəsarət almasının dövlət orqanlarından gizlədilməsi,onun aldığı xəsarətə görə əmək qabiliyyətinin uzun müddətə itirilməsi və buna görə ona müavinət və sığorta ödənişləri verilməli olduğu halda verilməməsi və buna görə də işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əməl edilmədiyindən həmin məcəllənin 238, 287, 288-ci maddəsinin “h” bəndini, 290.2, 292-ci maddələrini, 294-ci maddəsinin 1-ci bəndini, 296-cı maddəsinin 4-cü bəndini, 299, 313-cü maddələrinə əsasən İddiaçı iddia tələbləri tam şəkildə təmin edilməli olduğu və “Zığ” X23 vəzifəli şəxsləri öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək onun əmək hüquqlarını kobud şəkildə pozduğuna, əməyin mühafizəsini təmin etmədiyinə və İddiaçı “Zığ” X24 vəzifəsini yerinə yetirərkən iş başında xəsarət alması faktını dövlət orqanlarından gizlətdiyinə və onların qanunsuz hərəkətləri nəticəsində onun sağlamlığına ziyan dəyərək əmək qabiliyyətini itirməyinə görə onların əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1, 308, 313, 314 maddələrinin əlamətlərinin olduğu sübuı edildiyinə görə baş vermiş hadisənin səbəblərinin araşdırılaraq təqsirkar vəzifəli şəxslərin müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmə tərəfindən xüsusi qərardad çıxardılmalı olduğu halda məhkəmə tərəfindən maddi hüquq normalarının tələblərinə düzgün əməl edilməmiş, tətbiq edilməli maddi hüquq normaları düzgün tətbiq edilməmiş, iddiaçının iddia tələblərinin təmin edilməməsi barədə ədalətsiz, əsassız və qeyri-qanuni qətnamə çıxardılmışdır. Cavabdeh QSC apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının iş vaxtı xəsarət alması, yəni bunun istehsalatda baş vermiş bədbəxt hadisə olması, habelə iddiaçının sağlamlığının itirilməsində cavabdehin təqsirinin məhkəmə prosesslərində və iş materiallarına əlavə olunmuş sənədlərlə sübuta yetirilmədiyindən, o cümlədən iddiaçı cavabdeh tərəfindən istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta olunduğundan iddia tələblərinin təmin edilməsinə dair qətnamə maddi və prosessual norma pozuntuları ilə çıxarılmışdır. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü olmadığından, bununla da iddiaçının xəsarət almasında cavabdehin təqsiri sübuta yetirilmədiyindən iddia əsassızdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi-vəkili X10 apellyasiya şikayətinin təmin edilməsini və cavabdehin şikayətinin rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh QSC “Zığ” X26 nümayəndələri X7 və X8 cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin olunmasını və iddiaçının apellyasiya şikayətinə etiraz edərək, rədd edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətinin təmin olunmasını xahiş etdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikası Əmək və X12 Nazirliyi məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnamələrinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən iddiaçımım apellyasiya şikayəti rədd edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X13-Təcrübi və Tədris Birliyinin xx.xx.2016-cı il tarixli 1013 nömrəli ekspert rəyinin surətindən görünür ki, vətəndaş İddiaçı xx.xx.2016-cı il tarixdə qaynaq işləri aparan zaman sol gözünə yad cisim (dəmir qırıntıları) düşməsi səbəbindən gözündəki ağrılarla əlaqədar xx.xx.2016-cı il tarixdə işlədiyi «Zığ» Gəmi Zavodunun tibb məntəqəsinə müraciət etmiş və ona müayinədən sonra «konyuktivit» diaqnozu qoyularaq ambulator müalicəyə götürülmüş, həmin tarixdə Cavabdeh QSC-nin 1 saylı poliklinikasına müraciət etmiş, orada aparılmış müayinələrdən sonra «sol gözdə yad cisim, konyuktivit» diaqnozu qoyularaq ambulator müalicəyə götürülmüşdür. İddiaçı sol gözündə olan prosesin ağırlaşması (kəskinləşməsi) səbəbindən xx.xx.2016-cı il tarixdə Milli Oftalmologiya Mərkəzinə müraciət etmiş və orada ona «Travmatik keratit» diaqnozu qoyularaq müalicəsi davam etdirilmişdir. Aparılmış müalicələr effect vermədiyindən xx.xx.2016-cı il tarixdə Milli Oftalmologiya Mərkəzində əməliyyat yolu ilə sol göz alması götürülmüşdür. Vətəndaş İddiaçı almış olduğu sol gözün travması qərarda göstərilən xx.xx.2016-cı il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə sol gözdə görmənin tam itirilməsi ilə nəticələnən əmək qabiliyyətinin üçdə bir hissəsindən çox (35%) olmaqla daimi (dayanıqlı) ititilməsinə səbəb olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cavabdeh QSC-nin 1 saylı poliklinikasının xx.xx.2016-cı il tarixli arayışının surətindən görünür ki, İddiaçı həqiqətən həkim-oftolmoloqun qəbulunda olmuş və ona müalicə təyin olunmalıdır qeydi edilərək OS yanıq diaqnozu qoyulmuşdur. Cavabdeh QSC-nin 1 saylı poliklinikasının xx.xx.2016-cı il tarixli arayışına əsasən, İddiaçı həqiqətən xx.xx.2016-cı il tarixdə sol gözündən ağrılarla həkim-oftolmoloqa müraciət etmişdir. Göz qapaqlarındakı şişkilnlik müşahidə olunur. xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə üç gün ərzində xəstənin sol gözündən dəmir qırıntıları çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X14 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixli arayışlarının surətindən görünür ki, İddiaçı həmin mərkəzdə ambulator müalicə almış və ona OS travmatik keratit diaqnozu qoyulmuşdur. X14 adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək işdən azad edilmiş və ona OS virus konyuktivit və keratit diaqnozları qoyulmuşdur. Bundan başqa Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2016-cı il tarixli 07/3-2-3296 nömrəli məktubundan görünür ki, İddiaçı Cavabdeh QSC- nin Zığ X24 iş vaxtı sol gözündən xəsarət alması barədə müraciətlərinə baxılmış, aparılmış araşdırma zamanı «Zığ» X17 təqdim edilmiş sənədlərdə xx.xx.2016-cı il tarixdə saat 08:00-dan 17:00-dək işdə olduğu və xəsarət almağı ilə nəticələnmiş bədbəxt hadisənin baş vermədiyi, 2016-cı ilin 21- 22 may tarixləri istirahət günü olduğundan işə çıxmadığı, xx.xx.2016-cı il tarixdə zavodun tibb məntəqsində müayinə edildikdən sonra «xroniki konyuktivit» diaqnozu ilə xəstəlik vərəqəsi açıldığının göstərildiyi, qeyd edilən səbəblərə görə ona təyin olunmuş diaqnozların istehsalatla əlaqəliliyini müəyyən etməyin mümkün olmadığı bildirilərək, məsələ ilə əlaqədar müəssisə ilə aralarında olan mübahisə yarandığından məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə təhlükəsizlik-texnikası ekspertizasının 13547 saylı, xx xxxx 2017-ci il tarixli rəyinə əsasən cinayət işi materiallarında olan məlumatlara əsasən müəyyən edilir ki, “Zığ” X23 direktoru R.Mikayılovla (“İşəgötürən”) İddiaçı (“İşçi”) arasında xx.xx.2016-cı il tarixdə bağlanmış əmək müqaviləsinin 4.4, 4.5 və 4.7 bəndlərinin şərtlərinə uyğun olaraq Cavabdeh QSC-nin “Zığ” X23 Gövdə qaynaq bölməsi 3-cü dərəcəli gəmi gövdə təmirçisi İddiaçı ilə təhlükəsizlik texnikası üzrə müvafiq təlimatlandırmalar keçirilmiş, hər gün, o cümlədən xx xxx 2016-cı il tarixdə işə başlamazdan öncə fərdi mühafizə vasitələri olan dəbilqə, əlcək, xüsusi ayaqqabı, forma və kənarları yumşaq polimer materialla bağlı olan qoruyucusu eynəklə təmin olunmaqla, işçinin sağlamlığının və əməyinin mühafizəsinin təmin olunması üçün iş şəraiti yaradılmışdır. Lakin İddiaçı sol gözündə yaranmış xəsarətlərin istehsalat prosesində alması istintaq tərəfindən toplanmış materiallarda öz təsdiqini tapmadığına və hadisənin hansı tarixdə və konkret olaraq hansı şəraitdə baş verməsi müəyyən edilmədiyinə görə, hadisənin texniki səbəbini və baş vermiş hadisə ilə əlaqədar təhlükəsizlik texnikasının və əməyin mühafizəsinin hansı qaydalarının və kimlər tərəfindən pozulmasını müəyyən etmək mümkün olmamışdır. Xətai rayon prokurorluğunun müstəntiqi Məhərrəm Əzizbəyovun cinayət işinin icraatına xitam verilməsi haqqında xx xxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında başlanmış cinayət işinin icraatına İddiaçı iş vaxtı sol gözündən xəsarət alması öz təqsdiqini tapmadığından, fakt üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin icraatına xitam verilmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli qərarında olan hüquqi mövqeyinə görə əməyin mühafizəsi ilə bağlı normaların işəgötürən tərəfindən yerinə yetirilməsini təmin edən vasitələrdən biri də əmək qanunvericiliyində nəzərdə tutulmuş qarşılıqlı maddi məsuliyyət institutudur. Onun ümumi əsasları Əmək Məcəlləsinin 191-194-cü maddələrində müəyyən olunmuşdur. İşçinin və işəgötürənin maddi məsuliyyətinin qarşılıqlı xarakteri əmək hüquq münasibətlərinin təbiətindən irəli gəlir. Bu münasibətlər müqavilə xarakterli olduğundan tərəflərdən birinin əmək münasibətlərindən irəli gələn vəzifələrindən hər hansının yerinə yetirilmədiyi halda digər subyektə vurduğu ziyanı ödəmək vəzifəsini nəzərdə tutur. Qarşılıqlı maddi məsuliyyət əməyin mühafizəsini təmin edən vasitələrdən biri olduğundan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasnMa, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi istinad olunan qərarında qeyd etmişdir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191- ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq. Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192-ci maddəsinin 2- ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin olunması birbaşa olaraq cavabdehin baş vermiş hadisədə təqsirli olmasının sübut olunmasından asılıdır. Hazırkı işi halları baxımından isə təqsirliliyin sübut edilməsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Bu baxımdan işin materialları ilə birlikdə tədqiq olunmuş ekspert rəyi və cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarla cavabdehin, yəni işəgötürənin təqsirli olması müəyyən olunmur. Belə olan halda İddiaçı Cavabdeh QSC-in Zığ X24 xx xxx 2016-cı il tarixdə əmək vəzifəsini yerinə yetirərkən sol gözünə dəmir tozu düşməsi nəticəsində aldığı xəsarətin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olmasının fakt olaraq müəyyən edilməsi yolverilən hesab edilə bilməz. Kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilən hallarla bağlı qeyd edir ki, iş materiallarına əlavə edilmiş şahid ifadələri, cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarı və ekspert rəyləri ilə cavabdeh tərəfindən əməyin mühafizə qaydalarının pozulmamamsı öz təsdiqini tapmışdır. Bundan başqa qeyd olunan cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın mübahisələndirilməsi iş materialları ilə müəyyən edilməmiş və tərəflər buna dair hər-hansı sübut təqdim etməmişlər. Kollegiya maddi ziyanın ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan İddiaçı “X18” QSC-nin “Zığ” X30, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi nəzdində Dövlət Əmək Müfəttişliyinə qarşı “xəsarət alma hadisəsinin iş vaxtı baş verməsi və istehsalatla əlaqədar olması” barədə iddia tələbinin təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdeh “X18” QSC-nin “Zığ” X23 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbləri rədd edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-1071/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “X18” QSC-nin “Zığ” X23 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(011)-5145/2017 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-1071/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar