Məhkəmə qərarları › İş №2(103)-200/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-200/2020

16.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-200/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X31 oğlunun katibliyi, İddiaçı (iddiaçı S.Q.Abbasovanın iddiası üzrə cavabdeh) Cavabdeh1 nümayəndəsi, vəkil X7, İddiaçı (iddiaçı Cavabdeh1 iddiası üzrə cavabdeh) İddiaçı nümayəndəsi, vəkil X5, Cavabdeh2 nümayəndəsi, vəkil X12 iştirakları ilə, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, X13, 9 saylı Notariat Kontoruna, 31 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “kredit və alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 5890/2018 saylı qətnaməsindən və İddiaçı Cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3596/2018 saylı qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, X13, 9 saylı Notariat Kontoruna, 31 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 3M-1692 və 3M-1693 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2017-ci tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 28 saylı ünvanda yerləşən mənzil barəsində saxta alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxx 2017-ci il tarixdə Cavabdeh3 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X17 arasında bağlanmış 4Ə/-587 saylı reyestrlə qeydə alınmış xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2017-ci il tarixdə X9 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, X17 ilə İddiaçı arasında bağlanmış 4Ə/-238 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11a ünvanında yerləşən 79 saylı qeyri-yaşayış sahəsinin Cavabdeh1 verdiyi etibarnamə əsasında onun əvəzinə Cavabdeh3 ilə X10 arasında bağlanmış 4Ə/-164 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə X4 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, X10 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə/-620 saylı reyestrlə qeydə alınmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə Cavabdeh2 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-5890/2018 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh3 ilə iddiaçı Cavabdeh1 arasında Bakı şəhəri 9 saylı notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 3M- 1692 reyestr nömrəli və 3M- 1693 reyestr nömrəli kredit müqavilələrinin etibarsız hesab edilməsi, iddia tələbinin qalan hissədə (ünvan 1 28 saylı mənzil barəsində saxta alqı-satqı müqaviləsi əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxx 2017-ci il tarixdə Cavabdeh3 adına verilmiş RX 106267 saylı çıxarışın ləğv olunması, Cavabdeh3 ilə X17 arasında bağlanmış 4Ə/-587 saylı reyestrlə qeydə alınmış xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxx 2017-ci il tarixdə X9 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, X17 ilə İddiaçı arasında bağlanmış 4Ə/-238 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə İddiaçı adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11a ünvanında yerləşən 79 saylı qeyri-yaşayış sahəsinin Cavabdeh1 verdiyi etibarnamə əsasında onun əvəzinə Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış 4Ə/-164 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh4 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması, Cavabdeh4 ilə Cavabdeh2 arasında bağlanmış 4Ə/-620 saylı reyestrlə qeydə alınmış xx xxxx 2018-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə Cavabdeh2 adına verilmiş RX ******* saylı çıxarışın ləğv olunması hissəsində) əsassız olduğundan rədd edilməsi qət edilmişdir. İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3596/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən çıxarılması, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A, 28 saylı mənzildən Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab olunması qət edilmişdir. Hər iki qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş və apellyasiya instansiyası məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qərardadı ilə mülki işlər baxılması üçün bir icraata birləşdirilmişdir. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnamələri qanunsuz və əsassız olmuş, Cavabdeh1 əmlakları saxta sənədlər əsasında özgəninkiləşdirilmiş, o cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən aldadılmışdır. Məhkəmə iclaslarında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə Cavabdeh1, habelə onun etibarnamə əsasında nümayəndələri, vəkillər X7 və X16 apellyasiya şikayətlərini müdafiə edərək, hər iki qətnamənin ləğv olunmasını, iddiaçı Cavabdeh1 iddiasının təmin olunmasına, İddiaçı iddiasının isə rədd olunmasına dair qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclaslarında birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə İddiaçı, habelə onun etibarnamə əsasında nümayəndəsi, vəkil X14 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında birinci iddia üzrə Cavabdeh2 etibarnamə əsasında nümayəndəsi, vəkil X21 apellyasiya şikayətinə həmin cavabdehə aid hissədə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmənin xx xxx 2019-cu il tarixli iclasında iştirak etmiş birinci iddia üzrə Cavabdeh4 apellyasiya şikayətlərinin həllini məhkəmənin mülahizəsində saxlamaqla, 2011-ci ildən xx xxxxx 2017-ci il tarixədək 9 saylı Notariat Kontorunda işlədiyini, Cavabdeh3 Cavabdeh4 tanışına sənəd düzəltmək adı ilə 95000 manat pul aldığını, pulun əvəzində Maştağa qəsəbəsində yerləşən mülkiyyəti Cavabdeh4 adına keçirməsini, həmin əmlakın Nigar adlı xanıma girov qoyulduğunu, sonradan həmin Nigar xanımın əmlakı satdığını, həmin hərəkətlərdən Cavabdeh1 xəbərinin olmamasını göstərmişdir. Bakı şəhəri 31 saylı notariat ofisi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsə də, həmin ofisin xüsusi notariusu Ramiz Hümmətov xx xxxx 2019-cu il tarixli məktubla məhkəmə kollegiyasına müraciət edərək göstərmişdir ki, xx xxxxxx 2017-ci il tarixdə vətəndaş Cavabdeh3 və Cavabdeh4 notariat fəaliyyəti ilə məşğul olduğu notariat ofisinə gələrək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11A ünvanında yerləşən və Cavabdeh1 şəxsi mülkiyyətində olan qeyri-yaşayış binasına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi ilə əlaqədar müraciət etmişlər. Notarius Cavabdeh1 məxsus xx xxxx 2017-ci il tarixli qeyri-yaşayış sahəsinin Çıxarışının əslini, Bakı şəhəri 9 saylı notariat kontoru tərəfindən xx xxxxx 2017-ci il tarixli Cavabdeh1 adından Cavabdeh3 adına 7E-9224 reyestrlə təsdiq olunmuş ona məxsus bütün əmlakının idarə edilməsinə və onun üzərində sərəncam verilməsinə dair etibarnamənin əslini, qeyri-yaşayış sahəsinə dair Texniki pasportu nəzərdən keçirib, şəxsiyyət vəsiqələri əsasında onların şəxsiyyəti müəyyən olunduqdan sonra, onlayn qaydada daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırmasına (yüklülüyünə) dair dövlət reyestrindən forma-1 arayışı çıxarılmış, etibarnamənin qüvvədə olması “Elektron notariat” Avtolaşdırılmış informasiya sistemindən yoxlanıldıqdan sonra alqı-satqının hazırlanmasına göstəriş vermişdir. Cavabdeh1 məxsus qeri-yaşayış sahəsinə dair Çıxarışda həmin əmlakın ona vərəsəlik qaydasında keçməsi barədə reyestr xidməti idarəsi tərəfindən xüsusi ştamp vurularaq altından xətt çəkilmişdir. Qeyri-yaşayış sahəsinə aid Çıxarış notariusda heç bir şübhə yaratmamış, əlavə olaraq həmin Çıxarış əsasında “Elektron notariat” Avtomatlaşdırılmış informasiya sistemindən onlayn qaydada Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına valınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən forma-1 arayışı əldə olunmuşdur. Cavabdeh1 etibarnamə əsasında nümayəndəsi olan Cavabdeh3 və alıcı Cavabdeh4 aqı-satqı zamanı şəxsən iştirak etmiş, alqı-satqı mnaviləsinə və reyestr kitabına şəxsən onların özləri imza etmişlər. Nəticədə 31 saylı notariat ofisinin xüsusi notariusu Ramiz Hümmətov məktubu çıxışı kimi qəbul edilməsini xahiş etmiş və çıxarılacaq qətnaməni məhkəmənin mülahizəsinə buraxmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş birinci iddia üzrə cavabdehlər Cavabdeh3 və X17 məhkəmə iclasına gəlməmiş, cavabdehlər 9 saylı Notariat Kontoru və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli, iddiaçı Cavabdeh1 iddiasının qismən təmin olunması, İddiaçı iddiasının isə təmin olunması barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya baxışının hədlərini müəyyən edərkən qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 iddiası onunla Cavabdeh3 arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilsə də, qətnamə həmin hissədə mübahisələndirilməmişdir. Odur ki, hazırki apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnamələrinin iddiaçı Cavabdeh1 iddiasının qalan hissədə, yəni daşınmaz əmlaklarla bağlı alqı satqı müqavilələrinin etibarsız hesab edilməsinin və cavabdehlərin adına verilmiş çıxarışların ləğv edilməsinin rədd edilməsinin, İddiaçı iddiasının isə təmin olunmasının qanuniliyinin və əsaslılığının araşdırılması təşkil edir. Hər iki iddia üzrə toplanmış sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh1 mülkiyyətində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binası olmuşdur. İş materiallarından həmçinin müəyyən olunur ki, daşınmaz əmlaklardan Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzil guya Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri 22 saylı notariat kontorunda bağlanmış xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 satılmış və həmin müqaviləyə əsasən sonuncunun mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxx 2017-ci il tarixdə qeydə alınmaqla, adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx xxxxx 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışla həmin mənzilə R.R.Məmmədovun mülkiyyət hüququ xx xxx 2017-ci il tarixdə qeydiyyata alınmışdır. X17 öz növbəsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən X3, sonuncunun adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış verilmiş, lakin xx xxxxxxxx 2017-ci il tarixli sazişlə həmin müqavilə ləğv olunmuşdur. Bundan sonra X17 Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzili 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində notariat kontorunda bağlanmış xx xxxxxx 2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmış və mənzilə İddiaçı mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Mənzil hal-hazırda İddiaçı mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdadır. Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binası ilə əlaqədar iş materiallarından müəyyən olunur ki, həmin daşınmaz əmlak və onun yerləşdiyi torpaq sahəsi Cavabdeh1 Cavabdeh3 verilmiş xx xxxxx 2017ci il tarixli etibarnamə əsasında sonuncu tərəfindən imzalanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ümumilikdə 98000 manata Cavabdeh4 satılmış və sonuncunun mülkiyyət hüququ xx xxxxxx 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Cavabdeh4 isə, X22 xx xxxxx 2018-ci il tarixdə verilmiş etibarnamə əsasında sonuncu tərəfindən imzalanmış xx xxxx 2018-ci il tarixli, AN-İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi 11A saylı qeyri-yaşayış binasını və onun yerləşdiyi torpaq sahəsini 120000 manata Cavabdeh2 satmış və həmin sahəyə sonuncunun mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla, adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarış verilmişdir. İddia tələblərinə hüquqi qiymət verən birinci instansiya məhkəməsi hesab etmişdir ki, daşınmaz əmlaklara hüquqlarının əsassız qeydə alınmasını bilməyən və bilməli olmayan, yəni vicdanlı üçüncü şəxslərin həmin vəziyyətdə əldə etdikləri hüquqları saxlanıldığından iddia ərizəsi “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi” hissəsinə təmin oluna bilməz. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Cavabdeh1 mənzillə bağlı müqavilənin bağlanmasında aldadıldığını iddia edərək, həmin və sonrakı müqavilələrinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bu halın sübutu qismində iddiaçı Bakı şəhəri 22 saylı Notariat Kontorunun xx xxxx 2018-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktubda notarius Şövkət Gülməmmədova iddiaçının vəkilinin sorğusuna cavab olaraq bildirmişdir ki, 22 saylı notariat kontorunda Cavabdeh1 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 9a saylı evin 28 nömrəli mənzilinə dair alqı-satqı, bağışlama və s. müqavilələri rəsmiləşdirilməmişdir. Apellyasiya araşdırılması zaman Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən sorğu edilərək, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin əsli götürülmüşdür. Həmçinin 22 saylı Notariat Kontorunun xüsusi notariusu Gülməmmədova Şövkət Firudin qızının izahatı alınmış və sonuncu xx xxxxx 2017-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsində olan imzanın ona məxsus olmamasını, möhürün saxtalaşdırılmasını, reyestr nömrəsinin notariat kontoruna aid olmadığını, müqavilənin blankının notariat kontorunun blankına uyğun olmadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə kompleks məhkəmə xəttşünaslıq və məhkəmə sənədlərin texniki ekspertizası təyin edilərək keçirilmiş və ekspertin xx xxxxxxxx 2019-cu il tarixli 21754 saylı rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin aşağı hissəsində “Satan” qrafasında “Cavabdeh1” yazılarının qarşısındakı imza və “Тəhмəзова” soyadı – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin aşağı hissəsində “Alan” qrafasında “Cavabdeh3” yazılarının qarşısındakı imza və “Hacıyev” soyadı – Cavabdeh1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ikinci vərəqəsinin arxa tərəfində “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza – Gülməmmədova Şövkət Firudin qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı “Daşınmaz əmlakın alqısatqı müqaviləsi”nin ikinci vərəqəsinin arxa tərəfində “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi, imzanın hərfi tərkibinin olmaması və imzanın oxşadılmaqla icra olunması səbəblərdən həmin imzanın – Cavabdeh1 tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. İş materiallarında olan məhkəmə-sənədlərin texniki ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli, 21915 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindəki möhür əksi relyef klişedən sənəd üzərində birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ 081722 saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindəki əlyazmalar və imzalar hər hansı bir texniki vasitənin köməyi ilə deyil, birbaşa icra edilmişdir. İş üzrə təyin edilərək keçirilmiş əlavə məhkəmə sənədlərin texniki ekspertizasının xx xxxxxx 2019-cu il tarixli, 27674 saylı rəyinə əsasən təqdim olunmuş Cavabdeh1 və Cavabdeh3 arasında bağlanılmış xx xxxxx 2017-ci il tarixli AN-İ 081722 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ikinci vərəqinin arxasında olan “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri NOTARİUS GÜLMƏMMƏDOVA ŞÖVKƏT FİRUDİN qızı Şəhadətnamə № 107” möhür əksi relyef klişe vasitəsilə bir başa vurulmuşdur. Tədqiq olunan möhür əksi “*Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * Bakı şəhəri * İYİRMİ İKİ SAYLİ NOTARİAT OFİSİ * NOTARİUS GÜLMƏMMƏDOVA ŞÖVKƏT FİRUDİN qızı” məzmunlu mətni olan möhürün eksperimental əks nümunəsi ilə eynilik təşkil etmir. Beləliklə, apellyasiya araşdırılması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilə Cavabdeh1 tərəfindən imzalansa da, həmin müqavilə notariat qaydasında təsdiq olunmamış, müqavilədə notariusun imzası və möhürü saxtalaşdırılmış, müqavilə notariat orqanında reyestr qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1 və 324.2-ci maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 389.1 və 389.2-ci maddələrinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə kollegiyası izah edir ki, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd şərtin mövcudluğu tələb olunur: 1. əqdin subyektiv tərkibinə aid edilən şərt; 2. əqdin məzmununa aid edilən şərt; 3. əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt və 4. əqdin formasına aid edilən şərt. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin birinci cümləsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.2-ci maddəsinin birinci cümləsinə və 337.3-cü maddələrinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məcəllənin 337.4-cü maddəsinə əsasən isə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göstərilən tələblər nöqtəyi nəzərdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilənin Cavabdeh1 tərəfindən imzalanması məhkəmə araşdırılması zamanı müəyyən olunsa da, həmin müqavilə qanunvericiliklə müəyyən olunmuş notariat qaydasında təsdiq edilmədiyindən, yəni müqavilənin forması qanunvericiliyə uyğun olmadığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən etibarsızdır (əhəmiyyətsizdir). Bu səbəbdən məhkəmə kollegiyası iddia ərizəsində Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzilin alqı-satqısına dair Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx xxxxx 2017-ci il tarixli müqavilənin etibarsız hesab olunması tələbinin irəli sürülməməsinə baxmayaraq, sonrakı tələblər nöqtəyi nəzərdən həmin müqaviləyə hüquqi qiymət vermək məcburiyyətində qalır və hesab edir ki, həmin müqavilə etibarsız (əhəmiyyətsiz) olmaqla onun əsasında Cavabdeh3 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxxx 2017-ci il tarixdə qeydə alınmaqla, verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Bununla belə, məhkəmə kollegiyası mənzillə bağlı bağlanmış sonrakı müqavilələrin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında cavabdehlərin adına verilmiş Çıxarışların ləğv olunmasına dair iddia tələbinin təmin olunmasının qeyri-mümkünlüyünü qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın xx xxxx 1952-ci il tarixli Protokolunun (1 saylı Protokolun) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlarına müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası MM-in 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun toxunulmazlığına dair konstitusiya prinsipi qanunla müəyyən olunmuş qaydada belə hüququ əldə etmiş və müvafiq qaydada rəsmi qeydə aldırmış şəxslərin mülkiyyət hüququ ilə bağlı məsələlərin həllində məhkəmələrin üzərinə formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi qoyur. Mülki qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə görə rəsmi reyestrdə qeydə alınmış daşınmaz əmlak mülkiyyətçisi yalnız o halda vicdansız hesab edilir ki, bu qeydə dair etiraz əvvəlcədən reyestrə daxil edilmiş olsun və ya əldə edən şəxs qeydin qeyridəqiq olmasını bilsin. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən mənzillə bağlı Cavabdeh3 hüquqları daşınmaz əmlakın dövlət reyestrində faktiki olaraq notariat qaydasında təsdiq olunmamış müqaviləyə əsasən qeydiyyata alınsa da, mənzillə bağlı sonrakı müqavilələrin tərəflərinin həmin qeydin qeyri-dəqiq olmasını bilmələrini və ya bilməli olduqlarını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Əksinə müəyyən olunmuşdur ki, Cavabdeh1 mənzillə bağlı sonrakı əməliyyatlar barədə məlumatı olmuş və o, həmin əməliyyatların keçirilməsinə faktiki razılığını bildirmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində İddiaçı vəkili tərəfindən təqdim olunmuş videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin cavabdeh mübahisələndirilən mənzili aldıqdan öncə mənzilə baxış keçirilmiş və həmin zaman Cavabdeh1 mənzildə olmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, mübahisələndirilən mənzil X23 tərəfindən satılarkən Cavabdeh1 Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxxx 2017-ci il tarixdə ərizə verərək, Cavabdeh3 məxsus olan ünvan 1 mənzil 28 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin əmlaka heç bir tələbinin olmamasını və gələcəkdə bu barədə məhkəməyə müraciət etməyəcəyini göstərmişdir. Ərizə Cavabdeh1 tərəfindən imzalanmışdır. Bundan əlavə mənzil X17 tərəfindən satılarkən da X8 tərəfindən Bakı şəhəri 9 saylı notariat kontorunda xx xxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə 2 dəfə ərizələr verilərək, X13 məxsus olan ünvan 4, ev 9A, mənzil 28 ünvanında yerləşən mənzilin satılmasına, bağışlamasına, ipotekaya qoyulmasına etiraz etmədiyini bildirilmiş, gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağını göstərilmişdir. Ərizələr Cavabdeh1 tərəfindən imzalanmış, ikinci ərizədə isə onun tərəfindən “Oxudum, razıyam” qeydi edilmişdir. İddiaçı tərəf həmin ərizələrin onun tərəfindən imzalanmasını mübahisələndirməmiş, bununla belə səbəbini də izah edə bilməmişdir. Məhkəmə kollegiyası Bakı şəhəri, Nəsimi rayonu, Şövqiyar Abdullayev küçəsi, 9A saylı evin 28 nömrəli mənzilin alqı-satqısına dair müqavilənin yuxarıda qeyd olunan əsaslarla etibarsız hesab olunmasını nəzərə alaraq, Cavabdeh1 Cavabdeh3 tərəfindən aldadılmasına dair dəlilinə hazırda əlavə hüquqi qiymət verilməsini zəruri bilmir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənzillə bağlı sonrakı müqavilələrin bağlanmasına dair razılığının da aldatma yolu ilə alınması ağlabatan və məntiqli deyildir. Belə ki, həmin ərizələr notariat qaydada təsdiqlənmiş və iddiaçı tərəfindən oxunaraq imza edilmiş, onlardan ikisi isə ilkin müqavilədən müvafiq olaraq 3 və 9 ay keçdikdən sonra verilmişdir. Ərizələrdə mübahisələndirilən mənzilin həmin dövrlərdə müvafiq olaraq Cavabdeh3 və X9 mülkiyyətində olması bilavasitə qeyd edilmiş və mənzilin özgəninkiləşdirilməsi üçün verilməsi aydın göstərilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən mənzilin Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı həqiqi olmasa da, X19 və sonradan İddiaçı ilə müqavilələr bağlanılarkən alıcılara reyestrin məzmununda qeyri-dəqiqliyin olması məlum olmadığından, bununla bağlı reyestrə etiraz daxil olmadığından və alıcıların buna dair məlumatlı olmalarına dair sübutlar təqdim edilmədiyindən, qeyd olunan mənzilin Cavabdeh3 tərəfindən X15 və sonradan sonuncu tərəfindən İddiaçı satılması barədə Daşınmaz Əmlakın Alqı-Satqı Müqavilələrinin etibarsız hesab edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələbləri nəzərindən əsas mövcud deyildir. Cavabdeh1 mülkiyyətində olmuş Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11a ünvanında yerləşən 79 saylı qeyri-yaşayış sahəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin sahəni satmaq niyyətində olmamasını, Cavabdeh3lə Cavabdeh4 tərəfindən aldadılaraq, qeyri-yaşayış sahəsinin onun adından özgəninkiləşdirilməsini iddia etmişdir. Məhkəmə iclasında çıxış etmiş Cavabdeh4 isə məhkəmə iclasında verdiyi izahatında qeyriyaşayış sahəsinin onun tərəfindən faktiki alınmadığını, Cavabdeh3 borcunun ödənilməsi təminatı olaraq adına köçürüldüyünü, sonradan isə üçüncü şəxsə satıldığını göstərmişdir. Beləliklə, Cavabdeh4 faktiki olaraq alqı-satqı müqaviləsinin onunla Cavabdeh3 arasında mövcud olmuş başqa əqdin pərdələnməsi məqsədi ilə bağlanmasını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə (onun adından etibarnamə əsasında Cavabdeh3 ilə) Cavabdeh4 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi yalan əqd olaraq etibarsız (əhəmiyyətsiz) hesab olunmalı və onun əsasında Cavabdeh4 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış ləğv olunmalıdır. Bununla belə, yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyası hesab edir ki, qeyriyaşayış sahəsinə Cavabdeh4 dövlət reyestrində qeydiyyatı mövcud olduğundan və həmin qeydin qeyri-dəqiqliyi barədə etiraz daxil olmadan alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətinə keçdiyindən iddia tələbi sonuncu müqavilənin etibarsız hesab edilməsi və hazırki mükiyyətçinin hüquqlarının dövlət reyestrində qeydiyyatının ləğv edilməsinə dair hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Cavabdeh2 aldığı qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydin qeyri-dəqiqliyi barədə məlumatlı olmasını təsdiq edən sübut da məhkəməyə təqdim olunmamışdır. Əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən olunmuşdur ki, o, qeyri-yaşayış sahəsini mövcud olan bazar qiymətlərinə uyğun almışdır. Belə ki, iş materiallarında olan Cavabdeh2 Asəf oğlunun etibarnamə əsasında nümayəndəsi, vəkil Babək Rəhimov tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “xxxx” MMC-nin xx xxxxx 2019-cu il tarixli arayışına əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11A ünvanı və yaxın ərazidə, 0,0555 kv.m. xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən ümumi sahəsi 251,9 kv.m. təşkil edən ticarət obyektlərinin bazar dəyəri mərtəbəliliyindən, təmirliliyindən asılı olaraq hazırki tarixə 150000,0 – 120000,0 manat təşkil edir. İş materiallarında olan Cavabdeh2 Asəf oğlunun etibarnamə əsasında nümayəndəsi, vəkil Babək Rəhimov tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “X30” MMC-nin xx xxx 2019-cu il tarixli arayışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11A ünvanı və yaxın ətraf ərazidə, ümumi sahəsi 251,9 kv.m. təşkil edən, 0,0555 kv.m. xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən, orta təmirli, işlək, ticarət təyinatlı qeyri-yaşayış sahələrinin xx xxx 2019-cu il tarixə bazar dəyəri 126000 manat təşkil edir. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, qeyri-yaşayış sahəsinin Cavabdeh3 kredit borcunun təminatı olaraq Cavabdeh4 tərəfindən X11 xeyrinə ipoteka ilə yüklü edilməsi və sonradan sonuncunun oğlu X27 tərəfindən Cavabdeh2 satılması iddianın həmin sahəyə dair hissədə tam təmin edilməsinə əsas vermir. Belə ki, əmlakın ipoteka ilə yüklü edilməsi alıcı tərəfindən onun qeydiyyatının qeyri-dəqiq olduğunun bilməsinə dəlalət etmir. Əksinə, iş materiallarında olan xx xxxx 2018-ci il tarixli müqavilənin məzmunundan da müəyyən olunur ki, alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən alınmış arayışa əsasən qeyri-yaşayış sahəsinin və onun üzərində olduğu torpaq sahəsinin yüklü olması məlum olmuş, lakin ipoteka saxlayan Nigar Əliyeva ərizə ilə notariusa müraciət edərək, əmlakın yüklü qalması şərti ilə özgəninkiləşdirilməsinə razılıq vermişdir. Beləliklə, məhkəmə kollegiyası Cavabdeh1 iddia tələblərinə (mübahisələndirilən hissədə) hüquqi qiymət verərək hesab edir ki, tələb iddiaçının mülkiyyətində olmuş mənzilə dair hüquqların Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatını təsdiq edən çıxarışın ləğv edilməsi, qeyri-yaşayış sahəsinin isə X1 dair müqavilənin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun sonuncunun adına qeydə alınmasına dair çıxarışın ləğv edilməsi hissələrində təmin edilməli, qalan hissələrdə isə rədd edilməklə, iddiaçıya bununla bağlı vurulmuş zərərlə aidiyyəti şəxslərə qarşı ümumi qaydada iddia vermək hüququ izah olunmalıdır. İddiaçı iddiasına hüquqi qiymət verərək isə məhkəmə korllegiyası həmin tələbi əsaslı hesab edir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, məhkəmə kollegiyası İddiaçı mübahisələndirilən mənzilin qanuni və vicdanlı mülkiyyətçisi qismində tanımışdır. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 xx xxxxxx 2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə verərək, mənzilin X17 tərəfindən satılmasına etiraz etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı xüsusi mülkiyyətində olan mənzildən Cavabdeh1 istifadəsi üçün qanunla müyyən olunmuş əsaslar mövcud olmadığından, o, həmin mənzildən faktiki istifadə etməklə və mənzildə qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqları məhdudlaşdırıldığından, əksinə xx xxxxxx 2018-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş ərizə ilə mənzilin satılmasına icazə verdiyindən İddiaçı iddia tələbi əsaslı olmaqla təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hər iki qətnaməsi mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə kollegiyası Cavabdeh1 apellyasiya şikayətinin qismən təmin olunmasını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatlarının xərci isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 aid edilməklə, onlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 5890/2018 saylı qətnaməsindən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-3596/2018 saylı qətnaməsindən apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)-5890/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə (iddiaçı Cavabdeh1 iddia tələblərinin təmin olunmamış hissəsində) və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(006)- 3596/2018 saylı qətnaməsi tam ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3, İddiaçı, Cavabdeh2, Cavabdeh4, X13, 9 saylı Notariat Kontoruna, 31 saylı Notariat Kontoruna və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddiası apellyasiya baxışının predmeti olan hissədə qismən təmin edilsin. ünvan 1 28 saylı mənzil barəsində Cavabdeh3 adına Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış ləğv edilsin. Cavabdeh1 (etibarnamə əsasında onun əvəzinə Cavabdeh3 tərəfindən imzalanmış) və X10 arasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 11a ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair bağlanılaraq 4Ə-164 saylı reyestrlə qeydə alınmış xx xxxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsi əsasında X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx xxxxxx 2017-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış ləğv edilsin. Cavabdeh1 iddiası qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh1 qarşı iddiası təmin edilsin. xx xxxx 1969-cu il təvəllüdlü Cavabdeh1 ünvan 1 mənzil 28 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilsin və o, həmin mənzildən çıxarılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəmə tərəfindən keçirilmiş məhkəmə ekspertiza tədqiqatlarının xərci hesabına cavabdehlər Cavabdeh3 və Cavabdeh4 cəmi 277,65 manat (iki yüz yetmiş yeddi manat altmış beş qəpik) məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar