Məhkəmə qərarları › İş №2(103)-2007/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2007/2023

22.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2007/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi Rayon Məhkəməsinin 2(001)-1480/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən yetkinlik yaşına çatmayan 17 yanvar 2018-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin məbləğinin dəyişdirilərək Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir (¼) hissəsi miqdarında aliment tutularaq azyaşlı uşağın mənafeyi naminə ona ödənilməsi və mediasiya prosesinə dair ödənilmiş 50 (əlli) manat xərcin əvəzi Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılan zaman cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair mülki işin aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş ərazi aidiyyəti qaydalarının pozulması ilə verilmişdir. Hazırki iddia tələbinin predmeti aliment məbləğinin dəyişdirilməsi ilə bağlıdır. MPM-nin 36.3-cü maddəsi isə alimentin alınması ilə bağlı iddiaçının seçiminə görə ərazi aidiyyətinə dair məsələni əhatə etdiyindən və hazırki iddia alimentin alınması tələbi üzrə olmadığından, qeyd edilən maddənin təsir dairəsinə düşmür. Onun həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 1əsinə baxılmalıdır. Belə ki, Bərdə rayonundan Binəqədi Rayon Məhkəməsinə gəlib-getməklə keçiriləcək məhkəmə iclaslarında iştirak etməsi mümkün deyildir. Bu da gələcəkdə hərtərəfli, tam və obyektiv məhkəmə araşdırmasının aparılmasının qarşısını alır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 670/2023 saylı 16 yanvar 2023cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı, 16 yanvar 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 670/2023 saylı 16 yanvar 2023cü il tarixli qərardadından narazı qalan cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun həm qeydiyyat ünvanı, həm də faktiki yaşadığı ünvan ünvan 3sində baxılmalı idi. Belə ki, Bərdə rayonundan Binəqədi Rayon Məhkəməsinə gəlib-getməklə keçiriləcək məhkəmə iclaslarında iştirak etməsi mümkün olmamışdır. Bu da hərtəfərli, tam, obyektiv və ədalətli məhkəmə araşdırmasının aparılmasının qarşısını almışdır. Məhkəmə hesab etmişdir ki, Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsində alimentin alınması haqqında tələblər üzrə iddiaçıya cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə və ya özünün yaşadığı yerə görə məhkəməyə müraciət etmək üçün seçim hüququ verilmişdir və hazırkı baxılan işdə iddiaçının tələbi alimentin alınması ilə əlaqədar olduğundan iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddia ərizəsi öz seçimi ilə özünün rəsmi qeydə alındığı yerin məhkəməsinə verilmiş, iddia ərizəsi aidiyyət qaydalarına uyğun olaraq icraata qəbul edilmişdir. Məhkəmənin qərardadın əsaslandırıcı hissəsində istifadə olunmuş “alimentin alınması” anlayışını “alimentin artırılması” anlayışı ilə eyniləşdirməsi və bununla da aidiyyət qaydalarının pozulmaması qənaətinə gəlməsi tamamilə yanlışdır. Odur ki, hazırkı, mülki iş baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməli idi. İddiaçı vəsatətə etiraz edərək qeyd etmişdir ki, onun qeydiyyat ünvanı və yaşayış yeri - ünvan 5ldiririk ki, iddia ərizəsi aidiyyətı üzrə mülki prosessual hüquq normalarına müvafiq şəkildə verilmişdir. Hakim də haqlı olaraq cavabdehin vəsatətini əsassız olduğundan rədd etmişdir. Hesab edir ki, hazırki şikayət də vəsatət kimi qarşı tərəfin işin baxılmasını yubatmaq məqsədilə etdiyi taktiki gedişdir. İş materiallarından görünür ki, hcavabdehin şikayəti kifayət qədər əsaslandırılmamışdır. MPM-nin 174.5-ci maddəsinə əsasən, məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Bundan başqa Cavabdeh adına Bakı şəhəri, Cəfər Xəndan küçəsi, məhəllə 3066, ev 40 b, mənzil 60 saylı mənzil var. Habelə, Cavabdeh ( VK-1190) Bakı şəhəri, 4 saylı vəkil bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, 4 ildir ki, vəkillik fəaliyyəti ilə məşğul olur. İş materiallarından görünür ki, 4 saylı Vəkil Bürosu Bakı şəhərində yerləşir. Cavabdeh Bakı şəhərində yerləşən 9 ( doqquz) ayrı iş yerində əmək fəaliyyəti ilə məşğul olur. İş materiallarından görünür ki, Cavabdeh verdiyi şikayət açıq-aşkar əsassız şikayətdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı, 01 fevral 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələblərinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Bu Məcəllənin 40.1-ci maddəsinin tələbinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-nin 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki prosessual qanunvericiliyin bu maddələrinin məzmununa görə qanunla ərazi aidiyyətinin başqa qaydalarının nəzərdə tutulduğu hallar istisna olmaqla, bütün iddialar iş üzrə cavabdeh qismində cəlb edilmiş fiziki şəxsin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Lakin bu Məcəllənin 36-cı maddəsində konkret kateqoriyalardan olan işlər üzrə iddanın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün seçim hüququnun iddiaçıya məxsus olduğu göstərilmişdir. Beləliklə məhkəmə kollegiyası hazırki mülki iş üzrə iddiaçının himayəsində azyaşlı uşağının olmasını, onun rəsmi qeydiyyatda olduğu ünvanın ünvan 6dianın prdemetinin isə alimentin artırılmış məbləğdə alınmasından ibarət olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı qanunvericiliklə ona verilən seçim hüququndan istifadə edərək öz rəsmi qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə müvafiq olaraq da iddianı icraatına götürməkdə haqlı olmuş, məhkəmə tərəfindən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilməmişdir. Yuxarıda şərh edilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-670/2023 saylı 16 yanvar 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar