Məhkəmə qərarları › İş №2(103)-2009/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2009/2024

21.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2009/2024 21.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X5 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X8 qarşı pul tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3727/2023 saylı işi üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh X13 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsinə əsasən "xxxx" QSC-yə ödədiyi 9632,41 manat məbləğində pul vəsaitinin 1/8 hissəsi, yəni 1204 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC cavabdehlər Mədətova Tamara Abdulla qızı, X6, İddiaçı, X20, X4, X14 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan iddiaçının xeyrinə müştərək qaydada 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dollar məbləğində faiz borcu və 588,21 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8173,83 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 9857/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X7, İddiaçı, X20, X4 və X9 iddiaçının xeyrinə müştərək qaydada 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dollar məbləğində faiz borcu və 50 ABŞ dollar məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7635,62 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir. Cavabdeh X20 həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsində iş üzrə araşdırma aparılan zaman cavabdeh Mədətova Tamara Abdulla qızının ölməsi müəyyən edilmiş, bu səbəbdən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qərardadı ilə Mədətova Tamara Abdulla qızına münasibətdə iş üzrə icraata xitam verilmiş, həmin tarixli qətnamə ilə isə X11 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9857/2017 saylı qətnaməsi dəyişdirilmiş, ona münasibətdə iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və həmin qətnaməyə əsasən ondan 9632,41 manat məbləğində pul vəsaiti tutulmuşdur. O, "xxxx" QSC ilə Mədətova Tamara Abdulla qızı arasında bağlanmış kredit müqaviləsi üzrə Mədətova Tamara Abdulla qızının öhdəliklərinə zamin durmuş, bu səbəbdən bir zamin kimi onun banka ödədiyi pul vəsaitini Mədətova Tamara Abdulla qızından tələb etmək hüququ yaranmışdır. Lakin "xxxx" QSC ilə Mədətova Tamara Abdulla qızı arasında kredit müqaviləsi bağlandıqdan və "xxxx" QSC tərəfindən Mədətova Tamara Abdulla qızına kredit verildikdən sonra Mədətova Tamara Abdulla qızı xx.xx.2014-cü il tarixdə vəfat etmiş, Mədətova Tamara Abdulla qızının vərəsəsi oğlu X22 müəyyən edilmişdir. X22 şəhadətnamə verilən miras əmlakı vərəsəliyə qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən xx.xx.2015-ci il tarixdə vəfat etmiş, Mədətova Tamara Abdulla qızının ünvan 1 ünvanında qeydiyyatda olan gəlini Cavabdeh mərhum Mədətova Tamara Abdulla qızına məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsindəki (4/5 məhəllə) 39 saylı evin yaşayış sahəsi 28.81 m 2 olan 2 otaqlı 5 nömrəli şəxsi mənzilindən 1/8 hissədə irs almışdır. Beləliklə də, əsas borclu Mədətova Tamara Abdulla qızı öldükdən sonra ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi xx.xx.2017-ci il tarixdə Cavabdeh, 7/8 hissəsi isə xx.xx.2017-ci il tarixdə X2 adına qeydiyyata alınmışdır. Belə olduqda isə o, əsas borclu Mədətova Tamara Abdulla qızına qarşı olan tələb hüququnu onun vərəsələrinə onlara keçmiş mirasın həcmi dəyərində irəli sürə bilər. Cavabdehin miras paydan əldə etdiyi əmlak miras payın 1/8 hissəsini təşkil edir və o, həmin paya görə məhkəmə qətnaməsinə əsasən digər vərəsədən 5250 manat məbləğində kompensasiya almışdır. Yəni Cavabdeh Mədətova Tamara Abdulla qızından almış olduğu mirasın həcmi 5250 manat məbləğindədir və onun da həmin məbləğdə iddia irəli sürmək hüququ var. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsinə əsasən Mədətova Tamara Abdulla qızının "xxxx" QSC-yə olan borcuna görə onun əmək haqqından 9632,41 manat məbləğində pul vəsaiti tutulduğundan o, həmin pul vəsaitinin 1/8 hissəsini, yəni 1204 manat məbləğində hissəsini Cavabdeh tələb edə bilər. Yəni Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zamin kimi "xxxx" QSC-nin həmin öhdəlik üzrə hüquqları onun kreditorun tələbini ödədiyi həcmdə ona keçmişdir. O, "xxxx" QSC-nin əsas borclulara qarşı olan tələbi 9632,41 manat həcmdə icra etdiyinə görə, onun həmin məbləğdə pul vəsaitini əsas borclulardan tələb etmək hüququ yaranmışdır.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3727/2023 saylı işi üzrə 07 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, 1204 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir . Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442,475.1, 475.2,475.3, 739, 1133.1, 1151.1, 1151.2, 1153, 1243.3, 1255, 1306.1, 1306.2, 1309, 1313; Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 19 aprel 2023-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 106.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Tamara Mədətova arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit xətti açılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)-9857/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X7, İddiaçı, X20, X4 və X12 müştərək qaydada "xxxx" QSC-nin xeyrinə ümumilikdə, cəmi 7635,62 ABŞ dolları məbləğində borc pulun tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi ilə cavabdeh Ə.Həsənov tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/17 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh Ə.Həsənovdan bankın xeyrinə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın həmin cavabdehə aid hissədə təmin edilməməsi, qətnamənin qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin eyni tarixli qərardadı ilə həmçinin, Tamara Mədətova xx.xx.2014-cü il tarixdə öldüyü üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin cavabdeh Abdulla qızına aid hissədə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı "xxxx" QSC ilə Tamara Mədətova arasında bağlanmış kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşımışdır və 9632,41 manat məbləğində pul vəsaiti onun əmək haqqından tutularaq "xxxx" QSC-nin hesabına ödənilmişdir. Tamara Mədətova xx.xx.2014-cü il tarixdə ölmüş, ondan miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi Cavabdeh, 7/8 hissəsi Təranə Mədətovanın adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1056/2023 saylı qətnaməsi ilə cavabdeh X1 5250 manat məbləğində kompensasiya tutularaq iddiaçı Cavabdeh ödənilməklə, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payının cavabdeh X2 xeyrinə ayrılması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 dekabr 2018-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər. Beləliklə, müəyyən olundu ki, Cavabdeh miras əmlakdan 1/8 hissədə pay almışdır və ona qalan miras əmlakı 5250 manat dəyərindədir. Həmçinin,Tamara Mədətova ilə Bank "xxxx"ASC rasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh məhkəmə qərarına əsasən onun miras payına mütənasib şəkildə, əmək haqqından 914,91 manat pul tutulmuşdur. Göründüyü kimi, iddiaçının hazırkı tələbi qüvvədə olan Mülki Məcəllənin tələbləri baxımından mərhum Tamara Mədətovanın şəxsi xarakter daşıyan və yalnız ona məxsus olan əmlak hüquqları olmayıb, öldüyü məqamədək malik olduğu və tələb etmək hüququnun mövcud olduğu əmlak hüququ olduğundan, Tamara Mədətovanın kredit öhdəliyini zamin, yəni hazırki iş üzrə iddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunduğundan, hazırkı iş üzrə cavavbdeh mərhum Tamara Mədətovanın vərəsəsi olduğundan məhkəmə hesab edir ki, iddiaçı kreditora ödənilmiş məbləği cavabdehdən miras əmlakın ona keçdiyi həcmdə tələb etməkdə haqlıdır. Qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(010)- 9857/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Mədətova Tamara Abdulla qızı, X7, İddiaçı, X20, X4 və X12 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə ümumilikdə cəmi 7635,62 ABŞ dolları məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 3940/2018 saylı qətnaməsi ilə cavabdeh X20 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/17 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin cavabdeh X10 bankın xeyrinə borcun tutulması hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın həmin cavabdehə aid hissədə təmin edilməməsi, qətnamənin cavabdeh Ə.Həsənovun apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir; - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qərardadı ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-9857/2017 saylı, 01 dekabr 2017-ci il tarixli qətnaməsinin cavabdeh Mədətova Tamara Abdulla qızına aid hissədə ləğv edilməsi və ona münasibətdə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır; - Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(103)- 3940/2018 saylı icra vərəqəsinin surətinə əsasən, cavabdehlər X7, İddiaçı, X4 və X12 müştərək qaydada iddiaçı "xxxx" QSC-nin xeyrinə 5882,1 ABŞ dolları məbləğində əsas kredit borcu, 1703,52 ABŞ dolları məbləğində faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7635,62 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) məbləğində borc pul və 30 manat ödənilmiş dövlət rüsumu tutulması qət edilmişdir; - Access Bank” QSC tərəfindən Suraxanı rayon İcra və Probasiya şöbəsinə ünvanlanan xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdehin borc öhdəliyi Azərbaycan Respublikası Prezidenti X27 ‘‘Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019- cu il il tarixli Fərmanından irəli gələn, verilməsi nəzərdə tutulan kompensasiya siyahısına daxil edilməmiş və hər hansı bir güzəşt məbləği hesablanmamışdır. Cavabdeh Ağayev X21 Radiotezliklər İdarəsindən əmək haqqı alır. Odur ki, borcun ödənişinin təmin etmək məqsədilə icra tədbirlərini davam etdirərək “İcra haqqında” qanunun 24.1.1-ci maddəsinə müvafiq olaraq əlavə tədbirlərin görülməsi və borcun cavabdehin əmək haqqına yönəldilməsinin təmin edilməsi xahiş edilmişdir; - Suraxanı rayon İcra və Probasiya şöbəsi tərəfindən Dövlət Radiotezliklər İdarəsinə ünvanlanan xx.xx.2019cu il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı icra sənədinə əsasən borclu İddiaçı əmək haqqından tələbkar ‘‘Access Bank’’ QSC-nin xeyrinə tutulacaq 7635,62 ABŞ dolları pul vəsaitinin borclunun əmək haqqından 20% miqdarında tutulması xahiş edilmişdir; - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışa əsasən, İddiaçı həqiqətən Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində Radiotezliklərin qeydiyyatı və uçotu şöbəsində xx.xx.2007-ci il tarixdən hal-hazıradək mühəndis vəzifəsində işləyir. 2019-cu ilin oktyabr ayından bugünədək xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı məhkəmə qərarına əsasən 9632,41 manat məbləğində pul vəsaiti əməkhaqqından tutularaq "xxxx"ın hesabına ödənilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsi, ev 39, 5 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə 1/8 hissədə Cavabdeh (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2017-ci il), 7/8 hissədə X2 (qeydiyyat nömrəsi:**********, qeydiyyat tarixi:xx.xx.2017-ci il) adına qeydiyyata alınmışdır; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1872/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X24 və X3 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölüşdürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 1056/2023 saylı qətnaməsi ilə cavabdeh X1 5250 manat məbləğində kompensasiya tutularaq iddiaçı Cavabdeh ödənilməklə, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payının cavabdeh X2 xeyrinə ayrılması, ödənilmiş 72,5 manat məbləğində dövlət rüsumunun cavabdeh X1 tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir; - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-2/2021 saylı qətnaməsi ilə iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti və mərhum Mədətova Tamara Abdulla qızı arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər İddiaçı və X10 müştərək qaydada, digər cavabdehlərdən onların mirasdakı paylarına mütənasib şəkildə - Cavabdeh Göyaş qızından (1/8), X16 (7/8) olmaqla, cəmi 7458,77 manat məbləğində əsas borc, 30,40 manat məbləğində dövlət rüsumu və bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir; - Suraxanı rayon İcra şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2(010)-2/2021 saylı məhkəmə əmrinə əsasən borclu İddiaçı, X20, Cavabdeh və X16 müştərək qaydada cəmi 7458,77 manat borc pul vəsaiti və 30,40 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Zərurət aradan qalxdığından icra sənədi üzrə borclu Cavabdeh əmək haqqından tələbkar banka tutulmasının dayandırılması xahiş edilmişdir; - Dövlət Neft Şirkəti Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən verilən arayışın surətindən görünür ki, Cavabdeh məhkəmə qərarına əsasən 2021-ci ilin dekabr və 2022ci il yanvar-aprel aylarında əmək haqqından 914,91 manat məbləğində pul vəsaiti tutulmuşdur. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. Cavabdeh apellyasiya şikayəti verərək, şikayətinin təmin edilməsini, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(010)-3727/2023 saylı qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu MM-in 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixində qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 88, 217.1, 217.2, 217.3, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli qətnamədən, eyni zamanda xx.xx.2022ci il tarixli qətnamədən və xx.xx.2023-cü il tarixli qətnamədən, iş üzrə bağlanılmış kredit müqavilələrindən və digər sənədlərdən görünür ki, kredit müqaviləsi üzrə olan Mədətova Tamara, Vəliyev Balamirzə , Kazımov Ellaz müqavilə üzrə tərəf olmuş olsalar da iş üzrə cavabdehlər olmuşlar. Cavabdeh isə cəmi bir kredit müqaviləsində zamin olmuşdur. Digər kredit müqavilələri üzrə onun həmin borclarda məlumatı olmamış və heç bir zaminlik müqaviləsinə imza atmamamışdır. Hazırkı işdə ona qarşı tələbin irəli sürülməsi qanunsuz və əsassızdır. Ona görə də iddia rədd edilməlidir. Söhbət əgər Sərhad Ağayevin ödəmiş olduğu puldan gedirsə, hansı müqavilə üzrə onun pul ödəməsi heç kəsə məlum deyil. Məhkəmə praktikasından və “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunundan görünür ki, tərəf cəmi bir işdə müqavilə öhdəliyi üzrə zamin ola bilər. Digər işlərdə onun zamin durması və onun iştirakı ilə kimlərəsə pul verməsi məntiqsizdir. İş üzrə əlavə edilmiş sənədlərdən də görünür ki, iddia qaldırmış Sərhad Ağayev burada kreditor deyil. Lakin məhkəmə bu hallara hüquqi qiymət verməmişdir. Apellyasiya məhkəməsi icraatı zamanı müəyyən edilən hallar

5. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(010)-9857/2017 saylı qətnaməsində qət edilmiş ümumilikdə 7635,62 (yeddi min altı yüz otuz beş dollar altmış iki sent) ABŞ dolları məbləğində borc pulun manat nisbətində dəyəri 12980.55 (on iki min doqquz yüz səksən manat, əlli beş qəpik) AZN-dir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-3940/2018 saylı qətnaməsi əsasən müəyyən olunmuşdur ki, "xxxx" QSC ilə Mədətova Tamara Abdulla qızı arasında bağlanmış kredit müqaviləsi üzrə Mədətova Tamara Abdulla qızının öhdəliklərinə zamin durmuş İddiaçı 9632.41 (doqquz min altı yüz otuz iki manat, qırx bir qəpik) AZN məbləğində pul vəsaiti tutulmuşdur.

6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə uyğun izahat verərək, 2009-cu ildə iddiaçının ilk dəfə zamin olduğunu, lakin borclu tərəfindən həmin borc məbləği ödənmədiyi halda 2014-cü ildə yenidən zamin olduğunu, həmçinin gələcəkdə də digər zaminlərin hazırkı qaydada ona qarşı iddia qaldırma ehtimallarının olduğunu bildirmiş, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

7. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, 2009-cu ildə zamin olmadığını, 2014-cü ildə əlavə kredit xəttinin açıldığını və həmin zaman zamin durduğunu, sadəcə olaraq kredit xəttinin 2009-cu ildən başladığı qeyd etmiş, qarşı tərəfin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 8.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 324, 385-390, 560, 752-759,; Mülki Prosessual Məcəllənin 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 385-390-cı maddələrinə əsasən qeyd edilməlidir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 10.Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.1153. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. 1309. Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 11.İş materiallarından görünür ki, Tamara Mədətova xx.xx.2014-cü il tarixdə ölmüş, ondan miras qalmış əmlak Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi Cavabdeh, 7/8 hissəsi Təranə Mədətovanın adlarına qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-1056/2023 saylı qətnaməsi ilə cavabdeh X1 5250 manat məbləğində kompensasiya tutularaq iddiaçı Cavabdeh ödənilməklə, iddiaçı Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payının cavabdeh X2 xeyrinə ayrılması qət edilmişdir. Cavabdeh miras əmlakdan 1/8 hissədə pay almışdır və ona qalan miras əmlakı 5250 manat dəyərindədir. Həmçinin,Tamara Mədətova ilə Bank "xxxx"ASC rasında bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh məhkəmə qərarına əsasən onun miras payına mütənasib şəkildə, əmək haqqından 914,91 manat pul tutulmuşdur. Tamara Mədətovanın kredit öhdəliyini zamin, yəni hazırki iş üzrə iddiaçı tərəfindən icra edilməsi işin materialları ilə təsdiq olunduğundan, hazırkı iş üzrə cavavbdeh mərhum Tamara Mədətovanın vərəsəsi olduğundan, habelə ödənişin aparılması ekspert rəyi ilə də təsdiq edildiyindən, iddiaçıının kreditora ödənilmiş məbləği cavabdehdən miras əmlakın ona keçdiyi həcmdə tutulması üçün qanuni və faktiki əsaslar öz təsdiqini tapdığından cavabdehin formal mülahizəli dəlilləri əsasında apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən edilmir. 12.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci şəxsin özünə aid olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. 13.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3727/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar