Məhkəmə qərarları › İş №2(103)-201/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-201/2024

21.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-201/2024 21.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) hakimlər X10 (sədrlik edən və məruzəçi), X12 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(005)-77/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) İddiaçı mülkiyyətindədir.

2. “Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında olan mənzil tam payla, ********** qeydiyyat nömrəsi və 22 iyul 2021 qeydiyyat tarixi ilə Cavabdeh məxsusdur.

3. 25 oktyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

4. "xxxx" MMC-nin 14 fevral 2022-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla : Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M19, m3) mənzilə və əşyalarına dəymiş ziyanın dəyəri 59314 manat təşkil edir;

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus mənzildə baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq ona məxsus mənzilə və içərisində yerləşən məişət əşyalarının yararsız hala salınması nəticəsində dəymiş maddi zərərə görə 59314 manat, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 268 manat, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi və tələbin cavabdeh sonuncuya məxsus ünvan 4da yerləşən yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

6. İddia onunla əsaslandırılmışdır ki, 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan ünvan 2ni ünvan qaydaları ilə ünvan 4ında yerləşən Cavabdeh məxsus mənzildə yanğın baş vermiş, əraziyə FHN-nin əməkdaşları cəlb olunmuş, yanğının söndürülməsi zamanı İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə yanğın və suyun təsirinə məruz qalmış və yararsız vəziyyətə düşmüşdür. Belə ki, yanğının söndürülməsi zamanı ona məxsus 674 nömrəli mənzilə su keçmiş, mənzilin bütün hissələrinin təmirinə ehtiyac yaranmış, mənzilin içərisində yerləşən məişət əşyaları yararsız hala düşmüş və mənzilə ümumilikdə 59314 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq FHN-nin Əməliyyat-istintaq idarəsinin təhqiqatçısı, baş leytenant Zaur İslamov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə AR CM-nin 186.2.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını əsas gətirərək iş materialını istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İmanov iş materialları üzrə araşdırma aparmış, nəticədə Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli, HK-1 -936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Qərarda həqiqətən 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da Cavabdeh məxsus mənzildə baş vermiş yanğın zamanı İddiaçı məxsus həmin binanın 19-cu mərtəbəsində olan 674 saylı mənzilə aid məişət əşyalarına ciddi zərər dəyməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 sentyabr 2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yanğın hadisəsi ünvan 5 ünvanında yerləşən Cavabdeh məxsus, X4 yaşadığı 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində həmin otağın girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə cild zonalarda olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil qanunsuz olaraq başqa şəxsə kirayə verilmiş, hər hansı kirayə müqaviləsi imzalanmamış, cavabdeh tərəfindən mülki qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və nəticədə iddiaçı 50000 manatdan artıq maddi ziyanla qarşı-qarşıya qalmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda birmənalı olaraq müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus ünvan 5 ünvanında yerləşən 679 nömrəli mənzili X5 vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Cavabdeh əcnəbi vətəndaş olaraq Azərbaycan Respublikası Qanunlarına hörmətsizlik etmiş, vergidən yayınmış və bu qanunsuz əməli nəticəsində Azərbaycan Respublikası vətəndaşı yəni İddiaçı məxsus 674 nömrəli mənzilə 50000 manatdan artıq maddi zərər vurmuşdur.

7. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh məxsus mənzildə baş vermiş yanğın onun təqsiri üzündən baş verməmişdir. Belə ki, Odina milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın “Çakarta” klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın deyə onu X3 vermişdir, mənzildə Rəhim və onun arvadı yaşamışlar. Yanğın da onların qəsdən etdikləri hərəkətlərdən baş vermişdir. Lakin, Nərimanov RPİ İŞ hansısa maraqdansa başlanılmış cinayət işini xitam etmişdir. Hətta, istintaq orqanının qəbul etdiyi qərarı iki dəfə məhkəməyə müraciət etmək yolu ilə ləğv etdirib yeni istintaq araşdırmasına göndərilsə də, müstəntiq heç bir araşdırma aparmayaraq eyni qərarı qüvvədə saxlamışdır. Çox maraqlı hal ondan ibarətdir ki, iki dəfə cinayət işləri üzrə ixtisaslı hakimlər qərarı ləğv etmişlər. Onlar işi oxuyanda orada cinayət hadisəsi görür, bu əsasla qərarı ləğv edir, iş istintaqa çatan kimi müstəntiq elə həmin günü öz qərarını qəbul edir. Müstəntiqin qəbul etdiyi qərar onların zərərinə olsa belə hazırda yenə də ona istinadın edilməsi zəruridir. Qərarda tam təsdiq olunur ki, mənzil yanarkən X2 və istifadəsində olmuşdur. Belə ki, Rahim Məhərrəmov istintaqa verdiyi ifadəsində Cavabdeh məxsus ünvan 5 ünvanında yerləşən 679 saylı mənzildə kirayədə yaşamasını, 08 iyul 2021- ci il tarixdə, saat 03.09 radələrində mənzilin qonaq otağında olarkən yanıq qoxusu hiss etdiyini, mənzilə baxış keçirərkən yataq otağında televizorun olduğu sahədə yanğın baş verdiyini görməsini etiraf və təsdiq etmişdir. İstintaq orqanının qəbul etdiyi qərar “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında olsa belə, həmin qərarda mənzilin yanarkən Cavabdeh deyil, Rahim Məhərrəmovun sahiblik və istifadəsində olmasını təsdiq edir. Ona görə də hesab edirik ki, mübahisə üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edilməli, iddia Cavabdeh qarşı rədd edilməlidir. Hazırki iş üzrə zərərçəkən şəxs təkcə hazırki iş üzrə iddiaçı deyil, həm də Cavabdehdır. Mənzilin yanması, sonradan FH əməkdaşları tərəfindən söndürülməsi zamanı Odinaya külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh həmin şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıdılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 6 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilir;

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(005)- 77/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh 59314 manat məbləğində maddi ziyan, ödənilmiş 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat dövlət rüsumunun İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

10. Qətnamənin əsaslarına görə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 59314 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh məxsus mənzilə yönəldilməsi” hissəni münasibətdə qeyd etmişdir ki, cavbadehin əmlakına tələbin yönəldilməsi üçün əsas yoxdur. Qətnamə ilə tutulması qət edilmiş pul məbləğinin cavabdehin əmlakına yönəldilməsi məcburi icra tədbirləri olmaqla, icra mərhələsində həyata keçirilir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Cavabdeh tərəf etirazının əsası kimi dəymiş zərərin ondan deyil, özünün mənzilində yaşayan kirəyəçilərdən tutulmalı olmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, yanğın baş verən zaman mənzilin X11 və X1 və istifadəsində olması Cavabdeh mülkiyyətçi olaraq dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. İlk öncə, Cavabdeh mənzilin mülkiyyətçisi olmaqla, X11 və X9 qanuni əsaslarla verilməmişdir. (əmlak kirayə müqaviləsi cavabdeh tərəfindən təqdim olunmamışdır.) Cavabdeh onun mənzilində yaşamış X11 və X9 qarşı zərərin məbləği miqdarında geriyə tələb (reqres) hüququ vardır.

11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.4, 170.2, 226.1, 226.2, 1096.1, 1097.1, 1098.2, 1111.2-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15, 29.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti iddia ərizəsinə etirazda qeyd olunan xüsusatlarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mənzilin Cavabdeh sahibliyindən çıxması is və istintaq materialları ilə tam sübuta yetir. Ona görə də mübahisəyə tətbiq olunacaq maddi hüquq norması MM-nin 1108.2-ci maddəsidir. Əgər qonşunun mənzili su sızması nəticəsində yararsız hala düşmüşdürsə məhkəmə həmin gün FHN əməkdaşlarının əraziyə kim tərəfindən çağırılmasını araşdırıb tapmalı idi. Odinanın mənzili qəsdən yandırılmışdır, bunu yandıran şəxslər yanmalarını bəhanə edib külli miqdarda pul toplamışlar. Məhkəmə mübahisənin əsl mahiyyətini anlamaq üçün həmin şəxsləri də çağırıb dindirməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi Vəkil3 iştirak etdiyi məhkəmə iclasında məsuliyyətin cavabdehin üzərinə qoyulması ilə razı olmadığını, cinayət işinin başlanması haqqında qərardan yenidən şikayət verildiyini bildirmişdir.

16. İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 564.1. Müdafiə zamanı son zərurət vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir, bu şərtlə ki, ziyan son zərurət vəziyyətinin baş verməsinə səbəb olmuş təhlükəni yaradan şəxsə və ya əşyaya vurulsun. Maddə 564.3. Son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər. Maddə 682. Kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

18. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

Maddə 29.2. Yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Maddə 29.4. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarı: “… istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. … İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin yalnız təmin olunan hissədə ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Cavabdehin mənzilində yanğın baş verməsi, həmin yanğının söndürülməsi zamanı su axıdılması nəticəsində iddiaçının mülkiyyətində olan mənzilə zərər vurulması işin mübahisələndirilməyən hallarıdır. Mübahisələndirilən hal ondan ibarətdir ki, məsuliyyət mülkiyyətçinin və yoxsa yanğının baş verdiyi vaxt orada kirayədə yaşayan şəxsin üzərinə qoyulmalıdır.

24. İlkin olaraq onu qeyd etmək lazımdır ki, nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin icarə (kirayə) müqaviləsi üzrə münasibətləri tənzimləyən normalarında, nə də “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununda icarə obyektindən istifadə nəticəsində delikt törədildiyi təqdirdə kirayəçinin və ya kirayəyə verənin məsuliyyətini müəyyən edən hər hansı bir norma mövcud deyildir.

25. Konstitusiya məhkəməsinin qərarlarında əks olunan hüquqi mövqeyə əsasən mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarında qeyd olunur ki, “… istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. … İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

27. Həmin qərarın nəticəvi hissəsində də qeyd olunmuşdur ki, “Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar.”

28. Yəni, bu qərarda formalaşmış mövqe bundan ibarətdir ki, mülkiyyətçinin deyil, digər şəxsin mülki hüquq məsuliyyəti o zaman yarana bilər ki, həmin şəxs əmlaka “qanuni əsasla” sahiblik etsin.

29. Hazırkı kazusda “qanuni əsasla sahiblik etmə” faktı mövcud deyildir. Mülki Məcəllədə icarə müqaviləsinin yazılı formada bağlanması imperativ olaraq nəzərdə tutulmasa da, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1 və 7.2-ci maddəsində qeyd olunur ki, icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi.

30. Mənzil Məcəlləsinin 29.2-29.4-cü maddəsində qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi mülki qanunvericiliklə, bu Məcəllə ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsini kirayə müqaviləsi, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla fiziki və ya hüquqi şəxslərin istifadəsinə vermək hüququna malikdir. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.

31. Bu normalara əsasən də müəyyən olunur ki, mənzil qanuni əsaslarla – kirayə müqaviləsi ilə digər şəxsin istifadəsinə verilmədiyindən məsuliyyət mülkiyyətçinin üzərindədir.

32. Bundan başqa, Cavabdeh 2 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verərək ləğv olunmasını və kirayədə yaşamış şəxsin məsuliyyətə cəlb olunmasını xahiş etmiş, məhkəmənin qərarı ilə qərar ləğv edilsə də, yenidən cinayət işinin başlanması rədd edilmişdir. Yəni, hal – hazırda yanğının törədilməsində kirayədə yaşamış şəxsin təqsiri sübuta yetirilməmişdir.

33. Əgər yanğın hadisəsinin kirayədə yaşayan şəxsin qəsdi və ya ehtiyatsızlığı üzündən baş verdiyi təsdiq olunsa idi, bu zaman həmin şəxs müvafiq olaraq Cinayət Məcəlləsinin 186-cı (Əmlakı qəsdən məhv etmə və ya zədələmə) və ya 187-ci (Əmlakı ehtiyatsızlıqdan məhv etmə və ya zədələmə) maddələri ilə məsuliyyətə cəlb edilməli idi. Cinayət işinin materiallarından görünür ki, baş vermiş hadisə nəticəsində hazırkı İddiaçı 59300 manat, iddiaçı isə 70000 manat zərər vurulduğunu iddia edir. Belə olduğu təqdirdə kirayəçinin təqsiri üzündən baş verdiyi sübuta yetirilərsə, bu zaman kirayəçinin məsuliyyəti xeyli miqdarda deyil, külli miqdarda zərər vurulmasına görə, yəni, həmin maddələrin 2-ci hissəsi ilə yaranır.

34. İstintaq orqanının qərarı ilə yanğının baş verdiyi vaxt orada yaşayaq şəxsin təqsiri müəyyən olunmadığından hazırkı vəziyyətdə iddianın məhz mülkiyyətçinin təqsiri olmaması əsası ilə rədd olunması zərərçəkmiş şəxsi – iddiaçını zərəri tələb etmək üçün bütün hüquqi müdafiə imkanlarından məhrum edir. Əgər gələcəkdə cinayət təqibini həyata keçirən orqanın qərarı ilə həmin vaxt mənzildə yaşamış şəxslərin təqsirinin olması təsdiqini taparsa, mülkiyyətçinin həmin şəxslərə qarşı reqres qaydada iddia qaldırmaq hüququ da istisna edilmir.

35. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yanğın cavabdehin mülkiyyətində olan mənzildə baş vermişdir, suyun axıdılması isə məhz həmin yanğının söndürülməsinin nəticəsidir. Mübahisə mülki qanunvericiliyin son zərurətlə bağlı münasibətləri tənzimləyən normaları baxımından qiymətləndirilsə belə, məsuliyyət yenə də mülkiyyətçinin üzərinə düşür. Mülki Məcəllənin 564.3-cü maddəsinə əsasən son zərurət vəziyyətində ziyanın vurulduğu faktik halları nəzərə almaqla, onun əvəzinin ödənilməsi ziyanı vurmuş şəxs kimin mənafeyi üçün hərəkət etmişsə, həmin üçüncü şəxsin üzərinə qoyula bilər. Hazırkı vəziyyətdə də ziyanın vurulması məhz cavabdehin mülkiyyətində olan evin tam yanmasının qarşısının alınması nəticəsində baş verdiyindən hərəkət onun mənafeyi üçün edilmişdir.

36. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(005)- 77/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(005)- 77/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar