Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-201/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit müqaviləsi üzrə borcun tutulmas) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(008)-15/2024 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1150 000 ABŞ dolları (bir milyon bir yüz əlli min) məbləğində kredit verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmışdır. 2.xx.xx.2016-cı il tarixli kassa məxaric orderinin surətitnə əsasən Cavabdeh 1104520,48 ABŞ dolları kredit verilmişdir. 3.Cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyin şərtlərini pozduğu üçün, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1 002 211,46 ABŞ dolları (bir milyon iki min iki yüz on bir ABŞ dolları qırx altı sent) əsas, 96 077,20 ABŞ dolları (doxsan altı min yetmiş yeddi ABŞ dolları iyirmi sent) faiz, 165 431,95 ABŞ dolları (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720,61 ABŞ dolları (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) məbləğində borcun, ödənilmiş 202 manat mediasiya xidmət haqqının və 1662,16 manat dövlət rüsumunun tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə sonuncuya illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1 150 000 ABŞ dolları (bir milyon bir yüz əli min ABŞ dolları) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 1002 211,46 ABŞ dolları (bir milyon iki min iki yüz on bir ABŞ dolları 46 sent) əsas, 96 077,20 USD (doxsan altı min yetmişyeddi ABŞ dolları 20 sent) faiz, 165 431.95 ABŞ dolları (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720.61 ABŞ dolları (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) təşkil edir. Bununla əlaqədar, cavabdehlərə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəflərindən mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq, heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq, bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən illik 16 % olmaqla cərimə faizi ödəyir. 3.1.2-ci bəndə əsasən borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, bankın borcun dərhal qaytarılmasını tələb etmək hüququ var. 3.1.5-ci bəndə əsasən borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla, kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (ipoteka) və borcalandan digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb etmək hüquqları var. 3.1.6-cı bəndə əsasən kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndinə əsasən Borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu Bank qarşısında birgə məsuliyyət daşıyırlar. 2.4-cü bəndə əsasən borcalanın Bank qarşısında öhdəliklərini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində banka dəyən bütün zərərlərin ödənilməsində borclu ilə bərabər eyni həcmdə məsuliyyət daşıyırlar. 6.Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, ondan tələb olunan kredit borcu onun adına rəsmiləşdirilmiş və müqavilələrə şəxsən özü imza etmişdir. Buna baxmayaraq, faktiki olaraq həmin pul vəsaiti özü tərəfindən deyil, başqa şəxs tərəfindən götürülmüşdür. Banka təqdim etdiyi sənəddə aylıq əmək haqqını 350 manat göstərmişdir. Bank tərəfindən qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə iki dəfə 1.200.000 ABŞ dolları istehlak kreditinin ayrıldığını və sonradan yenə də külli miqdarda digər kreditlərin ayrıldığını mübahisələndirsə də, nəticəsi olmamışdır. Bankın vəzifəli şəxslərinin qanunsuz fəaliyyətləri barədə müvafiq dövlət orqanlarına dəfələrlə məlumat vermişdir. Tərəfindən banka heç bir kredit ödənişi həyata keçirilməmişdir. O, qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 7.Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, bank tərəfindən mübahisənin məhkəmədənkənar həll edilməsinə heç bir cəhd olunmamış, mediasiya prosesindən məlum olmayan səbəblərdən bank tərəfindən imtina olunmuş, kredit müqaviləsi ilə bağlı problemin həll olunmasına heç bir cəhd olunmamışdır. Heç bir pretenziya məktubu göndərilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş kredit müqaviləsi əvvəllər bağlanmış və biri bank tərəfindən gizlədilən 4müqavilədən biridir. Cavabdeh tərəfindən 1 ildən artıq müddətdir ki, bank tərəfindən törədilmiş qanunsuz hərəkətlər barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciətlər olunaraq araşdırma aparılması xahiş olunmuşdur. Belə ki, X2 ilə Cavabdeh uzun müddət bir şirkətdə işləmiş, cavabdeh qeyri-rəsmi olaraq Elşən Rəhimova məxsus "xxxx" MMC-nin direktoru olmuşdur. Mətbuatda olan məlumatlara əsasən Elşən Rəhimov xx.xx.2021-ci ildə yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində özünü asaraq intihar etmişdir. 2015-ci ildə Cavabdeh Türkiyədə olduğu zaman Elşən Rəhimov onu Bakıya çağıraraq, təcili pul lazım olduğunu, lakin öz adına və ya sürücüsünün adına kredit müqaviləsi ilə bankdan pul götürmək istəsə də, alınmadığını bildirmişdir. Həmçinin onun adına “TuranBank"dan kredit götürəcəyini və özü də həm krediti bağlayacağını bildirmişdir. Cavabdeh Nicat X4 müdiri və yaxın dostu olduğu üçün etiraz etməyərək razılıq vermişdir. Elşən Cavabdeh bildirmişdir ki, pul onun özünə deyil, borclu olduğu şəxslərə çatacaqdır. Elşən Rəhimov həmin pulun yüksək vəzifəli şəxsin tapşırığı ilə İddiaçı tərəfindən ayrıldığını da bildirmişdir. Həmçinin özünün evini girov qoyularaq pulu götürüləcəyini demişdir. Bundan sonra Cavabdeh xx.xx.2015-ci ildə “TuranBankın" ASC-nin mərkəzi ofisinə gedərək bankın həyətində hazır müqaviləni imzalamışdır. Müqaviləyə əsasən onunla İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə X2 tərəfindən banka ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi təminat kimi-dəyəri 425.000 manat rəsmi, digər iki ev isə qeyrirəsmi girov qoyularaq 1.200.000 ABŞ dolları götürüləcəyi göstərilmişdir. Cavabdeh müqaviləni imzalayıb bankdan çıxanda artıq əvvəllər tanıdığı, həmin dövrdə yüksək vəzifə sahibi olmuş Rüfət Aslanlının işçisi Fuad Sadıqovun banka daxil olaraq kassaya yaxınlaşdığını görəndə əmin olmuşdur ki, həmin pul Fuad Sadıqov tərəfindən götürülmüşdür. Sonradan Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma zamanı bu fakt təsdiqini tapmışdır. X16 Aslanlının yaxın qohumu olmaqla, onun yanında müxtəlif vəzifələrdə çalışımışdır. Cavabdeh həmin müqaviləni imzaladıqdan bir müddət sonra Elşən Rəhimovun tapşırığı və iştirakı ilə banka və notariusa gedərək müqavilənin yenilənmiş formalarını imzalamışdır. Bundan başqa, nə kredit, nə də onun bağlanması barədə heç bir məlumatı olmamışdır. Elşən Rəhimovun intiharından sonra 2021-ci ildə "xxxx" ASC-nin məsul işçiləri Röyal, adını unutduğu İdarə Heyətinin üzvü onunla görüşərək, 6 il əvvəl bağlanmış həmin kredit müqaviləsinə görə ona hədə-qorxu gələrək tez bir vaxtda krediti bağlamağı tələb etmişlər və əks təqdirdə, onun üçün pis olacağını bildirmişlər. Qeyd edilən kreditlə bağlı Cavabdeh şəxsən Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi cənab Natiq Əmirov qəbul etmiş və kreditin kimin üçün alınması ilə maraqlanmışdır. Cavabdeh heç bir müqavilə və ya digər bir sənəd verilmədiyi üçün apardıqları araşdırmalar və sorğular vasitəsilə məlum olmuşdur ki, guya onunla İddiaçı ASC arasında məntiqəsığmayan qeyd edilən müqavilələr bağlanmaqla pullar götürülmüşdür. Azərbaycan Kredit Bürosunun Cavabdeh hesabından çıxarışda olan məlumatlara əsasən xx.xx.2015-ci ci il tarixdə 1.200.000 USD (h/n 112105) götürülmüş və guya xx.xx.2016-cı ildə tam ödənilmiş, xx.xx.2015-ci il tarixdə 1.200.000 USD (h/n 122008) yenidən götürülmüş və guya xx.xx.2016-cı ildə tam ödənilmiş, xx.xx.2016-cı il tarixdə artıq 1.149.000 USD (h/n 127393) götürülmüş və tam ödənilməsi qeyd olunmasına baxmayaraq, tarix göstərilməmişdir. Həmçinin xx.xx.2016-cı il tarixdə yenidən 1.095.099,68 USD (h/n 124532) götürülmüş və hazırkı vaxta kimi heç bir ödəniş olunmamışdır. Həmin çıxarışla təsdiq edilir ki, Cavabdeh aktiv öhdəliyi kimi 1.104.520,48 ABŞ dolları məbləğində İddiaçı ASC-də kredit öhdəliyi mövcuddur.Kreditin verilmə tarixi xx.xx.2016-cı il, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il, kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, əsas borcun gecikdirildiyi günlərin sayı 1004 gün, faiz borcun gecikdirildiyi günlərin sayı 1004 gün, kreditin təminatı X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol küçəsində yerləşən 6a saylı fərdi yaşayış evi, dəyəri 425.000 manat qeyd edilmişdir. İddiaçı ASC-yə dəfələrlə etdikləri sorğulara baxmayaraq, cavab verilməmiş, lakin Azərbaycan Respublikası Mərkəzi Bankına edilən müraciətdən sonra İddiaçı ASC Müştəri Xidmətləri Departamenti tərəfindən cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, №183 saylı məktubla 3 müqavilə göndərilsə də, xx.xx.2016-cı il tarixdə 1.149.000 USD (h/n 127393) tam ödənilməsi qeyd olunmasına baxmayaraq, tarix göstərilməmiş, müqavilə məlum olmayan səbəbdən göndərilməmişdir. Lakin sonradan həmin müqavilə barədə Mərkəzi Bank vasitəsilə məlumat alınmışdır ki, guya belə bir müqavilə ümumiyyətlə olmamışdır. Ancaq həmin müqavilənin də mövcud olması barədə kifayət qədər sübutlar vardır. Araşdırmalar zamanı məlum olmuşdur ki, X2 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini rəsmi girovda, bir neçə mənzilin isə qeyri-rəsmi olaraq girovda olmasına baxmayaraq, evlər İddiaçı ASC-nin işçisi X5 adına qeydiyyatdan keçmiş və hazırda həmin şəxsin mülkiyyətindədir. İddiaçının nümayəndəsi və vəkili məhkəmənin nəzərinə çatdırmışdır ki, Cavabdeh tərəfindən banka təqdim edilmiş sənəddə onun aylıq əmək haqqının 350 (üç yüz əlli) manat olduğu göstərilmişdir və bank qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə 1.095.000 ABŞ dolları istehlak krediti ayırmışdır. İddia ərizəsində hətta kreditin məbləği də səhv göstərilmişdir. İddia ərizəsində müqavilə üzrə “zamin” olduğu qeyd olunsa da, həmin müqavilələr üzrə heç bir zamin olmamışdır. Həmçinin iddia ərizəsində “cavabdehlər” qeyd olunsa da, “cavabdehlər” qismində kimlərin nəzərdə tutulduğu aydın olmamışdır. X2 tərəfindən qeyd olunan kreditin ayrılması üçün kifayət qədər əmlak girov qoyulmuş və həmin əmlak bank tərəfindən hazırda ələ keçirilmişdir. Tərəflərindən edilmiş çoxsaylı müraciətlərə baxmayaraq, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma materialları onlara təqdim edilməmişdir. Lakin məlum olmuşdur ki, həmin pulu Fuad Sadıqov qəbul edərək, bank sənədləri ilə “X17” MMC-nin sabiq prezidenti, hazırda həbsdə olan Rasim Məmmədova təhvil verdiyi araşdırma ilə öz təsdiqini tapmışdır. Göstərilənlərə əsasən, nümayəndə və vəkil tələbin heç bir qanuni əsası olmadığı üçün iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. 8.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 09 yanvar 2024-cü il tarixli, 2(008)-15/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Həqiqət Mahmudova) iddia təmin edilməmiş, iş üzrə ödənilmiş 1662,16 manat dövlət rüsumu və 202 manat mediasiya xidmət haqqı İddiaçı ASC-yə aid edilmişdir. İş materiallarında olan 9.İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016cı il tarixli, №181/F-16 saylı kredit müqaviləsinə əsasən, illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1 150 000 ABŞ dolları (bir milyon bir yüz əlli min ABŞ dolları) məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka və zaminlik, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Müqavilənin 3.1.1-ci bəndinə görə, bankın borcalanın ödəniş qabiliyyətini və maliyyə vəziyyətini, kreditin təyinatına uyğun istifadəsini yerində yoxlamaq məqsədilə monitorinq aparmaq və ödəniş qrafikinə ciddi əməl etməyi tələb etmək hüququ var. Müqavilənin 3.1.2-ci bəndinə görə, bankın borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və sair) hüququ var. 10.İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan X9 və borc alan Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, №181/F16-01 saylı sonrakı ipoteka müqaviləsinin 2.1-ci bəndinə görə ünvan 3 ünvanında istifadədə olan 0,01526 ha torpaq sahəsində yerləşən 243.1 kv.m ümumi, 111.1 kv.m yaşayış, 132.0 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Müqavilənin 2.9-cu bəndinə görə 2.1-ci bənddə qeyd edilən ipoteka predmeti İddiaçı ASC ilə xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2015-ci il tarixli, № 44/F-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Cavabdeh illik faiz dərəcəsi 14% olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) və xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsinin təminatı olaraq bağlanmış xx.xx.2015ci il tarixli, № 510/F-15-01 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Sonrakı ipoteka saxlayan Cavabdeh illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) olmaqla ipoteka qoyulmuş və dövlət qeydiyyatına alınmışdır. Müqaviləyə görə öhdəliyin mahiyyəti xx.xx.2016-ci il tarixli, 181/F-16 saylı kredit müqaviləsi, öhdəliyin ölçüsü illik 8% olmaqla 1 150 000 ABŞ dolları, öhdəliyin icra müddəti isə kredit müqaviləsi üzrə vəsaitin borc alana (ipoteka qoyana) verildiyi tarixdən xx.xx.2017-ci il tarixinədək olmuşdur. 11.Cavabdeh bank hesabından çıxarışın və kassa məxaric orderinin surətindən görünür ki, cavabdehə xx.xx.2016-cı il tarixdə 1 104 520.48 ABŞ dolları məbləğində kredit verilmişdir. 12.xx.xx.2019, xx.xx.2021, xx.xx.2022-ci il tarixli pretenziyalarının surətindən görünür ki, xx.xx.2016-cı il tarixli, №181/F-16 saylı kredit müqavilələsi üzrə borcun ödənilməsi təklif olunmuşdur. 13.Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sabunçu Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-nin vəzifəli şəxsləri tərəfindən onun adına qanunsuz kredit rəsmiləşdirilməsi və həmin pul vəsaitlərinin digər şəxslərə verilməsi barədə xx.xx.2022-ci il tarixdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında araşdırma aparılmışdır. Araşdırma nəticəsində hər hansı şəxs tərəfindən cinayət tərkibli əməlin törədilməsi faktı təsdiqini tapmamış, eyni zamanda İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərlə bağlı münasibətlər mülki hüquqi xarakterli olduğundan sonuncuya qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 14.Məhkəmə işin fakitki halları ilə bağlı qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan və tərəflərin izahatlarından müəyyən olunur ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 8 % olmaqla, 12 ay müddətinə 1 150 000 ABŞ dolları (bir milyon bir yüz əlli min ABŞ dolları) məbləğində kredit verilmişdir. İddiaçı iddia edir ki, cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur, nəticədə, cavabdehin xx.xx.2022-ci il tarixinə İddiaçı ASC-yə 1002 211,46 ABŞ dolları (bir milyon iki min iki yüz on bir ABŞ dolları 46 sent) əsas, 96 077.20 ABŞ dolları (doxsan altı min yetmiş yeddi ABŞ dolları 20 sent) faiz, 165 431.95 ABŞ dolları (bir yüz altmış beş min dörd yüz otuz bir ABŞ dolları 95 sent) cərimə borcu olmaqla, cəmi borcu 1 263 720.61 ABŞ dolları (bir milyon iki yüz altmış üç min yeddi yüz iyirmi ABŞ dolları 61 sent) təşkil edir. 15.Cavabdeh tərəf Azərbaycan Kredit Bürosunun Cavabdeh hesabından çıxarışda olan məlumatlarına istinad edərək izahatında qeyd edir ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. Müqavilədə kreditin təminatı kimi ipoteka, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Həmçinin İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsi bağlanaraq, illik faiz dərəcəsi 14 % olmaqla, 6 ay müddətinə 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi ipoteka, kreditin təyinatı istehlak krediti kimi göstərilmişdir. Həmin çıxarışla təsdiq edilir ki, Cavabdeh aktiv öhdəliyi kimi 1.104.520.48 ABŞ dolları məbləğində İddiaçı ASC-də kredit öhdəliyi mövcuddur. Kreditin verilmə tarixi xx.xx.2016-cı il, kreditin ilkin müqavilə üzrə bitmə tarixi xx.xx.2017-ci il, kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, əsas borcun gecikdirildiyi günlərin sayı 1004 gün, faiz borcun gecikdirildiyi günlərin sayı 1004 gün, kreditin təminatı X6 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Dəmiryol küçəsində yerləşən 6a saylı fərdi yaşayış evi, dəyəri 425.000 manat qeyd edilmişdir. Cavabdeh banka təqdim etdiyi sənəddə onun aylıq əmək haqqının 350 manat (üçyüz əlli) olduğunu göstərdiyini bildirmiş və bank tərəfindən qeyd olunan əmək haqqı ilə 12 aya ödənilməsi şərti ilə iki dəfə 1.200.000 ABŞ dolları istehlak kreditinin ayrıldığını və sonradan yenə də külli miqdarda digər kreditlərin ayrıldığını mübahisələndirmiş, onun tərəfindən banka heç bir kredit ödənişinin həyata keçirilmədiyini bildirmişdir. 16.Məhkəmə iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəf müqavilənin bağlandığını sübut etsə də, müqavilədə nəzərdə tutulan pul vəsaitlərinin məhz cavabdeh tərəfindən götürüldüyünü və ödənişlərin onun tərəfindən həyata keçirildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmin müqavilələrdə kreditin təminatı kimi ipoteka və zaminliknəzərdə tutulsa da, iddiaçı tərəfindən məhkəməyə ipoteka müqaviləsi və zaminlik müqaviləsi də təqdim edilməmiş, cavabdehə yüksək məbləğdə xarici valyutada istehlak kreditinin verilməsi müqabilində öhdəliyin təminatı kimi bank tərəfindən qəbul edilmiş təminat vasitələri barədə hər hansı sübut təqdim edilməmişdir. 17.Hər kəsə bəllidir ki, Azərbaycan Respublikasında devalvasiya xx.xx.2015-ci ildə baş vermidir. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 manat təyin etmişdir. Devalvasiya 33.8% olmuşdur. xx.xx.2015-ci ildə isə 2-ci devalvasiya baş vermiş və 1 ABŞ dollarının rəsmi məzənnəsini 1,55 manat səviyyəsində qərarlaşdırılmışdır. 18.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 3.1.1-ci maddəsinə görə Bankın borcalanın ödəniş qabiliyyətini və maliyyə vəziyyətini, kreditin təyinatına uyğun istifadəsini yerində yoxlamaq məqsədilə monitorinq aparmaq və ödəniş qrafikinə ciddi əməl etməyi tələb etmək hüququ var. Müqavilənin 3.1.1-ci maddəsinə görə Bankın borcalanın əmlak və ya maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, borcun dərhal qaytarılmasını tələb etmək (məhkəmə qaydasında və sair) hüququ var. 19.Cavabdeh tərəfin izahatından görünür ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 1 il 4 aya tam ödənilmişdir. Həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 8 aya tam ödənilmişdir. Yenə də həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən xx.xx.2016-cı il tarixdə 1.095.099.68 USD məbləğində kreditin verildiyini təsdiq edən növbəti müqavilə bağlanmışdır. 20.Mülki işdə olan Cavabdeh bank hesabından çıxarışın surətindən görünür ki, xx.xx.2016-cı il tarixdə 1.104.520,48 USD kredit hesaba köçürülmüş, həmin hesab üzrə borcdan ödəmə ilk dəfə xx.xx.2019-cu il tarixdə, yəni 2 il 5aydan sonra hesaba daxil edilmişdir. Buna baxmayaraq, bank borcun dərhal qaytarılması ilə bağlı hər hansı tədbir gördüyünə dair məhkəməyə sübut təqdim etməmiş, hazırkı iddia ilə məhkəməyə 2022-ci ilin oktyabr ayında müraciət etmişdir. 21.Qeyd olunanlara əsasən, məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı ASC Cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-cı il tarixli 07/SKMF nömrəli kredit müqaviləsinə əsaslanaraq iddia qaldırsa da, həmin müqavilə üzrə yüksək məbləğdə kreditin cavabdehə verildiyini və cavabdeh tərəfindən həmin borcun hesabına ödənişlərin banka edildiyini, hazırda da borcun mövcudluğunu sübuta yetirə bilməmişdir. 22.Məhkəmə qeyd etmişdir ki, bank haqqında qanunvericiliyin imperativ tələblərinə görə iddiaçı kredit risklərini düzgün qiymətləndirmək vəzifəsini daşıdığı halda, həmin dövrdə 350 manat əmək haqqı olan cavabdehə 12 aya ödənilməsi şərti ilə 1.095.000 ABŞ dolları istehlak kreditini ayırarkən kredit risklərinin hansı meyarlar üzrə qiymətləndirilməsi və öhdəliyin təminatı kimi qəbul etdiyi üsullar (ipoteka, zaminlik) barədə məhkəməyə məlumat verməyərək, məhkəməni həmin kreditin heç bir təminat olmadan verildiyini inandırmağa çalışmış, kredit müqaviləsi üzrə öhdəliklərini pozmuş, eyni şəxsə təkrarən yüksək məbləğdə xarici valyutada kredit vəsaitlərinin ayrılması səbəblərini açıqlamamışdır. 23.Bunun əksi olaraq, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizələrindən və izahatlardan müəyyən olunmuşdur ki, cavabdeh ondan tələb olunan kredit borcunun onun adına rəsmiləşdirildiyini etiraf etsə də, faktiki olaraq pul vəsaiti başqa şəxs tərəfindən götürülmüş, bankın vəzifəli şəxslərinin qanunsuz fəaliyyətləri barədə müvafiq dövlət orqanlarına dəfələrlə məlumat vermişdir. 24.Qeyd edilənlərə əsaslanaraq, məhkəmə hesab etmiş ki, iddia tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 443.1, 448.1, 448.2, 472.1, 739.1, 739.2, 741, 742.1, 746-cı; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 36.6, 31.1, 31.2, 31.1.2-ci; Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2019-cu il 30 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda kredit risklərinin idarə edilməsi Qaydaları”nın 2.1.4, 2.1.1, 10-cu; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2018-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 218.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 26.Qətnamədən İddiaçı ASC apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti iddia ərizəsinə uyğun qaydada əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış və işin halları ilə bağlı kobud səhvə yol verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixli, 181/F-16 saylı kredit müqaviləsinin mövcud olması öhdəliyin əmələ gəlməsi əsasıdır və bu kredit müqaviləsinin tələbləri borclu Cavabdehriz oğlu tərəfindən yerinə yetirilməmişdir və nəticədə borclunun kredit borcunun olmasına baxmayaraq, məhkəmə bu halı nəzərə almayıb. İddiaçı ASCdə öz növbəsində əmanətçilərdən pul məbləğini qəbul edərək onları qaytarmağı və faizlər ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə təqdim edilmiş sübutlarda verilmiş kredit müqaviləsini təsdiqləsə də, həmin pulun geri tələb olunması üçün məhkəmə müdafiə vasitəsini rədd etmişdir. Bununla da Bankı əmanətçilər qarşısında çətin vəziyyətə salmışdır. Əqddin etibarsızlığı cavabdeh tərəfindən mübahisələndirilmir və hətta cavabdeh tərəfindən qəbul edilir və məhkəmə qətnaməsində də bu fakt öz təsdiqini tapır.Beləliklə etibarlı əqd əsasında kreditorun borcludan tələbinin məhkəmə tərəfindən rədd olunması absurddur. Göründüyü kimi kredit müqaviləsinin mövcudluğu, borclunun imzası, borclunun etirafı, kassa məxaric orderi, Kredit Bürosunun çıxarışının olmasına baxmayaraq Məhkəmə başqa sübutlara yönəlmişdir. Halbuki məhkəmə təcrübəsinə əsasən kredit münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün zəruri olan bütün sübutlar tərəflərindən təqdim edilmişdir. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığısübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasdaiştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəməninqətnaməçıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhz Sabunçu Rayon məhkəməsinin mübahisə edilən qətnaməsinin əsaslandırıcı hissəsində iddiaçının istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün məhkəmənin rəhbər tutduğu qanunlar və normativ aktlar göstərilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 29.Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X8 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. 30.Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, izahatlarında qeyd etdilər ki, kredit müqaviləsini, kassa məxaric orderini cavabdeh imzalamışdır, lakin cavabdeh Bankdan pul götürməyib, pulu kənar şəxslər götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 32.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 33.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 34.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 35.Maddə 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 36.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 37.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 38.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdəicra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 39.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 40.Maddə 462.1 və 467.Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 41.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 42.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 43.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 44.Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 45.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Apellyasiya baxışının hədləri 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 47.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 48.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instasiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. 49.Belə ki, iş materiallarınını araşdırılması ilə müəyyən olunur ki, xx.xx.2016-cı il tarixli, № 181/F- 16 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 8% olmaqla, 12 ay müddətinə 1 150 000 USD (bir milyon bir yüz əlli min ABŞ dolları) məbləğində kredit verilmiş, cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən Banka borcu yaranmışdır. 50.Lakin cavabdeh kredit müqaviləsinin onunla bağlanıldığını, müqaviləni və kassa məxaric orderini özü imzaladığını etiraf etsə də, iddia tələbini qəbul etməyib etirazını onunla əsaslandırır ki, həmin pul vəsaiti onun özü tərəfindən deyil, başqa şəxs-Rəhimov Elşən tərəfindən götürülmüş, sonuncu cavabdehin müdürü və yaxın dostu olaraq ondan öz adına kredit götürülməsini xahiş etdiyindən, cavabdeh etiraz etməmiş və razılıq vermişdir. Etirazının əsası kimi onun həmin dövrdə aylıq əmək haqqısının 350 manat olmasını, ona bu məbləğdə kreditin ayrılmasının ağlabatan olmamasını, Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı aidiyyatı orqanlara müraciət etməsini göstərmişdir. 51.Kollegiya hesab edir ki, məhkəmə- iddiaçı tərəf müqavilənin bağlandığını sübut etsə də, müqavilədə nəzərdə tutulan pul vəsaitlərinin məhz cavabdeh tərəfindən götürüldüyünü və ödənişlərin onun tərəfindən həyata keçirildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməməsinə istinad edərək iddianı rədd edərkən, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır. 52.Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 53.İşin hallarından göründüyü kimi mübahisələndirilən kredit müqaviləsi tərəflər- İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış, cavabdeh müqaviləni öz imzası ilə təsdiq etmiş, həmçinin kredit müqaviləsi üzrə kredit məbləğinin cavabdehə verilməsi barədə kassa məxaric orderi cavabdeh tərəfindən imzalanmış (cavabdeh bunu öz izahatlarında da təsdiq etmişdir), cavabdeh müqavilənin etibarlılığını mübahisələndirməmiş, məhkəmə araşdırması zamanı müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən olunmamışdır. 54.Göründüyü kimi, Bankın rəsmi sənədi olan kassa məxaric orderinə əsasən kredit məbləğinin Bank tərəfindən cavabdehə verilməsi təsdiq olunduğu halda, cavabdehin həmin pulun başqa şəxs tərəfindən götürülməsini qeyd etdiyi halı sübut etmək vəzifəsi cavabdehin üzərinə düşməklə, sonuncu tərəfindən bunu təsdiq edən hər hansı bir mötəbər sübut təqdim edilməmiş, qeyd olunan hal iş materialları ilə öz təsdiqini tapmır. Digər tərəfdən pulun cavabdeh tərəfindən kassa məxaric orderinə əsasən qəbul olunduqdan sonra, kənar şəxsə verməsi, onun iradə ifadəsi olaraq bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin icra edilməsi ilə bağlı məsuliyyətdən azad olunması üçün əsas yaratmır. 55.Cavabdehin iddia tələbində qeyd etdiyi halla bağlı məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh İddiaçı ASC-nin vəzifəli şəxsləri tərəfindən onun adına qanunsuz kredit rəsmiləşdirilməsi və həmin pul vəsaitlərinin digər şəxslərə verilməsi barədə xx.xx.2022-ci il tarixdə AR Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciəti əsasında aparılmış araşdırma ilə bağlı sənədlər Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən tələb edilmişdir. 56.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cavabdeh müraciəti üzrə aparılmış araşdırma üzrə toplanmış sənədlərin surətindən görünür ki, həmin materiallarda araşdırma predmeti xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi olmaqla, hazırkı mülki iş üzrə tərəflər arasında öhdəliyin yaranmasını müəyyən edən xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsinə aidiyyatı yoxdur. Digər tərəfdən dindirilən Bankın əməkdaşları izahatlarında xx.xx.2016-cı il tarixli, 181F-16 saylı kredit müqaviləsi üzrə cavabdehin Banka yaxınlaşaraq, kredit müqaviləsi və digər sənədləri imza etikdən sonra, ayrılmış kreditin cavabdeh tərəfindən götürdüyünü təsdiqləmişlər. 57.Digər tərəfdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdehlə iddiaçı arasında əvvəllər də kredit müqaviləsinin bağlanmasını, həmin müqavilələr üzrə cavabdeh tərəfindən gecikdirmələrə yol verildiyi halda yenidən cavabdehə yüksək məbləğdə kredit verilməsini Bankın kredit risklərini düzgün qiymətləndirmək vəzifəsini düzgün icra etməməsi kimi şərh etməsini, hazırki iddianın rədd edilməsi üçün üsas hesab etmir. 58.Belə ki, məhkəmə cavabdehin izahatına əsaslanaraq qeyd etmişdir ki, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında bağlanmış 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 44/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 1 il 4 aya tam ödənilmişdir. Həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən 1 200 000 USD (bir milyon iki yüz min ABŞ dolları) məbləğində kreditin verildiyini təsdiq edən xx.xx.2015-ci il tarixli, № 510/F-15 saylı kredit müqaviləsi 6 ay müddətinə bağlansa da, həmin kredit xx.xx.2016-cı il tarixdə, yəni 8 aya tam ödənilmişdir. Yenə də həmin müqavilə üzrə borcalanın müqavilə öhdəliyi pozulsa da, kreditin ödənilməsi gecikdirilsə də, İddiaçı ASC-nin Müştəri Xidmətləri Departamenti ilə Cavabdeh arasında yenidən xx.xx.2016-cı il tarixdə 1.095.099.68 USD məbləğində kreditin verildiyini təsdiq edən növbəti müqavilə bağlanmışdır. 59.Kollegiya hesab edir ki, qeyd olunan hallar aparılacaq araşdırmaların nəticəsindən asılı olaraq, pozuntu hallarına yol vermiş Bankın əməkdaşları barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsinə əsas yarada bilər. 60.Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin. 61.Beləliklə cavabdehin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı müqavilə şərtlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəliyin şərtlərini yerinə yetirmiş, müqavilədə nəzərdə tutulmuş məbləği cavabdehə vermiş, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, öhdəliyin icrasını gecikdirmiş və nəticədə iddiaçıya xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə borcu yaranmışdır. 62.Qeyd olunan kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. 63.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6853 saylı, 15 okyabr 2024-cü il tarixli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən X11 ilə İddiaçı ASC arasında bağlanmış, xx.xx.2016-cı il tarixli, №181/F-16 saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinədək 179028,59 ABŞ dolları məbləğində ödəniş aparılmışdır (xx.xx.2019-cu il tarixdə 5872,0 manat, xx.xx.2020-ci ildə 1174,4 manat, xx.xx.2020-ci ildə 1174,4 manat, xx.xx.2020-ci ildə 1200,0 manat, xx.xx.2020-ci ildə 1200 manat, xx.xx.2020-ci ildə 1174,74 manat, xx.xx.2020-ci ildə 1174,74 manat, xx.xx.2020-ci ildə 1100,0 manat, xx.xx.2020-ci ildə 1200,0 manat, xx.xx.2020-ci ildə 2936,86 manat, xx.xx.2020-ci ildə 1800,0 manat, xx.xx.2020-ci ildə 1500,0 manat, xx.xx.2020-ci ildə 1497,7 manat, xx.xx.2021-ci ildə 1997,06 manat, xx.xx.2021-ci ildə 587,54 manat, xx.xx.2022ci ildə 153439,15 manat). Həmin ödənişlərin 102309,02 ABŞ dolları əsas, 76719,57 ABŞ dolları isə faiz borcundan silinmişdir. Borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2017-ci il tarixə; əsas borc üzrə 1.104.520,48 ABŞ dolları, faiz borcu üzrə 88.361,64 ABŞ dolları, xx.xx.2022-ci il tarixə; əsas borc üzrə 1.002.211,46 ABŞ dolları, faiz borcu üzrə 96.076,52 ABŞ dolları, xx.xx.2024-cü il tarixə; əsas borc üzrə 1.002.211,46 ABŞ dolları, faiz borcu üzrə 96.076,52 ABŞ dolları. 64.Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən alınmış materiallarda olan İddiaçı ASC-nin sədr müavini vəzifəsində çalışan X10 izahatında qeyd etmişdir ki, ipoteka predmeti olan ev Bank tərəfindən satılaraq, əldə olunmuş məbləğ xx.xx.2022-ci ildə cavabdehin kredit və faizinin bağlanmasına yönəldilmişdir. 65.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 66.Beləliklə qeyd olunanlara əsasən kollegiya hesab edii ki, cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada icra edilədiyindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(008)-15/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə 1.002.211,46 ABŞ dolları əsas, 88361,64 ABŞ dolları faiz borcu tutulmalıdır. 67.MM-nin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. 68.Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. 69.Bu baxımdan kollegiya hesab edir ki, qətnamə dəbbə pulu məbləğinin tutulması hissəsində qismən təmin edilməli, kredit müqaviləsinə əsasən cavabdehdən tutulmalı olan 165431,95 ABŞ dolları məbləğində cərimə məbləği 2000 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. 70.Belə olan halda cərimə məbləği də nəzərə alınmaqla, cavabdehdən iddiaçının xeyrinə cəmi 1092573,1 ABŞ dolları məbləğində pul vəsaiti tutulmalıdır. 71.Kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun 1429 manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. 72.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 50 manat pulun təmin edilmiş tələbə mütənasib olaraq 43 manatı Cavabdeh, 7 manatı isə İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilməlidir. 73.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 yanvar 2024-cü il tarixli, 2(008)-15/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2016-cı il tarixli, № 181/F-16 saylı kredit müqaviləsi üzrə 1.002.211,46 (bir milyon iki min iki yüz on bir ABŞ dolları, 46 sent) ABŞ dolları əsas, 88361,64 (səksən səkkiz min üç yüz altmış bir ABŞ dolları, altmış dörd sent) ABŞ dolları faiz və 2000 (iki min) ABŞ dolları cərimə olmaqla, cəmi 10092573,1 (bir milyon doxsan iki min beş yüz yetmiş üç ABŞ dolları, on sent) ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 1429 (min dörd yüz iyirmi doqquz) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun 43 (qırx üç) manatı Cavabdeh, 7 (yeddi) manatı isə İddiaçı ASC-dən tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət xəzinədarlığı Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22 saylı hesaba keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müdətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Müli Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Günay Axundova Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-201/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-201/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver