Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2011/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh «Atəşgah Sığorta Şirkəti” ASC-yə qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 29 fevral 2020-cı il tarixdə saat 21:00 radələrində İddiaçı evində baş vermiş yanğın nəticəsində evinə ciddi maddi ziyan dəymişdir. O, evini RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi əsasında «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən sığorta məbləği 15000.00 manat olmaqla 31.01.2019-30.12.2020-ci il tarixlərə sığorta elətdirmişdir. Sığorta haqqı 30 manat olmaqla İddiaçı tərəfindən «Atəşgah Sığorta Şirkəti” ASC -yə ödənilmiş və Şəhadətnamə ona təqdim olunmuşdur. Lakin «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən İddiaçı sığorta etdirdiyi evə dəymiş maddi ziyan ödənilməmişdir. Dəfələrlə «Atəşgah Sığorta Şirkəti” ASC-yə rəsmi məktubla müraciət etməyinə baxmayaraq sığorta şirkəti məktubuna cavab verməmiş və beləliklə də sığorta pulunu ödəməkdən imtina etmişdir. Bütün bunları nəzərə alaraq İddiaçı məhkəmədən RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsi əsasında «Atəşgah Sığorta Şirkəti” ASC tərəfindən sığorta məbləği 15 000.00 manat olmaqla dəymiş maddi ziyan üzrə pul vəsaitinin «Atəşgah Sığorta Şirkəti” ASC-dən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(009)- 1306/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Sığorta Şirkəti ASC-dən 3064.19 manat sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasın xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, işin yenidən araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1306/2021 saylı iş üzrə 29.11.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Daşınmaz əmlakın icbari sığortası üzrə ünvan 1i ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən 31.12.2019-cu il tarixində Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı Cavabdeh Sığorta Şirkətinə 29.02.2020-ci il tarixində yanğın hadisəsi nəticəsində evin çardağına qismən zərər dəyməsi barədə məlumat vermişdir. Cavabdeh Sığorta Şirkətinin nümayəndələri tərəfindən iddiaçıya məxsus əmlaka baxış keçirilmiş və dəymiş zərər 364 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda yaranan mübahisə sığorta ödənişinin məbləği ilə bağlıdır. Qanuna əsasən ilk növbədə zərər sığortaçı tərəfindən qiymətləndirilməli, qiymətləndirmədiyi halda isə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Yuxarıda qeyd edildiyi kimi daşınmaz əmlaka dəymiş zərər sığortaçı tərəfindən 364 manat məbləğində qiymətləndirilmiş və bu barədə ona məktub ünvanlamışdır. Əmlaka dəymiş zərəri qanunla müəyyən olunan müddət ərzində sığortaçının qiymətləndirməsinə baxmayaraq, İddiaçı əmlaka dəymiş zərəri birtərəfli qaydada zədələnən hissənin sahəsini əsassız artıraraq 4385 manat dəyərində müəyyən etmişdir. Məhkəmə zərər məbləğləri arasındakı fərqi nəzərə alaraq, əmlaka dəyən zərəri müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası da həmçinin dam örtüyünün zədələnən sahəsini artırılmış həcimdə (90 kv.m) 3278 manat məbləğində qiymətləndirmişdir. Bildirirəm ki, Cavabdeh Sığorta Şirkəti tərəfindən sığorta hadisəsi nəticəsində dəyən zərəri müəyyən etmək məqsədilə əmlaka baxış keçirilmişdir. Cavabdehin mütəxəssisləri əmlaka baxış keçirən zaman yanğın nəticəsində dam örtüyünün 10 kv.m sahəsinin zədələnməsinə dair akt tərtib etmişdirlər. Hesab edirlər ki, məhkəmə tikinti-texniki ekspertizası əmlaka dəyən zərəri əsassız şəkildə faktiki zərər məbləğindən artıq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh Sığorta Şirkəti tərəfindən tərtib olunan aktla İddiaçı məhkəməyə təqdim etdiyi qüsur aktları arasında uyğunsuzluqlar mövcuddur. Beləki, iddiaçının qüsur aktında dam örtüyünün 96 kv.m sahəsinə zərər dəyməsi bildirilmiş və məhkəmə tikinti-texniki ekspertizası da həmin akta uyğun olaraq, rəy tərtib etmişdir. Ekspert rəyində dam örtüyünün zədələnən hissəsinin 90 kv.m olması öz əksini tapmışdır. Bu isə əsassız olaraq qiymət artımına səbəb olmuşdur. Hesab edirlər ki, ziddiyyətli məqamların aydınlaşdırılması üçün əlavə məhkəmə tikinti- texniki ekspertizası təyin edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, işin yenidən araşdırılması məqsədilə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı 28 fevral 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlamış elektron ərizəsindən görünür ki, 28 fevral 2022-ci il tarixdə saat 11:40-a təyin edilmiş məhkəmə iclasından məlumatlıdır. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş üzrə RAT********** nömrəli Daşınmaz Əmlakın İcbari Sığortası şəhadətnaməsindən görünür ki, İddiaçı məxsus ünvan 1ində yerləşən yaşayış evi "xxxx" ASC tərəfindən sığorta məbləği 15000 manat olmaqla 31.01.2019-30.12.2020-ci il tarixlərə sığorta edilmişdir. İş üzrə İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 22.07.2020 və 15.09.2020-ci il tarixli ərizələrdən görünür ki, İddiaçı 29 fevral 2020-ci il tarixdə saat 21:00 radələrində evində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın ödənilməsini "xxxx" ASC-dən tələb etmişdir. İş üzrə Qax rayon İcra Hakimiyyəti Əmircan kənd inzibati dairəsi üzrə nümayəndəliyinin 29.12.2019-cu il tarixli, 719 saylı Arayışından görünür ki, İddiaçı Əmbərçay kəndində 2003-cü ildə tikilmiş, 4 otaqlı, ümumi sahəsi 162 m2 olan fərdi yaşayış evi vardır. İş üzrə 05.03.2020-ci il tarixli Zərər aktından görünür ki, İddiaçı məxsus yaşayış evinə yanğın nəticəsində dəymiş zərərin məbləği 4385 manatdır. İş üzrə 10 mart 2020-ci il tarixli Hadisə nəticəsində əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə Hesabatdan görünür ki, yanğın nəticəsində dəymiş zərər 364 manat məbləğində müəyyən edilmişdir. İş üzrə "xxxx" ASC-nin 086899 saylı Sığorta aktından görünür ki, zərərlə bağlı maddi ziyanın ümumi məbləği 364 AZN-dir. Sığorta ödənişinin məbləği isə 150 AZN azadolma məbləği və 0,19 AZN bərpa məbləği zərər məbləğindən çıxarılaraq, 213,81 AZN təşkil edir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyindən görünür ki, Qax rayonu, Əmbərçay kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 3278.00 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 50 manat) İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş sığorta hadisəsi zamanı onun əmlakına 15000 manat ziyan dəydiyi üçün 15000 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsinə görə daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, mübahisə daşınmaz əmlakın icbarı sığortası ilə bağlıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, baş vermiş hadisənin sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən mənzilin təmirinə 15000 manat xərc çəkiləcəyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Apellyasiya şikayətində bildirilir ki, Cavabdeh Sığorta Şirkətinin nümayəndələri tərəfindən iddiaçıya məxsus əmlaka baxış keçirilmiş və dəymiş zərər 364 manat məbləğində müəyyən edilmişdir. Hal-hazırda yaranan mübahisə sığorta ödənişinin məbləği ilə bağlıdır. Qanuna əsasən ilk növbədə zərər sığortaçı tərəfindən qiymətləndirilməli, qiymətləndirmədiyi halda isə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert və ya mütəxəssis vasitəsilə aparılmalıdır. Yuxarıda qeyd edildiyi kimi daşınmaz əmlaka dəymiş zərər sığortaçı tərəfindən 364 manat məbləğində qiymətləndirilmiş və bu barədə ona məktub ünvanlamışdır. Əmlaka dəymiş zərəri qanunla müəyyən olunan müddət ərzində sığortaçının qiymətləndirməsinə baxmayaraq, İddiaçı əmlaka dəymiş zərəri birtərəfli qaydada zədələnən hissənin sahəsini əsassız artıraraq 4385 manat dəyərində müəyyən etmişdir. Məhkəmə zərər məbləğləri arasındakı fərqi nəzərə alaraq, əmlaka dəyən zərəri müəyyən etmək üçün məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Məhkəmə tikinti-texniki ekspertizası da həmçinin dam örtüyünün zədələnən sahəsini artırılmış həcimdə (90 kv.m) 3278 manat məbləğində qiymətləndirmişdir. Bildirilir ki, Cavabdeh Sığorta Şirkəti tərəfindən sığorta hadisəsi nəticəsində dəyən zərəri müəyyən etmək məqsədilə əmlaka baxış keçirilmişdir.Cavabdehin mütəxəssisləri əmlaka baxış keçirən zaman yanğın nəticəsində dam örtüyünün 10 kv.m sahəsinin zədələnməsinə dair akt tərtib etmişdirlər. Hesab edirlər ki, məhkəmə tikinti-texniki ekspertizası əmlaka dəyən zərəri əsassız şəkildə faktiki zərər məbləğindən artıq qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə əsaslanaraq iddia tələbini qismən təmin etmişdir. Cavabdeh Sığorta Şirkəti tərəfindən tərtib olunan aktla İddiaçı məhkəməyə təqdim etdiyi qüsur aktları arasında uyğunsuzluqlar mövcuddur. Beləki, iddiaçının qüsur aktında dam örtüyünün 96 kv.m sahəsinə zərər dəyməsi bildirilmiş və məhkəmə tikinti-texniki ekspertizası da həmin akta uyğun olaraq, rəy tərtib etmişdir. Ekspert rəyində dam örtüyünün zədələnən hissəsinin 90 kv.m olması öz əksini tapmışdır. Bu isə əsassız olaraq qiymət artımına səbəb olmuşdur. Hesab edirlər ki, ziddiyyətli məqamların aydınlaşdırılması üçün əlavə məhkəmə tikinti- texniki ekspertizası təyin edilməlidir. Məhkəmə Kollegiyası şikayətin dəlillərinə münasibətdə qeyd edir ki, əvvəla iddiaçının daşınmaz əmlakına dəymiş zərər sığortaçı tərəfindən 364 manat məbləğində qiymətləndirilmiş, lakin iddiaçı bu hesabatı təsdiq etməmiş, həmin məbləğlə razılaşmamışdır.İddiaçı isə 05.03.2020-ci il tarixli Zərər aktı təqdim etmiş, həmin aktdan görünür ki, İddiaçı məxsus yaşayış evinə yanğın nəticəsində dəymiş zərərin məbləği 4385 manatdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi zərər məbləğlərində kəskin fərq olduğu üçün ekspertiza təyin etmiş və iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyindən müəyyən olunur ki, Qax rayonu, Əmbərçay kəndi ərazisində yerləşən fərdi yaşayış evində yanğın hadisəsi nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği bazar qiymətlərinə uyğun olaraq təqribən 3278.00 manat məbləğində müəyyən edilmişdir. (təhqiqatın dəyəri 50 manat). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininə əsasən: Maddə103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Məhkəmə Kollegiyasının, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyi ilə razılaşmamasına əsaslar müəyyən edilməmişdir.Belə ki, Ekspertiza tədqiqatı tədqiqat obyektinə baxış keçirilməklə aparılmış və müvafiq ölçmə işləri aparılmışdır, yararsız hala düşmüş dam örtüyünün sahəsi müəyyən olunaraq zərərin aradan qaldırılması üçün Smeta əsasında xərclər (3278.00 manat məbləğində) müəyyən edilmişdir. Məhkəmə Kollegiyası, iddiaçının daşınmaz əmlakına dəymiş zərərin sığortaçı tərəfindən 364 manat məbləğində qiymətləndirilməsini, lakin iddiaçının bu hesabatı təsdiq etməməsi, həmin məbləğlə razılaşmamaqla yanaşı 05.03.2020-ci il tarixli Zərər aktı (dəymiş zərərin məbləği 4385 manat.) təqdim etməsini, həmin hesabat və Zərər aktının tərtib edilməsi şəraitini (iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyi ilə razılaşmamasına əsaslar müəyyən edilməmişdir.Belə ki, Ekspertiza tədqiqatı tədqiqat obyektinə baxış keçirilməklə aparılmış və müvafiq ölçmə işləri aparılmışdır, yararsız hala düşmüş dam örtüyünün sahəsi müəyyən olunaraq zərərin aradan qaldırılması üçün Smeta əsasında xərclər (3278.00 manat məbləğində) müəyyən edilmişdir.) və müəyyən edilmiş məbləğləri müqayisə edərək, nəhayət Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06.10.2021-ci il tarixli, 10/3425 saylı Rəyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1, 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə qiymətləndirməklə hesab edir ki, 1-ci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, vurulmuş real ziyan məbləğinin 3278 manat olması müəyyən edilməli, Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı hesabına köçürülmüş 213,81 manat çıxılaraq ödənilməli olan sığorta ödənişi məbləği 3064.19 manat həddində olmalıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddianın qismən təmin edilməsi, Cavabdeh Sığorta Şirkəti ASC-dən 3064.19 manat sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası xərci, 50 manat Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan (MPMin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli, 2(009)- 1306/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2011/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2011/2022
28.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver