Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2011/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh na qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), katibliyi ilə, İddiaçı cavabdeh oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-7484/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. xx.xx.2022-ci il tarixli iltizama əsasən X1 oğlundan aldığı 25.000 manat borc pulu 2023-cü ilin yanvar ayı ərzində qaytaracağını bildirmişdir.
2. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14 avqust 2023-cü il tarixli məktubuna əsasən iddiaçı 06 iyul 2023-cü il tarixdə idarənin “Qaynar xətti” ilə əlaqə saxlayaraq təxminən 2 il əvvəl atası Mübariz Hacıyevin təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə icraata müdafiəçi qismində cəlb olunmuş Vəkillər Kollegiyasının üzvü X3 atasına köməklik göstərəcəyinə dair yalandan vəd verərək iddiaçının 30.000 manat pulunu alıb ələ keçirməsi barədə müraciət etmişdir. Araşdırma nəticəsində tərəflər arasında hər hansı qanunazidd əməlin olması müəyyən edilməmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2023-cü il tarixli, 14 saylı iclas protokolundan çıxarışdan müəyyən edilir ki, cavabdeh iddiaçıdan ümumilikdə 30.000 manat məbləğində vəsaitin 29.450 manat hissəsini müqavilədən kənar qaydada nağd şəkildə əldə etməklə və iddiaçı ödədiyi məbləğin 25.000 manatını geri istədikdə, məbləği qaytarmaqdan imtina etməklə qanunvericiliyin tələblərini pozmuş və bu səbəbdən cavabdehin Vəkillər Kollegiyası üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi qərara alınmışdır.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-3719/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Vəkillər X2 cavabdeh X6 qarşı “kollegiya üzvlüyündən xaric edilmə” tələbinə dair iddiası təmin edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25.000 manat məbləğində pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Onun atası x barəsində Azərbaycan Respublikası CM-nin 311.3.1 və 311.3.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cavabdeh vəkillik fəaliyyəti ilə məşğul olur. Cavabdeh ondan 30.000 manat pul alaraq atası barəsində bəraət hökmünün çıxarılacağına vəd vermişdir. Lakin vədinə əməl etməmiş və iddiaçının atası barəsinə ittihamedici hökm çıxmışdır. Həmin puldan 5.000 manatını cavabdeh atasının məhkəmə işləri ilə bağlı xərclədiyini bildirmişdir. Qalan 25.000 manatı isə 2023-cü ilin yanvar ayında qaytaracağını bildirmişdir. Lakin bu günə qədər pulu qaytarmamışdır. İddiaçının dəfələrlə etdiyi telefon zənglərinə cavab olaraq, müxtəlif bəhanələrlə pulun qaytarmasından imtina edir.
7. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi ilə razı deyil. İddiaçı məhkəməyə müraciət etməzdən öncə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı izahatda göstərilən xüsusatların araşdırılması xahiş edilmiş və aparılmış araşdırma zamanı İddiaçı ona vermiş olduğu pul məbləğlərinin atasının barəsində olan cinayət işi üzrə xərclərin olduğu, aralarında olan münasibətlər üzrə hər hansı bir qanuna zidd əməlin olmaması müəyyən edilmişdir. Araşdırma zamanı cavabdeh izahatında əsaslandırılmış şəkildə göstərmişdir ki, o, İddiaçı müraciəti əsasında atası X4 müdafiə etmişdir. Müdafiə istintaq və bütün məhkəmə instansiyaları daxil olmaqla 2 ildən artıq bir müddəti əhatə etmişdir. Cavabdeh, İddiaçılə istintaq üçün ödənişi 5.000 manat müəyyən etmişdir. Bura həm müqavilə üzrə ödəniləcək məbləğ, həm də iş üçün gözlənilən xərclər daxil idi. Təxminən 8 ay istintaq müddətində cavabdeh tərəfindən davamlı olaraq məhkəmələrə və istintaq təcridxanasına gedilmiş, bu zaman x-ə müxtəlif məbləğlərdə pul verilmişdir. İddiaçı istintaq müddəti üçün cavabdehdən hər hansı bir narazılığı və tələbi olmamış, iş məhkəmənin icraatına keçmişdir. Hələ istintaq dövründə İddiaçı rüşvət müqabilində atasının işini həll etməyə çalışmış, bu məqsədlə aldadılaraq külli miqdarda pulu alınmışdır. İddiaçı atasının həbs edilməsində təqsirkar şəxsin atasının müdiri olmuş Rafiq Ədilov adlı şəxsi təqsirləndirmiş və ona qarşı atası barəsində tələblər irəli sürmüşdür. Bu məqsədlə o, Rafiq Ədilov adlı şəxsdən 50.000 manat məbləğində pul tələb edərək almışdır. İddiaçı cavabdehə bir neçə dəfə atasının həbsdən azad edilməsi ilə əlaqədar rüşvət müqabilində atasının buraxılması üçün danışıqlar və görüşlər etməsini cavabdehdən istəsə də, cavabdeh buna etiraz edərək bu işdə ona köməklik edə bilməyəcəyini, yalnız atasını qanuni yollarla müdafiə edəcəyini bildirmişdir. İddiaçı son çıxış yolunun atasının təqsiri olmadığı üçün onun qanunla müdafiəsinə davam etmək qərarına gəlmiş və yalnız bundan sonra o, Rafiq Ədilovdan almış olduğu 50.000 manat pulun yarısını cavabdehə verərək, işin sonuna qədər atasını müdafiə etməsini, bu məqsədlə bütün xərclərin qarşılanmasını cavabdehdən xahiş etmiş və onlar razılaşmışlar. İstintaq müddətindən sonrakı bütün müddət ərzində cavabdeh x-və xərclərini qarşılamış və əlindən gələn hər şeyi etmiş və apellyasiya məhkəməsinin son iclasına qədər olan müddətlərdə İddiaçı də cavabdehdən hər hansı bir narazılığı olmamışdır. X14 Cinayətlər Məhkəməsinin sonunda x-in barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə minimum həddən də aşağı cəza təyin edilmiş və bu zaman İddiaçı cavabdehə heç bir etiraz etməyərək, birlikdə danışdığıqları şəkildə apellyasiya şikayəti verərək müdafiəni davam etməyi razılaşmışlar. Apellyasiya məhkəməsi zamanı İddiaçı cavabdehdən gizli saxlamaqla atası ilə birlikdə təqsirləndirilən digər şəxslərin (Ramin və Qurban) qohumları ilə razılılaşaraq, rüşvət müqabilində həbsdən azad edilməsi üçün bir vasitəçiyə külli miqdarda pul verdiklərini, lakin həmin şəxsin onları aldatdığını, həmin şəxsdən şikayətçi olduqlarını cavabdeh sonradan bilmişdir. Həmin vaxt İddiaçı müxtəlif şəxslər vasitəsilə məhkəməyə rüşvət təklif etdiyi və buna rədd cavabı aldıqdan sonra apellyasiya məhkəməsinin son iclas günü məhkəmədən bir neçə dəqiqə öncə cavabdehə müraciət edərək cavabdehin müdafiəsinin heç bir nəticəsi olmayacağını, hakimin öncədən ona vasitəçi vasitəsilə atasının hökmünü qüvvədə saxlayacağı barədə sözlərindən sonra cavabdehə bəraət almağını, əks halda vermiş olduğu 25.000 manat pulu tələb edəcəyini bildirmişdir. Cavabdeh iddiaçıya bəraət üçün təminat vermədiyini bildirmiş və apellyasiya məhkəməsinin məhkəmə çıxışları zamanı bu xüsusatı məhkəmənin diqqətinə çatdıraraq cavabdehə qarşı təzyiqlərin olduğunu, bu barədə tədbirlərin görülmədiyi təqdirdə müdafiə çıxışını etməyəcəyini bildirmişdir. Bu zaman hakim Akif Eyvazov İddiaçı tələblərinin qanunsuz olduğunu bildirdi və M.Hacıyevin də oğlu İddiaçı hərəkətlərinə dair fikirlərini soruşmuş, bu zaman M.Hacıyevin cavabdehə qarşı hər hansı bir tələbinin olmadığı, müdafiədən məmnun qaldığı və onu müdafiə etməyini davam etdirməyini bildirmiş və bundan sonra cavabdeh müdafiə çıxışını etmişdir. Apellyasiya məhkəməsi bitdikdən sonra İddiaçı Bakı şəhərinə gələrək cavabdehlə görüşmüş və bildirmişdir ki, apellyasiya məhkəməsinin son iclas günü ona məhkəmə tərəfindən atasının işi ilə bağlı verilən imtina cavabından son dərəcə əsəbləşdiyi üçün cavabdehə qarşı aqressiv olduğunu və tələblər etdiyini bildirmişdir. İddiaçı cavabdehə müdafiəçi olaraq əlindən gələni etdiyini, lakin istənilən nəticə olmadığını bildirməklə ondan müdafiəsi üçün narazı olmadığını demişdir. İddiaçı həmin vaxt cavabdeh bildirmişdir ki, bir yüksək vəzifəli şəxs ona atasının ali məhkəmədə işinin həll edilməsinə söz verib və buna görə şərtləri var. Bu şərtlərdən biri razılıq əsasında dövlət ittihamçısının kassasiya protesti verməməsi və vəkil olaraq cavabdehin işdən kənarlaşdırılması idi. Cavabdeh Röyala işini həll edən şəxsin nə üçün kənarlaşmasını istəməsinin anlaşılan olmadığını, burda onun ziyanına olan bir planın olduğunu bildirmişdir. Çünki cavabdeh müdafiəçi olaraq iddiaçının atasının işini əzbər bildiyini və onu yüksək səviyyədə müdafiə etməyə qadir olduğunu anlatmışdır. Lakin İddiaçı ona vəd verən şəxşə inandığını və atasının həbsdən azad edilməsi üçün razılaşmaq məcburiyyətində qaldığını bildirmişdir. İddiaçı ona vəd verən şəxsləri cavabdehdən imtina etməsinə inandırmaq üçün cavabdehlə müqaviləni pozduğunu, cavabdehə vermiş olduğu pulu ona qaytarması barədə qəbz verməsini, hətta zərurət olduqda cavabdehdən şikayət də edəcəyini və bunların formal olacağını, atasının işinin həlli məqsədilə ediləcəyini bildirmişdir. Cavabdeh müdafiə etdiyi M.Hacıyevin işinin həlli üçün Röyala inanmış və bu məqsədlə ona 25.000 manat pulu qaytaracağına dair bir neçə dəfə müxtəlif məzmunlu qəbz də vermişdir. Hətta İddiaçı cavabdehdən müxtəlif instansiyalara, o cümlədən Vəkillər Kollegiyasına da şikayət ərizəsi ünvanlamış, lakin şikayət ərizəsi üzrə izahat vermək üçün çağırışlara şikayəti formal olduğu üçün getməmişdir. Onlar İddiaçılə kassasiya instansiyasında məhkəmə baxışına qədər mütamadi olaraq görüşmüş və telefon əlaqələri saxlayaraq, işlərin gedişatını müzakirə etmişlər. Həmin vaxt İddiaçı cavabdehə bildirmişdir ki, işlər danışıldığı kimi qaydasında gedir, ona kassasiya şikayəti vermək üçün yeni vəkil də verilmiş, hətta kassasiya protestinin verilməməsi üçün tərəfindən prokurorluğa verilməsi üçün 10.000 manat da pul verilmişdir. Cavabdeh həmin vaxt yeni vəkil tərəfindən verilmiş kassasiya şikayəti ilə tanış olmuş və şikayətin tutarlı yazılmadığı, iddiaçıya bu işdə bir yalnışlığın olduğunu bildirmişdir. İddiaçı mənə bildirdi ki, o da hazırda eyni düşüncədədir və onun vəkil kimi işə daxil olması lazımdır, lakin, bunun prokuror tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin bitməsindən sonra rəsmilşdirilməsini təklif etdi. Bu məqsədlə İddiaçı tərəfindən atasının Ali Məhkəmədə müdafiəsi üçün mənimlə müqavilə bağlandı və o, ilk olaraq kassasiya şikayətinə əlavə hazırladım, daha sonra Mübariz Hacıyevlə istintaq təcridxanasında görüşmüş, İddiaçı Ali Məhkəmədə qəbula yazaraq onun qəbulda olmasına dəstək olmuşdur. xx.xx.2023 tarixdə ali məhkəmədə yekun məhkəmə iclası keçirildi və apellyasiya məhkəməsinin Mübariz Hacıyevlə bağlı kassasiya şikayəti təmin edilmədi. Hazırda İddiaçı cavabdehdən şikayətçi olması anlaşılan deyil. Bütün dedikləri həqiqətdir və cavabdehin ali məhkəmədə son günə kimi M.Hacıyevin müdafiəçisi kimi iştirak etməyi və aralarında olan telefon və vatsap danışıqları dediklərini bir daha təsdiq edir. Cavabdehə verilmiş 25.000 manat pula dair çəkilmiş xərclərə Bakı şəhərindən X7, Şəki Ağır cinayətlər və Şəki Apellyasiya məhkəməsinə təxminən ümumilikdə 40 dəfəyə yaxın gedilmişdir. Bu təyin edilən məhkəmə baxışları və istintaq təcridxanasına giriş-çıxışlarla təsdiq edilir. Hər dəfə istintaq təcridxanasına gedilərkən cavabdeh M.Hacıyevə müxtəlif məbləğlərdə pul vermişdir. Bundan əlavə iş üzrə sənədlərin toplanılması və şahidlərlə görüşmək üçün 5-6 dəfə Bakı şəhərindən Göyçay şəhərinə gedilmişdir. Eyni zamanda cavabdeh poçt və mətbuat orqanlarına da saysız ödənişlər etmişdir. Belə ki, hər həftə onlarla teleqram, məktub, sifariş əsasında müxtəlif saytlarda məqalələrin verilməsi, çəkilişlərin təşkil edilməsi və s. üçün xərclər edilmişdir. Xərclərə müqavilə üzrə edilmiş köçürmələr, nəqliyyat xərcləri, İddiaçı istəyi ilə cavabdeh tərəfindən müxtəlif şəxslərin kart hesablarına pul ödənişlərinin edilməsi və digər xərcləri daxildir. Aralarında olan münasibətlərlə müəyyən edilir ki, münasibətləri iddiaçının atasının müdafiəsi ilə bağlı müqavilə bağlanılan zaman yaranmış və aralarında olan pul vəsaitləri də həmin işə dair xərclər olmuş, həmin vaxt cavabdehin iddiaçıdan borc almaq və iddiaçının cavabdehə borc vermək məqsədi olmamış, hər hansı bir məbləğdə borc verilməmişdir. İddia ərizəsinə əlavə edilmiş qəbz borc kimi qiymətləndirilməməlidir. İddia ərizəsində də pulun borc olaraq deyil, guya iddiaçının atasına bəraət alınması məqsədilə verilməsi göstərilir ki, iddiaçı eyni əsasla etdiyi şikayət AR Vəkillər Kollegiyası tərəfindən aparılmış araşdırma zamanı bu öz təsdiqini tapmamışdır. Göstərilənlərə istinadən məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 7484/2023 nömrəli qətnaməsi ilə (hakim xn) iddia təmin edilmiş, Cavabdeh 25.000 manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, dövlət rüsumunun əvəzi olaraq 165 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 25.000 manat pulun borc verilməsi ilə bağlı şifahi razılaşma olmuş, həmin məbləğin iddiaçı tərəfindən cavabdehə verilməsi və cavabdeh tərəfindən pulun alınmasına dair sonuncu tərəfindən yazılı əlyazma tərtib edilmişdir. Beləliklə, cavabdehin pulu alması işin mübahisəsiz halıdır.
10. Məhkəmə cavabdehin etirazında istinad etdiyi hallara münasibətdə qeyd etmişdir ki, etirazda qeyd edilən hallar cavabdeh tərəfindən hər hansı sübutla əsaslandırılmamış, buna dəlalət edən hər hansı mötəbər dəlillər məhkəməyə təqdim edilməmişdir. İstinad olunanlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh pulun qaytarılmasına dair öhdəliyini icra etməmiş və 25.000 manat borcu geri qaytarmamışdır.
11. Məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya uyğun olaraq iddiaçıya pul vəsaiti qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən vəzifəsini icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddia tələbi həmin təmin edilməli, Cavabdeh borc aldığı 25.000 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
12. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarından görünür ki, iddiaçı müharibə veteranıdır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək, hesab etmişdir ki, iddia tələbi təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən, cavabdehdən 165 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 739.1, 740, 740.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Cinayət Məcəlləsinin 311.3.1., 311.3.3. maddəsi ilə təqsirləndirilən atası x-in hüquqlarının müdafiəsi üçün istintaq və hər 3 instansiya məhkəməsində müdafiəsi üçün vəkil c ilə vəkil xidmətinin göstərilməsi barədə müqavilə bağlamış və 20 aydan artıq müddətdə Bakı və Şəki şəhərlərində Mübariz Hacıyevin müdafiəsini həyata keçirmişdir. İddiaçı atasının müdafiəsi məqsədilə ümumilikdə 30.000 manat məbləğində xərclər etmişdir. Araşdırma müddətində İddiaçılə bağlanılmış vəkil xidmət müqavilələri üzrə razılaşdırılmış məbləğlər (450 manat) ödənilmiş və digər məbləğlər onun mülahizəsi üzrə müqavilədən kənar xərclənilmişdir. Araşdırmanın gedişatı müddətində (apellyasiya instansiyasından sonra kassasıya şikayətindən əvvəl) İddiaçı 25.000 manat borc pulun alınmasına dair qəbz verilmişdir. İddiaçı atası Mübariz Hacıyevin müdafiəsi məqsədilə çəkilmiş xərclər olan 30.000 manat pul məbləğini müxtəlif formalarda tələb etməklə eyni zamanda həm Azərbaycan Respublikası Baş Prokuroru yanımla KQMBİ-nə, İtəm Azərbaycan Respublikası Vəkillər Kollegiyasına, həm də Bakı şəhər Xətai rayon məhkəməsinə müraciət etmişdir. Şikayətçi İddiaçı KQMBİ-nə şikayət ərizəsində onun guya dələduzluq yolu ilə aldadaraq 30.000 manatını ələ keçirdiyini bildirmiş və aparılan araşdırma nəticəsində ona xx.xx.2023-cii il tarixdə məktub ünvanlanaraq, tərəflər arasında hər hansı bir qanuna zidd əməlin olmasının müəyyən edilmədiyi bildirilmişdir. Şikayətçinin Azərbaycan Respublikası Vəkillər Kollegiyasına verdiyi şikayətində isə tələb etdiyi pul məbləğinin atasının təqsirləndirildiyi cinayət işi üzrə bəraət alınması məqsədilə vəkildən aldığı təminatın müqabilində verildiyini bildirmiş, Vəkillər Kollegiyası tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq, ona işin nəticəsinə təminat verilmənin təsdiq edilmədiyi, lakin vəkilin Azərbaycan Respublikası Vəkillər X5 xx.xx.2019-cu il tarixli "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə” Qaydalarının pozulması göstərilməklə, barəsində intizam icraatı başlanılmış, bu məqsədlə fəaliyyəti dayandırılmışdır. Tərəflər arasında olan münasibətləri vəkil xidmətlərinin göstərilməsi təşkil etrniş və bu məqsədlə iddiaçı tərəfindən cavabdehə verilmiş pul məbləğinin bir hissəsi vəkil xidmətlərinin göstərilməsinə dair müqavilələr üzrə ödənişlər, digər hissəsi isə iddiaçının təşəbbüsü və istəyi üzrə çəkilməsi zəruri olan xərclər olmuşdur. Bu xərclərin nədən ibarət olması iddia tələbinə verilmiş etirazda göstərilmişdir. Borcun verildiyi iddia edilən tarixə iddiaçının borc vermək niyyəti və məqsədi olmamış, həmçinin həmin məbləğin borc şəklində alınmasına isə cavabdehin hər hansı bir etiyacı və zərurət olmamışdır. Borcun olmasına dair cavabdeh tərəfindən yazılmış qəbz iddiaçının təşəbbüsünə əsasən yaranmış zərurətlə əlaqədar olmuşdur ki, bu zərurətin də nədən ibarət olması etirazda əsaslandırılmış şəkildə göstərilmişdir. Beləlildə, tərəflər arasında yazılı formada bağlanılması və təsdiq edilməsi zənni şərt olan borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri olmamışdır. İddiaçının borc kimi qiymətləndirərək qaldırdığı iddiada göstərdiyi məbləği iddia tələbindən öncə şikayət formasında Vəkillər Kollegiyasına ünvanlayaraq, həmin məbləğin borc deyil atasının təqsirləndirildiyi cinayət işi üzrə vəkil tərəfindən təminatın verilməsi ilə əsaslandırmış, Vəkillər Kollegiyası tərəfindən aparılmış araşdırma ilə həmin məbləğin borc öhdəlikləri deyil, vəkil xidmətloıinin göstərilməsi ilə əlaqədar nağdsız qaydada qəbul edilmədiyi qənaətinə gəlinməklə vəkil barəsində intizam icraatı başlanılmaqla fəaliyyətim dayandırılmışdır. Məhkəmə tərəfindən tətbiq edilən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qanunvericilik borc müqaviləsinin bağlanılmasını borcun məbləğindən asılı olaraq, 3.000 manatdan çox olduğu halda yazılı şəkildə bağlanılmalı olmasını müəyyən etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarı: Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
22. Hazırkı işdə iddia təmin edildiyindən, cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırki iş üzrə iddiaçının bildirdiyinə görə, cavabdeh ondan atasının barəsində olan cinayət işi üzrə vəkil xidmətlərinə görə 30.000 manat məbləğində pul almış, həmin məbləğdən 5.000 manatın məhkəmə işləri ilə bağlı xərcləndiyini, qalan 25.000 manatın isə 2023-cü ilin yanvar ayında qaytaracağını bildirmişdir. Cavabdeh isə tərəflər arasında borc münasibətlərinin olmadığını, həmin vəsaitin vəkil xidmətlərinin göstərilməsi ilə əlaqədar və iddiaçının zəruri hesab etdiyi digər xərclərə sərf olunduğunu, iddiaçıya inandığından ona 25.000 manat pulu qaytaracağına dair bir neçə dəfə müxtəlif məzmunlu qəbz də verdiyini bildirir.
25. Cavabdeh xx.xx.2022-ci il tarixli iltizamda göstərmişdir ki, iddiaçıdan aldığı 25.000 manat borc pulu 2023-cü ilin yanvar ayı ərzində qaytaracaqdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, mülki qanunvericilikdə məbləğindən asılı olaraq borc müqaviləsinin şifahi və yazılı formada (məbləğ üç min manatdan çox olduğu təqdirdə) rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası yuxarıda istinad olunan Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, qanunvericiliyin borcun məbləği yüksək olduğu təqdirdə borc münasibətlərin yazılı formada rəsmiləşdirilməsi ilə bağlı göstərişi həmin əqdin etibarlılıq şərti olaraq deyil, məhz əqd üzrə iddianın sübuta yetirilməsi ilə bağlıdır.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin vəkil kimi iddiaçıdan aldığı 30.000 manat xidmət haqqı müqabilində xidmətlərin bir qisminin yerinə yetirilmədiyi üçün 25.000 manatın qaytarılmaması, sonradan həmin məbləğin tərəflər arasında borc məbləği olaraq razılaşdırılması mümkündür və bu razılaşma mülki qanunvericiliyin tələblərinə zidd deyil.
28. Cavabdeh həmin iltizamın borcun təsdiq edilməsi üçün verilmədiyini bildirsə də, məhkəmə bu dəlili inandırıcı saymır. Belə ki, həmin vaxt cavabdehin Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmaqla hüquqşünas kimi tərtib etdiyi və imzaladığı iltizamın hüquqi nəticələrindən məlumatlı olmaması ağlabatan deyil.
29. Bundan başqa, cavabdeh iddiaya qarşı etirazında qeyd etdiyi halları, o cümlədən 5.000 manatdan əlavə 25.000 manat məbləğində vəsaitin vəkil xidmətlərinin göstərilməsi və digər xərclərlə əlaqədar xərcləndiyi barədə hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir.
30. O da qeyd edilməlidir ki, cavabdehin Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi ilə bağlı qərarın qəbul edilməsinə əsaslardan biri də o olmuşdur ki, iddiaçı ödədiyi məbləğin 25.000 manatını geri istədikdə, cavabdeh həmin məbləği qaytarmaqdan imtina etmişdir.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-7484/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: