Məhkəmə qərarları › İş №2(103)-2014/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2014/2022

01.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2014/2022 01.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)-2412/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)- 2412/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 iyun 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh3 Hərcivan oğlundan və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə həmin müqavilə üzrə 6272,76 manat əsas, 1228,12 manat faiz, 131,76 manat cərimə borcunun və iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 Zülfüqa oğlu apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərə əsasən apellyasiya şikayətinin vahid forması müəyyən edilmiş və 2 saylı Əlavə şəklində MPM-ə əlavə edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti MPM-ə 2 saylı Əlavədə müəyyən olunmuş rekvizitlər üzrə tərtib olunmamış, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməmiş, Azərbaycan Respublikası MPM-in 385-ci maddəsinin məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasları nəzərdə tutan normaları ümumi şəkildə sadalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalı idi. Beləliklə, apellyasiya şikayətinin forma və məzmununa riayət edilmədiyinə görə apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Cavabdeh1 Zülfqar oğluna izah olunmalıdır ki, apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla və buraxılmış prosessual müddətin bərpası haqqında ərizə verməklə yenidən qətnamədən apellyasiya şikayəti verə bilər. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(009)- 2412/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar