Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2020/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (X5, X2 və Bakı şəhəri 43 saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.221-ci il tarixli, 2(006)-2154/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(006)-2154/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh2 ASC və LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı (X5, X2 və Bakı şəhəri 43 saylı DNK üçüncü şəxs qismində cəlb edilməklə) "əqdin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.2021-ci il tarixli, 2(006)-2154/2021 saylı qərardadından narazı qalan iddiaçı tərəfindən şikayət verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.01.2022-ci il tarixli, 2(006)-2154/2021 saylı qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilərək, qərardaddan İddiaçı nümayəndəsi və vəkili tərəfindən verilmiş şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən verilmiş şikayətə münasibət bildirilmədən mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli, mülki prosessual qanunvericiliyin göstərilən tələbinə riayət edilməklə şikayətə münasibət bildirilməsi üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.12.221-ci il tarixli, 2(006)-2154/2021 saylı qərardadından İddiaçı nümayəndəsi və vəkilinin vermiş olduğu şikayət qeyri-mümkün hesab edilsin və mülki iş qərardaddan verilmiş şikayətə münasibət bildirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2020/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2020/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver