Məhkəmə qərarları › İş №2(103)-2022/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2022/2021

19.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2022/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyalə Cəmilova və Emin Mehdiyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, cavabdeh-iddiaçı Cavabdeh1, onun və cavabdeh Olesya Məmmədzadənin vəkili və nümayəndəsi Vəkil2, iddiaçı-cavabdeh İddiaçı və iddiaçı Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı və Cavabdeh2 cavabdehlər Cavabdeh1 və X1rşı “pul tələbi barədə” ilk iddiasına, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “pul və əmlak tələbi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Hazırkı işdə həmin qətnamənin yalnız qarşılıqlı iddia ərizəsinə aid olan hissəsi mübahisələndirilir. Belə ki, qarşılıqlı iddia ərizəsində tələb olunub ki, fotoşəkillər, 2 ədəd flaşkart, 9.000 ABŞ dolları və 600 manat pul Fitat Məmmədovdan alınaraq Cavabdeh1 verilsin. Qətnamə ilə qarşılıqlı iddia rədd olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə qarşılıqlı iddiaya aid hissədə ləğv edilsin və qarşılıqlı iddia təmin edilsin. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və onun vəkili Vəkil2 apellyasiya şikayətinin əsaslı olduğunu, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Qətnamə yoxlanılan hissədə, yəni qarşılıqlı iddiaya aid hissədə dəyişdirilmədən saxlanılmalıldır. Belə ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və və cavabdeh İddiaçı bacı-qardaşdırlar. Qarşılıqlı iddianın təmin olunması üçün Cavabdeh1 məxsus olan fotoşəkil, flaşkart, 9.000 ABŞ dolları və 600 manat pula İddiaçı sahibləndiyi sübut olunmalıdır. Bunu sübut etmək vəzifəsi Cavabdeh1 üzərinə düşürü. Lakin o, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməyib. Mülki Məcəllənin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Cavabdeh1 fotoşəkil, flaşkart, 9.000 ABŞ dolları və 600 manat pul tələb etmək hüququnun əmələ gəlməsi, İddiaçı isə həmin əşyaları qaytarmaq vəzifəsinin əmələ gəlməsi üçün hər hansı əsas yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlib, həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar