Məhkəmə qərarları › İş №2(103)-2023/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2023/2021

18.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2023/2021 18.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Səyalı Məmmədovanın, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3, X7, Cavabdeh5 və X2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddia ərizəsində tələb olunub: 1) iddiaçı ilə cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanmış 11.12.2018ci il tarixli DEN-00074-16/18A №-li kredit müqaviləsi, 15.03.2019-cu il tarixli DEN-00091- 16/19A №-li əsas kredit müqaviləsi və DEN-A0091- 16/19A №-li əlavə kredit müqaviləsi ləğv edilsin; 2) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən DEN-00074-16/18A №-li kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan 80.280,1 manat əsas borc, 14.875,24 manat faiz borcu, 5.511.39 manat dəbbə borcu tutulsun; 3) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən DEN-A0091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan 87.231,65 manat əsas borc, 16.115,09 manat faiz borcu, 4.903.14 manat dəbbə borcu tutulsun; 4) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutulsun; 5) tutma cavabdeh (ipoteka qoyan) Lalə İsmayılzadəyə məxsus olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78V-də yerləşən 269 və 270 №-li mənzillərə və cavabdeh (ipoteka qoyan) Elmira İsmayılzadəyə məxsus olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78V-də yerləşən 174 №-li mənzillərə yönəldilsin. İddia tələbinin həlli: Qətnamə ilə iddia qismən təmin olunub və göstərilənlər qət olunub: 1) iddiaçı ilə cavabdeh (borcalan) Cavabdeh1 arasında bağlanmış 11.12.2018ci il tarixli DEN-00074-16/18A №-li kredit müqaviləsi, 15.03.2019-cu il tarixli DEN-00091- 16/19A №-li əsas kredit müqaviləsi və DEN-A0091-16/19A №-li əlavə kredit müqaviləsi ləğv edilsin; 2) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən müştərək qaydada DEN-00074-16/18A №-li kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan 80.280,1 manat əsas borc, 14.875,24 manat faiz borcu, 5.511.39 manat dəbbə borcu, ümumilikdə 10.0666,73 manat borc tutulsun; 3) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən müştərək qaydada DEN-A0091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan 87.231,65 manat əsas borc, 16.115,09 manat faiz borcu, 4.903.14 manat dəbbə borcu, ümumilikdə 10.8249,88 manat borc tutulsun; 4) iddiaçının xeyrinə cavabdeh (borcalan) Cavabdeh1 və cavabdeh (zamin) Lalə İsmayılzadədən iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutulsun; 5) tutma cavabdeh (ipoteka qoyan) Lalə İsmayılzadəyə məxsus olan,Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78V-də yerləşən 269 və 270 №-li mənzillərə, cavabdeh (ipoteka qoyan) Elmira İsmayılzadəyə məxsus olan, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78V-də yerləşən 174 №-li mənzillərə yönəldilsin. Mənzillər açıq hərracdan satılsın və satışdan əldə edilən vəsait hesabına iddiaçının xeyrinə tutulan borc və məhkəmə xərcləri ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdeh Lalə İsmayılzadəyə və Elmira İsmayılzadəyə qaytarılsın. Həmin 3 mənzil hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddia qalan hissədə təmin edilməyib. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Səyalı Məmmədova isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Qətnamənin yoxlanılması: 11.12.2018-ci il tarixli, DEN-00074-16/18A №-li kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə əsas borc kimi 76.395,61 manat, faiz borcu kimi 12.463,42 manat, dəbbə pulu kimi 3.000 manat borcalan və zamindən bankın xeyrinə tutulmalıdır. Belə ki, apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə 19.08.2020-ci il tarixinə borcalanın banka olan əsas borcu 76.395,61 manat, faiz borcu 12.463,42 manat təşkil edir. Bank dəbbə pulu kimi 5.511,39 manat tələb etsə də o, tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu kimi 3.000 manat tutulmalıdır. 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DEN- A0091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə əsas borc kimi 87.231,65 manat, faiz borcu 14.057,58 manat, dəbbə pulu kimi 3.000 manat pul borcalan və zamindən bankın xeyrinə tutulmalıdır. Belə ki, apellyasiya icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının rəyi ilə müəyyən olunub ki, həmin müqavilə üzrə 19.08.2020-ci il tarixinə borcalanın banka olan əsas borcu 87.785,70 manat, faiz borcu 14.057,58 manat təşkil edir. Bankın tələb etdiyi əsas borcun məbləği (87.231,65 manat) ekspertin müəyyən etdiyi əsas borcun məbləğindən (87.785,70 manatdan) azdır. Ona görə də əsas borc kimi bankın tələb etdiyi məbləğdə pul tutulmalıdır. Bank dəbbə pulu kimi 4.903,14 manat tələb etsə də o, tənasübsüz surətdə yüksəkdir, ona görə də dəbbə pulu kimi 3.000 manat tutulmalıdır. Borcalan kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən tutma ipoteka ilə yüklü edilmiş mənzillərə yönəldilməlidir. Apellyasiya icraatı zamanı keçirilmiş qiymətləndirmənin nəticəsində verilmiş hesabata görə Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 №-li mənzilin ilkin satış qiyməti 135.000 manat, həmin evdə yerləşən 269 №-li mənzilin ilkin satış qiyməti 50.000 manat, həmin evdə yerləşən 174 №-li mənzilin ilkin satış qiyməti 98.000 manat təşkil edir. Ona görə də ilkin satış qiyməti hesabatda göstərildiyi kimi müəyyən olunmalıdır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 317, 319, 425, 427, 472, 439 və 739-cu maddələrinin, habelə “İpoteka haqqında” Qanunun 34-cü maddəsinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə qəbul olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mühasibat ekspertizası keçirmədən, habelə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün qiymətləndirmə keçirmədən yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edərək qətnamə qəbul edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin 05.10.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia qismən təmin olunsun. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 11.12.2018-ci il tarixli DEN- 00074-16/18A №-li kredit müqaviləsi və 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DEN-A0091-16/19A №-li əlavə kredit müqaviləsi ləğv edilsin. 11.12.2018-ci il tarixli DEN-00074-16/18A №-li kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan əsas borc kimi 76.395,61 manat, faiz borcu kimi 12.463.42 manat, dəbbə pulu kimi 3.000 manat, cəmi 91.859,03 manat borc cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. 15.03.2019-cu il tarixli DEN-00091-16/19A №-li əsas kredit müqaviləsi və DEN- A00091-16/19A №-li əlavə kredit müqaviləsi üzrə 19.08.2020-ci il tarixinə olan əsas borc kimi 87.231,65 manat, faiz borcu kimi 14.057,58 manat, dəbbə pulu kimi 3.000 manat, cəmi 104.289,23 manat borc cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,4 manat cavabdehlər Cavabdeh1 və X3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. X1 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 və 269 №-li mənzillərə və X2 məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 174 №-li mənzilə yönəldilsin. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev № 78 “v”-də yerləşən 270 №-li mənzilin ilkin satış qiyməti 135.000 manat, 269 №-li mənzilin ilkin satış qiyməti 50.000 manat, 174 №-li mənzilin ilkin satış qiyməti isə 98.000 manat müəyyən edilsin. Mənzillər açıq hərrcda satılsın, satışdan əldə edilə pul hesabına borc ödənilsin, qalan vəsait müvafiq olaraq X5 və X2 qaytarılsın. Mənzillərin satışından əldə edilən pul borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc Cavabdeh1 və X3 tutularaq "xxxx" ASC-yə verilsin. Mənzillər satıldıqdan sonra ən geci 1 ay ərzində boşaldılsın. İddianın qalan hissəsi rədd olunsun. Qiymətləndirmə xərci olan 450 manat Cavabdeh1 və X3 tutularaq "xxxx" MMCyə verilsin. Mühasibat ekspertizasının xərci olan 50 manat Cavabdeh1 və X3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə verilsin. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar