Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2028/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya vurulmuş 4163.04 manat məbləğində zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 376.06 manat və 65.40 manat ödənilmiş dövlət rüsumu əvəzinin, ümumilikdə 4604.50 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə AKX-04230xx/xx-2022 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi» imzalanmış, həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00020 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktları aşkar olunmuş, bu hallar aktlarla rəsmiləşdirilmişdir. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlanılmasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi faktı aşkar olunmuşdur. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 561,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036,80 manat, cəmi 4163.04 manat məbləğində İddiaçı İB-nə maddi zərərin dəyimiş olduğu müəyyən olunmuşdur. Cavabdehin ödənilməmiş 2020-ci ilin noyabr ayı üzrə 3.50 manat sərfiyyat borcu, 2021-ci ilin aprel-dekabr ayları üzrə 161.56 manat sərfiyyat borcu və limitdən əlavə 14 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-iyun ayları üzrə 210.92 manat sərfiyyat borcu və limitdən əlavə 16.08 manat sərfiyyat borcu, cəmi 406.06 manat sərfiyyat borcu qalmışdır. 2020-ci ilin noyabr ayından 2023-cü ilin iyul ayına qədər cavabdeh 30 manat məbləğində ödəniş etmişdir. Yuxarda qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 376.06 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-nə ödənilməli borc məbləği hazırda abonentin saldosu üzrə ümumi 4539.10 manat təşkil etməkdədir. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim Şəbnur Qədirova) iddia qismən təmin edilmiş, cavabdehdən 324 manat dəymiş zərər, 376.06 manat debitor borc olmaqla, cəmi 700.06 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçının bank hesabına ödənilməsi qət olunmuş, tələb qalan hissədə təmin olunmamışdır. Cavabdeh qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunmasını, iddianın tam təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, aktların qanuni olması, müdaxilə faktının aşkar olunması, bununla bağlı cavabdehin Birliyə ünvanlanan ərizəsi ilə bu faktın təsdiq olunması, sübutlara düzgün hüquqi qiymət verilməməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermiş, əlavə olaraq göstrəmişdir ki, 2014-cü ildə İddiaçı İB-nə müraciət edərək, onun yaşadığı ünvana sayğac qoyulmasını xahiş etmiş, bunun üçün də 350 manat ödəniş etmişdir. Qarşılığında ünvanına əvvələr tanımadığı Rəhimbəyli Bəxtiyarın adına olan işlənmiş sayğac qoyulmuş, həmçinin ona bildirilmişdir ki, narahat olma, düzələcək. Lakin, aylar, illər keçmiş bu hal aradan qaldırılmamışdır. Nəhayət, 2019-cu ildə sayğac dəyişdirilmiş, Smart kart tipli sayğac qoyulmuş, lakin, kart ona təqdim olunmamış, kartın təqdim olunması üçün ona Rəhimbəyli Bəxtiyarı tapmalı olması bildirilmişdir. O, ümumiyyətlə həmin adamı tanımadığını bildirsə də, təkidlə həmin adamı tapmalı olduğu bildirilmişdir. Belə olan halda isə o, məcburiyyət qarşısında qalıb qaz xəttinə qoşulmuş, təqribən 3 ay müddət ərzində qazdan sayğacdan kənar qaydada istifadə etmişdir. Daha sonra gəlib qanunsuz qoşulma barədə akt tərtib etmişlər, belə olan halda isə o, Sabunçu rayon İcra hakimiyyətinə şikayət edərək borcun silinməsini və sayğacın adına keçirilməsini xahiş etmiş, icra başçısı borcun silinməsini tapşırmışdır. Bundan sonra, İddiaçı İB-nin əməklaşdarı ona mətni ilə tanış olmadığı bir ərizəyə imza etdirmişlər və demişlər ki, bunu imzala borc silinəcək və onun adıma sayğac qoyulacaq. Həmin ərizəni imzaladıqdan sonra həqiqətən 2022-ci ilin iyun ayında onun öz adına yeni sayğac qoymuşlar. Sayğac dəyişdirilən zamanı tərtib olunmuş aktı imzalamışdır. Əvvəlki sayğac aparıldıqdan bir müddət sonra ona bildirmişlər ki, sayğaca müdaxilə olunub. Halbuki, onun tərəfdən sayğaca heç bir müdaxilə olunmamışdır. Ümumilikdə, cavabdeh tərəfindən tərtib olunmuş 5 aktdan yalnız ikisi – ilkin və sonuncu barədə məlumatlı olmuş, digər aktlar isə onun iştirakı olmadan formal yazılmışdır. Əlavə olaraq bildirir ki, 2-ci Qarabağ müharibəsi qazisi olmaqla, “Laçının azad olunmasına görə” medalla və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İlkin olaraq qeyd edilməlidir ki, iddia qismən təmin olunmuş, cavabdeh qətnaməni mübahisələndirməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası məhz iddiaçının apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04230xx/xx-2022 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin 1-ci bəndinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 799,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 561,60 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 820,80 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 944,64 manat; xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 1036,80 manat zərər hesablanmışdır. Bundan başqa, cavabdehin sayğac üzrə faktiki istifadə etdiyi təbii qaza görə debitor borcu 376.06 manat təşkil edir. İş materiallarına əsasən təbii X2nın pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi yeni massiv ünvanında istehlakçı Bəxtiyar Rəhimbəyliyə məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00020 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əsasən təbii X2nın pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi yeni massiv ünvanında istehlakçı Bəxtiyar Rəhimbəyliyə məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00020 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əsasən təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi yeni massiv ünvanında istehlakçı Bəxtiyar Rəhimbəyliyə məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00020 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əsasən təbii X2nın pozulması haqqında xx.xx.2021-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi yeni massiv ünvanında istehlakçı Bəxtiyar Rəhimbəyliyə məxsus saylı evə baxış keçirilərkən abonet kodu **********00020 olan abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. İş materiallarına əsasən təbii X2nın pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi yeni massiv ünvanında istehlakçı Cavabdeh məxsus saylı evə baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üzərindəki plombların üzərində və ətrafında kənar təsir izlərinin olması aşkar olunmuşdur İş materiallarına əsasən qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı növbədən kənar dövlət yoxlamasına göndərilməsi məqsədilə çıxarılmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh vətən müharibəsi iştirakçısıdır və 80 manat məbləğində pensiya alır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən göstərmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən sayğacdankənar təbii qazdan qeyri-qanuni istifadə etməsi işin mübahisəsiz halıdır. Lakin həmin akt üzrə əlavə sərfiyyat düzgün hesablanmasıdır. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamə əsasında görünür ki, iddiaçı tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi müvafiq olaraq 1.2, 1.5 və 1.4 m3 saat, orta günlük iş rejimi müvafiq olaraq 6, 8 və 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə aparılmış və cəmi 7992 m3 qaz sərfinə görə 799.20 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, dəmir sobanın orta günlük iş rejiminin 18 saat, qaz işlədicilərinin hesabat müddətinin 180 gün hesablanması ağlabatan və inandırıcı deyildir. Həmçinin, cavabdeh 2019-cu ildə 3 ay müddətində qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmişdir. Odur ki, xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə dəmir sobanın orta günlük iş rejimi 18 saat deyil, 12 saat, qaz işlədicilərinin hesabat müddəti isə 90 gün qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x6x90=648 m3 , 1.5x8x90=1080 m3 , 1.4x12x90=1512 m3 olmaqla, cəmi 3240 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.1 (on qəpik) manata vurulmaqla, iddiaçıya dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Belə olan halda isə xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən iddiaçıya vurulmuş ziyanın məbləği 324 manat təşkil edir. Birinci instansiya məhkəməsi sonrakı aktlarla bağlı hissədə iddianı əsassız sayarkən, iddiaçının müvafiq sübutetmə yükünü həyata keçirə bilməməsinə, belə hallar (sayğacdan kənar qoşulmu) olmuşdursa, nəyə görə iddiaçı tərəfindən qanunsuz qaz xəttinin şəbəkədən ayrılmaması, qazın verilməsinin dayandırılmamasına və s. istinad etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh deyil, iddiaçı özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında cavabdehin abunə koduna hesablanmış 1036.80 manat zərərin tutulması hissəsində də iddia əsassızdır. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X2nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Qaydaların 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaydaların 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Cavabdehin abonent hesabına borcun hesanlanmasına dair əsaslar iddiaçı qurum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni iddiaçının üzərinə düşür. İşdə olan, yoxlanılan hissə üzrə müvafiq aktlardan isə görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, cavabdehin və ya onun hər hansı ailə üzvünün iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti abonentə təqdim olunmamış və ya göndərilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Bununla yanaşı, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir. Yuxarıda da qeyd edildiyi kimi cavabdeh barəsində aktlardan birir xx.xx.2022-ci il tarixdə, yəni göstərilən norma qüvvədə olduğu vaxt tərtib olunmuş və həmin akta əsasən cavabdehdən əlavə sərfiyyat kimi hesablanmış 1036,80 manat pul vəsaiti tələb olunmuşdur. Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən - qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İddiaçı isə bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə olan halda isə sayğaca müdaxilə olunması əsası ilə müvafiq pul vəsaiti hesablamaqda və onu cavabdehdən tələb etməkdə haqlı olmamışdır. MM-in 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla yanaşı, iddiaçı apellyasiya şikayətində cavabdehin 08 iyul 2022-ci il tarixli ərizəsində 3528,9 manat borcunu qəbul etməsini göstərsə də, işə həmin ərizənin əsli deyil, kserosurəti əlavə olunmuşdur. Halbuki, MPM-in 89.3-cü maddəsinin tələbinə görə, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bununla yanaşı, cavabdeh izahatında sayğacın əvvəllər tanımadığı başqa şəxsin adına rəsmiləşdirilməsini, çoxsaylı şikayətlərindən sonra 2022-ci ilin iyul ayında sayğacın dəyişdirilərək, onun adına müqavilə bağlanmasını, ona mətni ilə tanış olmadığı ərizəyə imza etdirilməsini, səbəb kimi əvvəlki borcun silinməsini bildirmələrini, aldadılmasını və s. göstərmiş, ərizənin tərəfindən hər hansı borcun etirafı kimi qiymətləndirilməməsini xahiş etmişdir. İşdən görünür ki, iddiaçının iddia etdiyi aktlarda həqiqətən abonent kimi cavabdehin adı deyil, başqa şəxsin adı qeyd edilmiş, cavabdehin adına yalnız 2022-ci ildə sayğac dəyişdirilərək yeni sayğac quraşdırılmaqla müqavilə bağlanmışdır. İddiaçının istinad etdiyi ərizə isə yeni sayğacın quraşdırılması ilə eyni vaxtda məhz iddiaçı təşkilatın blankında, kompyuterdə tərtib olunmaqla cavabdehə imzalatdırılmışdır. Belə olan halda isə, həmin ərizə özü-özlüyündə cavabdehin həqiqi iradə ifadəsini əks etdirməməklə, əhəmiyyətsizdir. İddiaçı isə bunun əksini (cavabdehin həqiqətən borcunu etiraf etməsini təsdiq edən digər əlaqəli sübutları və halları) sübut edə bilməmiş, bu istiqamətdə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı iddiaçı yoxlanılan hissədə tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, qətnamə yoxlanılan hissədə əsaslı və qanunidir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin həmin hissədə ləğv edilməsinə əsas ola bilməz. Bu səbəbdən də şikayət təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır, bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin və debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-6626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6626/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən, yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2028/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2028/2024
02.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver