Məhkəmə qərarları › İş №2(103)-203/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-203/2022

14.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-203/2022 14.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-1379/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı “Azəriqaz” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 6763,44 manat məbləğində dəymiş ziyanı və 30 manat dövlət rüsumu olmaqla ümumilikdə 7019,44 manat məbləğin məcburi qaydada tutularaq “Azəriqaz” İB-nin ABB Sabunçu filialının iş materiallarında göstərilmiş Kod 805573, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına köçürülməsini xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1379/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22.08.2016-cı il tarixli, ******* saylı akta əsasən 399,60 manat, 25.11.2016-cı il tarixli ******* saylı akta əsasən 43,20 manat, ümumilikdə 442,80 manat məbləğində pulun tutularaq, iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Cavabdeh qətnamə ilə razılaşaraq onu mübahisələndirməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, cavabdehin qaz xəttindən sayğacdan kənar istifadə etməyini təsdiq edən aktlar onlar tərəfindən tərtib edilmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş foto-şəkillərdən məlum olur ki, cavabdehin mənzilində qanunsuz qoşulma var. Bundan əlavə cavabdeh 2016-cı ildən etibarən heç bir ödəniş həyata keçirməyib və ödəniş etmədən onun təbii qazdan necə istifadə etməsi də şübhə doğurur. Bu səbəbdən, iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi R.Əliyev apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi: Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında 20.06.2017-ci il tarixli 12/20 889 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. (iş materialları 1.cild səhifə 10) Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. (iş materialları 1.cild səhifə 11) “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********900000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı 1602AZ**********19 nömrəli qaz sayğacı quraşdırılmışdır. Mülki iş materiallarına əlavə edilmiş **********00030 saylı abonent saldosundan və birliyin işçiləri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardan müəyyən edilir ki, "Azəriqaz” İB tərəfindən cavabdehə 22.08.2016cı il tarixli, ******* saylı akta əsasən 399,60 manat, 25.11.2016-ci il tarixli, ******* saylı akta əsasən 43,20 manat, 31.01.2017-ci il tarixli, ******* saylı akta əsasən 399,60 manat, 22.02.2017-ci il tarixli, ******* saylı akta əsasən 200,80 manat, 17.03.2018-ci il tarixli, ******* saylı akta əsasən 181,60 manat, 18.04.2017-ci il tarixli, ******* saylı akta əsasən 181.60 manat, 23.05.2017-ci il tarixli, ******* saylı akta əsasən 133,40 manat, 29.06.2017-ci il tarixli, ******* saylı akta əsasən 34,40 manat, 21.07.2017-cu il tarixli, ******* saylı akta əsasən 40,40 manat, 02.08.2017-ci il tarixli, 123511 saylı akta əsasən 11,60 manat, 26.09.2017-ci il tarixli, ******* saylı akta əsasən 118,80 manat, 17.10.2017ci il tarixli, ******* saylı akta əsasən 47,60 manat, 23.11.2017-ci il tarixli, ******* saylı akta əsasən 58,40 manat, 22.02.2018-ci il tarixli, ******* saylı akta əsasən 545 manat, 15.03.2018-ci il tarixli, ******* saylı akta əsasən 88,80 manat, 26.04.2018-ci il tarixli, ******* saylı akta əsasən 124,40 manat, 30.05.2018-ci il tarixli, ******* saylı akta əsasən 151 manat, 21.06.2018-ci il tarixli, ******* saylı akta əsasən 133.20 manat, 25.09.2018-ci il tarixli, ******* saylı akta əsasən 133,20 manat,31.10.2018-cı il tarixli, ******* saylı akta əsasən 66,60 manat, 30.11.2018-ci il tarixli, ******* saylı akta əsasən 66,60 manat, 28.12.2018-ci il tarixli, ******* saylı akta əsasən 66,60 manat, 31.01.2019-ci il tarixli, ******* saylı akta əsasən 142,20 manat, 28.02.2019-ci il tarixli, ******* saylı akta əsasən 66,60 manat, 29.03.2019-cu il tarixli, 01209863 saylı akta əsasən 66.60 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akta əsasən 66,60 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.08.2019cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.09.2019-cu il tarixli, ******* saylı akta əsasən 32,40 manat, 30.10.2019-cu il tarixli, ******* saylı akta əsasən 66,60 manat olmaqla ümumilikdə 6763.04 manat dəymiş zərər hesablanmışdır. Mülki iş materiallarına əlavə edilmiş fotoçəkillərdən və aktlardan aydın olur ki, Yeni ünvan 2 ünvanında quraşdırılımış qaz sayğacına cavabdeh tərəfindən özbaşına müdaxilə edilərək qaz xəttinə qeyri-qanuni qoşulmuşdur. Hazırkı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərardadı ilə, hazırkı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulmasının olub-olmamasının müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 23 fevral 2022-ci il tarixli 10/38 saylı mühəndistexniki ekspert rəyinə əsasən müvafiq evdə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı aşkar edilmişdir. Ekspert rəyinə əsasında yaşayış evinə təbii qazın türülməsinin paylayıcı qaz xəttinə birləşdirilmiş rezin materialdan olan boru vasitəsilə həyata keçirilməsi müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və qətnamə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-ci, 1097.1-ci və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Hazırkı iş üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2002-ci il tarixli 10/38 saylı ekspert rəyinə əsasən, Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulma halı, eləcə də qoşulmaya xarakterik izlər aşkar edilmişdir. Kollegiya qeyd edir ki, aparılmış araşdırmalar nəticəsində cavabdehin qaz sayğacından kənar qeyri-qanuni qaz xətti qoşulma halı aşkar edildiyindən iddiaçıya ziyan dəyməsi sübut olunur. Bununla belə, iddiaçı cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə ona 6763,44 manat məbləğdə ziyanın dəyməsi barədə əsaslı və şübhədənkənar sübutlar təqdim edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, cavabdehdən tutulan məbləğ dəyişdirilməli, təbii qazdan qanunsuz istifadəyə görə iddiaçının təqdim etdiyi aklar əsasında 2080 manat müəyyən edilməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehdən iddiaçının xeyrinə 2080 (iki min səksən) manat tutulmalı və qətnamə apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməli, ekspert tədqiqatının dəyəri cavabdehdən tutulmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Suraxanı Rayon Məhkəməsinin 2(010)-1379/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. Cavabdeh iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə tutulmalı məbləğ 2080 (iki min səksən) manat müəyyən olunsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh alınaraq dövlət büdcəsinə SAP (XİİS) hesabı X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar