Məhkəmə qərarları › İş №2(103)-2030/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2030/2024

04.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2030/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından cavabeh Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2675/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin və 51 manat mediasiya xərcinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2675/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 51 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ünvanlayaraq, apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizəni belə əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə qətnaməsində onun guya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsi göstərilsə də, bu faktı təsdiq edən heç bir sübut növü mülki işə əlavə edilməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etməkdə haqlı olmamışdır. Bununla da Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM)185-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, MPM-nin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə hazırki iş üzrə qəbul etdiyi qətnamədə Cavabdeh məhkəmə iclasına gəlməməsini üzürsüz hesab etməsini əsaslandırmamış, məhkəmənin hansı əsaslarla bu nəticəyə gəlməsi aydın deyildir. Belə ki, Cavabdeh sözügdən qətnamənin surətini əldə etmək üçün məhkəməyə müraciət etmiş və qətnamənin surəti 11 oktyabr 2023-cü il tarixdə rəsmi qaydada ona təqdim olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-3062/2023 saylı mülki iş üzrə qəbul etdiyi 11 may 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddəti üzrlü səbəblərdən ötürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina olunması, cavabdehin apellyasiya şikayətinin geri qaytarılması, cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun özünə qaytarılması qərara alınmışdır. Cavabdehin həmin qərardaddan verdiyi şikayət Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətini müddətin bərpasına dair ərizənin dəlillərinə uyğun şəkildə əsaslandırmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bundan əlavə, Mülki Prosessual Məcəlləyə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Həmin Məcəllənin 135.3-cü maddəsində göstərilir ki, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir (maddə). Həmin Məcəllənin 135.5-ci maddəsinə görə bu Məcəllənin 135.2, 135.3, 135.6 və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-in 146-cı maddəsinin tələbinə görə isə məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə tərəflərə göndərilmiş və xəbərnamədən görünür ki, Cavabdeh əvəzinə xx.xx.2023-cü il tarixdə İsayev İlham imza edərək müvafiq qətnaməni qəbul etmişdir. Daha sonra Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. Eyni zamanda işdən görünür ki, Cavabdeh müvafiq qətnaməni təkrar olaraq xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək qəbul etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil isə xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə vermişdir. Kollegiya mülki prosessual qanunvericiliyin yuxarıda sadalanmış 135.3, 135.5 və 146-cı maddələrini rəhbər tutaraq qeyd edir ki, hazırki iş üzrə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 nömrəli, xx.xx.2023- cü il tarixli qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada əldə etmiş hesab edilir. Məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə göndərildiyi təqdirdə həmin şəxslərin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, cavabdehin xx.xx.2023-cü il tarixdə məhkəmə qəbzinə imza edərək qətnaməni təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin xx.xx.2023-cü il tarixdə əldə edilməsi faktını qüvvədən salmır. Beləliklə, kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüş cavabdeh tərəfindən müddətin bərpası xahiş edilsə də, qanunvericiliyin məcburi tələbi olan hər hansı üzrlü əsasa istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə şikayəti vaxtında vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki qanun, məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Beləliklə kollegiyanın qənaətinə görə birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3062/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar