Məhkəmə qərarları › İş №2(103)-2034/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2034/2021

25.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2034/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı alimentin artırılması tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4903/20 saylı xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh oğlundan tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay 170 (bir yüz yetmiş) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(004)-2875/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh oğlu apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi, ondan tutulacaq alimentin məbləğinin 100 manat müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmişdir, işə birtərəfli baxılmış, işi hərtərəfli araşdırmamış, işin faktiki hallarına uyğun olmayan qətnamə çıxarılmamışdır. Belə ki, məhkəmə tərəfindən təyin olunan 170 manat aliment məbləği olduqca çoxdur, onun həmin məbləği ödəmək imkanım yoxdur və olması da gözlənilmir. «CAMAL LTD» şirkətində yük avtomobilinin sürücüsü işləyir və hər ay 330 manat əmək haqqı alır. Bundan başqa onun başqa gəliri yoxdur. Onu da qeyd edib ki, İddiaçı ilə ayrıldıqdan sonra X3 ilə rəsmi olaraq ailə qurmuşdu və ondan da iki uşağı dünyaya gəlmişdir. Ailə münasibətləri alınmadığına görə ayrılıblar və Aytən Cəfərovanın tələbinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ondan hər ay 200 manat aliment tutulur. Hazırki iddia üzrə də 170 manatın tutulması onunla nəticələnir ki, mən məcburi şəkildə hər ay 40 manat borca girməliyəm və yaxud da faizə girməliyəm. Yəni, Yasamal rayon məhkəməsinin qətnaməsini faktiki olaraq icra etmək iqtidarında deyildir. Bu isə gələcəkdə onun inzibati, sonra isə cinayət məsuliyyətinə cəlb olunmağım üçün zəmin yaradır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə İddiaçı kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə apellyasiya qaydasında baxan kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayətin müdafiə edərək təmin olunmasını xahiş edən Cavabdeh oğlunun izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilməlidir, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiyanın iclasında cavabdeh tərəfindən təqdim edilmiş Masallı Rayon Məhkəməsinin 2(050)-1079/18 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 Cavabdeh oğluna qarşı «aliment» tələbi qismən təmin edilərək, Cavabdeh oğlundan xx.xx.2012-ci il təvəllüdlü təvəllüdlü X4 və xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinik yaşlarına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 100 manat aliment tutulur. Göründüyü kimi Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi və ailə vəziyyətində dəyişiklik olmuş, iddiaçı yenidən evlənmiş, yeni evliliyindən iki övladı anadan olmuşdur və məhkəmə qaydasında həmin uşaqların saxlanması üçün cavabdehdən hər ay 200 manat pul tutulur. Məhkəmə kollegiyası işin hallarını, Cavabdeh oğlunun maddi durumunu, onun ikinci nikahdan anadan olan 2 uşağın mənafeyini nəzərə alıb hesab edir ki, Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilərək Cavabdeh oğlundan İddiaçı xeyrinə 120 manat məbləğində alimentin tutulması ağlabatan və ədalətlidir. Belə ki, Azərbaycan Respublikası AM-nin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Məhkəmə kollegiyası sadalanan qanunvericilik normalarına və işin hallarına əsasən hesab edir ki, cavabdehin yenidən ailə qurması, həmin nikahdan iki yeni övladının olması və məhkəmə qaydasında həmin uşaqların saxlanması üçün cavabdehdən hər ay 200 manat pul tutulması ondan tutulan sabit pul məbləğində müəyyən edilmiş alimentin azaldılması üçün əsas kimi qəbul olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: Cavabdeh oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Yasamal rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilsin. xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatanadək saxlanması üçün Cavabdeh oğlundan hər ay 120 (bir yüz iyirmi) manat məbləğində alimentin tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar