Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2034/2025 27.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan və debitor borcu tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi və debitor borcunun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(003)-424/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Qaz paylayıcı İddiaçı İstehsalat Biriliyinin Bakı X4 Departamenti ilə istehlakçı Cavabdeh arasında bağlanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2020-ci il tarixli, 03-907 nömrəli müqaviləyə əsasən qaz paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsnə götürmüşdür. si haqqında bağlanılmışdır. Cavabdehin adına olan abonent saldosundan (abonent kodu **********10000) görünür ki, aktlar əsasında 2018-ci ilin dekabr ayından 2024-cü ilin oktyabr ayınadək (oktyabr ayı daxil olmaqla) cəmi 4605,70 manat məbləğində borc yazılmış, o cümlədən 2020-ci ilin yanvar ayından dekabr ayınadək cəmi 215,10 manat, 2021-ci ilin yanvar ayından dekabr ayınadək cəmi 366,90 manat, 2022-ci ilin yanvar ayından dekabr ayınadək cəmi 276,04 manat + 6,56 manat (limitdən artıq istifadəyə görə), 2023-cü ilin yanvar ayından dekabr ayınadək cəmi 277,60 manat + 0,80 manat (limitdən artıq istifadəyə görə) və 2024-cü ilin yanvar ayından oktyabr ayınadək cəmi 167,36 manat + 4,64 manat (limitdən artıq istifadəyə görə), ümumilikdə 1315 manat məbləğində təbii qazdan istifdadə edilmiş, 2020-ci ildə cəmi 70 manat, 2021-ci ildə cəmi 120 manat, 2022ci ildə cəmi 110 manat, 2023-cü ildə cəmi 175 manat, 2024-cü ildə cəmi 134,77 olmaqla ümumilikdə 609,77 manat məbləğində qazdan istifadəyə görə ödənişlər aparılmışdır. Təbii X2 pozulması haqqında xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı İB-nin 29/035-00001/5-49 saylı rəyinə əsasən 1202AQ**********4 nömrəli sayğacın çıxış plastmas borusu deşilmiş və bununla bağlı İddiaçınə 486 manat məbləğində maddi ziyan vurulmuşdur. Təbii X2 pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2019-cu il tarixli, ******* saylı; xx.xx.2020- ci il tarixli, ******* saylı; xx.xx.2020-ci il tarixli, ******* saylı və xx.xx.2020-ci il tarixli ******* saylı aktların surətlərindən görünür ki, cavabdeh sayğacdan kənar təbii qazdan istifadə etmişdir. Elektron qaydada tərtib edilmiş iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iş üzrə 77,27 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilmiş 01 may 2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı Cavabdeh tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan”Azəriqaz” İB-nin hesabatının həqiqi və düzgünlüyünə rəy vermək mümkün deyil. Araşdırma zamanı cavabdehin 1314,90 manat sərfiyyat borcunun (qaz sayğacından keçən qazın dəyəri) yarandığı müəyyən edilmişdir. Təqdim olunan sənədlərdə cavabdeh tərəfindən aşağıda göstərilən qaz qurğularından istifadə edildiyi göstərilmişdir: -1 ədəd PQ-4 tipli qaz plitəsi, maksimal qaz sərfiyyatı 1.2 m3 -1 ədəd dəmir soba;, maksimal qaz sərfiyyatı 1.4 m3 -1 ədəd qənaətli su qızdırıcısı, maksimal qaz sərfiyyatı 1.5 m3 Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “Qazdan istifadə Qaydaları”nın 6.5-ci, 6.5-1-ci və 6.5-2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saat işləmə müddətini, istifadə dövrünü maksimum 3 ay nəzərə almaqla (“Qazdan istifadə Qaydaları”-nın 3.1.11 maddəsinin tələbinə görə qaz paylayıcısı 3 ayda 1 dəfə qazpaylayıcı şəbəkəyə baxış keçirməlidir) qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: Qış ayları üçün ayda (1.2 m3 + 1.4 m3 + 1.5 m3) x 12 saat x 30 gün = 1476 m3 Yay ayları üçün ayda (1.2 m3+1.5 m3) x 12 saat x 30 gün = 972 m3 İtirilmiş qazın həcmi: 2018-ci ildə tərtib edilmiş aktda abonentin qaz sayğacına müdaxilə etməsini təsdiq edən sübutlar öz əksini tapmadığından, abonentə əlavə borc hesablana bilməz. 2019-cu ildə ildə tərtib edilmiş 11 akt üzrə: 4 qış ayı x 1476 m3 +7 yay ayı x 972 m3= 12708 m3 2020-ci ildə tərtib edilmiş 3 akt üzrə: 3qış ayı x 1476 m3 = 4428 m3 2021-ci ildə tərtib edilmiş 1 akt üzrə: 3qış ayı x 1476 m3 = 4428 m3 Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin Tənzimlənməsi barədə" Qərarına əsasən əhali istehlakçılarını istehlak tariflərini nəzərə alsaq İddiaçıya dəymiş ziyanın məbləği: 2019-cu il üzrə - 2200 x 0.10+10508 x 0.20 = 2321,60 manat 2020-ci il üzrə - 2200 x 0.10+2228 x 0.20 = 665,60 manat 2021-ci il üzrə - 2200 x 0.10+2228 x 0.20 = 665,60 manat olmaqla cəmi 3652,80 manat təşkil edə bilər. Abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, qazpaylayıcısına dəymiş zərərin məbləği 3652,80 manat ola bilər. Bundan əlavə, abonentin qazdan istifadəyə görə ödənilməmiş 1315 (sərfiyyat borcu) - 609,77 (xx.xx.2025-ci il tarixə qədər abonent tərəfindən ödənilmiş məbləğ) = 705,23 manat istehlak borcu (qaz sayğacından keçən qazın dəyəri) mövcuddur, bu borc ödənilməlidir. Beləliklə, qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, abonent qaz paylayıcısına 3652,80+705,23 = 4334,03 manat vəsait ödəməlidir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 4605,70 manat məbləğində zərərin; 1120,87 manat məbləğində debitor borcun və ödənilmiş 77,27 manat məbləğində dövlət rüsumunun əvəzinin, ümumilikdə 5803,84 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03-907 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqavilə»si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentə fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X4 Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır (cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır). Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçı İBnin əməkdaşları tərəfindən istehlakçının qaz sayğacının dövlət yoxlamasından keçirdikdə məqsədli şəkildə sayğaca müdaxilə etməsi, yəni paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabının düzgün aparılmamasının nail olmaq məqsədilə qərəzli şəkildə qaz sayğacına müdaxilə etməsi faktı aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 486 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 226,30 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 1728 manat, cəmi 4605,70 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən akt iddia ərizəsinə əlavə olunub). Bildirilir ki, cavabdehin ödənilməmiş 2020-ci ilin mart-dekabr ayları üzrə 215,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 366,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 276,04 manat sərfiyyat borcu və limitdən əlavə 6,56 manat sərfiyyat borcu, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 277,60 manat sərfiyyat borcu və limitdən əlavə 0,80 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar- oktyabr ayları üzrə 167,36 manat sərfiyyat borcu və limitdən əlavə 4,64 manat sərfiyyat borcu, cəmi 1315 manat sərfiyyat borcu qalmışdır. Cavabdehin 2013-cü il avqust ayından sayğac dəyişikliyindən sonra 415,64 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcu aşkar edilmişdir (1315+415,64=1730,64). 2020-ci ilin mart ayından 2024-cü ilin oktyabr ayına qədər cavabdeh 609,77 manat məbləğində ödəniş etmişdir. Qeyd olunlardan əlavə cavabdehin sayğac üzrə faktiki istifadə edilmiş və dəyəri ödənilməmiş 1120,87 manat borcu (debitor borc) da qalmışdır. Beləliklə, cavabdehin İddiaçı İB-yə ödənilməli borc məbləği hazırda abonentin saldo üzrə ümumi 5726,57 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iş üzrə bütün sübutların məhkəməyə təqdim edildiyini və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iiştirak edən Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, iddiaçı tərəfindən verilmiş iddia ilə əlaqədar müddət ötürülmüşdür. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya qarşı ərizə ilə müraciət edərək iddianın iddia müddəti ötürülməklə verildiyi üçün təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-424/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehdan (abonent kodu: **********1000) 490,13 (dörd yüz doxsan manat on üç qəpik) manat məbləğində debitor borcun və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manatın tutularaq İddiaçınə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dənilmiş dövlət rüsumunun qalan 47,27 (qırx yeddi manat iyirmi yeddi qəpik) manat hissəsinin İddiaçı özünə aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddia ərizəsi iddiaçı tərəfindən 04 noyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir. Müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddianın xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı akt, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2019-cu il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı, xx.xx.2020-ci il tarixli, ******* saylı aktlar əsasında cavabdehə hesablanmış borcun tutulması hissəsində iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən və cavabdeh tərəf buraxılmış iddia müddətinin tətbiqinə dair ərizə təqdim etdiyindən, həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, iddia ərizəsində cavabdehə xx.xx.2021ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1728 manat məbləğində borcun tutulması xahiş edilmişdir. Lakin adıçəkilən akt iş materiallarına əlavə edilməmiş, həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında həmin aktın mövcud olubolmaması barədə məlumatının olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə heab edir ki, cavabdehdən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1728 manat məbləğində borcun tutulması hissəsində iddia tələbi sübuta yetmədiyindən rədd edilməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddianın cavabdehdən istifadə edilmiş qaza görə hesablanmış debitor borcun tutulması hissəsində cavabdehin 2020-ci ilin martdekabr ayları üzrə 215,10 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 366,90 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 276,04 manat sərfiyyat borcu və limitdən əlavə 6,56 manat sərfiyyat borcu, 2023-cü ilin yanvardekabr ayları üzrə 277,60 manat sərfiyyat borcu və limitdən əlavə 0,80 manat sərfiyyat borcu, 2024-cü ilin yanvar-oktyabr ayları üzrə 167,36 manat sərfiyyat borcu və limitdən əlavə 4,64 manat sərfiyyat borcu, cəmi 1315 manat sərfiyyat borcunun olduğu, həmçinin 2013-cü il avqust ayından sayğac dəyişikliyindən sonra 415,64 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcunun aşkar olunduğu qeyd edilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin 2020-ci ilin mart-dekabr ayları üzrə 215,10 manat sərfiyyat borcunun və 2013-cü il avqust ayından sayğac dəyişikliyindən sonra 415,64 manat məbləğində dəyəri ödənilməmiş sərfiyyat borcunun tutlması hissəsində də iddia müddəti tətbiq edilməli və həmin hissədə iddia rədd edilməlidir. Məhkəmə cavabdehdən 2021-ci ilin yanvar ayından 2024-cü ilin oktyabr ayına qədər istifadə edilmiş qaza görə hesablanmış debitor borcun tutulması hissəsində qeyd edir ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 03-907 saylı müqavilə üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca əməl etməyərək müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab etmişdir ki, cavabdehdən iddia tələbinin təmin edilmiş məbləğinə mütənasib olaraq cavabdehdən dövlət rüsumuna görə 30 manat məbləğində pul tutulmalı, 47,27 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 25.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 385.1, 372, 373.2, 373.3, 375, 375.1, 375.2, 377.1, 425.1, 427.3, 442, 443.1, 443.2, 448.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2, 5.5, 6.5, 6.5-1,6.5-2, 6.5-3, 6.5-4, 6.7-ci bəndlərinə, “Enerji resurslarının istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 29-cu maddələrinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20, 21.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.1-ci maddəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-424/2025 saylı qətnaməsindən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir Apellyasiya ṣikayəti onunla əsaslandırılır ki, İddiaçı Cavabdeh qarşı "dəymiş ziyan məbləğinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı ṣəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun ünvanında hesablanmış 5.803,84 manat məbləğində borcun ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-424/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Aşağıdakılara əsasən Xəzər Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Bildirir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, o cümlədən qaz sayğaclarına baxış keçirilərkən iddiaçı tərəfindən istifadə etdiyi 5.803 manat 84 qəpik borcunun olduğu müəyyən edilmişdir. Qeyd edilən borc aktla hesablanmış borc deyil və iddiaçının debitor borcudur. Belə ki, akt istehlakçının təbii qazdan uzun müddət sayğac olmadan istifadəsinə dair yazılmış və itirilmiş təbii qazın dəyəri müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 31 may 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən (MPM-in 81, 88, 217.1 və 218.1-ci maddələri) müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar nəzərə alınmayıb. Cavabdeh tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, o cümlədən qaz sayğaclarına baxış keçirilərkən cavabdeh tərəfindən istifadə etdiyi 5.803 manat 84 qəpik borcunun olduğu müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilərək Xəzər Rayon Məhkəməsinin e-2(003)-424/2025 saylı, xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh onunla qazın alqı-satqısına dair müqavilə bağlanmış, istifadə etdiyi qazın dəyərini ödəmiş, cəmi bir dəfə 2018-2019-cu illərdə o, qaz borusunu deşib kənardan qazdan istifadə etmiş, bu qış fəslində baş vermiş və 5-6 ay qışı qazdan istifadə etmişdim. Çünki o dövrdə kartdan istifadə edirdi, qoşulma dəqiq xatırlamadığından 2020- 2021-ci illərdə də ola bilərdi. Sonradan onun mənzilinə mexaniki sayğac qoyulmuş, o, hər ay ödəniş etdiyindən debitor borcum yarana bilməzdi. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh rəsmi qaydada məlumat verilmiş, Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzürülü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qaz təchizatı haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən Qazdan istifadə qaydaları Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqısatqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Maddə 4.2 Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Maddə 4.6 Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Maddə 4.7 Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9 İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bənd 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia qismən təmin olunduğundan, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirsə də, qətnamənin əsaslığı faktiki olaraq mübahisələndirilən hissədə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçının tələblərindən müəyyən olunur ki, o, cavabdehdən sonuncunun qazdan sayğacdan kənar istifadəyə görə vurduğu maddi ziyanın və müqavilə üzrə istifadə etdiyi qaz sərfiyatına görə yaran borcun (debitor borcun) tutulmasını tələb edir. Cavabdeh qazdan qanunsuz, yəni sayğacdan kənar istifadə etməsini inkar etməsə də, iddiaçıya borcunun olmadığını, iddiaçının iddia tələbinə iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş edir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı fiziki şəxs olan cavabdeh barəsində xx.xx.2018-ci il tarixli ******* saylı aktla İddiaçı İB-nin 29/035-00001/5-49 saylı rəyinə istinad edib 1202AQ**********4 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsinə görə ziyan hesablamışdır. Baxmayaraq ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, iddiaçı iddia ərizəsində cavabdehdən xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında hesablanmış 1728 manat məbləğində maddi ziyanın tutulmasını tələb etsə də, həmin aktın tərtib olunması, yəni mövcudluğu barədə hər hansı bir sübutunu məhkəməyə təqdim etməmiş, apellyasiya şikayətində də bu faktla bağlı hər hansı bir dəlilini qeyd etməmişdir. Ona görə də kollegiya iddiaçının xx.xx.2018-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli, ******* saylı aktlar üzrə iddia tələbinin təmin edilməsinin mümkün olmaması ilə razılaşır. Kollegiya iddiaçının digər aktlar üzrə tələb etdiyi maddi ziyan və debitor borcu tələbləri üzrə qeyd edir ki, Məhkəmə kollegiyası tərəfindən alınan mütəxəsis rəyi ilə müəyyən olunmuşdur ki, abonentin qazdan qanunsuz istifadəsi nətcəsində qazpaylayıcısına dəymiş zərərin məbləği 3652,80 manat (2021-ci il üzrə - 2200 x 0.10+2228 x 0.20 = 665,60 manat daxil olmaqla), abonentin qazdan istifadəyə görə ödənilməmiş (1315 (sərfiyyat borcu) - 609,77 (xx.xx.2025-ci il tarixə qədər abonent tərəfindən ödənilmiş məbləğ) = 705,23) 705,23 manat istehlak borcu borcu vardır. Birinci instansiya məhkəməsi iddiaçının maddi ziyan tələbinə və debitor borcunun bir hissəsinə iddia müddətini təbiq etməklə maddi hüquq normalarının tələblərini pozmuş, nəticədə düzgün olmayan qərar qəbul etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 372.1.-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2.-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1.-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2.-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3.-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən, iddiaçının tələblərindən biri delikdən irəli gələn maddi ziyan tələbi olduğundan bu tələb üzrə üç illik iddia müddəti deyil, ümumi iddia (10 il) müddəti müəyyən edilmiş və iddiaçı bu iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Daha sonra iş üzrə mütəxəssis rəyi ilə iddiaçının ödənilməmiş qalan debitor borcunun xx.xx.2025-ci il tarixdən sonra yaranan hissəsinin ödənilmədiyi müəyyən edildiyindən iddiaçı bu tələb üzrə də müəyyən olunan üç illik iddia müddətini ötürməmişdir. Kollegiya tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçın apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-424/2025 nömrəli qətnaməsi qismən ləğv edilib, yeni qətnamə qəbul edilərək iddiaçıdan cavabdehin xeyrinə qazdan qanunsuz istifadə nəticəsində vurulan maddi ziyana (mövcud olmayan 2021-ci il tarixli aktla bağlı mütəxəssis tərəfindən müəyyən edilən məbləğ çıxılmaqla) görə 2987,2 manat, debitor borcuna görə 705,23 manat olmaqla cəmi 3692,43 manat tutulmalı iddia tələbi qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən ödənilmiş dövlət rüsumuna görə cavabdehdən iddiaçının xeyrinə 56,92 manat tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Azəriqaz İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-424/2025 nömrəli qismən ləğv edilərək, yeni qətnamə qəbul edilsin. Cavabdeh maddi ziyana görə 2987,2 manat, debitor borcuna görə 705,23 manat, dövlət rüsumuna görə 56,92 manat olmaqla cəmi 3749,35 manat tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2034/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2034/2025
27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver