Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2038/2020 20.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X3 və X7 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İddiaçının vəkili və nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 6891/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə “pul tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 9500 ABŞ dolları əsas məbləğ, 2690 ABŞ dolları faiz borcu olmaqla, cəmi şəkildə 12190 ABŞ dolları məbləğində pul vəsaitinin (milli valyuta ekvivalenti ilə 20723 manat) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh doğma bacısı X1 həyat yoldaşıdır. Cavabdehlə birgə biznesləri olmuş, uzun müddət bir yerdə işləmişlər. ** CB *** dövlət qeydiyyat nişanlı “Mercedes C200” markalı avtomaşın vaxtilə cavabdehin adına qarşılıqlı razılaşma ilə rəsmiləşdirmiş və həmin avtomaşını faktiki olaraq şirkətin işində birgə istifadə etmişlər. Daha sonra cavabdehlə aralarında haqq hesab etmişlər və 9500 ABŞ dolları əvəzinə (əslində birgə fəaliyyət dövründə həmin avtomaşın alınanda dəyərinin 50 faizi onun hesabından digər 50 faizi isə cavabdehin hesabından birgə biznesdən ödənilmişdir) həmin avtomaşını onun mülkiyyətinə verilməsinə razılaşaraq, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixində onun adına baş etibarnamə verilmişdir. Həmin vaxtdan sonra da cavabdehlə birgə biznesi davam etdirmişdirlər. Baş etibarnamə ilə avtomaşını alandan 2 ay 11 gün sonra, ona məlumat verərək avtomaşını öz adına keçirərək AR DİN Baş Dövlət X15 tərəfindən adına texniki pasport almışdır. Cavabdeh ona baş etibarnaməni (xx.xx.2016) verən tarixdən xx.xx.2017-ci il tarixə kimi adına keçirdiyi avtomaşına dair (5 ay 16 gün) ona qarşı iddiası olmamışdır. Cavabdeh 2017-ci ilin iyun ayında Xətai Rayon Məhkəməsinə bacısına qarşı iddia ərizəsi ilə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş əmlakın, yəni Bakı şəhəri, Xətai rayonu, İlqar Zülfüqarov küçəsi, məhəllə 2342 A, ev 7a, mənzil 9-da yerləşən mənzilə və “Mitsubishi Pajero” markalı ** GF *** saylı dövlət qeydiyyat nişanlı avtomaşına dair payların ½ hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin bu iddia ərizəsini məhkəməyə verəndən sonra, yəni xx.xx.2017-ci il tarixində cavabdeh iddiaçıya xx.xx.2016-cı il tarixində verdiyi Baş etibarnaməni ləğv etdirmişdir (9 ay 19 gündən sonra). xx.xx.2016-cı il tarixdən xx.xx.2017ci il tarixədək cavabdehlə bacısı arasında olan mübahisələrə, aralarında olan biznes problemlərinə və biznesdən onu 2017-cı ilin may ayında ayırmağına baxmayaraq, ** CB *** dövlət qeydiyyat nişanlı “Mercedes C200” markalı avtomobilə dair cavabdehin ona qarşı heç bir iddia tələbi olmamışdır, çünki həmin avtomobilin dəyəri - 9500 ABŞ dolları dolayısı ilə birgə biznes hesabından verilmişdir. Cavabdeh ** CB *** dövlət qeydiyyat nişanlı “Mercedes C200” markalı avtomobili ondan geri almaqdan ötrü iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə 2017-ci ilin noyabr ayında müraciət etmişdir. Məhkəmə “Mercedes C200” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşını Cavabdeh qaytarılmasına dair qətnamə qəbul edilmişdir. Bununla da cavabdeh faktiki olaraq dələduzluq etmiş 9500 ABŞ dolları məbləğində iddiaçının pulunu maşın əvəzi ondan almış, sonra dolayı yollarla, məhkəməni aldadaraq ondan xəbərsiz öz xeyrinə qətnamə çıxarılmasına nail olmuşdur. Həmin qətnamədən verdiyi apelyasiya və kassasiya şikayətləri təmin olunmamış, Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış icraya yönəlmişdir. Cavabdeh bacısı ilə (öz xalası qızı ilə) nikahı pozulandan və birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsünü aparandan sonra ondan acıq çıxmaq, öc almaq məqəsdi ilə belə bir fırıldaqçılığa əl atmışdır. Həmin avtomobilin dəyərini ödədiyinə dair iddiaçının şahidləri və haqq-hesab sənədlərində müvafiq qeydlər var ki, onları məhkəmə prosesində təqdim edəcəkdir. Birgə bizneslərindəki haqq hesabdan cavabdehə 9500 ABŞ dolları verəndən sonra o, öhdəlik götürmüşdür ki, onun adına olan və birgə biznesdə nəqliyyat vasitəsi kimi istifadə etdiyi avtomobili iddiaçının adına keçirməklə şəxsi mülkiyyətinə verəcəkdir. İddiaçının da cavabdehə ödədiyi 9500 ABŞ dolları məbləğində pulunu geri tələb etməkdən başqa çarəsi qalmamışdır. Cavabdeh avtomaşını geri götürürsə, onun dəyərini, 9500 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanması haqda qərar qəbul etmişdir. Qərara əsasən uçot dərəcəsi 9.75 % faiz dəhlizinin yuxarı həddi 11.75 % aşağı həddi isə 7.75 % səviyyəsində saxlanılmışdır. Qərar xx.xx.2018-ci il saat 14:00-dan qüvvəyə minmişdir. Həmin uçot dərəcəsi 2018-ci il və daha əvvəl mövcud idi. Hesab edir ki, cavabdehə 2016-cı il 10 oktyabr tarixinə kimi tərəfindən verilmiş 9500 ABŞ dolları üzərinə Azərbaycan Respublikası Mərkəzi Bankının uçot dərəcəsi ilə illik 10 faiz hesablamaqla iki il 10 ay müddəti üçün 950+950+790=2690 ABŞ dollar faiz borcu gəlməklə cəmi şəkildə 12190 ABŞ dolları məbləğində pul vəsaiti milli valyuta ekvivalenti ilə 12190 ABŞ dolları x 1.7=20723 manat Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6891/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Maraqlı şəxs üçüncü şəxs qismində cəlb edilməklə – cavabdehdən 9500 (doqquz min beş yüz) ABŞ dolları əsas, 2690 (iki min altı yüz doxsan) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 12190 (on iki min yüz doxsan) ABŞ dolları pul vəsaitinin, milli valyuta ekvivalentində 20723 (iyirmi min yeddi yüz iyirmi üç) manatın alınaraq ona verilməsinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti vərərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-6891/2019 nömrəli qətnaməsini tamamilə ləğv edərək, iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki, avtomobilin dəyərini ödədiyini təsdiq edən şahidi məhkəmə prosesində iştirak etmiş və haqq-hesab sənədlərində olan müvafiq qeydləri məhkəmə prosesində təqdim etmişdir.Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, məhkəmə prosesindən öncə iclas katibi tərəfindən dəfələrlə məhkəməyə gəlməsi tələb edilsədə o, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə prosesi zamanı iş üzrə şahid qismində dindirilmiş X6 məhkəmədə ifadə verərək bildirmişdir ki, Cavabdeh onun vasitəsi ilə tanımışdır. O, şirkətdə sürücü-ekspeditor kimi işləmiş, kosmetik vasitələri Bakı və bölgələr üzrə paylamışdır. Cavabdeh ilə İddiaçı şərik işləyirdilər. Maşını da biznes məqsədi ilə almışdılar. Daha sonra tərəflər öz aralarında olan əmlakları bölmək qərarına gəlmişlər. “Mercedes C200” markalı ** CB *** dövlət qeydiyyat nişanlı maşının 9500 ABŞ dollar məbləğində dəyəri var idi. Onun yarı qiyməti dəyərində mallar Cavabdeh İddiaçı tərəfindən verilmişdir. Cavabdeh malları hissə-hissə aparmışdır. Bölgüdən sonra da aralarındakı münasibət normal idi. Bir müddət sonra Gəncəyə mal aparanda məlum olmuşdur ki, maşının üzərinə həbs qoyulub .Onun bununla bağlı məlumatı yox idi.Birinci instansiya məhkəməsi iddianı hərtərəfli araşdırmasını təmin etmədən, şahidin ifadəsinə məhəl qoymadan qeyri-obyektiv qətnamə qəbul etmişdir. Sadalanan qanunvericilik normaları və işin hallarına əsasən hesab edir ki, iddia tələbi tam aydındır və sübuta yetmişdir bu səbəbdən də təmin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi X9 iddia tələbinin dəlillərinə istinad etməklə, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, qətnaməni ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə hər hansı bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-440/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “Mersedes C200” markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomaşına dair Azərbaycan Respublikası DİNnin Baş Dövlət X12 Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin hüquqi nəticələrinin ləğv edilməsi, “Mersedes C200” və həmin avtomaşının İddiaçı alınaraq Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8716/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-440/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1876/2019 saylı xx xxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8716/2018 saylı xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X13 xx xxxxxx 2019-cu il tarixli 71212/219 saylı məktubunun surətindən və ona əlavə edilmiş kompyuter Çıxarışının surətindən görünür ki, “Mercedes Benz C200” minik markalı ** CB *** dövlət nömrə nişanlı avtomobilinin əvvəlki sahibi xx xxx 2012-ci ildən Cavabdeh olmuş, sonrakı sahibi isə xx xxxxxx 2016-cı ildən İddiaçı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, qeyd edir ki, “Mercedes Benz C200” minik markalı ** CB *** dövlət nömrə nişanlı avtomobil cavabdehin adına rəsmiləşdirilməklə onun sahibliyində olmuş, sonradan iddiaçı X4 avtomobili cavabdehin ona verdiyi etibarnamə əsasında üçüncü şəxsə etibarnamə verərək, üçüncü şəxslə alğısatqı həyata keçirmiş və avtomobili öz adına qeydiyyatdan keçirmişdir. Daha sonra cavabdeh alğı-satqı müqaviləsinin etibarsız hesab olunması və avtomobilin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası Nizami Rayon Məhkəməsinin 2(007)-440/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya və kasassiya şikayətləri versə də, qətnamə qüvvədə qalmışdır. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə mübahisəli avtomobilin cavabdehin mülkiyyəti olması və iddiaçının həmin avtomobili cavabdehin ona etibarnamə verməsindən istifadə edərək, özü barəsində və öz xeyrinə üçüncü şəxslərlə müqavilə bağlamaqla adına keçirməsi təsdiq olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı tələbi, yəni avtomobili öz adına rəsmiləşdirərkən cavabdehə 9500 ABŞ dolları pul vəsaiti verməsi və ya avtomobil alınarkən 50% dəyərinin onun tərəfindən ödənilməsi faktı məhkəmə araşdırılması zamanı sübuta yetirilməmiş, iddiaçı tələbini yalnız iddia ərizəsində göstərdikləri ilə əsaslandırmaqla kifayətlənmiş və tələbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia əsassız olduğundan, təmin edilməməlidir və birinci instansiya məhkəməsinin mövqeyi düzgündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normaları və işin hallarına əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi sübuta yetirilmədiyindən, əsassızdır və təmin edilə bilməz. Ona görə də birinci instansiya məhkəməsinin iddia tələbinin rədd olunmasına dair mövqeyi düzgündür. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Odur ki, MPM-nin 384-385-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə, MPM-nin 392, 393 və 405-ci maddələrinin tələblərinə və yuxarıda göstərilənlərə əsaslanan Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)- 6891/2019 nömrəli qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-2038/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2038/2020
20.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver