Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2045/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı prosessual hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi və vəkili X5, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və vəkili, həmçinin Cavabdeh2 vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250.000 manat əsas borcun, 96.562 manat faiz məbləğinin birgə cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh borc alan Cavabdeh1 arasında xx xxxx 2017-ci ildə 250.000 manat pulun borc verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. Müqavilənin 2-ci maddəsinə əsasən borc alan krediti xx.xx.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, bu günədək borc öhdəliyi icra olunmamışdır. Cavabdeh1 xx xxxx 2017-ci ildə vəfat etmişdir. Cavabdehlərə xx xxxx 2020ci il tarixli yazılı bildirişlə müraciət etsə də, müraciətə cavab verilməmiş, öhdəliyin icrası ilə bağlı heç bir addım atılmamışdır. xx.xx.2010-cu il tarixli, seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, X10, Gülüstan b/y-nın 39/40 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X10, Gülüstan b/y-nın 41/42 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X10. Gülüstan b/y-nın 43/44 saylı bağ sahəsi, xx.xx.2010-cu il tarixli, Seriya MA № ******* daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Əzizbəyov rayonu, X10, Gülüstan b/y-nın 45/46 saylı bağ sahəsi Cavabdeh1 mülkiyyəti kimi qeydə alınmışdır. Eləcə də, onun adına müxtəlif yerlərdə, lakin müfəssəl məlumatı onda olmayan daşınmaz əmlakların da olması məlumdur. Öhdəliyin icra olunmaması maddi vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməklə, başqa şəxslər qarşısında borclu qalmağına səbəb olmuşdur. Cavabdehin yaşadığı yaşayış evi ünvan 1 YAT ünvandır. Miras əmlakların kimə keçməsi barədə məlumatları yoxdur. Cavabdehin oğlunu axtarsa da, onu tapa bilməmişdir. Miras əmlakların vərəsələri barədə ondan başqa birisini aşkar etməmişdir. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən xx xxxx 2020-ci il tarixdə İddiaçı məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250.000 manat əsas borcun, 96.562 manat faiz məbləğinin birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən xx xxxxxx 2020-ci il tarixdə X3 ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə xx.xx.1990-cı ildən nikah münasibətində olduğunu, mübahisəli pul vəsaitinin birgə nikah dövründə payları bərabər olan əmlak olduğunu, İddiaçı xx.xx.2020-ci il tarixdə xəstəlik səbəbindən vəfat etdiyini, onun əsas mirasçısı olduğunu bildirmiş, məhkəmədən özünün iddiaçının prosessual hüquqi varisi qismində iştirakının təmin edilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 58-ci maddəsinə əsasən X1 iddiaçının prosessual hüquqi varisi qismində iştirakı barədə ərizəsini mümkün hesab etmişdir. İşə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılarkən xx xxxxxx 2020-ci il tarixdə İddiaçı prosessual hüquqi varisi Nahidə Rəhimova məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi üzrə 250.000 manat əsas borcun, 107,550 manat faiz məbləğinin birgə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, borc məbləğinin Cavabdeh1 Cavabdeh3 tərəfindən qəbul edilmiş sadalanan əmlaklara yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçının prosessual hüquqi varisi X1 xeyrinə 250.000 (iki yüz əlli min) manat əsas borcun və 18.696 (on səkkiz min altı yüz doxsan altı) manat faiz məbləğinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və Cavabdeh2 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə əsassız olması sübuta yetirilir və bu səbəbdən qətnamə iddia tələbinin təmin edilməsi hissəsində qismən ləğv edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməlidir. Cavabdeh1 ünvan 2 YAT ünvanında qeydiyyatda olmuşdur və həmin ünvana gələn məktublar da ona müvafiq poçt idarəsi tərəfindən çatdırılmışdır, lakin cavabdehə iddiaçı tərəfindən pretenziya qaydasında göndərilən hər hansı məktub gəlib çatmamışdır. İddiaçı cavabdehlərlə qabaqcadan danışıqlar aparmadan birbaşa iddia tələbi ilə məhkəməyə müraciət elmişdir. İddiaçı fərdi sahibkardır, onun VÖEN-i **********-dir. Cavabdeh1 da fərdi sahibkardır, onun VÖEN-i isə **********-dir. Borc məbləği isə tərəflərin Rusiya Federasiyasındakı ortaq bizneslərinin genişləndirilməsi məqsədilə verilmişdir. Müqavilə fərdi sahibkarlar İddiaçı və Cavabdeh1 arasında kommersiya məqsədləri üçün bağlanmışdır. Lakin, məhkəmə ümumiyyətlə tərəflərin fərdi sahibkar olması ilə bağlı araşdırma aparmamışdır. İddiaçı tərəfindən mübahisənin pretenziya qaydasında həlli qaydasına riayət edilməməmiş, Kredit müqaviləsinin 9-cu maddəsinin və o, cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin tələbləri, yəni məhkəmə aidiyyatı qaydası pozulmuşdur. İddiaçı və cavabdeh fərdi sahibkardır, borc isə tərəflərin ortaq bizneslərinin genişləndirilməsi məqsədilə verilmişdir. Məhkəmə tərəflərin fərdi sahibkar olması ilə bağlı araşdırma aparmamışdır. İşə Bakı Kommersiya Məhkəməsində baxılmalı idi. Bununla da Məhkəmə aidiyyat qaydalarını pozaraq işi icraata qəbul etmişdir. İddiaçının hələ 2017-ci ilin iyul ayında Müqavilənin cavabdeh tərəfindən ondan asılı olmayan hallardan icra edilə bilməməsi barədə məlumatı olmuş, lakin Müqavilənin müddətinin bitməsinə, borc alanın ölməsinə baxmayaraq iddia tələbini 3 il sonra qaldıraraq, süni şəkildə Mülki Məcəllənin 439.3-cii maddəsi ilə daha çox məbləğdə faiz hesablanmasına çalışmışdır. Halbuki, iddiaçı tam əmin idi ki, cavabdeh 2017-ci ilin iyul ayında öldüyündən Müqavilə üzrə öhdəlik icra edilməyəcəkdir. Məhkəmə əsas borca münasibətdə faizlər hesablanması üçün Mülki Məcəllənin 449.1 -ci maddəsinə istinad etməkdə də haqlı olmamışdır. Odur ki, qətnamə cavabdehdən 18.696 manat faiz məbləği tutulması hissəsində də əsassızdır. Apelyasiya şikayətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edildiyi yəni, “cavabdehlərdən 250.000 manat əsas borc və 18.696 manat faiz məbləği tutulması” hissəsində ləğv edilərək həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və vəkili və Cavabdeh2 vəkili Vəkil verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı prosessual hüquqi varisi X1 etibarnamə əsasında nümayəndəsi və vəkili X8 Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq İddiaçı prosessual hüquqi varisi X3, Cavabdeh3, onun etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, borc verən İddiaçı ilə borc alan Cavabdeh1 arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış xx xxxx 2017-ci il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 İddiaçı xx.xx.2017-ci il tarixədək qaytarmaq şərti ilə 250.000 manat faizsiz kredit almışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MA № ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Dübəndi kəndi bağ sahəsi, “Gülüstan” b/y-nın 39/40 saylı bağ sahəsi Cavabdeh1 xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında xx xxxx 2010-cu il tarixdə ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan, Bakı şəhəri 34 saylı Notariat Ofisi tərəfindən vəkil A.M.Atakişiyevə ünvanlanmış xx xxxx 2020-ci il tarixli, 21/2020 saylı arayışdan görünür ki, Cavabdeh1 vərəsələri və qalmış miras əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə müraciətlə bağlı bildirilmişdir ki, Cavabdeh1 vərəsəsi arvadı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlakların siyahısı: 1. Bakı şəhəri, Xəzər rayonu, X10, “Arzu” B/Y-nın 3-cü Şimal küçəsi, 193 saylı bağ sahəsi; 2. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nın 45/46 saylı bağ sahəsi; 3. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 43/44 saylı bağ sahəsi;
4. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nın 41/42 saylı bağ sahəsi; 5. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 39/40 saylı bağ sahəsi; 6. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 31/32 saylı bağ sahəsi; 7. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 29/30 saydı bağ sahəsi; 8. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 27/28 saylı bağ sahəsi; 9. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan”B/Y-nin 23/24 saylı bağ sahəsi; 10. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 25/26 saylı bağ sahəsi; 11. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 19/20 saylı bağ sahəsi; 12. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 21/22 saylı bağ sahəsi; 13. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Ynin 17/18 saylı bağ sahəsi; 14. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 15/16 saylı bağ sahəsi; 15. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 13/14 saylı bağ sahəsi; 16. Bakı şəhəri, Əzizbəyovr rayonu, X10, “Gülüstan” B/Y-nin 11/12 saylı bağ sahəsi; 17. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 9/10 saylı bağ sahəsi; 18. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 7/8 saylı bağ sahəsi; 19. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 5/6 saylı bağ sahəsi; 20. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nın 1/2 saylı bağ sahəsi; 21. Bakı şəhəri, Əzizbəyov rayonu, X10, “Gülüstan” B/Y-nin 3/4 saylı bağ sahəsi; 22. “ELİNA-A” (VÖEN **********) fırmasındakı Cavabdeh1 məxsus pay; 23. **-UA-*** dövlət nömrə nişanlı VOLKSWAGEN PASSAT MİNİK markalı nəqliyyat vasitəsi; 24. **-VH-*** dövlət nömrə nişanlı HYUNDAİ SANTA FE MİNİK markalı nəqliyyat vasitəsi. İş materiallarında olan, AZ-İİ 079127 saylı, xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin iyul ayının 21 günündə 840 № ilə qeyd edilmişdir. İş materiallarında olan V-ЖГ 334464 saylı, xx xxx 1990-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X4 xx xxx 1990cı il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1990-cı ilin may ayının 22 günündə 25 № ilə qeyd edilmişdir. İş materiallarında olan İ-KB 784451 saylı, xx xxxx 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə RF-nın Astraxan vilayətinin Astraxan şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin iyul ayının 4 günündə 3346 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından göründüyü kimi, tərəflər arasındakı münasibət borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işguzar adətlərə və ya adətə irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 529.6-cı maddəsinə əsasən əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının məmafelərini alnmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutlar və maddi hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmişdir ki, “borc verən” İddiaçı “borc alan” Cavabdeh1lə xx xxxx 2017-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh1 250.000 manat məbləğində borc vermiş, “borc alan” krediti xx.xx.2017-ci il tarixədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 xx xxxx 2017-ci il tarixdə RF-nın Astraxan şəhərində, İddiaçı isə xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Mərhum Cavabdeh1 vərəsəsi onun arvadı Cavabdeh3dır və o, miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh1 tərəfindən götürülən borc məbləği nə onun özü tərəfindən kredit müqaviləsində göstərilən tarixdə, nədə vəfat etdiyi xx xxxx 2017-ci il tarixədək, nə də, onun ölümündən sonra vərəsələri tərəfindən İddiaçı qaytarılmamışdır. Eyni zamanda birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdehlər tərəfindən borcun qaytarılması üzrə öhdəliklər lazımi qaydada yerinə yetirlməmişdir. Belə olduğu təqdirdə, iddiaçı ona dəymiş ziyanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən tələb etməkdə haqlıdır, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, cavabdehlər məhkəmə iclasında bildirmişlər ki, borc müqaviləsi barədə onlara 2020-ci ilin yanvar ayında məlum olmuş, odur ki, həmin hissədə iddia tələbi qismən, yəni 2020-ci ilin yanvar-oktyabr ayları üçün bank uçot dərəcəsi ilə 18.696 manat məbləğində təmin edilməlidir. Göründüyü kimi Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində istinad etdiyi hallarla bağlı apelyasiya şikayətinə heç bir sübut əlavə etməmiş, apelyasiya məhkəməsinin iclasında iştirak edərək şikayətində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh2 müqavilə üzrə əsas borc olan 250.000 manatın tutulması hissəsində iddianı qəbul etməsinə və əsas borcla bağlı iddia tələbinə heç bir etiraz etməməsinə baxmayaraq, qətnamənin iddianın qismən təmin edildiyi, yəni “cavabdehlərdən 250.000 manat əsas borc və 18.696 manat faiz borcunun tutulması” hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etməsi əsaslı hesab edilə bilməz. Bundan başqa, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində iddiaçı tərəfindən mübahisənin pretenziya qaydasında həlli qaydasına riayət edilməməsini, Kredit müqaviləsinin 9-cu maddəsinin və o, cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinin, yəni məhkəmə aidiyyatı qaydasının pozulduğunu, iddiaçı və cavabdehin fərdi sahibkar olduğunu, borc məbləğinin isə tərəflərin ortaq bizneslərinin genişləndirilməsi məqsədilə verildiyini, işə Kommersiya Məhkəməsində baxılmalı olduğunu göstərsə də, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehlər tərəfindən bununla əlaqədar heç bir etiraz, vəsatət verilməmiş, narazılıq bildirilməmiş, əksinə iş materialları ilə tam sübuta yetirilmişdir ki, cavabdeh pulu iddiaçıdan notariat qaydasında imzaladığı kredit müqaviləsinə əsasən almışdır və iş materiallarında tərəflər arasındakı borc öhdəliyinin sahibkarlıq sahəsində yaranmasını sübut edən hallar müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsində qeyd edilir ki, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Müqavilənin 9-cu maddəsinin məzmunu mübahisənin “kommersiya” mübahisəsi və pretenziya verilməli olması tələbi ilə heç bir bağlılığı yoxdur. Digər tərəfdən, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 notarial qaydada yazılı müraciətlər edilərək mübahisənin həlli təklif olunmuş, lakin cavabdehlər (hüquqi varislər) buna heç bir cəhd göstərməmişlər. Eyni zamanda hazırki müqavilədən açıq-aydın görünür ki, burada hər hansı sahibkarlıqla bağlılıq yoxdur, tərəflər sahibkar kimi deyil fiziki şəxs kimi çıxış etmişlər. Bundan başqa Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində Azərbaycan Respublikasına aid vergi qeydiyyatına dair elektron sənədlərə və tərəflərin Rusiya Federasiyasında ortaq biznes qurmalarına istinad etsə də, ortaq biznesə dair hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Əksinə Cavabdeh2 özü xx xxxx 2017-ci il tarixli kredit müqaviləsindən məlumatı olmadığını, 2020ci ilin yanvar ayında iddiaçı ilə görüş zamanı bunun ona məlum olduğunu bildirməsi barədə birinci instansiya məhkəməsindəki izahatı apelyasiya şikayətinin qeyd olunan dəlilinin əsassız olduğunu sübut edir. Bundan başqa məhkəmə kollegiyası hesab edirki, birinci instansiya məhkəməsi cavabdehlərdən faiz məbləğinin tutulması hissəsində iddia tələbini qismən təmin etməkdə, yəni 2020-ci ilin yanvar-oktyabr ayları üçün bank uçot dərəcəsi ilə 18.696 manat məbləğində faiz məbləğinin iddiaçının xeyrinə tutulması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” xx xxxx 2009-cu il tarixli qərarında gösərmişdir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-nin bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-nin “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində göstərilən hallarla bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Bundan başqa Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara оbyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sоnra həmin sübutlara tətbiq edilməli hüquq nоrmalarına müvafiq оlaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh3 etibarnamə əsasında nümayəndəsi və eyni zamanda Cavabdeh2 apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1044/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Qürbət Əsgərov Hakimlər İkram Şirinov Vahid Sadıqov