Məhkəmə qərarları › İş №2(103)-2045/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2045/2025

13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2045/2025 13.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Məhkəmə katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi Nümayəndə1, Cavabdeh nümayəndəsi (anası) Nümayəndə3 iştirakı ilə, İddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-34/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” KB Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə X2 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli 1xx/xx/116990/15 saylı kredit müqaviləsi üzrə borclunun faktiki varisi Cavabdeh 3620,10 manat məbləğində əsas borc, 1208,57 manat məbləğində faiz borcu, 2816,72 manat məbləğində cərimə borcu, 542 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 8187,39 manat məbləğində pulun, 101,88 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-34/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaitinin və 6,22 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-34/2025 nömrəli qətnaməsindən iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının nümayəndəsi Nümayəndə1 cavabdehlə iddiaçı arasında xx.xx.2025-ci il tarixdə “Barışıq Sazişi” bağlandığını, ona görə də barışıq sazinin təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi (anası) Nümayəndə3 izahatında iddiaçı ilə aralarında xx.xx.2025-ci il tarixdə “Barışıq Sazişi” bağlandığını, sazişin şərtləri ilə tam razı olduğunu, sazişin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda: 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin; 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Maddə 370.1. Apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Maddə 370.2. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Maddə 384.0.5. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Tərəflərin təqdim etdikləri xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtləri aşağıdakılardır: Bir tərəfdən ləğv prosesində olan QSC “Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5 şəxsində, (bundan sonra "İddiaçı” adlanacaq); Digər tərəfdən X1 hüquqi varisi olan Cavabdeh (şəxsiyyət vəsiqəsi: AZE ********) (bundan sonra “Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti İddiaçı QSC "Bank Standard" KB ilə X2 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 1xx/xx/116990/15 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdehin 15 iyul 2015-ci il tarixli, 1xx/xx/116990/15 saylı kredit müqaviləsi üzrə 3.620,10 manat məbləğində əsas borc, 1.208,57 manat məbləğində faiz borcu, 2.816,72 manat məbləğində cərimə borcu, 542 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8187,39 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən əsas borcdan 3.620,10 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə (1.208,57 manat faiz borcu, 2.816,72 manat cərimə borcu, 542 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu) güzəşt tətbiq edilir. 2.3.Bu Sazişin 2.2-ci bəndində göstərilən əsas borcdan (3.620,10 manat) 120,10 manat məbləği 30 iş günü müddətində ödənildikdən sonra əsas borca görə qalan 3500 manat qalıq borcu 35 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 100 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4.İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5.Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 8187,39 manat məbləğində borc Cavabdehdən tutulacaqdır. 2.6.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 ay ərzində ardıcıl olaraq lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. 3.Sazişin qüvvədə olma müddəti 3.1 .Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam İcra etməsi anınadək qüvvədədir. 3.3.Tərəfİər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır. 4.Sazişə dəyişikllklər və əlavələr edilməsi qaydası 4.1.Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2.Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. 5.Yekun müddəalar 5.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-34/2025 qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankı ilə Cavabdeh arasında aşağıdakı şərtlərlə imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan QSC “Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi X5 şəxsində, (bundan sonra "İddiaçı” adlanacaq); Digər tərəfdən X1 hüquqi varisi olan Cavabdeh (şəxsiyyət vəsiqəsi: AZE ********) (bundan sonra “Cavabdeh” adlanacaq), İddiaçı və Cavabdeh (bundan sonra "Tərəflər") aşağıdakı şərtlər əsasında qarşılıqlı razılıqla bu Sazişi imzaladılar. Maddə 1. Sazişin predmeti İddiaçı QSC "Bank Standard" KB ilə X2 arasında bağlanmış 15 iyul 2015-ci il tarixli, 1xx/xx/116990/15 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mübahisə. Maddə 2. Sazişin şərtləri 2.1.Tərəflər təsdiq edirlər ki, Cavabdehin 15 iyul 2015-ci il tarixli, 1xx/xx/116990/15 saylı kredit müqaviləsi üzrə 3.620,10 manat məbləğində əsas borc, 1.208,57 manat məbləğində faiz borcu, 2.816,72 manat məbləğində cərimə borcu, 542 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 8187,39 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2 Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən əsas borcdan 3.620,10 manat ödənildiyi təqdirdə İddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə (1.208,57 manat faiz borcu, 2.816,72 manat cərimə borcu, 542 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu) güzəşt tətbiq edilir. 2.3.Bu Sazişin 2.2-ci bəndində göstərilən əsas borcdan (3.620,10 manat) 120,10 manat məbləği 30 iş günü müddətində ödənildikdən sonra əsas borca görə qalan 3500 manat qalıq borcu 35 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 100 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.4.İddiaçı bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.5.Tərəflər razılaşırlar ki, bu Sazişin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.2-ci bəndində göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 8187,39 manat məbləğində borc Cavabdehdən tutulacaqdır. 2.6.Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin Cavabdeh tərəfindən 2 ay ərzində ardıcıl olaraq lazımınca icra edilməməsi bu Sazişin 2.3-cü bəndinin şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır. 3.Sazişin qüvvədə olma müddəti 3.1 .Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir. 3.2. Bu Saziş tərəflərin öz öhdəliklərini tam İcra etməsi anınadək qüvvədədir. 3.3.Tərəfİər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bir-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır. 4.Sazişə dəyişikllklər və əlavələr edilməsi qaydası 4.1.Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. 4.2.Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir. 5.Yekun müddəalar 5.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 5.2.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur. 5.3.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)- 34/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı LPO QSC “Bank Standart” Kommersiya Bankının Cavabdeh qarşı “kredit borcunun qaytarılması tələbinə” dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar