Məhkəmə qərarları › İş №2(103)-2047/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2047/2023

26.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2047/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “Cavabdeh1” X16ə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Afaq qızına qarşı iddia tələbləri üzrə (Açar sözlər: həkim səhvi, düzgün müayinənin aparılmaması, müalicə vasitələrinin düzgün seçilməməsi nəticəsində vurulan ziyan, ekspert rəyi, sübutetmə yükü) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, cavabdeh “Cavabdeh1” X16 nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi (vəkili), həmçinin digər Cavabdeh3 vəkili Vəkil3 iştirakları ilə İddiaçı “Cavabdeh1” X16ə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh3 Afaq qızına qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı xx.xx.2019-cu il tarixində Bakı şəhərində, “Cavabdeh1”ndə doğulmuş X4 anasıdır.

2. İddiaçı hamiləliyinin 2-3-cü ayından 7-ci ayına kimi müalicəni "xxxx" MMC-də (“Vital Klinika”) almışdır.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Cavabdeh1” X16 xx.xx.2020-ci il tarixli 2417 saylı epikrizinə görə, uşaq xx.xx.2020-ci il tarixində kafi vəziyyətdə sahə həkiminin və cərrahın nəzarəti altında evə yazılmış, cərrahın, travmatoloq-ortopedin, nevropotoloq, kardioloq, otolarinqoloq və oftalmoloqun mütləq baxışının vacibliyi haqqında valideyn məlumatlandırılmışdır.

4. xx.xx.2019-cu il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-də rentgen müayinəsindən keçirilmiş, müəyyən edilmişdir ki, onun sağ baldır sümüklərinin ön-arxa proyeksiyada çəkilmiş rentgenoqrammasında qamış sümüyün disal hissəsi deformasiyalıdır, bir qədər əyilmişdir, distal metadiafizdə sümük iliyi kanalında şəffaf sahə qeyd olunur, çanaq rentgenoqrafiyasında hər iki tərəfdə bud çanaq oynaq yarığları normaldır, bud sümüklərinin başları qeyd olunmur, soldan Şelton xətti bir qədər qeyridüzgündür, sol bud sümüyünün epimerafizar hissəsində laterallda kiçik şəffaf sahə qeyd olunur, sol bazu sümüyünün ön-arxa proyeksiyada çəkilmiş rentgenoqrammasında bazu sümüyünün proksmal hissəsi bir qədər əyridir, epimetafizar hissəsinin konturları nahamardır, kortikal qat qalınlaşmışdır, sklerozlaşmışdır, sümük iliyi kanalı daralmışdır.

5. xx.xx.2019-cu il təvəllüdlü X4 üzərində xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində “sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmış, xx.xx.2020-ci il tarixində o, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin prof.Ə.F.Qarayev adına 2 saylı Klinik Uşaq xəstəxanasında müayinədən keçmiş, xəstəyə BERA testinin əsasında “İki tərəfli çox ağır (Vİ) dərəcəli sensonevral tip eşitmə azlığı” diaqnozu qoyulmuşdur.

6. İddiaçı, qızı Alsu Səfiyeva və qohumu Fəridə Səfiyeva uşağın müayinəsi məqsədilə xx.xx.2020-ci il tarixdə X18 məxsus təyyarə ilə Ankara şəhərinə getmiş, xx.xx.2020-ci il tarixdə Ankara-Bakı təyyarə reysi ilə geri dönmüşlər.

7. xx.xx.2019-cu il təvəllüdlü X10 xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək Ankara Universiteti Tibb Fakültəsinin Araşdırma və Uyğulama Xəstəxanasında müayinə (müalicə) olunmuş, xəstənin epikrizində xəstəlik tarixçəsi, labaratoriya nəticələri, qoyulan diaqnoz və digər məlumatlar əks edilmişdir. Həmin müayinələrdə uşağın sol bud, sağ baldır və sol bazu sümüklərində ciddi deformasiyalar və iltihab aşkar olunmuş, uşağa multifokal xroniki osteomielit diaqnozu qoyulmuşdur.

8. X12 Universiteti Tibb Fakültəsinin Araşdırma və Uyğulama Xəstəxanasında müayinələri üçün 0830218, ******* və ******* saylı xx.xx.2020-ci il tarixli kassa mədaxil qəbzləri əsasında cəmi 3086,99 TL (Türk Lirəsi) ödəniş həyata keçirilmişdir.

9. Alsu Səfiyevanın “Star Junior” X19 Mərkəzində loqoped dərsləri üçün xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə həmin Mərkəzə ümumilkdə 235 manat vəsait ödənilmişdir.

10. Alsu Səfiyevanın “Qüsursuz Nitq” korreksiya mərkəzində aldığı psixoloq və loqoped xidmətləri ilə bağlı həmin mərkəzə cəmi 3920 manat ödəniş olunmuşdur.

11. Alsu Səfiyeva üçün xx.xx.2020-ci il tarixdə “Sumo DM” modelli kind səs eşitmə cihazı alınmış, həmin cihaz üçün 2100 manat ödənilmişdir.

12. Alsu Səfiyevanın “X21” da müayinələri üçün xx.xx.2020-ci il tarixdə cəmi 223 manat ödəniş olunmuşdur.

13. Alsu Səfiyevanın "xxxx" MMC-də xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə müayinələrdən keçirilməsinə görə həmin MMC-nə cəmi 95 manat ödənilmişdir.

14. Alsu Səfiyevanın “X14”də müayinələrdən keçirilməsinə görə ümumilikdə 718 manat ödəniş olunmuşdur.

15. Alsu Səfiyeva xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə Respublika Diaqnostika Mərkəzində müayinələrdən keçirilmiş, həmin Mərkəzə ödənilməli olan 330 manat X20 tərəfindən ödənilmişdir.

16. Alsu Səfiyevanın üzərində Koxlear İmplant əməliyyatı icra olunmuş, bu əməliyyatın xərcləri X20 tərəfindən qarşılanmışdır. “Koxlear İmplantlı şəxslərə Sosial Yardım İctimai Birliyi”nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, “2020-ci ildən etibarən Koxlear İmplant əməliyyatı İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilir, xidmətlər zərfinə daxil olan Koxlear implantasiyasının dəyəri 30 000 manat təşkil edir. Bununla dövlətin dəstəyi bitir, əməliyyatdan sonrakı çətin mərhələdə bütün çətinliklər valideynin üzərinə düşür, çünkü Koxlear cihazı baha olduğu kimi, hissələri də bahadır və dövlət tərəfindən təmin olunmur. ...Cihaz texniki vasitə olduğu üçün köhnəlir, sıradan çıxır, müddətli şəkildə dəyişməsi şərtdir. Qiyməti isə ölkələrə görə dəyişir”.

17. Koxlear cihazının batareya xərci üçün 2021-ci ilin aprl ayından sonra ümumilikdə 2859,51 TL (Türk Lirəsi) ödəniş həyata keçirilmişdir.

18. Alsu Səfiyevanın loqopedə və psixoloq yanına aparılması üçün istifadə olunmuş avtodayə xidmətlərinə görə ümumilikdə 1467 manat ödənilmişdir.

19. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən Alsu Səfiyevaya əlillik verilmiş, diaqnoz olaraq “Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi. Yenidoğulmuşların bağırsaq çöpləri (Eshherichia coli) tərəfindən törədilən sepsis. Otoloji və audioloji implantların olması” göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı (iddiaçı) “Cavabdeh1” publik hüquqi şəxsə və "xxxx" MMC-nə (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərin hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100 000 manatın, mənəvi zərərin əvəzi olaraq 50 000 manatın tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, hamiləliyi dönəmində “Vital Klinika”da ("xxxx" MMC) həkim Cavabdeh3 nəzarəti altında müalicə almış, hamiləlik dövründə uşaqda və özündə heç bir problem olmamış, mütəmadi etdirdiyi müayinələrin nəticələrinə görə sağlam hamiləlik keçirmişdir. Səltənət xanım onun müalicə həkimi olmaqla yanaşı, həm də doğuş həkimi olmalı, doğuşu o həyata keçirməli idi. xx.xx.2019-cu il tarixdə gecə saatlarında erkən doğuş təhlükəsi yaranmış, buna görə dərhal həkimi Cavabdeh3 ilə telefonla əlaqə saxlamış, Səltənət xanım bildirmişdir ki, onların klinikası erkən doğuşları həyata keçirmir və bununla bağlı “Vital Klinika”da köməklik edə bilməzlər. Bu səbəblə təkidlə “Perinatal Mərkəz”ə getməsini təkid etmiş, o isə həkimə doğuş həkiminin məhz o olduğunu, doğuşun onun tərəfindən həyata keçiriləcəyini bildirmiş, lakin Cavabdeh3 onu çətin vəziyyətdə tək qoyaraq doğuşun həyata keçirilməsində həkim kimi iştirak etməkdən imtina etmişdir. Halbuki bütün müalicə dövründə cavabdeh klinika və xanım həkim erkən doğuş təhlükəsi yaranacağı halda tibbi xidmət göstərməyəcəklərinə dair onu məlumatlandırmamışlar, bu barədə ona xəbərdarlıq olunmamışdır. “Əhalinin Sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin tələbinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Səltənət xanımın ona tibbi xidmət göstərməli olması halında bundan imtina etdikdən sonra çarəsiz qalaraq “Perinatal Mərkəz”ə müraciət etməli olmuş, xx.xx.2019-cu il tarixdə övladı X10 dünyaya gəlmişdir. “Perinatal Mərkəz”də olduğu ilk gündən orda olan sanitar-epidemioloji vəziyyətin bərbadlığı, göstərilən tibbi xidmətlərin səviyyəsinin aşağı olması onu artıq narahat etmiş, özəl klinikaya köçürülmək üçün yenidən Səltənət xanımla əlaqə saxlamışdır. Səltənət xanım ikinci dəfə öz klinikalarında ona xidmət göstərə bilməyəcəklərini və digər klinikalara getməyin də lüzumsuz olduğunu bildirirək “Perinatal Mərkəz”də qalmağı təkidlə xahiş etmişdir. X15 erkən doğulsa da, erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulmuş, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmamışdır. Lakin doğuşdan iki gün sonra uşağın vəziyyəti pisləşmiş və uşaqda ağırlaşmalar müşahidə olunmuşdur. “Perinatal Mərkəz”in həkimləri (Dilarə xanım və digərləri) uşağın səhhətində nə baş verdiyini bilmədən, heç bir müayinə aparmadan uşağa ağır antibiotik müalicələri tətbiq etməyə başlamış, müalicələri tətbiq etməyə başlayandan sonra uşaqla bağlı qanda bakteriyanın olub-olmamasının müəyyən edilməsi üçün uşağın qanına dair digər klinikalardan birində analiz verilməsi üçün göstəriş vermişlər. “X2”na qandan nümunələr təqdim olunmuş və 1 həftədən sonra çıxan nəticələrdə uşağın bağırsağında bakteriya aşkarlanmışdır. Bu bir həftə müddətində həkimlər müayinənin nəticəsini gözləmədən uşağa ağır antibiotik müalicələri tətbiq etmiş, bununla bağlı həkimlərə dəfələrlə xəbərdarlıq etmişdir ki, bu antibiotiklər çox ağırdır və uşağın digər orqanlarına, əsasən də eşitmə orqanlarına fəsadlar verə bilər. Lakin həkimlər onu arxayın etmişlər ki, həmin antibiotiklər yüngül xarakterlidir və uşağa hər hansı bir ziyanı yoxdur. Uşağa çox ağır antibiotiklərin tətbiq edildiyini, sonradan, yəni xx.xx.2020-ci il tarixli epikrizi aldıqdan sonra bilmişdir. Həmin epikrizdən də müəyyən olunur ki, uşağın antibiotiklərə davamiyyətini müəyyən etmədən ona ağır antibiotik müalicələri ediblər. Uşaqda tapılan bağırsaq infeksiyası “Perinatal Mərkəz”də həkimlərin sanitariya qaydalarına riayət etməməsi və həkim səhlənkarlığı nəticəsində meydana gəlmişdir. Bu hal “X2” tərəfindən verilmiş qanın müayinəsinin nəticələrində də əks olunur, həmin arayışda qeyd edilir ki, kontaminasiya (xəstəxanadaxili infeksiya) ola bilər. Ana bətnində olarkən uşaqda həmin infeksiyanın olması qeyri-mümkündür, belə ki, hamiləlik vaxtı və doğuşdan sonra edilən müayinələrin nəticəsindən görünür ki, anada heç vaxt həmin infeksiya olmamışdır. Belə olan halda infeksiya məhz xəstəxanada salınmışdır. Bu hal həkimlərin uşağın səhhətinə vurduqları birinci zərərdir, ən dəhşətli və faciəvi zərərlər isə hələ qarşıda imiş. “Perinatal Mərkəz” tərəfindən verilmiş epikrizlə tanış olduqdan və uşağa vurulan antibiotikləri gördükdən sonra uşağın səhhətilə bağlı daha da narahat olmağa başlamış və uşağın müayinələrini başqa klinikalarda aparmışdır. "xxxx"nın xx.xx.2020-ci il tarixli rentgen müayinə protokollarından və X13 Fakültəsi Araştırma və X8 Mərkəzinin xx.xx.2020-ci il tarixli epikrizindən müəyyən olunur ki, uşağın sol bud, sağ baldır və sol bazu sümüklərində ciddi deformasiyalar və iltihab aşkar olunmuş, uşağa multifokal xroniki osteomielit diaqnozu qoyulmuşdur. Uşaqda yaranan bu xəstəlik “Perinatal Mərkəz”in həkimlərinin uşağa tətbiq etdiyi səhv müalicə nəticəsində yaranmışdır. Uşaq daimi olaraq terapevtik müalicələr alır, daim terapevtin nəzarəti altındadır. Bu müalicələr hələ ki, müsbət nəticə vermir və irəli zamanlarda uşağın əməliyyat olunmağına zərurət yaranacaqdır. Qızının səhhətinə dəymiş ziyanlar azmış kimi sonradan onun hər iki qulağının eşitmədiyini öyrənmişdir. “Respublika Diaqnostika Mərkəzi”nin xx.xx.2020-ci il tarixli test nəticələrindən müəyyən olunur ki, hər iki qulaqda 100 db nhl-də dalğa forması əldə edilməmişdir. 2 saylı X5 xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, xəstəyə Bera testinin əsasında iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə azlığı diaqnozu qoyulmuşdur. Uşaqda xx.xx.2020-ci il tarixində Respublika Diaqnostika Mərkəzində "Sağ tərəfli koxlear implantasiya” əməliyyatı aparılmışdır. Uşaqda eşitmə qüsuru məhz “Perinatal Mərkəz”in həkimlərinin tətbiq etdiyi ağır antibiotik müalicəsi nəticəsində yaranmışdır. Belə ki, tətbiq olunan antibiotiklərdən ampissillin, amikasin vankomisin, ciprofloxaein, antifinqal, penloqlobulin eşitmə orqanlarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərən və sıradan çıxaran antibiotiklərdir. Hazırda uşağı yerimə və eşitmə qüsurlu uşaqdır, daim həkimlərin nəzarəti altındadır və normal uşaq həyatı keçirə bilmir. Qulaq üçün nəzərdə tutulmuş aparat ancaq bir qulağa qoyulmuş və digər qulaq ümumiyyətlə öz funksiyalarını icra edə bilmir. Həmin aparat da uşaq çiməndə və ya yatanda çıxarılır, körpə 1 yaşlı uşaq tamamilə səssiz bir vəziyyətdə və rejimdə qalır, bu hal uşağın psixologiyası üçün ağır nəticələr törədir. “Vital Klinika”da müalicə olunduğu dövrdə ona erkən doğuş olduğu halda tibbi xidmət göstərə bilməyəcəkləri barədə xəbərdarlıq etmədiklərinə görə bu barədə tədbirlərini görməyə vaxtı olmamış, məhz həmin Klinikanın və həkimlərinin səhlənkarlığına görə məcbur qalaraq “Perinatal Mərkəz”ə müraciət etmişdir. Uşağının bu vəziyyətdə olmasının məsuliyyəti həm də “Vital Klinika”nın üzərinə düşür, “Perinatal Mərkəz”də isə sağlam uşaq doğulduğu halda həkim səhlənkarlığı və sanitarıya qaydalarına riayət olunmaması nəticəsində uşağa infeksiya salmışlar, həmin infeksiya isə düzgün müalicə olunmamış və tətbiq edilən ağır müalicələr nəticəsində uşaq hazırda yerimə və eşitmə qüsurludur. Bütün bu faciəvi nəticələr cavabdehlərin səhlənkarlığı və həkim heyətinin yetəri qədər savadının olmaması nəticəsində meydana gəlmişdir. Bu hallarla bağlı hüquqmühafizə orqanlarına da şikayətlər etmişdir. Cavabdehlərin törətdiyi qanunsuz əməllər nəticəsində ona ilk növbədə maddi ziyan dəymişdir və bundan sonra uşağın xüsusi baxımı və müalicəsi üçün külli miqdarda pul vəsaitinin zəruri olacağı istisna edilmir. Ona görə də vurulmuş maddi ziyan və bundan sonra zəruri olacaq xərclər üçün cavabdehlərdən 100 000 manat tutulub ona ödənilməlidir. Həmçinin maddi ziyanla yanaşı cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona mənəvi ziyan da dəymişdir. Belə ki, bir ildən çoxdur ki, uşağını bu vəziyyətdə görərək dərin mənəvi iztirab keçirir. Sağlam doğulmuş uşağın hazırda eşitmə və yerimə qüsurlu olması bir ana kimi ona dərin əzablar verir, övladı normal həyat yaşamaqdan məhrum edilib. Bir ildən çoxdur ki, o və uşağı mütəmadi olaraq həkimlərə gedir, övladının keçirdiyi və keçirəcəyi psixoloji travmalardan danışsa, bu iddia ərizəsinin sonu olmaz. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı, mənəvi zərəri də ödəməlidirlər. Cavabdehlər tərəfindən ona və övladına vurulmuş mənəvi ziyanın dəyərini hesablamaq mümkün deyil, çünki bir ana kimi keçirdiyi mənəvi ağrıların, övladının isə bu yaşda aldığı və gələcəkdə də alacağı psixoloji travmaların əvəzi ola bilməz.

22. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmiş, "xxxx" MMC-nin, “Cavabdeh1" X16 və “Vital Klinika”nın baş həkimi Cavabdeh3 Afaq qızının hərəkətlərinin qanunsuz hesab edilməsi, "xxxx" MMCdən, “Cavabdeh1” publik hüquqi şəxsdən və “Vital Klinika”nın baş həkimi Cavabdeh3 Afaq qızından müştərək qaydada maddi ziyanın əvəzi olaraq 100 000 manatın, mənəvi zərərin əvəzi olaraq 50 000 manatın tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. "xxxx" MMC-nin nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçı hamiləliyinin 2-3 ay ayından 7-ci ayına kimi müalicəni “Vital Klinika”da almış, hamililəlik nasaz olmuşdur. Klinika erkən doğuşla bağlı xidmət göstərsə də, küvez qiymətləri baha olduğundan bu barədə depozit qoyulması barədə iddiaçıya məlumat verilmiş, lakin iddiaçı ödənişsiz olduğuna görə erkən doğuş üçün “Perinatal Mərkəz”ə müraciət etmişdir.

24. “Cavabdeh1” publik hüquqi şəxsi iddiaya qarşı yazılı etiraz verərək, müəssisədə sanitar-epidemioloji vəziyyətə tam riayət olunduğunu, bu sahədə mütəmadi yoxlamalar aparıldığını, uşaq doğulandan etibarən vəziyyyətinin ağır qiymətləndirildiyini, küvəz rejimində tənəffüs terapiyası aldığını, doğulandan sonra ilk saatlarda müayinələr aparıldığını və vaxtından əvvəl doğulmuşların klinik protokoluna əsasən antibakterial terapiyaya başlandığını, xx.xx.2019-cu il tarixdə qandan verilən bakterioloji analizdə hemokulturanın yoxlanılması tövsiyyə edilsə də, yalnız aerob mikroflora yoxlanıldığından, xx.xx.2020-ci il tarxdə təkrar aerob və anaerob müayinəyə göndərildiyini, doğumun 3-cü günündən uşağın vəziyyətində kəskin pisləşmə qeyd olunduğundan antibakterial müalicənin gücləndirildiyini, ananın hamiləlik müddətində keçirdiyi infeksiyalar barədə məlumat olmasa da, mübadilə kartında yaxma analizində maya göbələyi olduğu göstərildiyini, uşaqda bətndaxili sepsisin fəsadları olan ağırlaşmalar barədə valideynlərə məlumat verildiyini, eşitmə qüsurunun erkən doğumun nəticəsi ola biləcəyini bildirmişdir.

25. Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli qərardadla iş üzrə məhkəmə-tibbi və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.

26. Azərbayacan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16in xx.xx.2021-ci il tarixli 740 saylı komisyon ekspert rəyində göstərilmişdir ki, “Cavabdeh1” X16də İddiaçı adına tərtib edilmiş doğum tarixinə əsasən o, xx.xx.2019-cu il tarixdə saat 06:30- da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. "Respublika Diaqnostika Mərkəzi”ndə X4 adına tərtib edilmiş tibbi sənəddən görünür ki, o, xx.xx.2020-ci il tarixdə “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi” diaqnozu ilə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinələr əsasında diaqnoz öz təsdiqini tapmış və onun üzərində xx.xx.2020-ci il tarixdə “Koxlear implant” cərrahiyə əməliyyatı icra olunmuşdur. Bunun da yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir. Alsu Səfiyevanın mütəxəssis müayinəsi zamanı çəkilmiş çanaq və diz oynaqlarının rentgen müayinəsində onun dizçanaq və diz oynaqlarında hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Müalicəyə sərf olunacaq vəsaitin təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. İddiaçı “Vital Klinika”da ultrasəs və laborator müayinələrdən keçmiş və müayinələr zamanı hər hansı bir patoloji dəyişiklik müəyyən edilməmişdir. Aparılmış müayinələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr onun vəziyyətinə uyğun olmuş və yenidoğulmuşun vəziyyətinin ağırlaşmasına səbəb ola bilməsi istisna edilir. İddiaçı yenidoğulmuş uşağına aparılmış müayinə və müalicələr Səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur”.

27. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əlavə və təkrar məhkəmə tibbi-ekspertizası təyin edilmişdir.

28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16in 961 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, “Cavabdeh1” X16də İddiaçı adına tərtib edilmiş doğum tarixinə əsasən o, xx.xx.2019-cu il tarixdə saat 06:30-da dölyanı mayenin axması ilə xəstəxanaya müraciət etmiş, aparılmış müvafiq müayinələrdən sonra ona “DQVƏC”. Baş gəlişi. H1D0H0. 33+3g həftəlik hamiləlik diaqnozu düzgün təyin edilmişdir. Həmin tarixdə təyin edilmiş diaqnoza uyğun olaraq doğuş “Qeysəriyyə kəsiyi” cərrahiyyə əməliyatı ilə sona çatdırılmışdır. Aparılmış müvafiq müayinələrdən sonra yenidoğulmuş uşağa “Yenidoğulmuşda bağırsaq çöpləri (Escherichia Coli) tərəfindən törədilən sepsisi. Osteomielit. Vaxtından əvvəl doğulmuş uşaq” diaqnozu düzgün təyin edilmişdir. Qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir. Aparılmış müalicələrin uşağın erkən doğumuna və ya doğuşdan sonra yaranmış fiziki qüsurlara səbəb olması istisna edilir. İddiaçı bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır. Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə proqnozun əvvəlcədən verilməsi mümkün deyildir. Alsu Səfiyevada “Eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi”nin yaranma səbəblərinə daxili qulağın qan dövranın pozulması, virus infeksiyası, autoimmum pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyrinormal fəsadlaşması daxildir.

29. Birinci instansiya məhkəməsinin 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

30. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı iddiasının əsası kimi cavabdehlər tərəfindən onda hamiləlik dövründə, doğuş zamanı və doğuşdan sonra yeni doğulmuş uşağında aparılmış müalicələrin və müayinlərin səhv olması səbəbindən uşağında bir sıra fiziki qüsurların yaranmasını göstərsə də, həmin halların müəyyən edilməsi üçün təyin edilmiş məhkəmə-tibbi ekspertizası tərəfindən verilmiş ekspert rəylərində uşaqda yaranmış qüsurların hamiləlik və doğuşdan sonra aparılmış müalicələr nəticəsində yaranması müəyyən edilməmiş, aparılmış müalicələrin düzgün olması müəyyən olunmuşdur.

31. Məhkəmə hesab etmişdir ki, iddiaçının xx.xx.2019-cu il təvəllüdlü Alsu Səfiyeva adlı uşağında yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri ucbatından yaranması məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilmədiyindən, iddia maddi ziyanın vurulması hissəsində əsassızdır. İddiaçı ona mənəvi zərər dəyməsi və dəymiş mənəvi zərərin 50 000 manat olması barəsində tələbi üzrə hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən və ona mənəvi zərər vurulmasını məhkəmədə sübut etmədiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin hər hansı halı və sübutu ilə sübuta yetirilmədiyindən, mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi də əsassızdır.

32. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 23-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1112-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

33. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə normanı düzgün tətbiq etməmişdir, zərərvuran şəxslərdən biri ekspert rəyinə əsasən tam olaraq müəyyən olunduğu halda, digəri qeyri-müəyyən olaraq qalmışdır. Belə ki, “Vital Klinika”nın və həkimi Cavabdeh3 səhlənkarlığa yol verməsi ekspert rəyi ilə tam təsdiq olunur, “Perinatal Mərkəz”ə münasibətdə isə cavablanmamış çoxsaylı suallar qalmışdır. Lakin məhkəmə araşdırmanı yarımçıq etmiş, təkrar və əlavə ekspertiza keçirməmişdir. “Vital Klinika” və həkim Cavabdeh3 tərəfindən zərərin vurulması, hamiləlik dönəmində zəruri müalicənin aparılmaması, həkim səhlənkarlığı işin aşkar halıdır. Hamiləlik dönəmindəki qan analizlərinin nəticələrinə nəzər salındığında görünür ki, iddiaçının qan göstəriciləri normada olmamış, iltihab prosesinin başlandığı açıq-aşkar müəyyən olunmuşdur. Lakin həkim Cavabdeh3 bu nəticələrə hər ay baxaraq “heç bir problem yoxdur” deyərək iddiaçını əmin etmişdir. Bütün sonrakı faciənin başlanğıcı da məhz buradan, Səltənət xanımın səhlənkarlığından başlanmışdır. Həkim səhlənkar yanaşmayıb müalicə təyin etsəydi, erkən doğuş baş verməzdi və erkən doğulmuş uşağa antibiotik müalicəsi etmək zəruriyyəti yaranmazdı, ən əsası uşaq eşitmə əngəlli olmazdı. X22 özü də məhkəmə prosesində analizlərin nəticələrini tək-tək oxumuş, iltihab prosesinin göstəricisinin yüksək olduğunu bildirmişdir. Lakin nədənsə sonradan Lalə xanım bu faktı bilə-bilə, iş üzrə qeyrimüəyyən halların qaldığı şəraitdə iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Normanın mətnində “zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir” yazılıb. Lakin ekspert rəyləri ilə müəyyən olunur ki, patalogiya bətndaxili infeksiyalar zamanı yaranmış və həmin infeksiyalar hamiləlik dönəminə təsadüf edir. Belə bir sual meydana çıxır: Hamiləlik dönəminə məsuliyyətli şəxs kim olmalıdır? Mühəndis ya müəllim? Əlbəttə ki, müalicəni aparan həkim. Bu çox elementar bir məsələdir, inandırıcı deyil ki, bu məsələyə heç kim nəzər yetirməsin. Sadəcə nə hikmətdirsə ekspert rəyinin lazım olmayan məntiqsiz hissəsinə önəm verilir, lakin “patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdır” cümləsindən yan keçilir. Əgər patologiya bətndaxili infeksiyalar zamanı yaranmışdırsa və hamiləlik dönəmindəki həkimin Cavabdeh3 olduğu məlumdursa, zərərin məhz onun tərəfindən vurulmadığı məhkəmə araşdırması zamanı müəyyən edilmişdirmi? Xeyr. Cavabdeh3 həkim səhlənkarlığının baş vermədiyini və aparılmış müalicələrin, müayinələrin düzgün aparıldığını sübuta yetirə bilməmişdir. Halbuki istinad edilən norma məhz onu tələb edir, sübutetmə yükü zərərvuranın üzərinə düşür, zərərin onun təqsiri üzündən olmadığı sübuta yetirilməlidir. Maddi ziyanla yanaşı, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan da dəymişdir. Belə ki, uzun müddətdir ki, uşağın səhhətindəki problemlər ananı narahat edir və ona mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın vəziyyəti hazırda mənəvi iztirab verir. Sağlam doğulmuş uşağın hal-hazırda eşitmə və yerimə qüsurlu olması, övladının normal həyatdan məhrum edilməsi bir valideyn kimi anaya əzab verir. Həmçinin təkcə ana deyil, uşaq da psixoloji travmalar yaşayır və gələcəkdə də bu kimi halların davam edəcəyi istisna edilmir. Ona görə də cavabdehlər etdikləri qanunsuz hərəkətlərə görə cavab verməli, maddi ziyanla yanaşı, mənəvi zərəri də ödəməlidirlər. Mənəvi zərərin sübut edilməsi demək olar ki, qeyri mümkündür. Bu hamıya bəlli olan haldır, sübut etməyə zərurət yoxdur. Yeni doğulmuş körpəsinin eşitmə əngəlli olması, həyatı yalnız aparatla duya bilməsi, aparatın enerjisi zəiflədiyi halda bütün bu həyatın gözəlliklərindən saf və təmiz bir uşağın məhrum olması nəinki anaya iztirab çəkdirir, yad bir insan belə dərindən sarsılırsa ananın bu mənzərəni hər gün görməsi onun üçün mütəmadi əzabdan başqa bir şey deyil. İş üzrə 2 dəfə ekspertiza təyin edilmiş, hər ikisində də ekspertlərin rəyi ziddiyyətli olmuşdur. 2-ci rəydə qeyd olunur ki, “qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranması istisna edilmir”. Hansı patologiyadan söhbət gedir? Çünki həmin cümlədən əvvəl üç diaqnoz barəsində yarımçıq qeydlər var: ostemiolit, bağırsaq çöpləri və erkən doğuş. Bundan əlavə, bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmirsə bu hal ekspert tərəfindən niyə əsaslandırılmayıb? Hamiləlik dövrünün bütün müayinələri iş materiallarına əlavə edilib, ekspert nəyə görə həmin müayinələrdən heç birinə istinad etməyib? Halbuki, iş materiallarında iddiaçının hamiləlik dövrünün qan analizləri və USM arayışları var (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019). Cavab çox sadədir, çünki ekspert ümumiyyətlə heç bir məsələni araşdırmayıb və ona diktə edilənləri rəyə köçürüb. Məsələn, “Vital Klinika”nın xx.xx.2019-cu il tarixli “qanın ümumi analizi” adlı arayışına nəzər salaq. Leykositlər normalda 3.98-10.04 olmalı olduğu halda 16.2 göstəricisi, Eritrositlərin orta həcmi 79.4-94.8 olmalı olduğu halda 66.9 göstəricisi, 1 eritrositdə hemoqlobinin orta həcmi 25.6-32.2 olmalı olduğu halda 20.5 göstəricisi, neytrofillərin ümumi sayı 1.56-6.13 olmalı olduğu halda 14.1 göstəricisi, neytrofillərin %-lə miqdarı 34.0-71.1 olmalı olduğu halda 87.3 göstəricisi, Limfositlərin %-lə miqdarı 19.3- 51.7 olmalı olduğu halda 7.8 göstəricisi, eritrositlərin çökmə surəti 2-15 olmalı olduğu halda 35 göstəricisi qeyd edilib. Ekspert niyə bütün bu hallara nəzər yetirməyib? Bu göstəricilər hansı hallara işarə edib? Ekspert haqlı olaraq öz rəyində qeyd edib ki “bətndaxili infeksiyalar hamiləlik dövründə yaranmışdır”. Məhz bu nəticələr həmin infeksiyaların yaranmasının göstəricisidir. Ekspert həmçinin qeyd edib ki, patalogiyanın bətndaxili infeksiyalar nəticəsində yaranması istisna edilmir. Buradan belə müəyyən eləmək olar ki, hamiləlik dövründə bütün bu göstəricilərin olması, infeksiyaların yaranması və bunun nəticəsində uşaqda osteomiletin yaranması məhz həkim səhlənkarlığının osteomiletin yaranması məhz həkim səhlənkarlığının nəticəsidir. Belə ki, hamiləlik dövründə iddiaçını müalicə edən həkim Cavabdeh3 olmuşdur. O bir həkim olaraq, bu müayinələrin nəticələrini görərək bir tədbir görməli, xəstəni müalicə etməli idi. Lakin həkim səhlənkarlıq etmiş, məhz həkimin hərəkətsizliyi nəticəsində bütün bu problemlər yaranmışdır. 4-cü məsələ ilə bağlı ekspertlər “Alsu Səfiyevada eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsinin səbəblərinə daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması daxildir” ifadəsini qeyd edirlər. Lakin ekspertlər bütün bu halların ana bətnində, yoxsa doğuşdan sonra baş verə biləcəyini qeyd etməmişlər. Əgər doğuşdan sonra baş vermişdirsə “Perinatal Mərkəz”dən uşaq çıxanda ona artıq xx.xx.2020-ci il tarixli neuro audio screen testin cavabı verilmişdir. Doğuşdan sonra, yəni 27 dekabrdan 30 yanvara qədər uşaq “Perinatal Mərkəz”in nəzarətində olub. Bir sual meydana çıxır: uşağa necə nəzarət olunub ki, uşaqda 33 gün ərzində ekspertin qeyd etdiyi kimi daxili qulağın qan dövranının pozulması, virus infeksiyası, autoimmun pozğunluqlar, intrakoxlear membran cırılması və ilbiz daxilində hüceyrə stress reaksiyalarının qeyri-normal fəsadlaşması baş verib? Rəydən belə nəticəyə gəlmək olar ki, uşaqdakı bağırsaq çöpləri və osteomilet hamiləlik dövründə, qulaqla bağlı qüsur isə doğuşdan sonra yaranmışdır. Bütün bu halların necə yaranması və bütün bunlarda həkim səhlənkarlığının faizinin nə qədər olması isə sual altındadır. Ekspert rəyindən də göründüyü kimi, ekspertlər suallara tam və aydın cavab verməmiş, ekspert rəyi ziddiyyətli və qeyri-müəyyəndir. Bundan əlavə, əmtəəşünaslıq ekspertizasının həvalə edildiyi "xxxx" MMC xx.xx.2022-ci il tarixli məktubla əmtəəşünaslıq ekspertizasını aparmaqdan imtina etmişdir. Səbəb kimi isə, tibbi ekpertizanın rəyi göstərilir. Hər iki ekspertiza müstəqil ekspertizadır və biri digərindən asılı deyildir. Səhhətə vurulmuş ziyan açıq-aşkar ortadadır və səhhətə kimin ziyan vurduğuna yalnız məhkəmə qərar verə bilər, qiymətləndirici şirkət öz səlahiyyətlərini aşmışdır. Əgər iddia təmin edilsə, uşağın sağlamlığına mütəmadi çəkiləcək xərclər var. Məsələn, uşaqdakı qulaq inplantının enerji yükləyicisinin qiyməti təkcə 100 manatdır və hər ay yenilənməlidir. Aparatın özü 5 ildən bir yenilənməlidir və onun da qiyməti 30 000 manat dəyərindədir. Bütün bu halları məhkəmə müəyyən etməmişdir, o hissədə də əlavə əmtəəşünaslıq ekspertizası təyin etməmişdir. Halbuki, cavabdehlərin təqsiri müəyyən olunsa (“Vital Klinika” və Cavabdeh3 təqsiri aşkardır artıq) Mülki Məcəllənin 1118.1-ci maddəsinin tələbinə əsasən bütün bu xərclər cavabdehdən tutulmalıdır.

35. Bakı Apellyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

36. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğvi üçün əsas ola bilməz, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 23-cü, 1096.1-ci, 1096.2-ci, 1097.1-ci, 1112-ci, Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci, 217.4-cü, 384.0.1-ci, 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.

39. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya şikayətində iş üzrə keçirilmiş ekspert rəylərinin natamamlığı, onların işdə olan digər sübutlarla yanaşı qiymətləndirilməməsi, daxilən ziddiyyətli olması ilə bağlı tutarlı dəlillər göstərilsə də, apellyasiya instansiyası məhkəməsi həmin dəlillər əsasında ümumiyyətlə heç bir araşdırma aparmamış, həmin dəlillərə hüquqi qiymət verməmiş, ekspert rəylərinin işdə olan tibb sənədləri ilə müqayisəli qiymətləndirmədən, ekspertiza qarşısında qoyulmuş suallara ətraflı cavabların verilməməsini nəzərə almadan uşaqda yaranmış fiziki qüsurların cavabdehlərin təqsiri ucbatından yaranmasının iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyi və işin digər materialları ilə müəyyən edilməməsi qənaətinə gəlmişdir. Həmçinin məhkəmə, iddianın həm də hamiləliyə nəzarət edən tibb müəssisəsinə qarşı yönəlməsini və ekspert rəylərində qeyd edilən patologiyanın bətndaxili infeksiyalar zamanı yaranmasının istisna edilmədiyinin müəyyən edilməsinə baxmayaraq, hamiləlik dövrünə məsul həkimin təqsirinin müəyyən edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yenidoğulmuş uşaqdakı qüsurların haradan qaynaqlanması, hamiləliyi nəzarətdə olan iddiaçıda erkən doğuşun hansı səbəblərdən baş verməsi, yaranmış patalogiyaların bətndaxili infeksiya, yoxsa doğuşdan sonrakı müalicədən qaynaqlanması müəyyən edilməklə həmin mərhələyə cavabdehlik daşıyan şəxslərin məsuliyyəti aydınlaşdırılmalıdır. Hamiləliyin fəsadsız keçməsi, doğuş prosesində və doğuşdan sonra uşağın sağlamlığı üçün zəruri tədbirlərin görülməsi tibb müəssisəsinin vəzifəsinə daxildir.

40. Kassasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçı apellyasiya şikayətində təkrar ekspertiza keçirilməsinin zəruriliyini irəli sürsə də, apellyasiya məhkəməsi işdə olan qeyri-müəyyən ekspert rəylərini mötəbər hesab etməklə yanlış nəticəyə gəlmişdir.

d) Təkrar apellyasiya baxışı, verilən izahatlar

41. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh “Cavabdeh1” X16, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri, digər Cavabdeh3 vəkili təmsil etdikləri cavabdehlərin birinci instansiya məhkəməsində bəyan edilmiş mövqelərinə uyğun izahatlar verməklə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişlər.

42. “Cavabdeh1” X16 nümayəndəsi həmçinin bildirmişdir ki, iddiaçı uşağın müalicəsi ilə əlaqədar çəkdiyi xərclərlə bağlı bəzi sübutları apellyasiya baxışında verdiyindən, həmin sübutlar nəzərə alınmamalıdır.

43. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 da apellyasiya şikayətinin əsassız olduğunu bildirmiş, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

44. Təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri nəzərə alınaraq təkrar məhkəmə-tibbi, habelə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertlər qarşısında ümumilikdə 28 sual qoyulmuşdur.

45. Həmin təyinat əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X16 verdiyi xx.xx.2023-cü il tarixli rəydə suallara aşağıda göstərilən cavablar verilmişdir.

- Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, hamiləlik dövründə İddiaçı qızma "xxxx" MMC-də bir sıra laborator və kliniki müayinələr aparılmışdır. Hamiləlik zamanı orqanizmdə fizioloji dəyişikliklər baş verir. Bununla əlaqədar, qanın tərkibində leykositlərin nisbi yüksəlməsi, EÇS (eritrositlərin çökmə sürəti) hamiləliyin müddətinə uyğun olaraq yüksəlməsi norma daxilində olan dəyişikliklər hesab olunur. - Antenatal dövrdə ana bətnində olan dölün böyrəklərində 10 mm ölçüyə kimi “Pieloektaziya” patoloji hal hesab olunmur. İddiaçı hamiləlik zamanı aparılan ultrasəs müayinələrinin nəticələrində böyrəklərdə pieloektaziyanın ölçüsü normal həddini keçməmişdir. Bu da hər hansı bir dölün bətndaxili infeksiyalaşmasına aid deyil. Hamiləlik zamanı aparılan ultrasəs müayinəsində döldə yalnız sol arteriya uterinada dikrotik oyma müşahidə olunmuşdur. Hamiləliyin 24-26-cı həftələrinə kimi tək tərəfli dikrotik oyma aradan qalxır, bəzən hamiləliyin sonuna kimi qala bilər. Tək tərəfli dikrotik oymanın olması hamiləlik zamanı risk qrupuna aid edilmir. Bunun da bətndaxili infeksiyalaşma ilə əlaqəsi olmamışdır. - Hamiləlik zamanı İddiaçı dinamik aparılan ultrasəs müayinələrində dölyanı maye bulanıq və çöküntülü olmamışdır. Bu da dölün bətndaxili infeksiyalaşmasını inkar edir. - Tibbi təcrübəyə əsasən, dölyanı maye vaxtından əvvəl axarsa və doğuşun baş vermə vaxtı uzanarsa dölün kəskin infeksiyalaşması ola bilər. - Hamiləlik müddətində İddiaçı aid bütün tibbi sənədlərin araşdırılması zamanı erkən doğuma səbəb olan faktorlar aşkar olunmadı. Lakin hamilədə stress, qorxu, həyəcan, həmçinin mexaniki təsirlər erkən doğuşa səbəb ola bilər. - Hamiləlik müddəti ərzində Qumru Səfıyevada "xxxx" MMC-də aparılan laborator müayinələrdə kəskin infeksiya aşkarlanmamışdır. - Döldə infeksiyalaşmanı təyin etmək üçün yenidoğulmuşda CRZ, qanın kliniki müayinəsi və leykoformula müayinələri aparılmalıdır. Doğulan kimi uşaq əgər müalicəyə yatırılırsa qanın klinik-laborator müayinəsi, CRZ, döş qəfəsinin rentgen müayinələrinin aparılması nəzərdə tutulur. - Yenidoğulmuşda E-coli şərti mikroflora müxətlif şəraitdə yarana bilər, hazırda bunun konkret yoluxma mənbəyi haqqmda fikir söylənilməsi mümkün deyil. - Yenidoğulmuşda olan fiziki qüsurlar hamiləliyin 12-ci həftəsindən sonra aparılan ultrasəs müayinəsində və 24-cü həftəsindən sonra aparılan doppler müayinəsi zamanı aşkar oluna bilər. Lakin əqli və fiziki hərəkət qüsurları USM və laborator müayinələri vasitəsilə aşkar olunmur. - Təqdim olunan tibbi sənədlərə əsasən, hamiləlik müddətində İddiaçı "xxxx" MMC-də hamiləliyə uyğun ultrasəs müayinələrindən keçmişdir və ultrasəs müayinələrində döldə hər hansı bir fiziki qüsur aşkar olunmamışdır. - Bətndaxili dövrdə dölün bədən üzvlərində aşkar oluna bilən fiziki qüsurlar hamiləlik zamanı rutin aparılan müayinələrdə aşkarlamaq mümkündür. Bu müayinələr Səhiyyə Nazirliyinin təsdiq edilmiş kliniki protokollarına əsasən aparılır. - İddiaçı hamiləlik dövründə "xxxx" MMC-də aparılan müayinə və müalicələr hamiləliyin gedişinə uyğun həyata keçirilmişdir. Müayinələr zamanı yenidoğulmuşda aşkar olunan qüsurları yarada biləcək hər hansı patologiya aşkar olunmamışdır. - X7 “Respublika Perinatal Mərkəz”də hamiləliyin həftəsinə uyğun olaraq (33 həftəlik hamiləlik) “Tənəffüs pozğunluğu sindromu və yarımçıq doğulmuşun digər hallan” diaqnozu təyin edilmişdir. - Erkən doğuş və dölyanı mayenin vaxtından əvvəl axmasına görə yenidoğulmuşa doş qəfəsinin rentgen, qan qrupu, Rh, qanın ümumi, qanın biokimyəvi, koaquloqramma, neyrosanoqrafıya, daxili orqanların ultrasəs və exokardioqrafıya müayinələri aparılmışdır. - Alsu Səfiyevaya xx.xx.2019-cu il tarixdə doğuşdan sonra aparılmış müvafiq müayinələr əsasında “Yenidoğulmuşun tənəffüs çatışmazlığı, perinatal dövr üçün spesifik olan dəqiqləşməmiş infeksiya” diaqnozu təyin edilmişdir. Təyinat olaraq yenidoğulmuşa küvez rejimi, tənəffüs dəstəyi - CPAP rejimi, pep 5 Fiow 101, kalsi-qlyukonat, ampisillin, serkovit, amikasin, enteral ana südü, parenteral qida (aminovin) təyin olunmuşdur. - Alsu Səfiyeva doğulduqdan iki gün sonra laborator təsdiqlənmiş septiki proses müxtəlif səbəblərdən yarana bilər. - Yarımçıq yenidoğulmuş uşaqlarda beyində qansızmalar müşahidə oluna bilər. Qansızmalar müxtəlif səbəblərdən yaranır və tədricən sorulduqca yerində mikrokistlər müşahidə olunur. Hamiləlik zamanı Qumru Səfıyevada aparılan ultrasəs müayinələrində mədəcikdaxili damar yumaqcığında kista aşkar olunmamışdır. - Doğuşdan sonra yenidoğulmuşa aparılan müalicələr kliniki protokollara uyğun olaraq yerinə yetirilmişdir. - Yenidoğulmuşun vəziyyətindən asılı olaraq ona antibakterial müalicə taktikası seçilmişdir. Aparılan müalicələrin sonradan yaranmış fiziki qüsurlara səbəb olması barədə fikir söylənilməsi mümkün deyildir. - Aşkar olunmuş “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarana bilər. - Alsu Səfiyevaya doğulandan sonra “Cavabdeh1 aparılmış müayinə və müalicələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. - Alsu Səfiyevaya doğulandan sonra infeksiyaya aid zəruri müayinələr protokollar üzrə aparılmışdır. - Alsu Səfıyevanın vəziyyəti ağır olduğu üçün yenidoğulmuşların intensiv terapiya şöbəsinə qəbul olunmuşdur. Yenidoğulmuşda infeksiya göstəriciləri (kliniki və laborator) ilk 3 sutkada müəyyən edilmiş və buna müvafiq müalicə taktikası seçilmişdir. - Alsu Səfıyevaya tənəffüs çatışmazlığı ilə əlaqədar CPAP rejimi təyin olunduğu üçün düzgün olaraq antibakterial müalicəyə başlanılmışdır. Antibiotiklərin tətbiqi yenidoğulmuşun çəkisinə və xəstəliyinin ağırlıq dərəcəsinə uyğun olaraq təyin olunmuşdur. - Alsu Səfıyevanın adına təqdim edilmiş tibbi sənədlərə əsasən, mövcud patoloji vəziyyətlə əlaqədar ona adekvat müayinələr aparılmış və tibbi müdaxilələr icra edilmişdir. - Alsu Səfiyevada fiziki qüsurların müalicəsi və aradan qaldırılması barədə əvvəlcədən proqnozun verilməsi mümkün deyildir.

46. Sözügedən ekspert rəyi məhkəmə iclasında tədqiq olunarkən, iddiaçı və onun nümayəndəsi (vəkili) rəyin əsassız və ziddiyyətli olduğunu, cavabdehlər isə rəyin tam əsaslandırıldığını və iddia tələbinin əsassız olduğunu təsdiq etdiyini bildirmişlər.

47. Həmin rəyi tərtib etmiş ekspertlərdən ikisi – Ceyhun Allahverdiyev və Samirə Əkbərbəyova məhkəmə iclaslarında dindirilərək sualları cavablandırmış, rəydə göstərilənləri təsdiqləyici ifadələr vermişlər.

48. Ceyhun Allahverdiyev sualları cavablandırarkən bildirmişdir ki, yenidoğulmuşa qulluq olunur, bədən səthində pendirvari maddənin təmizlənməsi, qan izlərinin təmizlənməsi, asseptik şəraitdə görülən tədbirlər var, paltar geyindirilir, süd verilməsi yolu ilə bakteriyanın qıcıqlandırılması baş verə bilər. Yenidoğulmuşlara infeksiyalar ya paltarları, ya göbək ciyəsi, ya da ağız boşluğu ilə qidalanması yolu ilə keçir.

49. Məhkəmə iclasına çağırılaraq dindirilən “Cavabdeh1” X16 Alsu Səfiyevanın müayinəsində iştirak etmiş neonatoluqu X3 heç bir səhvə yol vermədiyini, uşağa antibiotiklərin onun vəziyyətinə uyğun olaraq tətbiq edildiyini, edilməsə idi uşağın tələf ola biləcəyini bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

50. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

51. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

54. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

55. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

59. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

61. Maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.

62. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

63. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

66. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

67. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun

68. Maddə 17. İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilir.

69. Maddə 18. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır. Təkrar ekspertizanın aparılması başqa ekspertə və ya ekspertlərə tapşırılır. Əvvəlki ekspertizam aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin (sifariş) edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər. Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib edir.

70. Maddə 20. İş üçün əhəmiyyətli olan halların aydınlaşdırılması müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla həyata keçirilə bildikdə kompleks məhkəmə ekspertizası təyin (sifariş) edilir.

“Əhalinin Sağlamlığının qorunması” haqqında Qanun

71. Maddə 25. Hər bir vətəndaş müayinənin nəticəsi, xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna malikdir. Vətəndaşın sağlamlığının vəziyyəti barədə məlumat onun özünə, qanunvericilikdə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin və yetkinlik yaşına çatmayanların sağlamlıqlarının vəziyyəti barədə məlumat isə onların valideynlərinə və ya qanuni nümayəndələrinə müayinə və müalicədə bilavasitə iştirak edən mütəxəssislər tərəfindən verilir.

Apellyasiya baxışının həddi

72. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

74. Həmçinin nəzrə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

75. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”.

İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

76. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

77. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

78. İddiaçının, "xxxx" MMC-nə (“Vital Klinika”) və həmin klinikanın baş həkimi Cavabdeh3 qarşı iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, adı çəkilən klinikada həkim Cavabdeh3 nəzarəti altında müalicə almış, hamiləlik dövründə uşaqda və özündə heç bir problem olmamış, mütəmadi etdirdiyi müayinələrin nəticələrinə görə sağlam hamiləlik keçirmiş, xx.xx.2019-cu il tarixdə gecə saatlarında erkən doğuş təhlükəsi yaranmış, lakin Cavabdeh3 onların klinikasında erkən doğuşların həyata keçirilmədiyini bildirməklə “Perinatal Mərkəz”ə getməsini təkid etmiş və beləliklə onu çətin vəziyyətdə tək qoymuş, həkim kimi vəzifəsini yerinə yetirməmiş, erkən doğuş təhlükəsi yaranacağı halda tibbi xidmət göstərilməyəcəyinə dair klinika tərəfindən əvvəlcədən məlumatlandırılmamışdır.

79. “Cavabdeh1” publik hüquqi şəxsə qarşı yönələn tələb üzrə irəli sürülən faktiki hallara görə isə, orada olan sanitar-epidemioloji vəziyyətin bərbadlığı, göstərilən tibbi xidmətlərin səviyyəsinin aşağı olması iddiaçını narahat etmiş, erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulmuş uşağın səhhətində iki gün müddətində hər hansı bir problem olmamış, lakin “Perinatal Mərkəz”in həkimlərinin səhv müayinələri və müalicələri nəticəsində uşağın səhhətində ciddi fəsadlar yaranmışdır.

80. İrəli sürülən faktiki halları nəzərə almaqla kollegiya qeyd edir ki, iddiaçının irəli sürdüyü iddia tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntularından irəli gələn öhdəliklər”lə bağlı müddəaları nəzərdən keçirilə bilər; bununla yanaşı nəzərə alınmalıdır ki, mülki qanunvericiliyin müvafiq müddəalarının (§ 52, 53) mənası baxımından, mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

81. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

82. Kollegiyanın qənaətinə görə, iddiaçının "xxxx" MMC-nə (“Vital Klinika”) və həmin klinikanın baş həkimi Cavabdeh3 qarşı iddia tələbi onun bilavasitə özünün bildirdikləri, eləcə də əldə olunmuş ekspert rəylərində müəyyən edilənlərlə təkzib olunmuşdur.

83. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçı, “hamiləlik dövründə uşaqda və özündə heç bir problem olmadığını, mütəmadi etdirdiyi müayinələrin nəticələrinə görə sağlam hamiləlik keçirdiyini, uşağın erkən doğuş üçün sağlam vəziyyətdə və çəkisi normal olaraq doğulduğunu, iki gün müddətində uşağın səhhətində hər hansı bir problem olmadığını” bildirmişdir; bildirdiyi bu hallar ekspert rəyləri ilə birlikdə qiymətləndirildikdə isə, onun "xxxx" MMC-nə (“Vital Klinika”) və həmin klinikanın baş həkimi Cavabdeh3 qarşı irəli sürdüyü tələbin müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığı nəticəsinə gəlmək mümkün deyildir.

84. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının “Cavabdeh1” publik hüquqi şəxsə qarşı iddia tələbini rədd etməklə hüququn tətbiq edilməsində səhv buraxmış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.

85. Belə ki, “Cavabdeh1” publik hüquqi şəxsi uşağın doğumunu, habelə müalicəsini həyata keçirən həkimlərinin tibbi normaları (standartları) pozmadıqlarını və uşağın səhhətində yaranmış problemlərin həkimlərin təqsirli (hüquqa zidd) hərəkətlərinin nəticəsi olmadığını sübuta yetirə bilməmişlər.

86. Nəzərə alınmalıdır ki, qanunvericiliyin mənasına görə (§ 54) tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisələrdə sübutetmə yükü zərərvuranın üzərinə düşür və məhz zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

87. “Cavabdeh1” publik hüquqi şəxsi isə sağlam hamiləlik keçirdiyi və hamiləliyi müddəti ərzində kəskin infeksiyanın aşkarlanmadığı ekspert rəyləri ilə müəyyən olunan iddiaçının dünyaya gətirdiyi uşağa infeksiyanın məhz həmin Mərkəzdə keçmədiyini sübuta yetirə bilməmişdir. Xüsusilə qeyd olunmalıdır ki, apellyasiya baxışı zamanı alınmış ekspert rəyində “uşağın ana bətnində olarkən infeksiyalaşmadığı”, “İddiaçı "xxxx" MMC-də hamiləliyə uyğun ultrasəs müayinələrindən keçdiyi və ultrasəs müayinələrində döldə hər hansı bir fiziki qüsur aşkar olunmadığı”, həmçinin “hamiləlik dövründə "xxxx" MMC-də aparılan müayinə və müalicələrin hamiləliyin gedişinə uyğun həyata keçirilərək uşaqda sonradan aşkar olunan qüsurları yarada biləcək hər hansı patologiyanın aşkar olunmadığı” vurğulanmışdır – belə olan halda isə sağlam doğulan uşağın doğumundan sonra onda yaranan problemlərin öz həkimlərinin səhvindən yaranmadığını sübutetmə yükü məhz doğumun həyata keçirildiyi “Cavabdeh1” X16 üzərinə düşür.

88. Bu kontekstdə kollegiya, ekspertlərin “Alsu Səfiyeva doğulduqdan iki gün sonra laborator təsdiqlənmiş septiki proses müxtəlif səbəblərdən yarana bilər”, “Doğuşdan sonra yenidoğulmuşa aparılan müalicələr kliniki protokollara uyğun olaraq yerinə yetirilmişdir”, “Yenidoğulmuşun vəziyyətindən asılı olaraq ona antibakterial müalicə taktikası seçilmişdir. Aparılan müalicələrin sonradan yaranmış fiziki qüsurlara səbəb olması barədə fikir söylənilməsi mümkün deyildir”, “Aşkar olunmuş “Osteomielit” xəstəliyi müxtəlif səbəblərdən yarana bilər”, “Alsu Səfıyevaya tənəffüs çatışmazlığı ilə əlaqədar CPAP rejimi təyin olunduğu üçün düzgün olaraq antibakterial müalicəyə başlanılmışdır” qənaətlərini işin faktiki hallarına uyğun hesab etmir və müvafiq hissədə ekspert rəyini mötəbər olmayan sübut kimi qiymətləndirir.

89. Nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı ekspert qarşısında qoyulan suallar əsasında aparılmaqla, onun əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir və ekspertin verdiyi rəy kompleks şəkildə qiymətləndirilməlidir.

90. Ekspert rəyi sübut növlərindən biri olmaqla, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir. Ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.

91. Şərh olunanları nəzərə almaqla kollegiya hesab edir ki, qətnamə iddiaçının “Cavabdeh1” publik hüquqi şəxsə qarşı iddia tələbinin rədd olunması” ilə bağlı hissədə ləğv edilərək həmin iddia tələbi qismən təmin olunmalı, iddiaçının çəkdiyi xərclər kimi müəyyənləşdirilmiş (§ 8-14, 17, 18) 8853 manat və 5946,5 (beş min doqquz yüz qırx altı lirə 50 quruş) Türk Lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) maddi zərərin əvəzi qismində “Cavabdeh1” publik hüquqi şəxsdən onun xeyrinə tutulmalıdır.

92. İddiaçının çəkdiyi xərclərlə bağlı sübutların bəzilərinin hazırkı apellyasiya baxışında təqdim olunması səbəbindən onların qəbul edilməməli olması ilə bağlı “Cavabdeh1” X16 nümayəndəsinin arqumentinə münasibətdə kollegiya qeyd edir ki, birincisi, işə birinci instansiya məhkəməsində baxılarkən çəkilən xərclər məsələsi ümumiyyətlə müzakirə olunmayaraq iddiaçıya müvafiq sübutları təqdim etməsi təklif olunmamışdır; digər tərəfdən isə, uşağın müayinə və müalicələri hazırkı dövrədək davam etdiyi üçün, həmin xərclərin xeyli hissəsi birinci instansiya məhkəməsindəki icraat dövründən sonra yaranmaqla, onlarla bağlı sübutlar da sonradan əldə olunmuşdur.

93. Başqa sözlə, müvafiq sübutların iddiaçının özündən asılı olmayan səbəblərə görə birinci instansiya məhkəməsində təqdim edilmədiyi qənaətinə gəlinməsi mümkündür və buna görə də onlar apellyasiya instansiyası tərəfindən nəzərə alınmalıdır (§ 66).

94. Kollegiya həmçinin hesab edir ki, iddiaçının, qızı və yaxın qohumu ilə birlikdə Alsu Səfiyevanın müayinəsi məqsədilə xx.xx.2020-ci il tarixdə Ankara şəhərinə təyyarə ilə getmələri və 10 gündən artıq müddətdə orada qalmaları nəticəsində müəyyən xərclər (uçuş bileti almaq, qidalanma, nəqliyyat, oteldə qalmaq və s.) çəkdiyi sübuta ehtiyacı olmayan hal kimi qəbul edilməli, çəkdiyi belə xərc(lər)in məbləği ilə bağlı sübut təqdim etmədiyindən (Ankaraya gediş-Bakıya dönüş uçuşları üçün təyyarəyə minik kartları təqdim olunsa da, həmin uçuşlara görə ödənilən vəsait, həmçinin Ankarada qidalanmağa, nəqliyyata və qalmağa nə qədər vəsait xərcəndiyinə dair sübutlar təqdim olunmamışdır) həmin məbləğ ağlabatan mühakimə əsasında hesablanmalıdır. Bu qənaətə gələrkən kollegiya nəzərə alır ki, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir sıra hallarda “...sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər” (“Mahmudov Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 26 iyul 2007-ci il tarixli qərarı). Kollegiya hesab edir ki, cavabdeh “Cavabdeh1”nin həkimlərinin təqsiri ucbatından uşağı Ankara şəhərinə həkim müayinəsinə aparmaq məcburiyyətində qalmasına görə iddiaçının çəkdiyi uçuş, qidalanma, gecələmək və digər xərclərin (özü və uşaq üçün) ümumilikdə 2000 manat məbləğində (uçuş üçün təxminən 800 manat, digər xərclər üçün 1200 manat) müəyyənləşdirilməsi və bu məbləğin ona ödənilməsi ədalət, insaf və mənəviyyat tələblərinə uyğundur.

95. Kollegiya, iddia tələblərinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması arqumentlərini də əsaslı hesab edir; belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

96. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

97. Bununla belə kollegiyanın qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir.

98. Kollegiya hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 10 000 (on min) manat həcmində müəyyənləşdirilməsi onun mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilə bilər.

99. Kollegiya həmçinin hesab edir ki, iddiaçı dövlət rüsumlarını ödəməkdən azad edildiyindən, onun ödəməli olduğu rüsumun əvəzi qismində 60 manat “Cavabdeh1” X16dən tutulub Dövlət büdcüsinə köçürülməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

100. Kollegiya onu da qeyd edir ki, hazırkı qətnamə ilə müəyyən olunan hallar iddiaçıya, uşağın müalicəsi ilə bağlı gələcəkdə yaranacaq xərclərə görə iddia irəli sürə bilməsi üçün hüquqi zəmin yaradır.

101. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-83/2022 saylı iş üzrə 29 aprel 2022ci il tarixli qətnaməsi “iddia tələbinin “Cavabdeh1” X16ə qarşı təmin olunmaması” ilə bağlı hissədə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddiaçı “Cavabdeh1” X16ə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbləri qismən təmin olunsun. “Cavabdeh1” X16dən maddi zərərin əvəzi qismində 10 853 (on min səkkiz yüz əlli üç) manat, mənəvi zərərin əvəzi qismində 10 000 (on min) manat olmaqla, cəmi 20 853 (iyirmi min səkkiz yüz əlli üç) manat və 5946,5 (beş min doqquz yüz qırx altı lirə 50 quruş) Türk Lirəsi (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) İddiaçı xeyrinə tutulsun. İddiaçı “Cavabdeh1” X16ə qarşı iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 60 (altmış) manat “Cavabdeh1” X16dən tutulub Dövlət büdcəsinə köçürülsün. Qətnamədən İddiaçı və “Cavabdeh1” publik hüquqi şəxsi tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar